Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə56/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   52   53   54   55   56   57   58   59   ...   106

226 

 

3.



 

levallua 

itiucluları 

(50 ədəd); 

4.

 

dişəklənmiş  levallua 



itiucluları (48 ədəd); 

5.

 



bıçaqlar (9 ədəd); 

6.

 



şatelperron 

tipli 


alətlər (3 ədəd); 

7.

 



kəsici 

alətlər 


(5 

ədəd); 


8.

 

sadə 



birağızlı 

qaşovlar (6 ədəd); 

9.

 

limas  tipli  alətlər  (3 



ədəd); 

10.


 

üzərində  işlək  izi 

olan lövhələr (24 ədəd). 

   Qaşovcuqlar  (  13  ədəd).  Bunların  8  ədədi  çaxmaq,  5 

ədədi  isə  dəvəgözü  daşlarından  hazırlanmışdır.  Alətlər  olduqca 

incə  və  itiləyici  dişəklə  işlənmişdir.  Təsvir  olunan  qaşovcuqların 

nümunələri şəkil 76, 1-də göstərilmişdir. 



Bizlər  (912  ədəd).  Tağlar  düşərgəsinin  II  təbəqəsinin  daş 

məmulatı arasında 12 ədəd biz qeydə alınmışdır. Onların 9 ədədi 

çaxmaq, 3 ədədi  isə  dəvəgözü daşlarından  hazırlanmışdır.  Təsvir 

olunan  alətlərin  ucları  hər  iki  tərəfdən  olduqca  incə  dişəklə 




227 

 

itilənmişdir.  Eyni  zamanda onlardan  əlverişli  istifadə etmək  üçün 



ən  yararlı  formaya salınmışdır.  Təsvir olunan bizlərin  nümunələri 

şəkil 77, 3, 4-də göstərilmişdir. 



Levallua itiucluları  (50  ədəd).  Onların  13  ədədi  çaxmaq, 

34  ədədi  isə  slanes  və  3  ədədi  isə  dəvəgözü  daşlarından 

hazırlanmışdır.  Levallua  itiuclularının  7  ədədində  zərbə  səthi  və 

zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Təsvir  olunan  levallua 

itiuclularının nümunələri  şəkil 79, 5, 6, 8-də göstərilmişdir. 

Dişəklənmiş  levallua  itiucluları  (48  ədəd).  Onların  20 

ədədi  çaxmaqdaşından,    21  ədədi  isə  slanes,  7  ədədi  isə 

dəvəgözündən  hazırlanmışdır.  Dişəklənmiş  levallua  itiuclularının 

işlək  ağızları  olduqca  incə  və  itiləyici  dişəklə  işlənmişdir.  Təsvir 

olunan  alətlərin  ucları  da  olduqca  itilənmişdir.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 76, 2, 10-da göstərilmişdir. 



Bıçaqlar  (9  ədəd).  Onların  6  ədədi  çaxmaq,  3  ədədi  isə 

dəvəgözü  daşlarından  hazırlanmışdır.  Bıçaqların  hamısının  zərbə 

səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Təsvir  olunan 

bıçaqların    6  ədədinin  işlək  ağızı  nazik  itiləyici  dişəklə  

işlənilmişdir.  Təsvir olunan bıçaqların  nümunələri  şəkil 72, 8, 12-

də göstərilmişdir. 

 Şatelperron  tipli  alətlər  (  3  ədəd).  O nların  üçü  də 

çaxmaqdaşından  hazırlanmışdır.  Alətlərin  zərbə  səthi  və  zərbə 

düyünləri yaxşı saxlanmışdır. Təsvir olunan alətlərin işlək ağızları 



228 

 

nazik  itiləyici  dişəklə  işlənmişdir.  Şatelperron  tipli  alətlər  əsasən 



üst  Paleolit  dövrünün  ilkin  inkişaf  mərhələsinə  aid  olunanlardır. 

Təsvir olunan alətlərin nümunələri  şəkil 76, 10-da göstərilmişdir. 



Kəsici  alətlər  (5  ədəd).  Bunların  hamısı  çaxmaqdaşından 

hazırlanmışdır.  Təsvir  olunan  kəsici  alətlərin  4  ədədinin  zərbə 

səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Bir  ədədinin  isə  zərbə 

səthi  və  zərbə  düyünü  ikinci  dəfə  işlənmə  zamanı    və  ya  iş 

prosesində sınmışdır. Alətlərin işlək ağızları nazik itiləyici dişəklə 

işlənmişdir. 



Sadə  bir  işlək  ağızlı  qaşovlar  (6  ədəd).  Onların  4  ədədi 

çaxmaq  və 2 ədədi  isə slanes daşlarından  hazırlanmışdır. Sadə bir 

işlək  ağızlı  qaşovların  zərbə  səthi  və  zərbə  düyünləri  yaxşı 

saxlanılmışdır.  Təsvir olunan alətlər olduqca  incə  itiləyici dişəklə 

işlənmiş  və sonuncu  xüsusiyyətlərinə görə qaşovcuqları  xatırlayır.  

Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  77,  12,  16-da 

göstərilmişdir. 

Limas  tipli  alətlər  (3  ədəd).  Maraqlıdır  ki,  limas  tipli 

alətlərin  hamısı  dəvəgözü  daşından  hazırlanmışdır.  Görünür  ki, 

qədim Tağlar düşərgəsində məskunlaşan sakinlər limas tipli alətlər 

hazırlamaqda  üsyünlüyü  dəvəgözü  daşına  vermişlər.  Çünki  bu 

daşdan  istənilən  formada  əmək aləti  hazırlamaq daha əlverişlidir. 

Təsvir  olunan  limas  tipli  alətlərin  işlək  ağızları  incə  dişəklə 




229 

 

işlənmişdir.  Alətlərin  birinin  hər  iki  ucu  olduqca  itilənmişdir. 



Təsvir olunan alətlərin nümunələri şəkil 76, 3, 4-də göstərilmişdir. 

Üzərində işlək izi olan lövhələr (24 ədəd). Onların 9 ədədi 

slanes,  8  ədədi  çaxmaq,  7  ədədi  isə  dəvəgözü  daşlarından 

hazırlanmışdır.  Təsvir  olunan  lövhələrin  işlək  ağızlarında  tək-tək 

dişək  nəzərə  çarpır.  Tağların  qədim  sakinləri  qeydə  alınmış 

lövhələrdən  iş  prosesində  istifadə  etmiş  və  ona  görə  də  onların 

işlək ağızlarında qopuq və əzilmələr aydın  görünür. Təsvir olunan 

lövhələrin nümunələri şəkil 78-də göstərilmişdir. 

Cədvəldən  aydın  olur  ki,  Tağlar  düşərgəsinin  II 

təbəqəsinin  üst Paleolit  mədəniyyətinə aid əmək alətləri  içərisində 

əsas yeri levallua itiucluları, qaşovcuqlar, bizlər, bıçaqlar və kəsici 

alətlər tutur. 

Damcılı paleolit düşərgəsinin daş  məmulatı  içərisindən üst 

Paleolitə  aid  maddi  mədəniyyət  qalıqları  –  nüvələr,  qaşovcuqlar, 

bizlər, kəsicilər, bıçaqlar və digər alətlər qeydə alınmışdır. 



Birinci  işlənmə.  Damcılı  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  37  ədəd  nüvə  qeydə  alınmışdır.  Qeydə  alınmış 

nüvələrin  20-si  çaxmaq,  15- i  slanes,  2-si  isə  dəvəgözü  daşından 

hazırlanmışdır.  Nüvələrin  içərisindən  üst  Paleolit  mədəniyyəti 

üçün  xarakterik  olan    13  ədəd  nüvə  qeydə  alınmışdır.  Onlar 

aşağıdakı qruplara ayırmaq olar: 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə