Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə35/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

140 

 

arxeoloqlar  eopleystosenin  axırı  -  ən  qədim  Pleystosen  dövrünə 



aid heyvan sümüklərinin tapıldığı yer kimi göstərmişlər. Lakin bir 

neçə  ildən  sonra  aparılan  arxeoloji  qazıntılar  zamanı  heyvan 

sümükləri ilə bərabər Paleolit dövrünə aid daş alətlər də tapılmağa 

başlamışdır (Lübin, 1998; Lübin, Belyayeva, 2006). 

 

1991-ci  ildən  başlayaraq  Gürcüstan,  Almaniya  və  digər 



Avropa  alimlərinin  arxeoloqları  Dmanisi  paleolit  düşərgəsində 

yaxşı  təşkil  olunmuş  arxeoloji  qazıntı  işlərinə  başlamışlar  ki, 

bununla  da  düşərgədə  elmi  tədqiqatların    II  mərhələsinin  təməli 

qoyulmuşdur.  1991-ci  il  sentyabrın  24-də  Dmanisi  paleolit 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ibtidai  insana 

məxsus  olan  alt  çənə  tapılmışdır.  Bununla  əlaqədar  olaraq 

Dmanisi  paleolit  düşərgəsinin  maddi  mədəniyyət  qalıqları 

arxeoloq,  paleontoloq,  paleoantropoloq  və  digər  mütəxəssislərin 

diqqətini  cəlb  etmişdir.  1991-ci  ildə  tapılmış  çənə  üzərində 

aparılan  elmi  tədqiqatlar  zamanı  onun  Homo  erektus  tipli  ibtidai 

insana  məxsus  olması  müəyyən  edilmişdir  (Vişnyavski,  2002). 

Homo erektusa məxsus olan çənə Dmanisi paleolit düşərgəsinin V 

təbəqəsində  tapılmışdır.  Bu  tapıntı  paleoantropoloqlar  tərəfindən 

bütün  Avrasiya  məkanında  mühüm  elmi  tapıntı  kimi 

qiymətləndirilmişdir  (Qobunya,  1991).  Bu  tapıntıya  qədər  Homo 

erektus  tipli  ibtidai  insan  qalıqları  Şərqi  Afrikanın  Olduvay 




141 

 

düşərgəsində tapılmış  və onun  mütləq  yaşı 1,8  milyon  ilə bərabər 



olması müəyyən edilmişdir (Lübin, Belyayeva, 2006). 

 

1991-2007-ci  illərdə  Dmanisi  paleolit  düşərgəsində 



kompleks şəkildə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə, bu 

vaxta qədər düşərgənin 400 kv.m sahəsi qazılıb tədqiq olunmuşdur 

(Nioradze,  Lübin,  1998).  Dmanisi  paleolit  düşərgəsində  aparılan 

arxeoloji  qazıntılar  zamanı  6  təbəqə  müəyyən  edilmişdir. 

Düşərgədə çöküntünün ümumi qalınlığı 4 m-dən bir qədər artıqdır 

(Lordkipanidze,  1998).  Ən  aşağı  təbəqə  olan  VI  təbəqə  vulkan 

külündən  ibarətdir.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  arxeoloji  

və  paleontoloji  tapıntılar  düşərgənin  II,  III  və  V  təbəqələrindən 

əldə olunmuşdur. İbtidai  insanlara  məxsus kəllə qalıqları, çənələr 

və  dişlər    isə  V  təbəqədən  tapılmışdır.    Dmanisi  paleolit 

düşərgəsində  ibtidai  insanların  məskunlaşdıqları ərazinin sahəsi 5 

min kv.m-dən bir qədər artıq olmuşdur (Lübin, Belyayeva, 2006). 

Dmanisi  paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  6  ibtidai  insana  məxsus  kəllə,  4  alt  çənə,  12  diş  və  digər 

sümük  qalıqları  tapılmışdır  (Lübin,  Belyayeva,  2006). 

Paleoantropoloji  tapıntılar  Qobunya  tərəfindən  təyin  olunmuşdur. 

Gürcü  antropoloqu  Qobunyanın  fikrinə  görə,    Dmanisidən 

tapılmış    qədim  insana  məxsus  kəllə  və  çənələr  analoji  cəhətcə 

Şərqi  Afrikanın  Olduvay  dərəsindən  tapılmış  Homo  habilis  tipli 

insanlara  yaxınlıq  təşkil  edir.  Antropoloq  Qobunyaya  görə 




142 

 

Dmanisinin  paleoantropoloji  tapıntıları    Homo  habilisdən  Homo 



erektus  tipli  insanlara  keçid  mərhələsindədir.  Dmanisi  paleolit 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  minlərlə  daş 

məmulatı və fauna qalıqları tapılmışdır.  

Fauna  qalıqları  Dmanisi  düşərgəsinin  IV  və  V  təbəqələrində 

daha çox tapılmışdır. Sümük məmulatı içərisində əsas yeri heyvan 

kəllələri,  çənələri,  dişləri  və  ayaq  sümükləri  təşkil  edir.  Dmanisi 

paleolit  düşərgəsinin  fauna  qalıqlarının  elmi  tədqiqi  ilə 

A.K.Vekua  məşğul  olmuşdur.  Onun  təyinatına  görə,  düşərgənin 

sümük məmulatı içərisində əsas yeri cənub fili, etrus kərgədanı və 

maral  sümüklərinin  qalıqları  təşkil  edir  (Qobunya,  Vekua,  1993, 

1998, 2001). 

1991-2007-ci  illərdə  Dmanisi  paleolit  düşərgəsində 

aparılan  arxeoloji  qazıntılar  zamanı  minlərlə  daş  məmulatı 

tapılmışdır.  Düşərgənin  daş  məmulatı,  əsasən,  kvars,  kvarsit,  tuf 

və  digər  daşlardan    hazırlanmışdır.  Daş  məmulatı  içərisində  əsas 

yeri  çaydaşılarından  hazırlanmış  kobud  çapma  alətləri,  bəsit 

qəlpələr,  üzərində  qopuq  izləri  olan  çaydaşıları,  nüvələr  və  digər 

alətlər təşkil  edir (Lübin, 1998; Lübin, Belyayeva, 2006).  

Aparılan arxeoloji qazıntılar  zamanı düşərgənin  II  təbəqəsinin 

alt  qatından,  IV  və  V  təbəqələrdən  daha  çox  daş  məmulatı 

tapılmışdır. 



143 

 

Dmanisi  paleolit  düşərgəsinin  daş  məmulatının  elmi 



tədqiqi  ilə  məşğul  olan  M.Nioradze  və  Lübinin  mülahizələrinə 

görə,  düşərgənin  daş  məmulatı  qədim  Aşeldən  çox  əvvəl 

hazırlanmasını  qeyd  edirlər.  Lakin,  Fransa  arxeoloqları  Anri  dö 

Lümley  başda  olmaqla  qeyd  edirlər  ki,  Dmanisi  paleolit 

düşərgəsinin  daş  məmulatını  Şərqi  Afrikanın  Keniya  və  Efiopiya 

ərazilərindəın  tapılmış  Olduvay  mədəniyyətinə  aid  əmək  alətləri 

ilə  müqayisə  oluna  bilər.  Çünki  Dmanisinin  əmək  alətləri 

içərisində  Olduvay  mədəniyyətinə  oxşar  alətlər  qeydə  alınmışdır 

(Lümley,  2002).  Keniya  və  Efiopiya  ərazilərində  olan  paleolit 

düşərgələrində  tapılmış  əmək  alətlərinin  hazırlanma  tarixi  2 

milyon ilə bərabərdir. 

Dmanisi  paleolit  düşərgəsinin  V-VI  təbəqələrindən 

tapılmış  kobud  çapma  alətləri  daş  məmulatı  içərisində  çoxluq 

təşkil  edir.  Lakin  düşərgənin  II  təbəqəsindən  tapılmış  alətlər 

nisbətən  inkişaf  etmiş  texniki  üsullarla  hazırlanmışdır.  Eyni 

zamanda  II  təbəqənin  daş  məmulatı  içərisində  qəlpələrdən  kiçik 

alətlər də  hazırlanmışdır. Onların  içərisində qaşovlar, qaşovcuqlar 

və  gəzli  alətlər çoxluq təşkil  edir (Lübin, 1998). Dmanisi paleolit 

düşərgəsində  təbəqədən-təbəqəyə  əmək  alətlərinin  inkişaf 

texnikası  və  tipologiyasının  dəyişməsi  burada  ibtidai  insanların 

uzun müddət yaşadıqlarını göstərir. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə