Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə52/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

209 

 

Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  əmək  alətləri, 



istehsal  tullantıları  və  nüvələr  əsas  yer  tutur.  Daş  məmulatının 

elmi  təhlili  göstərir ki, Tağlar  mağarasının qədim  sakinləri əmək 

alətlərini  əsasən  düşərgədə  hazırlamışlar.  Çünki  istehsal 

tullantıları düşərgənin daş məmulatı içərisində çoxluq təşkil edir. 

Maraqlıdır  ki,  Tağlar  düşərgəsinin  əmək  alətləri  içərisində  əsas 

yeri  levallua,  mustye  itiucluları  və  qaşov  tipli  alətlər  tutur. 

Qafqaz  və  Yaxın  Şərq  paleolit  düşərgələri  içərisində  Tağlar 

mustye  düşərgəsi  yeganə  abidədir  ki,  buradan  tapılan  əmək 

alətləri  olduqca  zəngin  tarixə  malik  olmaqla  bərabər,  yeni-yeni 

əmək  alətlərinin  meydana  gəlmə  xüsusiyyətlərini  öyrənməyə 

geniş imkanlar yaradır (Cəfərov, 1999, 2004, 2006, 2007). 

Tağlar  düşərgəsindən  tapılmış  daş  məmulatının  texniki-

tipoloji  tədqiqi  zamanı  Paleolit  dövrü  üçün  yeni  tipli  əmək 

alətləri  qeydə  alınmış  və  onlara  Tağlar  tipli  əmək  alətləri  adı 

verilmişdir.    Həmin  əmək  alətləri  olduqca  zərif  hazırlanmış  və 

bir  neçə  işlək ağıza  malikdir. Həmin alətlərin 7 ədədi çaxmaq, 5 

ədədi  isə dəvəgözü daşından hazırlanmışlar (şəkil 89, 6; 91, 1-2; 

93, 4-5). Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin III təbəqəsinin 

daş  məmulatı  içərisindən    də  bir  neçə  Tağlar  tipli  əmək  alətləri 

qeydə alınmışdır (Cəfərov, 1999,  2004). 

Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ən 

maraqlı  tapıntılardan  biri  də  düşərgədə  çoxlu  ocaq  laylarının 




210 

 

qeydə  alınmasıdır.  Bu  göstərir  ki,  Tağlar  düşərgəsində  Mustye 



mədəniyyəti  dövründə  sakin  olan  neandertal  tipli  insanların 

həyatında  ocaq  mühüm  rol  oynamışdır.  Maraqlıdır  ki, 

düşərgədən  tapılmış  sümük  məmulatının  əksəriyyəti  ocaqda 

yandırılmışdır.  Bu  düşərgə  sakinlərinin  ovladıqları  heyvanların 

ətlərini ocaqda bişirdiklərini göstərir. 

Tağlar  düşərgəsinin  daş  məmulatının  texniki  və  tipoloji 

tədqiqi zamanı düşərgənin özünəməxsus xüsusiyyətləri müəyyən 

olunmuşdur (Cəfərov, 1999). 

Çoxtəbəqəli  Tağlar  paleolit  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  8  mindən  artıq  daş  məmulatı  tapılmışdır. 

Maraqlıdır ki, düşərgədən aşkar olunmuş daş  məmulatının 90%-

dən  çoxu  çaxmaq  və  slanes  daşlarından  hazırlanmışdır.  Bu, 

düşərgənin  yaxınlığında  qeyd  olunan  daşların  əsas  mənbələrin 

olduğunu göstərir (Məmmədov, Süleymanov, 1982, 1998). 

Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  95  ədəd 

nukleus    (nüvə)  qeydə  alınmışdır.  Tipoloji  cəhətdən  nukleuslar 

içərisində əsasən diskşəkillilər çoxluq təşkil edir (45 ədəd). 

Daş  məmulatının  texniki  xüsusiyyətlərinin  tədqiqi  burada 

levallua  texnikasının  mühüm  yer  tutduğunu  göstərir.  Maraqlıdır 

ki,  Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  müəyyən 

olunmuş  5763  ədəd  hazırlıq  materialı  daşların  1585  ədədi 

levallua  texnikası  əsasında  hazırlanmışdır.  Tağlar  düşərgəsinin 




211 

 

daş  məmulatının  təbəqələr  üzrə  tədqiqi  zamanı  müəyyən 



olunmuşdur  ki,  təbəqələrin  levallua  indeksi  44,6  ilə  46,2 

arasındadır.  Bu  da  düşərgədə  hazırlanmış  daş  alətlərin  əsasən 

levallua  texnikası  əsasında  hazırlanmasını  söyləməyə  imkan 

verir (Cəfərov, 1978, 1983, 1999). 

Tağlar  paleolit  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  aşkar  olunmuş  daş  məmulatını  aşağıdakı  qruplara 

ayırmaq olar: 

1.

 



nukleuslar; 

2.

 



levallua itiucluları; 

3.

 



levallua qəlpələri; 

4.

 



dişəklənmiş levallua itiucluları; 

5.

 



mustye itiucluları; 

6.

 



limas tipli alətlər; 

7.

 



sadə bir işlək ağızlı qaşovlar; 

8.

 



iki işlək ağızlı qaşovlar; 

9.

 



konvergent qaşovlar; 

10.


 

künclü qaşovlar; 

11.

 

enli qaşovlar; 



12.

 

əks dişəkli qaşovlar; 



13.

 

Tağlar tipli qaşovlar; 



14.

 

qaşovcuqlar; 



15.

 

kəsicilər; 




212 

 

16.



 

bizlər; 


17.

 

gəzli alətlər; 



18.

 

dişli alətlər. 



Qeyd  olunan  alətlərdən  başqa  Tağlar  düşərgəsinin  daş 

məmulatı  içərisində  dişəksiz  lövhələr,  qəlpələr  və  çoxlu  istehsal 

tullantıları aşkar olunmuşdur. 

Nüvələr.  Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  95  ədəd  nüvə  tapılmışdır.  Onların  əksəriyyəti  çaxmaq  və 

slanes  daşlarından  hazırlanmışdır.  Düşərgədən  aşkar  olunmuş 

nüvələr  mağara  sakinlərinin  əmək  alətləri  hazırlaması  texnikası 

haqqında  elmi  məlumatlar  əldə  etməyə  imkan  verir.  Tipoloji 

cəhətcə  nüvələri bir  neçə qrupa ayırmaq olar:  diskşəkilli, bir  neçə 

səthli, iki səthli və prizma şəkilli. Maraqlıdır ki, nüvələr içərisində 

əsas  yeri  diskşəkillilər  tutur.  Onların  sayı  45  ədəddir.  Təsvir 

olunan nüvələrin nümunələri 75-ci şəkildə göstərilmişdir. 

Levallua  itiucluları.  Tağlar  paleolit  düşərgəsində  aparılan 

arxeoloji  qazıntı  işləri  zamanı  242  ədəd  levallua  itiucluları 

tapılmışdır.  Onların  əksəriyyəti  slanes  və  çaxmaqdaşılarından 

hazırlanmışdır.  Levallua  itiuclularının  əksəriyyətinin  zərbə 

səthləri  ikitillidir.  Tağlar  düşərgəsinin  levallua  itiucluları  əsasən 

birinci  və  ikinci  qoparma  üsulu  ilə  hazırlanmışdır.  Təsvir  olunan 

alətlərin nümunələri 79-cu şəkildə göstərilmişdir. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə