Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə50/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

201 

 

heyvan  sümüklərindən  düzəldirlər  (Lümley,  1969,  1998;  



Qriqoryev, 1971, 1988). 

Mustye  mədəniyyəti  dövründə  də  qədim  insanların  əsas 

məşğuliyyəti ovçuluq və yığıcılıqdan ibarət olmuşdur. 

Aparılan 

arxeoloji 

qazıntılar 

zamanı 

Mustye 


mədəniyyətinə  aid  olan  düşərgələrdən  neandertal  tipli  insanların 

qəbirləri aşkar olunmuşdur. Ilk dəfə neandertal tipli insanın sümük 

qalıqları  Almaniyanın  Neandertal  kəndi  ərazisində  olan 

düşərgədən  tapıldığı  üçün  həmin  insan  tapıntısına  neandertal 

adamı  adı  verilmişdir.  Aparılan  elmi  araşdırmalar  zamanı 

müəyyən  olunmuşdur  ki,  Mustye  mədəniyyəti  zamanı  nendertal 

tipli  insanların  həyatında  dəfn  mərasimi  olmuş  və  eyni  zamanda 

həmin insanlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Bu 

fikirlərimizi 

mustye 


mağara 

düşərgələrindən 

tapılmış 

paleoantropoloji  tapıntılar  da  təsdiq  edir  (Lübin,  1977,  1988, 

1998; Lümley, 1998). 

Qafqaz  və  Yaxın  Şərq  ölkələri  ərazisində  Mustye 

mədəniyyətinə  aid  ən  zəngin  maddi  mədəniyyət  nümunələri 

Tağlar  və  Azıx  düşərgəsinin  III  təbəqəsindən  aşkar  olunmuşdur 

(Hüseynov, 1985; Cəfərov, 1999). 

Çoxtəbəqəli  Azıx  düşərgəsinin  III  təbəqəsindən  tapılmış 

daş  məmulatının  1786  ədədi  slanes,  1293  ədədi  çaxmaq  və  14 

ədədi isə dəvəgözü daşından hazırlanmışdır. 




202 

 

Düşərgənin  III  təbəqəsinin  daş  məmulatı  içərisində  18 



ədəd çaydaşı qeydə alınmışdır. 

Azıx düşərgəsinin Mustye  mədəniyyətinə aid təbəqəsindən 

daş  məmulatı  içərisində 63 ədəd  nüvə  və 33  nüvə qırıqları qeydə 

alınmışdır. 



Nüvələr  (63  ədəd). 

Azıx  düşərgəsinin  Mustye 

mədəniyyətinə  aid  olan  təbəqəsindən  tapılmış  nüvələrin  31  ədədi 

slanes,  28  ədədi  çaxmaq  və  4  ədədi  isə  dəvəgözü  daşından 

hazırlanmışdır. Tipoloji cəhətcə nüvələr diskşəkilli, birzərbəsəthli, 

ikizərbəsəthli  və  levallua  nüvələrinə  bölünür.    Düşərgənin  III 

təbəqəsindən  tapılmış  nüvələrin  nümunələri  63  və  65-ci  şəkildə 

göstərilmişdir. Qeyd etmək lazımdır ki, Mustye mədəniyyətinə aid 

təbəqədən  tapılmış  nüvələr  qalıq  nüvələrdən  ibarətdir.  Onların 

üzlərindən çoxlu qəlpə və lövhələr qoparılmışdır. 

Azıx düşərgəsinin III təbəqəsindən tapılmış əmək alətlərini 

aşağıdakı tiplərə ayırmaq olur: 

1.

 

tipik  levallua qəlpələri (39 ədəd); 



2.

 

atipik levallua qəlpələri (17 ədəd); 



3.

 

levallua itiucluları (68 ədəd); 



4.

 

dişəklənmiş levallua itiuclular (36 ədəd); 



5.

 

psevdolevallua itiucluları (12 ədəd); 



6.

 

mustye itiuclular (16 ədəd); 



7.

 

sadə bir ağızlı qaşovlar (23 ədəd); 




203 

 

8.



 

sadə bir ağızlı qabarıq qaşovlar (27 ədəd); 

9.

 

sadə bir ağızlı batıq ağızlı qaşovlar (19 ədəd); 



10.

 

iki düz işlək ağızlı qaşovlar (18 ədəd); 



11.

 

iki düz işlək ağızlı batıq qaşovlar (9 ədəd); 



12.

 

iki işlək ağızlı qabarıq qaşovlar (6 ədəd); 



13.

 

iki işlək ağızlı batıq-qabarıq qaşovlar (7 ədəd); 



14.

 

konvergent qaşovlar (7 ədəd); 



15.

 

künclü qaşovlar (14 ədəd); 



16.

 

Tağlar tipli qaşovlar (4 ədəd); 



17.

 

enli qaşovlar (16 ədəd); 



18.

 

əl çapacaqları (2 ədəd); 



19.

 

kobud çapma aləti (1 ədəd); 



20.

 

kiçikölçülü alətlər (55 ədəd). 



         Azıx  düşərgəsinin  Mustye  mədəniyyətinə  aid  təbəqəsindən 

tapılmış  daş  məmulatının  zənginliyi  burada  qədim  insanların 

daimi  və  uzun  müddət  yaşadıqlarını  göstərir.  Eyni  zamanda 

mağara sakinləri əmək alətlərinin bir  hissəsini  mağaranın özündə, 

digər  hissəsini  isə  düşərgədən  kənarda  hazırlamışdır  (Hüseynov, 

1985, 1986; Cəfərov, 1994, 1999). 

Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  qədim,  orta  və  son  Aşel 

dövrlərinə  aid  olan  təbəqələrdən  bir  ədəd  də  olsun  dəvəgözü 

daşından  hazırlanmış  əmək  aləti  qeydə  alınmamışdır.  Deməli, 

qədim  Azıx  sakinləri  dəvəgözü  daşı  ilə  ilk  dəfə  120-100  min  il 




204 

 

bundan əvvəl – Mustye  mədəniyyətinin başlanğıcında tanış olmuş 



və  ondan  özləri  üçün  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Bu 

heç  də  təsadüfi  olmamışdır.  Qədim  Azıx  sakinləri  təcrübədə 

görmüşlər  ki,  dəvəgözü  və  çaxmaqdaşından  istənilən  formada 

əmək  alətləri  hazırlamaq  olur  və  ona  görə  də  alət  hazırlamaqda 

üstünlüyü çaxmaq və dəvəgözü daşlarına vermişlər. 

Azıx  mustye  düşərgəsinin  daş  məmulatının  elmi  təhlili 

göstərir  ki,  mağara  sakinləri  əmək  alətlərinin  bir  hissəsini 

mağaranın özündə, digər  hissələrini  isə düşərgədən kənarda,  yəni 

Quruçay dərəsində hazırlamış və sonralar düşərgəyə gətirib həmin 

alətlərdən  istifadə  etmişlər.  Eyni  zamanda  Mustye  mədəniyyəti 

dövründə  neandertal  tipli  insanlar  Azıx  düşərgəsində  daimi 

yaşamışlar.  Mustye  mədəniyyəti  dövründə  qədim  Azıx 

sakinlərinin  əsas  məşğuliyyəti  ovçuluq  və  yığıcılıqdan  ibarət 

olmuşdur (Hüseynov, 1975, 1985, 1986; Cəfərov, 1983, 1999).    

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,    çaxmaqdaşı 

Azərbaycan  Respublikasının  Qarabağ  ərazisində,  dəvəgözü  daşı 

isə Kəlbəcər rayonu ərazisində  və  Göyçə  gölü ətrafında daha çox 

yayılmışdır.  Mustye  mədəniyyəti  dövründə  daşdan  əmək  alətləri 

hazırlamaq  üçün  xammal  toplamaqla  xüsusi  insanlar  qrupu 

məşğul  olurdu.  Digər  insan  qrupu  isə  düşərgələrə  gətirilmiş 

çaydaşılarından əmək alətləri  hazırlamaqla  məşğul olurdular. Ona 

görə  də  daimi  yaşayış  yeri  olan  düşərgələrdə  arxeoloji  qazıntılar 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə