Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

112 

 

göstərməklə  yanaşı, o dövrün  heyvanat aləmini  tədqiq etməyə 



şərait yaradır. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



olunmuşdur  ki,  orta  Paleolit  dövründə  qədim  insanların 

təsərrüfat  həyatında  ovçuluqla  yanaşı,  yığıcılıq  da  əsas  yer 

tutmuşdur.    İbtidai  insanlar  meşələrdə  olan  giləmeyvələri 

toplayıb öz düşərgələrinə gətirir  və  istifadə edirdilər.  Təbiətdə 

olan  meyvələr  yığıcılıq  təsərrüfatının  inkişaf  etməsinə  zəmin 

yaratmışdır. 

 

 Aparılan elmi araşdırmalar göstərir ki, ibtidai insanlar orta 



Paleolit  dövründə  yeməli  meyvə  bitkilərilə  yanaşı,  yabanı 

dənli  bitkilərdən  də  istifadə  etmişlər.  Bu  da  qədim  insanları 

torpağa  bağlamaqda  müəyyən  rol  oynamışdır.  Alimlər 

Azərbaycan  və  dünyanın  digər  ölkələrində  aparılan  elmi 

tədqiqatlar  zamanı  geniş  sahələrdə  yabanı  dənli  bitkilər 

(müxtəlif  taxıl  növləri)  müəyyən  etmişlər.  Elmi  araşdırmalar 

göstərir  ki,  hələ  orta  Paleolit  dövrünün  sonlarından 

Azərbaycan  ərazisində  yabanı dənli bitkilər  mövcud olmuş  və 

bu da qədim insanların diqqətini cəlb etmişdir. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



edilmişdir ki, Azərbaycan ərazisində 40 min il bundan əvvəllər 

orta  Paleolit,  üst  Paleolit  dövrü  ilə  əvəz  olunmuşdur. 

Aparılmış  geomorfoloji  tədqiqatlar  zamanı  məlum  olmuşdur 



113 

 

ki,  bu  dövrdən  başlayaraq  Azərbaycanın  dənizkənarı  və  çay 



vadilərində    yerin  üst  quruluşu  tamamilə  formalaşmış,  düzən 

sahələr  genişlənmişdir  (Məmmədov,  Ə ləsgərov,  1998).  Xəzər 

dənizinin  alt  Paleolit  dövründəki  hücumları  birdəfəlik 

dayanmış,  çay  şəbəkələri 

həmişəlik 

öz 


yataqlarını 

müəyyənləşdirmişdir. 

 

Azərbaycan 



ərazisində  çaylar  aşağıya  doğru  öz 

yataqlarında  möhkəmləndikcə  qədim  insanlar  yenicə  quruya 

çevrilmiş  çay  kənarlarında  olan  mağaralarda,  qaya 

sığınacaqlarında  və  terraslarda  məskunlaşmağa  başlayaraq  öz 

yaşayış məskənlərini genişləndirməyə başlamışlar. 

 

Üst  Paleolit  mədəniyyətinin  başlaması  ilə  əlaqədar  olaraq 



coğrafi  şəraitdə  də  dəyişikliklər  baş  verir  və  bu  da  heyvanat 

aləmində  də  özünü  göstərir.  Bəzi  heyvanların  nəsli  coğrafi 

şəraitin  dəyişməsilə  əlaqədar  olaraq  kəsilir  (Hacıyev,  1976). 

İqlim  şəraitinin  dəyişməsi  fauna  və  floraya  da  öz  təsirini 

göstərir. 

 

Qədim  və  orta  Paleolit  dövrlərində  ibtidai  insanların 



ovladıqları  heyvanlar  əsasən,  mağara  ayısı,  kərgədan,  nəhəng 

maral,  Mesopotamiya  maralı,  mağata  kaftarı,  zubr,  ibtidai 

öküz  və  digər  heyvanlar  üst  Paleolit  dövründə  artıq  nəsilləri 

kəsilmişdir. 




114 

 

 



Aparılan  paleontoloji  tədqiqatlar  zamanı  müəyyən 

edilmişdir ki, üst Paleolit dövrü insanları əsasən Qafqaz maralı, 

dağ keçisi, cüyür, ceyran və digər heyvanları ovlamışlar. 

 

Tağlar  paleolit  düşərgəsinin  üst  Paleolit  dövrünə  aid  II 



təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əsasən Qafqaz 

maralı, cüyür, ceyrana məxsus sümük qalıqları tapılmışdır.  

 

Damcılı  mağara  düşərgəsinin  sümük  məmulatı  içərisində 



əsas  yeri  Qafqaz  maralı,  dağ  keçisi,  cüyür,  ceyran,  Dağıstan 

turuna məxsus heyvan sümükləri təşkil edir. 

 

Daş dövrünün ayrı-ayrı  inkişaf  mərhələlərində  ibtidai  icma 



cəmiyyətinin  mühüm  nailiyyətlərinə  baxmayaraq    qədim 

insanlar  istehlakçı olaraq qalır  və onların  təsərrüfat  həyatı sırf 

mənimsəmə  xüsusiyyəti  daşıyırdı.  Bununla  bərabər  istehlak 

bazasının  məhdud  olması,  ovçuluq  təsərrüfatının  təbii  coğrafi 

şəraitdən asılı olması, iqlim şəraitinin tez-tez dəyişməsi ibtidai 

icma  cəmiyyətinin  inkişafını  həddindən  artıq  ləngidən 

amillərdən biri idi. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



edilmişdir  ki,  üst  Paleolitdən  orta  Daş  dövrünə  -  Mezolitə 

keçid  prosesi  ilə  əlaqədar  olaraq  qədim  insanların  həyatında 

mühüm  inkişaf  dövrləri  başlanmışdır.  Mezolit  sözü  iki  yunan 

sözünün birləşməsindən əmələ  gələrək (mezos-orta,  lithos-daş 

deməkdir)  orta  Daş  dövrü  deməkdir.  Mezolit  dövrünün 



115 

 

başlaması  təxminən  son  buzlaşma  erasının  qurtarmasına 



təsadüf  edir  və  bu  da  müasir  geoloji  mərhələnin  holosenin 

bərqərar  olması  ilə  üst-üstə  düşür.  Holosen  geoloji  dövrünün 

başlanmasından etibarən müasir landşaftlar yaranır. 

 

Azərbaycan 



Respublikası  ərazisində  aparılan  elmi 

tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  e.ə.  XIII  

minillikdən etibarən Mezolit dövrü başlamışdır.  Aparılan elmi 

araşdırmalar  zamanı  məlum olmuşdur ki, bəşər tarixində onun 

bütün  sonrakı  inkişafını  müəyyən  edən  bu  mərhələ 

mənimsəmə  təsərrüfat  formasından  (ovçuluq,  yığıcılıq, 

balıqçılıq) istehsaledici təsərrüfat formasına keçid olmuşdur.  

 

Aparılan  elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki, 



mezolit  dövründən  başlayaraq  ibtidai  icma  cəmiyyətinin 

yüksək  inkişafına  zəmin  yaranır,  cəmiyyətdə  və qədim  insan 

təsərrüfat 

həyatında  dönüş  əmələ  gəlir,  istehsaledici 

təsərrüfatın  əsas  sahələri  inkişafa  başlayır.  Məhz  mezolit 

dövründən  başlayaraq  ibtidai  icma  cəmiyyətinin  əsas  inkişaf 

xəttinin  təbiətdə  mövcud olan  hazır   nemətlərin  mənimsəməsi 

yox,  ərzaq  istehsal  etmək  yolu  müəyyən  edir.  Aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  aydın  olmuşdur  ki,  Mezolit 

dövründən  başlayaraq  ilkin  əkinçi–maldar  mədəniyyəti 

əsasında  yeni  təsərrrüfat  forması  meydana  gəlib  inkişaf 

etməyə  başlayır.  Yeni  meydana  çıxmış  təsərrüfat  forması 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə