Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə48/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   44   45   46   47   48   49   50   51   ...   106

192 

 

sürmək  olar  ki,  Azərbaycan  və  Qafqaz  dağlarında  yaşamış  Aşel 



dövrü adamları azıxantrop tipli insanlar olmuşlar. 

Dünya alimlərini  uzun  müddət  ibtidai adamların  fiziki tipi 

düşündürmüş  və  bu  sahədə  elmi  tədqiqat  işləri  aparmışlar. 

Dünyanın  müxtəlif  ölkələri  ərazisində  aparılan  arxeoloji 

tədqiqatlar  işləri  nəticəsində  müəyyən  edilmişdir  ki,  qədim  Aşel 

dövrü adamlarının  fiziki tipi pitikantrop, sinantrop  və  heydelberq 

tipli adamlardan ibarət olmuşdur. 

Pitikantrop  tipli  insan  ilk  dəfə  1891-ci  ildə  Hollandiya 

həkimi  Dyuba  tərəfindən  Yava  adasında  tapılmışdır.  Yava 

adasında  aparılan  arxeoloji  qazıntılar  zamanı  daş  məmulatı  ilə 

yanaşı,  paleoantropoloji  qalıqlar  da  tapılmışdır.  Sonralar  Yava 

adasında  aparılan  arxeoloji  qazıntılar  nəticəsində  pitikantrop  tipli 

adamların  sümük  qalıqları  –  kəllə  və  çənələri  tapılmışdır.  Yava 

adasında tapılmış  paleoantropoloji  tapıntıların  tədqiqi  nəticəsində 

antropoloqlar  müəyyən  etmişlər  ki,  pitikantrop  tipli  adamların 

boyu  160-170  sm,  beyin  tutumu  isə  850-950  kub  sm-ə  bərabər 

olmuşdur (Alekseyev, 1984). 

Sonralar  Afrika,  Fransa,  İtaliya,  İspaniya,  Almaniya, 

Qafqaz  və  digər  ölkələrin  ərazilərində  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  daş  məmulatı  ilə  yanaşı  pitikantrop  tipli 

insanların  sümük  qalıqları  tapılmışdır  (Lübin,  1998,  Lümley, 

1998). 



193 

 

Arxeoloji tədqiqatlar zamanı tapılmış ibtidai insan qalıqları 



içərisində  sinantrop  tipli  insanın  tapıntısı  xüsusi  maraq  doğurur. 

Sinantrop  tipli  insanın  qalıqları  1927-ci  ildə  kanadalı  alim 

Devidson  Bleyk  tərəfindən  çinin  Çjoukoudyan  kəndi  ərazisində  

tapılmışdır.  Bu  kənd  Pekin  şəhərindən  54  km  cənub-qərbdə 

yerləşir.  Burada  aparılan  arxeoloji  qazıntılar  zamanı  qədim 

insanın  çənəsi  tapılaraq  həmin  yerin  adı  ilə  sinantrop,  yəni  Çin 

adamı adlandırılmışdır (Lümley,1998). 

Çinin  Çjoukoudyan  qədim  paleolit  düşərgəsindən  zəngin 

maddi  mədəniyyət qalıqları  aşkar olunmuşdur.  Sonralar 1929-cu 

ildə  Çjoukoudyan  paleolit  düşərgəsində  aparılan  arxeoloji 

tədqiqatlar zamanı daş məmulatı ilə yanaşı kəllə qapağı,  skelet və 

başqa sümük qalıqları aşkar olunmuşdur. 

Pitikantrop,  atlantrop,  heydelberq    adamı  ilə  yanaşı 

sinantropu da qədim insanlar qrupuna aid edirlər. Lakin göstərilən 

qrup  adamlarından  sinantrop  bir  qədər  inkişaf  xüsusiyyətlərinə 

görə  fərqlənir.  Lakin  bunların  arasında  fərq  azdır.  Sinantrop 

müasir adamlardan və  neandertal  tipli  insanlardan beyin tutumuna 

görə  fərqlənir. Sinantropun beyin  tutumu 1200 sm

3

, boyu 160-165 



sm-dir. 

Maraqlıdır  ki,  Çjoukoudyan  düşərgəsindən  sinantrop  tipli 

insanın qalıqları  ilə  yanaşı, qədim Paleolit dövrünün əmək alətləri 

ilə birlikdə ocaq qalıqları da tapılmışdır (Boriskovski, 1979).  




194 

 

1929-1930-cu 



illərdə 

çinli  alim  Pey  Ven-Çjun 

Çjoukoudyan  paleolit  düşərgəsindən  bir  uşağın  və  30-35  yaşlı 

qadının kəllə sümüyünü tapmışdır (Lümley, 1998). 

Sinantrop  fiziki  inkişafına  görə pitikantropa oxşasa da, bir 

az  ondan  çox  inkişaf  etmişdir.  Elmi  araşdırmalar  zamanı  məlum 

olmuşdur  ki,  sinantropun  boyu  144-156  sm,  beyin  tutumu  isə 

1050-1200 kub sm-ə qədər olmuşdur. 

1907-ci  ildə Almaniyanın  Heydelberq  şəhəri  yaxınlığında, 

Mauer  kəndi  ərazisində  qədim  insanın  alt  çənəsi  aşkar 

olunmuşdur.  Çənəyə  tapıldığı  yerin  adı  verilmiş,  Heydelberq 

adamı adlandırılmışdır. 

Heydelberq  adamı  qədim  insan  qruplarından  biridir.  Çənə 

Nekkar  çayının  qədim  çöküntülərində    (24  m  dərinliyində 

tapılmışdır)  kərgədan,  qədim  fil,  bizon,  qədim  at  və  s.  sümük 

qalıqları  ilə birlikdə  tapılmışdır. Çöküntü  mindel buzlağı dövrünə 

aid  olunur  (500  min  il  bundan  əvvəllər).  Çənə  çox  primitivdir, 

dişləri  isə  müasir  insan  dişlərini  xatırladır.  Arxeoloq  A.Rust 

buradan  tapılmış  əmək  alətlərini  qədim  Aşel  dövrünə  aid  edir  və 

heydelberq  adamının  alətləri  olduğunu  göstərir.  Dünyanın  əksər 

alimləri  Heydelberq  adamının  pitikantrop  və  sinantropa  yaxın 

olmasını göstərirlər (Boriskovski, 1979, Lübin, 1998). 

Avropa  üçün  ən  maraqlı  elmi  əhəmiyyətə  malik 

paleoantropoloji  tapıntılar  Fransanın  Kondel-Araqo  düşərgəsində 




195 

 

aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuşdur. 1969-cu ildə 



professor  Henri  dö  Lümleyin  rəhbərliyi  altında  aparılan 

tədqiqatlar  zamanı  üzərində 5 diş olan qədim  insan çənəsi,  1970-

ci  ildə  18-20  yaşlı  qadına  məxsus  çənə,  1971-ci  ildə  kəllə  ilə 

birlikdə  üst  çənə,  1979-cu  ildə  qədim  insanın  kəllə  qapağı 

tapılmışdır.  Kondel-Araqo  paleolit  düşərgəsindən  tapılmış 

paleoantropoloji  tapıntılar  üzərində  professor  Mariya  Antuanetta 

dö  Lümley  elmi  tədqiqat  işləri  aparmışdır.  Onun  apardığı  elmi 

tədqiqat  işləri  zamanı  məlum olmuşdur ki, Kondel- Araqo paleolit 

düşərgəsindən  tapılmış  paleoantropoloji  tapıntıların  hamısı  Aşel 

mədəniyyətinə  aid  olub,  450  min  il  bundan  əvvəl  Fransanın 

cənubunda  Totavel  ərazisində  yaşamış  və  Avropanın  ulu 

sakinləridir.  Onlar  düşərgədə  əmək  alətləri  hazırlamış  və 

ovçuluqla məşğul olmuşlar (Lümley, 1998, 2000). 

Gürcüstanın  Dmanisi  paleolit  düşərgəsində  aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  4  kəllə  və  4  qədim  insan  çənəsi 

tapılmışdır.  Dmanisi  düşərgəsinin  V  təbəqəsindən  tapılmış 

paleoantropoloji tapıntıları antropoloq L.Qobunya tədqiq etmişdir. 

Onun  fikrinə  görə  Dmanisidən  tapılmış  qədim  insan  çənələri 

analoji  cəhətcə  Şərqi  Afrikanın    Olduvay  (Homo  habilis)    və 

Asiyanın  (Yava  pitikantrop)  qədim  insan  tapıntıları  ilə  yaxınlıq 

təşkil edir (Lordkipanidze, 2004).  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə