Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə51/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   47   48   49   50   51   52   53   54   ...   106

205 

 

zamanı  təbii  çaydaşıları  ilə  birlikdə  onlardan  hazırlanmış  əmək 



alətləri,  istehsal  tullantıları,  qəlpələr,  lövhələr  və  nüvələr  aşkar 

olunur. 


 

Azıxda Mustye mədəniyyətinin tipoloji xüsusiyyətləri 

 

Azıx paleolit düşərgəsinin  Mustye  mədəniyyətinə aid olan 



III təbəqəsinin daş məmulatı içərisində zəngin əmək alətləri qeydə 

alınmışdır. III  təbəqənin əmək alətləri  içərisində 68 ədəd  levallua 

itiucluları  müəyyən  edilmişdir.  Maraqlıdır  ki,  onların  əksəriyyəti 

çaxmaqlaşmış  slanes  daşından  (36  ədəd),  32  ədədi  isə 

çaxmaqdaşından hazırlanmışdır. 

Levallua  itiucluları əsasən birinci  və  ikinci qoparma  üsulu 

ilə  hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  59-cu 

şəkildə göstərilmişdir. 



Dişəklənmiş  levallua  itiucluları.  Azıxın  Mustye 

mədəniyyətinə aid alətləri  içərisində 37 ədəd dişəklənmiş  levallua 

itiucluları 

müəyyən 


olunmuşdur. 

Dişəklənmiş 

levallua 

itiuclularının  21  ədədi  çaxmaqdaşından,  14  ədədi  çaxmaqlaşmış 

slanes  daşından,  2  ədədi  isə  dəvəgözü  daşından  hazırlanmışdır. 

Dişəklənmiş  levallua  itiucluları əsasən dik,  yarımdik  və bəzən də 

itiləyici  dişəklə  işlənmişdir.  Təsvir  olunan  alətlərin  nümunələri 

61-ci şəkildə göstərilmişdir. 




206 

 

Azıx  düşərgəsinin  Mustye  mədəniyyətinə  aid  olan  III 



təbəqənin əmək alətləri  içərisində  mustye  itiucluları  xüsusi  maraq 

doğurur. Daş  məmulatı  içərisində 16 ədəd  mustye  itiuclusu qeydə 

alınmışdır.  Bunların  13-ü  çaxmaqdaşından,  3-ü  isə  dəvəgözü 

daşından  hazırlanmışdır.  Mustye  itiucluları  olduqca  incə 

işlənmişdir.  Levallua  itiuclularından  fərqli  olaraq  mustye 

itiucluları  daha  geniş  sahədə  dişəklənmişdir.  Uzunluğuna  görə 

mustye  itiuclularının  əksəriyyəti 5-9 sm-də olanlar təşkil  edir (13 

ədəd).  Eyni  zamanda  mustye  itiucluları  levallua  itiuclularına 

nisbətən daha qalın qəlpələr üzərində hazırlnmışdır. Təsvir olunan 

mustye itiuclularının nümunələri 67-ci şəkildə göstərilmişdir. 

Azıx paleolit düşərgəsinin  Mustye  mədəniyyətinə aid olan 

III  təbəqəsinin  əmək  alətləri  içərisində  II  əsas  yeri  qaşov  tipli 

alətlər  tutur.  Qaşov  tipli  alətlərin  əksəriyyəti  çaxmaqdaşından 

hazırlanmışdır.  Tipoloji  xüsusiyyətlərinə  görə  qaşov  tipli  alətləri 

bir  neçə  qrupa  ayırmaq  olar.  Onların  arasında  sadə  və  bir  ağızlı 

qaşovlar,  sadə  bir  ağızlı  düz  qaşovlar,  sadə  düz  ağızlı  qabarıq 

qaşovlar,  sadə  düz  ağızlı  batıq  qaşovlar,  iki  işlək  ağızlı  qaşovlar 

(onların arasında düz ağızlı, qabarıq ağızlı və batıq ağızlı qaşovlar 

müəyyən  olunmuşdur),  eyni  zamanda  daş  məmulatı  içərisində 

konvergent  qaşovlar,  künclü  qaşovlar,  enli  qaşovlar,  Tağlar  tipli 

qaşovlar,  tipik  və  atipik  qaşovcuqlar,  kəsici  alətlər,  bıçaq  tipli 

alətlər,  gəzli  alətlər,  dişli  alətlər,  çapma  alətləri  və  əl  çapacaqları 




207 

 

qeydə  alınmışdır  (Hüseynov,  1985,  1986;  Cəfərov,  1983,  1986, 



1999, 2004). 

Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  Mustye  mədəniyyətinə 

aid  təbəqəsindən  2  ədəd  əl  çapacağı  tapılmışdır.  Tipoloji  cəhətcə 

əl çapacaqları yarpaq və ürəkşəkillidir. Əl çapacaqları orta Paleolit 

dövrü  üçün  ən  nadir  tapıntılardan  hesab  olunur.  Ümumiyyətlə, 

orta Paleolit dövrü  üçün əl çapacaqları  xarakterik deyildir. 2 ədəd 

əl  çapacağının  Azıx  düşərgəsinin  III  təbəqəsindən  tapılması 

Azərbaycanın orta Paleolit düşərgələri içərisində ən qədim mustye 

düşərgəsinin  Azıx  mağarasının  III  təbəqəsində  müəyyən 

olunduğunu  söyləməyə  imkan  verir.  Aparılan  kompleks  elmi 

tədqiqat  işləri  də  Azərbaycan  ərazisində  ən  qədim  Mustye 

mədəniyyətinə aid arxeoloji  tapıntıların  Azıx düşərgəsində olması 

qənaətinə gəlinmişdir (Cəfərov, 1999, 2004, 2007). 

Azıx  düşərgəsinin  III    təbəqəsində  aşkar  olunmuş  daş 

məmulatının elmi təhlili göstərir ki, düşərgənin ən qədim sakinləri 

əmək  alətlərinin  bir  hissəsini  mağaranın  özündə,  digər  hissəsini 

isə  düşərgədən  kənarda,  yəni  Quruçay  sahillərində  hazırlayıb, 

düşərgəyə  gətirmişlər.  Eyni  zamanda  Mustye  mədəniyyəti 

dövründə  neandertal  tipli  insanlar  Azıx  düşərgəsində  daimi 

yaşamışlar (Hüseynov, 1985, 1986; Cəfərov, 1999, 2004). 

 

 



208 

 

Tağlar mağarasının Mustye mədəniyyəti 

  Hazırda  Yaxın  Şərq  və  Qafqaz  ərazisində  Mustye 

mədəniyyətinə  aid  ən  möhtəşəm  və  zəngin  maddi  mədəniyyət 

nümunələrinə  malik  olan  arxeoloji  abidə  Tağlar  abidəsi  hesab 

olunur.  Tağlar  paleolit  düşərgəsi  Qarabağın  ən  mənzərəli  və 

səfalı guşələrindən birində olub, Tuğ və Tağlar kəndləri arasında 

Quruçayın  sol  sahilində  yerləşir.  Çoxtəbəqəli  mağara  düşərgəsi 

1960-cı  ildə  Məmmədəli  Hüseynov  tərəfindən  qeydə  alınmışdır 

(Hüseynov,  İsmayılov,  1967).  Düşərgədə  arxeoloji  qazıntı 

işlərini  M.Hüseynov  və Ə.Cəfərov aparmışlar  (Hüseynov, 1973; 

Cəfərov,1978, 1983, 1986, 1999). 

Mağaranın  bir  neçə  metrliyindən  axan  Quruçay  Tağlar 

düşərgəsində  yaşayan  qədim  insanların  həyatında  mühüm  rol 

oynamış,  ona  görə  də  neandretal  tipli  insanlar  bu  ərazidə  olan 

Tağlar mağarasını özlərinə daimi yaşayış məskəni seçmişlər. 

Tağlar  paleolit  düşərgəsi  özünün  maddi  mədəniyyət 

qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına 

görə  ölkəmizin  və  Yaxın  Şərqin  mustye  düşərgələri  içərisində 

mühüm yer tutur (Hüseynov, 1985; Cəfərov 1999, 2004). 

1963-cü ildən başlayaraq 1986-cı ilədək müəyyən fasilələrlə 

Tağlar paleolit düşərgəsində arxeoloji qazıntı  işləri  nəticəsində 8 

mindən artıq daş  məmulatı  və 500  mindən çox qədim  insanların 

ovladıqları heyvanların sümükləri tapılmışdır. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə