Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə49/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

196 

 

Gürcü  antropoloqu  Qobunyaya  görə,  Dmanisidən  aşkar 



olunan  paleoantropoloji  tapıntılar  Homo  habilisdən  Homo 

ekectusa  keçid  mərhələsinə  aid  təyin  olunur  (bax  şəkil  138,  140, 

141). 

Dmanisi düşərgəsinin  tapıntıları paleomaqnit  yolu  ilə təyin 



olunmuşdur. 

1856-cı 


ildə 

Almaniyanın 

Düseldorf 

yaxınlığında 

Neandertal  kəndi  ərazisində  aparılan  tədqiqatlar  zamanı  qədim 

insan  çənəsi  tapılmış    və  ona  Nendertal    insan  adı  verilmişdir. 

Elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  neandertal  tipli 

insanların boyu 160 sm, beyin tutumu isə 1700 kub.sm olmuşdur.  

Sonralar  aparılan  elmi  tədqiqatlar  zamanı  İraqın  Şanidar 

düşərgəsindən  9  neandertal  tipli  insanın  sümük  qalıqları 

tapılmışdır. 

 2000-ci 

il 

iyulunda 



Fransa-Keniya 

arxeoloji 

ekspedisiyasının  Keniyanın  Türkanə  gölü  yaxınlığında  apardığı 

arxeoloji  tədqiqatlar  zamanı  daş  məmulatı  ilə  yanaşı  iki  insan 

kəlləsi tapılmışdır. Onların birinin 6  milyon  il  yaşı olub,  “Orrorin  

tügenensis”,  ikincisinin  isə  4,5  milyon  yaşı  olub,  Keniantrop 

adlandırılmışdır (Lümley, 2003). 

Beləliklə,  son  50  ildə  aparılan  kompleks  elmi  tədqiqat  

işləri  nəticəsində  qədim  insanlara  aid  zəngin  paleoantropoloji 



197 

 

tapıntılar  aşkar  olunmuş  və  aşağıdakı  insan  tipləri  müəyyən 



olunmuşdur:  

1.

 



Homo Türkanə;                          7. Sinantrop; 

2.

 



Keniantrop;                                8. Azıxantrop; 

3.

 



Homo erektus;                            9. Homo Dmanisi

4.

 



Homo habilis;                             10. Neandertal insan

5.

 



Zincantrop;                                 11. Homo sapiens

6.

 



Pitikantrop;                                 12. Homo sapiens,                             

                                     sapiens. 

Ümumiyyətlə,  aparılan  kompleks  arxeoloji  tədqiqatlar 

nəticəsində  Şərqi  Afrikanın  21  paleolit  düşərgəsindən  yaşı  3 

milyon  illə  6  milyon  il  arasında  olan  paleoantropoloji  tapıntılar 

aşkar  edilmişdir.  Dünyanın  156  paleolit  düşərgəsində  isə 

neandertal  tipli  insanlara  məxsus olan sümük qalıqları tapılmışdır. 

Məhz  bu  paleoantropoloji  tapıntılara  əsasən  ilk  qədim  insanın 

Şərqi  Afrika  ərazisində  əmələ  gəlib,  sonralar  isə  dünyanın 

müxtəlif ölkələrinə yayılması haqqında elmi fikir hazırda üstünlük 

təşkil edir (Lümley, 1998; Cəfərov, 2004).  

Arxeologiya  elminin  son  tədqiqatlarına  əsasən  ilk  qədim 

insanların  6  milyon  il  bundan  əvvəl  başlayaraq  çaydaşılarından 

kobud  şəkildə  əmək  alətləri  hazırlaması  müəyyən  edilmişdir 

(Cəfərov, 2004, bax şəkil 132). 



198 

 

Qafqaz  və  o  cümlədən  Azərbaycan  ərazisində  aparılan 



kompleks  arxeoloji  tədqiqatlar  nəticəsində  bu  ərazilərdə  qədim 

insanların  2-2,5  milyon  il  bundan  əvvəl  məskunlaşması  arxeoloji 

və paleoantropoloji faktlarla sübuta yetirilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



199 

 

VIII FƏSĠL 



 

AZƏRBAYCANIN ORTA PALEOLĠT 

DÜġƏRGƏLƏRĠ – MUSTYE MƏDƏNĠYYƏTĠ 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 

olunmuşdur  ki,  120  min  il  bundan  əvvəllərdə  son  Aşel 

mədəniyyəti  Mustye  mədəniyyəti  ilə əvəz olunmuşdur.  Aparılmış 

arxeoloji  tədqiqatlar  göstərir  ki,  son  aşel  –  mustye  dövrü 

insanların  həyatında  bu  zamanlardan  başlayaraq  mühüm 

dəyişikliklər  baş  vermişdir.  Məhz  bu  dövrdən  başlayaraq  qədim 

insanlar  yeni  tipli  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Bu, 

onların  inkişafı  ilə  əlaqədar  meydana  çıxmışdır.  Artıq  əvvəlki 

dövrlərdə  hazırlanmış  əmək  alətləri    -  kobud  çapma  alətləri,  əl 

çapacaqları  insanların  yeni  tələbatlarını  ödəmir  və  daha 

mükəmməl,  universal  əmək  alətlərinin  hazırlanması  əsas  məsələ 

kimi  qarşıda  durmuşdur.  Dünyanın  əksər  Daş  dövrü 

düşərgələrində  olduğu  kimi  qədim  Azıx,  Tağlar  sakinləri  də  yeni 

tələbata  uyğun  əmək  alətləri  hazırlamaq  üçün  çay  kənarlarından 

müxtəlif  növ  daşları  götürüb  təcrübədə  yoxlayır  və  həmin 

daşlardan əmək alətləri  hazırlayırlar.  Bu  isə  yeni arxeoloji dövrün 

başlanmasının  əsasını  qoyurdu.  Bu  dövrün  maddi  mədəniyyət 

qalıqları  ilk  dəfə  Fransanın  lö-Mustye  mağara  düşərgəsində 



200 

 

müəyyən  olduğuna  görə,  tapıldığı  yerin  adı  ilə  Mustye 



mədəniyyəti  adlandırılmışdır  (Bord,  1961;  Lübin,  1977).  Mustye 

mədəniyyətinə  aid  maddi  mədəniyyət  nümunələri  Avropada, 

Şimali  Afrikada,  Orta  Asiya,  Yaxın  Şərq  ölkələri  ərazisində  istər 

mağara,  istərsə  də  açıq  paleolit  düşərgələrindən  tapılmışdır. 

Arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  bəşər 

tarixində  Mustye  mədəniyyəti  100  min  il  bundan  əvvəl  başlamış 

və  35  min  il  bundan  qabaq  sona  çatmışdır.  Lakin  son  5  ildə 

Avropa  ölkələri  ərazisində  olan  elmi  laboratoriyalarda  aparılan 

kompleks tədqiqatlar  nəticəsində Mustye  mədəniyyətinin 120  min 

il  bundan  əvvəl  başlaması  müəyyən  edilmişdir  (Cəfərov,  2004, 

2007). 

Aparılan  kompleks  elmi  tədqiqatlar  nəticəsində  müəyyən 



olunmuşdur  ki,  Mustye  mədəniyyəti  dövründə  qədim  insanların 

bədən  quruluşunda,  əmək  alətləri  hazırlanmasında,  təsərrüfat 

həyatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir. 

Mustye  mədəniyyəti  dövrünün  sakinləri  neandertal  tipli 

insanlar  olmuşlar.  Onlar  yaşamaq  üçün  özlərinə  mağaralar,  açıq 

yaşayış  yerlərində,  qaya  sığınacaqlarında  və  komalarda  yaşayış 

məskəni  salırdılar.  Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı 

müəyyən  olunmuşdur  ki,  neandertal  tipli  insanlar  düşərgələrdə 

yaşayış  tikililərini,  əsasən  nəhəng  qaya  parçalarından  və  iri 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə