Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

172 

 

       Fransanın  Ballone  qədim  insan  düşərgəsində  aparılan 



arxeoloji  tədqiqat  işləri  zamanı  ən  qədin  Daş  dövrünə  aid  maddi 

mədəniyyət  nümunələri  tapılmışdır.  Ballone  düşərgəsindən  aşkar 

olunmuş  maddi  mədəniyyət  nümunələrinin  yaşı  milyon  ilə 

bərabərdir. Hələlik Avropa ölkələri ərazisində bu tarixə malik olan 

ikinci bir düşərgə qeydə alınmamışdır.  Ballone düşərgəsindən daş 

məmulatı  ilə  yanaşı  ovlanmış  heyvan  sümükləri  də  tapılmışdır 

(Lümley, 1971, 1998). 

      Fransa ərazisində aşkar olunmuş ən  maraqlı  və zəngin paleolit 

düşərgələrindən  biri  də  Terra-Amata  düşərgəsidir.  Düşərgə 

Fransanın  cənub-şərqində  olub,  Nitsa  şəhəri  ərazisində  yerləşir. 

Burada  arxeoloji  tədqiqat  işlərini professor A.Lümley aparmışdır. 

Tədqiqatlar  zamanı  düşərgədən  qədim  Aşel  dövrünə  aid 

çoppinqlər,  əl  çapacaqları  və  başqa  əmək  alətləri  aşkar 

olunmuşdur. Terra-Amata düşərgəsindən daş məmulatı ilə birlikdə 

ovlanmış  heyvan  sümükləri  də  tapılmışdır.  Sümük  məmulatı 

içərisində  Merka  kərgədanı,  nəhəng  maral,  vəhşi  öküz  və  başqa 

heyvan  sümükləri  çoxluq  təşkil  edir.  Düşərgədən  çoxlu  heyvan 

sümüklərinin  tapılması  burada  yaşayan  qədim  sakinlərin 

həyatında  ovçuluğun  mühüm  yer  tutduğunu    göstərir  (Lümley, 

1969, 1971). 

                    Maraqlıdır  ki,  Terra-Amata  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  ibtidai  tikili  yeri  qeydə  alınmışdır.  Professor 




173 

 

A.Lümleyin  fikrincə,  qədim  tikili  yerində  ibtidai  insanlar 



müvəqqəti yaşamışlar. Bu sahədə onlar əmək alətləri hazırlamaqla 

məşğul  olmuşlar.  Qeyd  etdiklərimizi  tikinti  yerindən  aşkar 

olunmuş çoxlu istehsal tullantıları bir daha sübut edir. İbtidai tikili 

yerinin  eni  4-6  m,  uzunluğu  8-15  m-ə  yaxın  olmuşdur.  Tikili 

yerinin  sahəsi  daşlarla  örtülü  olmuşdur.  Müəyyən  edilmişdir  ki, 

tikili  yerinin  ortasında  ocaq  yandırılmış,  hətta  ocağın  küləkdən 

sönməməsi  üçün ətrafına daşdan sədd çəkilmişdir  (Lümley, 1998, 

2000). 


                  Terra-Amata  düşərgəsində  ən  maraqlı  tapıntılardan  biri 

Paleolit  dövrü  adamının  ayaq  izinin  mədəni  təbəqədə  qalmasıdır. 

Onun  ölçülərinə  əsasən  müəyyən  edilmişdir  ki,  həmin  dövrün 

adamının boyu 1,56 m olmuşdur. 

                     Fransanın  cənubunda  Totavel  şəhərinin  2  kilometrliyində 

yerləşən Kondel- Araqo düşərgəsində aparılan arxeoloji tədqiqatlar 

zamanı    aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları  özünün 

zənginliyinə  görə  xüsusi  maraq  doğurur.  Araqo  qədim  insan 

düşərgəsində  aparılan  tədqiqatlar  zamanı  qədim  Daş  dövrünə  aid 

əmək  alətləri  tapılmışdır.  Aşkar  olunmuş  əmək  alətləri  içərisində 

əsas  yeri kobud çapma alətləri   (çopper,  çoppinq), əl  çapacaqları, 

qaşov  tipli  alətlər  və  itiuclular  təşkil  edir.  Araqo  düşərgəsindən 

aşkar olunmuş kobud çapma alətləri klassik  üsulda hazırlanmış və  

tipologiyasına  əsasən  qədim  Aşel  dövrünə  aid  olunur.  Araqo 




174 

 

düşərgəsindən  daş  məmulatı  ilə  yanaşı,  ovlanmış  heyvan 



sümükləri  də  aşkar  olunmuşdur.  Bu  qədim  Araqo  düşərgəsi 

sakinlərinin həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. 

                  Totavelin  Kondel- Araqo  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  insan  kəllələri  və  çənələri  aşkar  olunmuşdur. 

Xüsusilə,  düşərgədə  1969-cu  il  iyulun  21-də  aparılan  arxeoloji 

qazıntılar  zamanı  qədim  insanın  alt  çənəsi  tapılmışdır.  Çənə 

üzərində 5 ədəd diş tam şəkildə qalmışdır. 1970-ci  il  iyulun 16-da 

aparılan  arxeoloji  qazıntılar  zamanı  üzərində  5  diş  olan  qadın 

çənəsi  tapılmışdır.  1971-ci  il  iyulun  22-də  aparılan  arxeoloji 

qazıntılar  zamanı  qədim  insan  kəlləsi  və  üst  çənə  aşkar 

olunmuşdur.  Üst  çənə  kəllə  ilə  birlikdə  tapılmış  və  20-25  yaşlı 

qadına məxsusdur. 

                     1979-cu il iyulun 27-də Kondel-Araqo düşərgəsində aparılan 

arxeoloji qazıntılar  zamanı qədim  insanın kəllə qapağı tapılmışdır 

(Lümley, 1998). 

                      Araqo düşərgəsindən  tapılmış paleoantropoloji qalıqlar ona 

dünya şöhrəti qazandırdı. Mən 2001-ci il iyulun 3-dən avqustun 2-

dək  və  2003-cü  il  fevral- mart  aylarında  Fransada  elmi 

ezamiyyətdə  olarkən  Araqo  düşərgəsindən  tapılmış  maddi 

mədəniyyət qalıqları ilə Totavel şəhərində olan Avropa tədqiqatlar 

mərkəzində  yaxından  tanış  olmuşam.  Araqo  düşərgəsindən 

tapılmış  paleoantropoloji  qalıqlar  Avropanın  ilk  sakinlərinə  aid 




175 

 

olub, qədim  Aşel dövründə 600-450  min  il bundan əvvəl  yaşamış 



qədim  Araqo  və  Totavel  adamlarının  sümük  qalıqlarıdır. 

Maraqlıdır  ki,  Kondel-Araqo  düşərgəsindən  tapılmış  çənə  Azıx 

düşərgəsinin  aşel  təbəqəsindən  aşkar  olunmuş    çənə  ilə  dövr 

etibarı  ilə  yaxınlıq təşkil  edir.  Hər  iki düşərgədən  tapılmış qədim 

insan  çənəsi  yaş  etibarı  ilə  müqayisə  oluna  bilər  və  qədim 

insanların antropoloji  xüsusiyyətlərini öyrənmək  üçün ən  mühüm 

tapıntılardır (Cəfərov, 2004). 

                   Araqo  düşərgəsindən  tapılmış  paleoantropoloji  tapıntıların 

hamısı  Aşel  mədəniyyətinə  aid  təbəqələrdən  aşkar  olunmuş  və 

həmin qədim insanlara aid kəllə və çənələr 450-500 min il bundan 

əvvəllər Fransanın cənubunda Totavel-Araqo ərazilərində yaşamış 

və ovçuluqla məşğul olmuşlar (Lümley, 1998). 

                      2001-ci  ilin  iyul ayında Fransada elmi ezamiyyətdə olarkən 

Totavel  şəhərində  olan  Avropa  tədqiqatlar  mərkəzində  saxlanılan 

Araqo  düşərgəsinin  daş  və  fauna  məmulatı  ilə  yaxından  tanış 

oldum.  Araqo  düşərgəsi  Totavel  şəhərində  2,5  km  aralıda  Enge 

çayının  sol  sahilində  dağın  döşündə  yerləşir  (bax  şəkil  124,  128, 

129).  Araqo  düşərgəsinin  və  Totavel  şəhərinin  yerləşdiyi  ərazi 

bizim  Qarabağı  xatırladır.  Hər  tərəf  dağlarla  əhatə  olunmuş, 

Totavel  çökəkliyinin  arasından  Enge  çayı  axır  və  şəhəri  iki 

hissəyə ayırır (bax şəkil 124). 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə