Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

84 

 

dəfə olaraq Mustye  mədəniyyətinə aid daş  məmulatı  və ovlanmış 



heyvan sümükləri tapılmışdır. 

 

İkinci  lay  gillicə  torpaqdan  ibarətdir.  Layın  içərisində 

düşərgənin  tavanından  düşmüş  qaya  qırıntıları  qeydə  alınmışdır. 

Eyni  zamanda  layın  içərisində  bir  neçə  iri  qaya  daşı  aşkar 

olunmuşdur. 

 

Üçüncü lay açıq-boz gillicədən ibarət olub, içərisində qaya 

qırıntılarına təsadüf  edilmişdir.  Layın  aşağı  hissəsi  isə sarı  gillicə 

torpaq  qatından  ibarətdir.  Maraqlıdır  ki,  ilk  dəfə  olaraq    1973-cü 

ildə  aparılmış  arxeoloji  qazıntılar  zamanı  üçüncü  təbəqənin  aşağı 

layından  Mustye  mədəniyyətinə  aid  20  ədəd  əl  çapacağı 

tapılmışdır. Bu tapıntı  mustye dövrü  üçün çox  nadir  tapıntılardan 

biridir. Çünki, əl çapacaqları Aşel mədəniyyəti üçün xarakterikdir. 

Üçüncü təbəqənin ümumi qalınlığı 90-145 sm-ə bərabər olmuşdur. 

 

Dördüncü  təbəqə  tünd-qonur  gillicə  torpaq  layından 

ibarətdir.  Təbəqənin  içərisində  xırda  qaya  qırıqlarına  rast  gəlmək 

olur.  Həmin  qırıqlar  stalaqmit,  stalaktit,  stalaqnat  parçalardan 

ibarətdir.  1973-cü  il  arxeoloji  qazıntılarınadək  dördüncü 

təbəqədən 

heç  bir  maddi  mədəniyyət  nümunəsi  qeydə 

alınmamışdır.  Ancaq  1973-cü  ildə  aparılan  arxeoloji  qazıntılar 

zamanı dördüncü təbəqədən son  Aşel  mədəniyyətinə aid bir  neçə 

daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  tapılmışdır. 

Təbəqənin ümumi qalınlığı 1-1,2 m-ə çatır. 



85 

 

 



BeĢinci  təbəqə  sarı  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

Azıx  düşərgəsinin  stratiqrafiyasında  ən  zəngin  və  möhtəşəm 

qalınlığa  malik  olan  çöküntü  beşinci  təbəqədən  ibarətdir.  1963-

1969,  1971-1986-cı  illərdə  beşinci  təbəqədə  aparılan  arxeoloji 

qazıntılar  zamanı  çoxlu  ovlanmış  heyvan  sümükləri  və  300  ədəd 

daş  məmulatı  tapılmışdır.  Böyük  Qafqaz  paleolit  düşərgələri 

içərisində  ən  zəngin  stratiqrafiyaya  malik  Azıx  düşərgəsinin 

beşinci təbəqəsində yuxarıda qeyd olunanlarla yanaşı ocaq yerləri, 

ibtidai  tikili  qurğuları,  xüsusi  küncdə  saxlanılan  ayı  kəllələri 

tapılmışdır.  Bütün  tədqiqat  mövsümündə  beşinci  təbəqədən 

aşağıdakı kiçik laylar qeydə alınmışdır: 

Birinci  lay  tünd-qonur  gillicə  torpaq  layından  ibarətdir.  

İçərisində  arxeoloji  tapıntılarla  bərabər  qaya  qırıqları  da  qeydə 

alınmışdır. Layın qalınlığı 30-43 sm-ə bərabərdir. 

 

İkinci  lay  açıq-qonur  gillicə  təbəqəsindən  ibarətdir. 

Təbəqənin içərisindən daş məmulatı və fauna qalıqları tapılmışdır. 

Ayrı-ayrı qaya parçalarına da rast gəlmək olur. Layın qalınlığı 28-

44 sm-ə bərabər olmuşdur. 

 

 Üçüncü  lay  açıq  sarı  gillicə  layından  ibarətdir.  Layın 



içərisində  ayrı-ayrı  qaya  qırıqlarına  təsadüf  hallarda  rast  gəlinir. 

Arxeoloji  qazıntılar  zamanı  daş  mənulatı  ilə  yanaşı  çoxlu 

ovlanmış  heyvan  sümükləri  də  aşkar  edilmişdir.  Layın  qalınlığı 

48-62 sm-ə bərabər olmuşdur. 




86 

 

 



Dördüncü  lay  tünd  sarı  gillicə  torpaq  təbəqəsindən 

ibarətdir.  İçərisində  arxeoloji  materiallarla  yanaşı,  xırda  qaya 

qırıqları da qeydə alınmışdır.  Layın qalınlığı 38-44 sm-ə çatır. 

 

Beşinci  lay boz-yaşıl  gillicə torpaq təbəqəsindən  ibarətdir. 

Maraqlıdır  ki,  1972-ci  ildə  yayda  aparılan  arxeoloji  qazıntılar 

zamanı  ocaq  yerləri  və  ibtidai  tikili  yeri  qeydə  alınmışdır. 

Tədqiqatlar  zamanı  buradan  əmək  alətləri  ilə  bərabər  ovlanmış 

heyvan sümükləri də aşkar olunmuşdur. Layın qalınlığı 44-56 sm-

ə bərabər olmuşdur. 

 

Altıncı  lay  tünd-qonur  gillicə  torpaq  layından  ibarətdir. 

Arxeoloji qazıntılar  zamanı altıncı  laydan əmək alətləri  ilə yanaşı, 

çoxlu  fauna  qalıqları  aşkar  olunmuşdur.  Layın  tərkibində 

düşərgənin  tavanından  düşmüş  qaya  qırıqlarına  rast  gəlmək  olur. 

Tədqiq  olunan  sahədə  layın  qalınlığı  42-56  sm-ə  bərabər 

olmuşdur. 

 

Altıncı  təbəqə  boz  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

Lakin  yuxarıda  təsvir  olunan  təbəqələrdən  fərqli  olaraq  altıncı 

təbəqə  olduqca  çoxlu  çay  və  qaya  daşları  ilə  zəngindir.  Altıncı 

təbəqə  daş  məmulatının  zəngin  olması  ilə  fərqlənir.  Burada 

aparılan  qazıntılar  zamanı  3  mindən  artıq  daş  məmulatı 

tapılmışdır. Təbəqənin qalınlığı 55-87 sm-ə bərabər olmuşdur. 

 

Ye ddinci 



təbəqə 

açıq-göyümsov 

gillicə 

torpaq 


təbəqəsindən  ibarətdir.  1974-cü  ildə  arxeoloji  qazıntı  işlərinə 


87 

 

qədər  çap  olunmuş  Azıx  düşərgəsinə  aid  elmi  məqalələrdə 



düşərgənin  VI  təbəqəsindən  aşağıda  olan  təbəqələrdə  arxeoloji 

materialların  olmadığı  qeyd  olunurdu.  Lakin  1974-cü  ildə  VI 

təbəqədən altda olan düşərgənin çöküntülərində aparılan arxeoloji 

qazıntılar  zamanı dörd arxeoloji  təbəqə  (VII-X) qeydə alınmış  və 

həmin 

təbəqələrdən 



maddi 

mədəniyyət 

qalıqları  aşkar 

olunmuşdur. Təbəqənin qalınlığı 82-98 sm-ə bərabər olmuşdur. 



Səkkizinci  təbəqə  nisbətən  tünd-göyümsov  gillicə  torpaq 

təbəqəsindən  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  təbəqədən 

maddi  mədəniyyət  qalıqları  aşkar  olunmuşdur.  Eyni  zamanda 

təbəqənin  tərkibində  mağaranın  tavanından  düşmüş  tək-tək  qaya 

parçaları  qeydə  alınmışdır.  Təbəqənin  qalınlığı  90-115  sm-ə 

bərabər olmuşdur. 



Doqquzuncu 

təbəqə 

açıq-göyümsov  gillicə  torpaq 

təbəqəsindən  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  təbəqədən 

maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Təbəqənin  tərkibində 

tək-tək  qaya  qırıntılarına  rast  gəlmək  olur.  Təsvir  olunan  sahədə 

təbəqənin qalınlığı 78-84 sm-ə bərabər olmuşdur. 



Onuncu  təbəqə  sarı  gillicə,  nisbətən  daşlı  təbəqədən 

ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  təbəqənin  tərkibindən  hazır 

daş  alətlər  tapılmışdır.  Təbəqə  qaya  döşəməsi  üzərində 

yerləşdiyindən olduqca bərkdir.  Təbəqənin qalınlığı  təsvir olunan 

sahədə 78-83 sm-ə bərabər olmuşdur. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə