Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə54/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

217 

 

qurşaqları  mövcud  olmuşdur.  Lakin  onların  sərhədləri  indikindən 



alçaqda, 

dəniz  səviyyəsindən  800-1000  m  yüksəklikdə 

yerləşmişdir. Bu da qeyd olunan dövrdə  iqlimin çox soyuq olması 

ilə  əlaqədardır.  Ərazinin  iqlimi  istiləşmə  və  soyuqlaşma 

istiqamətində inkişaf etmişdir. Iqlimin bu inkişaf fonunda üç nisbi 

istiləşmə  fazası: birinci 64-63 min  il,  ikincisi 58  min  il,  üçüncüsü 

isə  50  min  il  müəyyən  olunur.  Bu,  Qərbi  Avropanın  Vyurm 

buzlaşma  dövründə  qeydə  alınmış  broyurun,  odderade  və 

mojershofd    isti  fazaları  ilə  müqayisə  olunur.  Düşərgənin 

kompleks  tədqiqi  ilə  M.Hüseynov,  D.Hacıyev,  Ə.Cəfərov, 

Ə.Məmmədov,  N.Şirinov,  A.Veliçko,    S.Əliyev,  M.Süleymanov 

və  başqa  alimlər  məşğul  olmuşlar  (Məmmədov  və  b.,  1983; 

Süleymanov, 1982). 

Aparılan  kompleks  elmi  tədqiqat  işləri  nəticəsində  Tağlar 

orta  Paleolit  düşərgəsində  qədim  insanların  120  min  il  bundan 

əvvəl  başlayaraq  35  min  ilə  qədər    yaşadıqları  müəyyən 

olunmuşdur.  Eyni  zamanda  Yaxın  Şərq  ərazisində  Tağlar 

düşərgəsinin  əsas  arxeoloji  mədəniyyət  mərkəzi  olması    və 

Tağlarda  hazırlanmış  əmək  alətlərinin  hələ  Mustye  mədəniyyəti 

dövründə  Yaxın  Şərq  ölkələri    ərazisində  yayılması  müəyyən 

olunmuşdur (Cəfərov, 1999, 2004). 

 

 




218 

 

DaĢsalahlı orta Paleolit düĢərgəsi 

1958-ci  ilin  yay  fəslində    Azərbaycan  Respublikası  Elmlər 

Akademiyası Tarix İnstitutunun  M.Hüseynovun rəhbərliyi altında 

Paleolit  arxeoloji  ekspedisiyası  Qazax  rayonu 

ərazisində 

apardıqları arxeoloji kəşfiyyat  işləri  zamanı Daşsalahlı  mağarasını 

qeydə  almışdır.  Qeydə  alınmış  düşərgə  Qazax  rayonunun 

Daşsalahlı  kəndi  yaxınlığında  olduğu  üçün  ona  Daşsalahlı 

mağarası adı  verilmişdir (Hüseynov, 1959). Mağaranın eni 5-6 m

uzunluğu  isə  17  m-ə  bərabərdir.  Müşahidələr  zamanı  müəyyən 

edilmişdir  ki,  qədim  dövrdə  mağara  daha  böyük  olmuşdur. 

Sonralar onun qabaq hissəsi uçmuşdur. 

1958-1959-cu  illərdə  Daşsalahlı  mağarasında  arxeoloji 

qazıntı  işləri aparılmışdır.  Arxeoloji qazıntılar  zamanı düşərgənin 

çöküntülərində  bir  mədəni  təbəqə  qeydə  alınmışdır.  Arxeoloji 

tədqiqatlar  zamanı  düşərgədən  326  ədəd  daş  məmulatı  və 

ovlanmış heyvan sümükləri aşkar olunmuşdur (Hüseynov, 1975). 

 Daşsalahlı  mağarasının  daş  məmulatı  arasında  nüvələr, 

itiuclu  alətlər,  sadə  bir  ağızlı  qaşovlar,  künclü  qaşovlar,  iki  işlək 

ağızlı qaşovlar, dişli-gəzli  alətlər, qəlpələr,  lövhələr  və az da olsa 

istehsal tullantıları qeydə alınmışdır. 

Nüvələr  əsasən  diskşəkillidir.  Düşərgənin  daş  məmulatı 

əsasən  çaxmaq,  yaşma,  roqovik,  andezit,  slanes  və  dəvəgözü 




219 

 

daşlarından  hazırlanmışlar.  Maraqlıdır  ki,  daş  məmulatının  5%-i 



dəvəgözü daşından hazırlanmış məmulat təşkil edir. 

Düşərgənin  daş  məmulatı  levallua  və  qeyri-levallua 

texnikası  əsasında  hazırlanmışdır.  Lakin  levallua  texnikası 

əsasında  hazırlanmış  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir  

(şəkil 105). 

Daşsalahlı  düşərgəsinin  əmək  alətləri  içərisində  əsas  yeri 

qaşov tipli alətlər və itiucluları tutur (Hüseynov, Cəfərov, 1982). 

Düşərgədən  tapılmış  daş  məmulatının  texniki  və  tipoloji 

tədqiqi  əmək  alətlərinin  əsasən  düşərgədə  hazırlandığını  və 

paleolit  ovçularının  bu  abidədə  daimi  yaşadıqlarını  söyləməyə 

əsas verir. 

 

Qazma paleolit düĢərgəsi 

 

1983-cü  ildə  Paleolit  arxeoloji  ekspedisiyası  Naxçıvan 



Muxtar  Respublikası  ərazisində  kəşfiyyat  işləri  zamanı  Qazma 

düşərgəsini qeydə almışdır. Qazma  mağarası Naxçıvan MR Şərur 

rayonu  ərazisində  olub,    Tənənəm  kəndi  yaxınlığında,  Araz  və 

Arpa  çaylarının  sol  sahilində  yerləşir    (şəkil  109),  (Cəfərov, 

1992).  Qazma  düşərgəsi  Araz  çayından  17  km  aralıda  yerləşir. 

Mağara  tunel  formalı  olub,  kars  mağarasından  ibarətdir. 

Mağaranın  içərisi  torpaq çöküntüsü  ilə örtülmüşdür.  Giriş  hissədə 



220 

 

mağaranın eni 8 m-ə, hündürlüyü  isə 2-3 m-ə çatır.  Bir  neçə  metr 



içəriyə  getdikdən  sonra  giriş  yolu  daralır  və  mağaranın  salonu 

başlanır. Mağara bir salondan ibarətdir (şəkil 110). 

1987-1990-cı  illərin  yay  mövsümlərində  Ə.Q.Cəfərovun  

rəhbərliyi  altında  Qazma  mağarasında  arxeoloji  qazıntı  işləri 

aparılmışdır (Cəfərov, 1992, 1999). 

 

Qazma düĢərgəsinin daĢ məmulatı 



 

1987-1990-cı  illərdə  Qazma  mağarasında  aparılan  arxeoloji 

qazıntılar  zamanı  düşərgənin  IV-VI  təbəqələrindən  sümük 

məmulatı  ilə  yanaşı,  daş  məmulatı  da  tapılmışdır.  1983-cü  ilin 

kəşfiyyat  qazıntısı  da  daxil  olmaqla  Qazma  mağarasından  724 

ədəd daş  məmulatı aşkar olunmuşdur. Daş  məmulatının 92,7  faizi 

dəvəgözü  daşından  hazırlanmışdır.  Bu,  düşərgənin  yaxınlığında 

yerləşən  Araz  və  Arpa  çayları  vadilərində  dəvəgözü  daşının 

zəngin  olması  ilə  əlaqədar  olmuşdur.  Hazırda  da  həmin  çay 

vadilərində dəvəgözü daşı vardır. Daş məmulatı içərisində çaxmaq 

və  slanes  daşlarından  hazırlanmış  alətlər  də  qeydə  alınmışdır. 

Düşərgənin  daş  məmulatı  içərisində  37  ədəd  çaxmaqdaşından  və 

12  ədəd  isə  slanes  daşından  hazırlanmışdır.  Qazma  mağarasında 

qeydə  alınmış  daş  məmulatı  bir  xammal  kimi  onun  yaxınlığında 

toplanıb düşərgəyə gətirilmişdir (Cəfərov, 1992, 1999, 2004). 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə