Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə58/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   54   55   56   57   58   59   60   61   ...   106

234 

 

levallua  itiuclularının  3  ədədi  I  qoparma  yolu  ilə,  5  ədədi  isə  II 



qoparma üsulu ilə hazırlanmışdır. 

Dişəklənmiş  levallua  itiucluları (5 ədəd).  Alətlərin  3 ədədi 

çaxmaq,  1  ədədi  slanes  və  1  ədədi  isə  dəvəgözü  daşlarından 

hazırlanmışdır.  Dişəklənmiş  levallua  itiuclularının  zərbə  səthi  və 

zərbə  düyünləri  yaxşı  saxlanmışdır.  Alətlərin  işlək  ağızları 

olduqca  incə  və  itiləyici  dişəklə  işlənmişdir.  Tağlar  düşərgəsinin 

üst  Paleolitə  aid  olan  daş  məmulatı  içərisindən  də  Damcılıda 

qeydə  alınmış  dişəklənmiş  levallua  itiuclularına  bənzər  alətlər 

müəyyən edilmişdir. Işlək ağızları olduqca incə və itiləyici dişəklə 

işlənmiş  itiuclular  Yaxın  Şərq  və  Qafqazın  üst  Paleolit 

mədəniyyətinə  aid  düşərgələrindən  də  qeydə  alınmışdır.  Üst 

Paleolitə  aid  düşərgələrdən  qeydə  alınmış  levallua  itiucluları 

olduqca  incə  hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri 

şəkil 106, 5-də göstərilmişdir. 

Ucluqlar  (4  ədəd).  Onların  3  ədədi  çaxmaq,  biri  isə 

dəvəgözü daşından hazırlanmışdır.  

Alətlərin  4- nün  zərbə  səthi  və  zərbə  düyünü  ikinci  dəfə 

işlənmə  zamanı  qoparılmışdır.  Ucluqların  özək  hissəsi  dəstəkə 

birləşdirilib istifadə olunmaq üçün əlverişli formaya salınmışdır. 

Üst  paleolit  düşərgələrinin  daş  məmulatı  içərisindən  tez-tez 

ucluqlara  və  saplaqlı  alətlərə  rast  gəlmək  olur.  Üst  paleolitdə 

məskunlaşmış  insanların  şüurunun  və  təfəkkürünün  inkişafı  ilə 




235 

 

əlaqədar  olaraq  əmək  alətləri  olduqca  təkmilləşmiş  və  yeni-yeni 



əmək  alətləri  hazırlanmağa  başlanmışdır.  Sonuncu  qeyd  olunan 

əlamətləri    Tağlar  düşərgəsinin  II  təbəqəsinin  daş  alətlərində  və 

Damcılının üst Paleolitə aid qeydə alınmış alətlərdə  izləmək olur. 

Təsvir  təsvir  olunan  ucluqların  nümunələri    şəkil  107,  5-də 

göstərilmişdir. 

Üzərində ikinci işlənmə izi olan lövhələr (28 ədəd). Onların 

12  ədədi  çaxmaq,  10  ədədi  dəvəgözü,  6  ədədi  isə  slanes 

daşlarından 

hazırlanmışdır. 

Təsvir 

olunan 


lövhələrin 

əksəriyyətinin  üzərində  zərbə  səthi  və  zərbə  düyünü  yaxşı 

saxlanmışdır. Damcılı düşərgəsinin  üst Paleolitə aid daş  məmulatı 

içərisindən  qeydə  alınmış  lövhələrin  işlək  ağızları  olduqca  incə 

dişəklə  işlənmişdir.  Bəzi  lövhələrdə  isə  incə  dişək  əvəzinə  iş 

prosesində  əmələ  gəlmiş  qopuqlar  nəzərə  çarpır.  Təsvir  olunan 

lövhələrin  nümunələri  şəkil  108,  6,  7-də  göstərilmişdir.  Damcılı 

düşərgəsinin  daş  məmulatının  texniki-tipoloji  tədqiqi  zamanı  üst 

Paleolitə aid müəyyən olunmuş əmək alətləri düşərgədə sakin olan 

qədim  insanların  məşğuliyyəti  və  həmçinin  alət  hazırlamasının 

ayrı-ayrı  inkişaf  xüsusiyyətlərini  müəyyən  etməyə  imkan  verir. 

Eyni  zamanda  ərazinin  heyvanat  aləmini  də  düşərgədən  tapılmış 

fauna qalıqları əsasında müəyyən etmək mümkün olmuşdur. 

Damcılı düşərgəsindən üst Paleolitə aid qeydə alınmış əmək 

alətlərinə  oxşar  alətlər  Tağlar  düşərgəsinin  II  təbəqəsindən, 



236 

 

Kəlbəcərin  Zar  ərazisindən,  Qafqazın  Çox,  Taro-Klde,  Sakajiya, 



Devis-Hveri,  Qvardcilas-Klde,  Yaxın  Şərqin  Varvasi,  Hayonim, 

Kebara,  Kzar-Akil  və  digər  üst  Paleolitə  aid  düşərgələrindən 

qeydə 

alınaraq  arxeoloqlar  tərəfindən  tədqiq  edilmişdir 



(Mənsurov,  1990;  Nioradze,  1991;  Əmirxanov,  1977;  Kotoviç, 

1974). 


Cədvəldən  göründüyü  kimi,  Damcılı  düşərgəsinin  daş 

məmulatı  içərisində  üst  Paleolit  mədəniyyətinə  aid  alətlər 

içərisində  əsas  yeri qaşovcuqlar, bizlər, kəsicilər, şatelperron tipli 

alətlər, levallua itiucluları və ucluqlar tutur. 

 

Qobustanda üst Paleolit mədəniyyəti  

 

1965-ci  ildən  başlanmış  2001-ci  ilə  qədər  Qobustanda 

aparılan arxeoloji  tədqiqatlar  zamanı  üst Paleolit, Mezolit, Neolit, 

Eneolit,  Tunc  və  Orta  əsrlərə  aid  çoxtəbəqəli  düşərgələr  qeydə 

alınmış  və tədqiq olunmuşdur (Cəfərzadə, 1973, Rüstəmov, 1994, 

Rüstəmov, Muradova, 2003). 

Qobustanın  Böyükdaş dağında  “Ovçular  zağası”,  IV daşaltı 

sığınacaq,  “Ana  zağa”,  “Kənizə”,  “Öküzlər”,  “Öküzlər-2”,  

“Maral”,  “Daşaltı”,  “Böyükdaş”,  “Dairə”,  Kiçikdaş  dağında 

“Ceyranlar”,  “Firuz”,  “Firuz-2”,  “Qayaarası”,  “Qayaarası-2”, 

Şonqar  ərazisində 

“Şonqar”, 

“Daşaltı” 

sığınacaqlarında, 




237 

 

Yazılıtəpədə orta əsr  məbəd yeri  və 40-dan çox kurqan tipli  və  iki 



Daş  dövrü  qəbir  abidəsi  qazıntılarla  tədqiq  olunmuşdur 

(Rüstəmov, 1994, 2003). 

C.N.Rüstəmov və F.M.Muradovanın Qobustanda apardıqları 

elmi  tədqiqatlar  zamanı  ilk dəfə olaraq  müəyyən edilmişdir ki, bu 

ərazidə  qədim  insanların  məskunlaşmağa  başlamaları  üst  Paleolit 

mədəniyyətindən  başlanır  (Rüstəmov,  Muradova,  2003).  Bu 

baxımdan  Qobustanın  Kiçikdaş  ərazisində  yerləşən  “Qayaarası” 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmış  daş 

məmulatı  içərisindən  üst  Paleolitə  aid  əmək  alətlərinin  qeydə 

alınması xüsusi əhəmiyyət kəsb edir (bax şəkil 158-159). 

C.N.Rüstəmov  və  F.M.Muradova  1981,  1982,  1984  və 

1986-cı 


illərdə  Qobustanın  Kiçikdaş  ərazisində  yerləşən 

“Qayaarası”  düşərgəsində  arxeoloji  qazıntı  işləri  aparmış  və 

zəngin  maddi  mədəniyyət  qalıqları  aşkar  etmişlər.    “Qayaarası” 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  burada 

çöküntünün  3  m-ə  yaxın  olması  müəyyən  edilmişdir  (Rüstəmov, 

2003).  Düşərgədə  aparılmış  arxeoloji  qazıntılar  zamanı  Daş 

dövrünün  ayrı-ayrı  inkişaf  mərhələlərinə  aid  alətlər  qeydə 

alınmışdır.  “Qayaarası”  düşərgəsinin  ən  aşağı  təbəqəsinin  daş 

məmulatı  içərisində  üst  Paleolitə  aid  alətlər  müəyyən  edilmişdir. 

Düşərgədən  müəyyən  edilmiş  üst  Paleolitə  aid  alətləri  aşağıdakı 

qruplara ayırmaq olur: 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə