Daġ DÖVRÜ alti cġlddə


Tağlar paleolit düĢərgəsinin stratiqrafiyası



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

88 

 

 



2.Tağlar paleolit düĢərgəsinin stratiqrafiyası 

 

Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı 



düşərgənin  D-M  sahəsində  6  mədəni  təbəqə  qeydə  alınmışdır. 

Aşağıda  həmin  sahədə  müəyyən  olunmuş  arxeoloji  təbəqələrin 

təsviri verilir (bax şəkil 19). 

Birinci təbəqə qara çürüntülü torpaq təbəqəsindən ibarətdir. 

Tədqiq  olunan  sahədə  təbəqənin  qalınlığı  6-10  sm-ə  bərabər 

olmuşdur.  1963-1965-ci  illərdə  aparılan  arxeoloji  qazıntılar 

zamanı  düşərgənin  qeyd  olunan  təbəqəsindən  Eneolit,    Tunc  və 

Orta  əsrlərə  aid  maddi  mədəniyyət  qalıqları  aşkar  olunmuşd ur 

(Hüseynov, İsmayılov, 1967). 



Ġkinci  təbəqə  sarı  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

Birinci  təbəqədən  fərqli  olaraq  ikinci  təbəqənin  tərkibində 

mağaranın  tavanından  düşmüş  qaya  qırıqları,  suyun  və  əhəngin 

qarışığından  əmələ  gəlmiş  stalaktit  və  stalaqmit  hissələri  qeydə 

alınmışdır.    Sonuncular  təbəqənin  içərisində  əmələ  gəlmişdir.  Bu 

da  mağaranın  tavanından  düşən  su  damcıları  vasitəsilə  əmələ 

gəlmişdir  ki,  geoloji  ədəbiyyatda  bunlar  stalaktit  və  stalaqmitlər 

adlandırılır. Maraqlıdır ki,  əvvəlki tədqiqat illərindən fərqli olaraq 

1973-cü  ildə  Tağlar  düşərgəsinin  D-M  sahəsində  aparılan 

arxeoloji  qazıntılar  zamnı  II  təbəqənin  tərkibində  qaya  daşlarının 




89 

 

sayının olduqca az olması  müşahidə olunmuşdur. Qazıntı aparılan 



sahədə ikinci təbəqənin qalınlığı 28-44 sm-ə bərabər olmuşdur. 

Üçüncü  təbəqə  açıq-sarı  rəngli  gillicə  torpaq  təbəqəsindən 

ibarətdir.  İkinci  təbəqədə  olduğu  kimi  burada  da  qaya  qırıqları 

olduqca  azdır.  İkinci  təbəqənin  tərkibində  tək-tək  stalaktit  və 

stalaqmit  hissələri  qeydə  alınmışdır.  Təsvir  olunan  sahədə 

təbəqənin qalınlığı 38-52 sm-ə çatır. 

Dördüncü təbəqə sarı  gillicə  torpaq təbəqəsindən  ibarətdir. 

Təbəqənin  içərisində  kiçik  qaya  daşlarının  qırıqları  qeydə 

alınmışdır.  Maraqlıdır  ki,  dördüncü  təbəqənin  içərisində  bir  neçə 

ocaq layı qeydə alınmışdır. Əvvəlki tədqiqat illərində də dördüncü 

təbəqədən ocaq  layları qeydə alınmışdır.  Lakin bu  ilki tədqiqatlar 

zamanı  təsvir  olunan  sahədə  dördüncü  təbəqə  nisbətən  nazik 

olmuşdur.  Yeni tədqiqat sahəsində  təbəqənin qalınlığı 65-80 sm-ə 

bərabər olmuşdur.  Lakin 1973-cü  ildə düşərgənin  IV təbəqəsində 

aparılan  qazıntılar  zamanı  maddi  mədəniyyət  qalıqlarının 

zənginliyinə  və  təbəqənin  rənginə  görə  iki  hissəyə    4a  və  4b 

təbəqələrinə  ayrılmışdır.  1973-cü  il  tədqiqatlar  zamanı  D-M 

sahəsində dördüncü təbəqənin qalınlığı 0,8 – 1,2 m olmuşdur. 



BeĢinci 

təbəqə 

nisbətən 

açıq-sarı 

gillicə  torpaq  

təbəqəsindən ibarətdir. Tədqiqatlar zamanı təbəqədən çoxlu maddi 

mədəniyyət  qalıqları,  ocaq  layları  qeyd ə  alınmışdır.  Ocaq  layları 

əsasən  təbəqənin  yuxarı  hissəsində  qeydə  alınmışdır.  Maraqlıdır 



90 

 

ki,  beşinci  təbəqənin  içərisindən  üç  kiçik  lay  qeydə  alınmışdır. 



Həmin  layların  ümumi  qalınlığı  3-5  sm,  5-7  sm  və  7-12  sm-ə 

bərabər  olmuşdur.  Bu  layların  içərisindən  arxeoloji  tapıntı  qeydə 

alınmamışdır.  Təsvir  olunan  sahədə  beşinci  təbəqənin  ümumi 

qalınlığı 45-85 sm-ə bərabər olmuşdur. 



Altıncı  təbəqə  tünd  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

Arxeoloji qazıntılar zamanı təbəqədən tək-tək qaya qırıqları qeydə 

alınmışdır.  Altıncı  təbəqədə  bir  neçə  ocaq  layları  da  qeydə 

alınmışdır. Tədqiq olunan sahədə altıncı təbəqənin qalınlığı 54-59 



sm olmuşdur. 

Tağlar  mustye  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 

nəticəsində  düşərgənin  stratiqrafiyasının  olduqca  zəngin  olduğu 

müəyyən  edilmişdir.  Düşərgənin  bütün  təbəqələrindən  zəngin 

maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Tağlar  mustye 

düşərgəsinin  D-F  kəsiyində  çöküntünün  qalınlığı  9  m-dən  bir 

qədər  artıq  olmuşdur.  Tağlar  mustye  düşərgəsi  nəinki  bütün 

Qafqazda,  eyni  zamanda  Yaxın  Şərq  ərazisində  özünün 

stratiqrafiyası  və  maddi  mədəniyyət  nümunələrinin  zənginliyinə 

görə ən möhtəşəm bir tarixi abidədir (Cəfərov, 1983, 1999, 2004). 

 

3. DaĢsalahlı mustye düĢərgəsinin stratiqrafiyası 



91 

 

        1958-ci  ildə  M.M.Hüseynovun  rəhbərliyi  altında  Daşsalahlı 

mustye  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı 

mağaranın çöküntülərində iki təbəqə qeydə alınmışdır: 



Birinci  təbəqə  qara  çürüntülü,  bəzən  də  sarıya  bənzər  gilli 

torpaq  təbəqəsindən  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı 

təbəqədən  Orta  əsrlər  və  Tunc  dövrlərinə  aid  gil  qab  qırıqları 

tapılmışdır.  Təsvir  olunan  birinci  təbəqənin  qalınlığı  1,15-1,30  

qalınlığında müəyyən edilmişdir. 

Ġkinci  təbəqə  sarı  gilli  torpaq  təbəqəsindən  ibarətdir. 

Daşsalahlı  mustye  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  tapılmışdır. 

Düşərgədə  qeydə  alınmış  ikinci  təbəqənin  qalınlığı  30  sm-ə 

bərabərdir.  Arxeoloji  qazıntılar  zamanı  Daşsalahlı  düşərgəsinin 

ikinci təbəqəsindən  tapılmış əmək alətləri əsasən  itiuclular, qaşov 

tipli alətlər, bıçaqlar, qəlpələr və nüvələrdən ibarətdir. 

 

 4.Qazma mustye düĢərgəsinin stratiqrafiyası 

 

Qazma  mustye  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  6  təbəqə  qeydə  alınaraq  tədqiq  edilmişdir.  Düşərgənin 

çöküntülərində  qeydə  alınmış  təbəqələr  aşağıdakılardan  ibarətdir 

(yuxarıdan aşağıya doğru): 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə