Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə59/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   55   56   57   58   59   60   61   62   ...   106

238 

 

1. qaşovcuqlar (7 ədəd); 



2. bıçaqlar (9 ədəd); 

3. bizlər (11 ədəd); 

4. kəsici alətlər (5 ədəd); 

5. şatelperron tipli alətlər (6 ədəd); 

6. mikroit alətlər (54 ədəd); 

7.  üzərində  işlək  izi  olan  lövhələr  (74  ədəd),  (İsmayılov,     

2006). 

Qobustan  ərazisində  üst  Paleolit  mədəniyyətinə  aid  maddi 



mədəniyyət 

qalıqlarının 

olmasını 

 

C.N.Rüstəmov 



və 

F.M.Muradova öz tədqiqatlarında əvvəllər də qeyd etmişlər. Lakin 

“Qayaarası”  düşərgəsinin  daş  məmulatı  içərisindən  üst  Paleolit 

mədəniyyətinə  aid  qaşovcuq,  bıçaq,  biz,  kəsici,  şatelperron  tipli 

alətlərin  qeydə  alınması  Qobustan  ərazisində  üst  Paleolit 

insanlarının  yaşamalarını  elmi  əsaslarla  sübuta  yetirdi  (Cəfərov, 

İsmayılov, 2005). 

Qobustanın  “Qayaarası”düşərgəsinin  üst  Paleolitə  aid  olan 

əmək  alətlərinin  əksəriyyəti  çaxmaqdaşındandır.  Lakin  bir  neçə 

alət dəvəgözü daşından hazırlanmışdır. 

C.N.Rüstəmovun 

uzunmüddətli 

tədqiqatları 

zamanı 


müəyyən  olunmuşdur  ki,  Qobustanın  Daş  dövrünə  aid 

düşərgələrindən olan   “Ana  zağa”,  “Kənizə”,  “Öküzlər”,  “Firuz”, 

“Ceyranlar”,  “Qayaarası”  və  digərlərindən  qədim  insanlar  uzun 



239 

 

müddət yaşayış məskəni kimi  istifadə etmişlər (Rüstəmov, 1998). 



“Kənizə”  və  “Qayaarası”  düşərgələrində  qayaarası  keçidlər 

yonulmamış  daş  parçaları  ilə  hörülmüşdür.  Daş  dövrünə  aid 

sığınacaqların  bəzən  qalınlığı  bir  metrdən  artıq  olan  mədəni 

təbəqələrdə  çoxlu  miqdarda  daş  məmulatı  və  ətrafında  heyvan 

sümükləri atılmış ocaq qalıqlarına rast  gəlinmişdir. Sığınacaqların 

qaya  divarlarında  və  mədəni  təbəqədən  olan  hörgü  və  bəzi  adi 

daşlarda insan və heyvan rəsmlərinə təsadüf olunur. 

Qobustanın  “Qayaarası”  və  digər  düşərgələrinin  daş 

məmulatının  tədqiqi  zamanı  müəyyən  olunmuşdur  ki,  bu  ərazidə 

məskunlaşan qədim insanlar əmək alətləri hazırlamaqda üstünlüyü 

keyfiyyətli  çaxmaqdaşına,  çaydaşılarına  və  ovlanmış  heyvan 

sümüklərinə  vermişlər.  Qobustanın  Daş  dövrü  düşərgələrinin 

maddi  mədəniyyət  qalıqları  içərisində  tək-tək  əhəngdaşından 

hazırlanmış alətlər də qeydə alınmışdır. Lakin qədim qobustanlılar 

əmək alətləri  hazırlamaqla  üstünlüyü çaxmaq daşlarına  vermişlər. 

Məhz  bunun  nəticəsidir  ki,  “Qayaarası”  düşərgəsinin  daş 

məmulatı  içərisində  qeydə  alınmış  alətlərin  90%- i  keyfiyyətli 

çaxmaqdaşından hazırlanmışdır. 

Qobustan  və  ona  yaxın  rayonların  ərazisində  çaxmaqdaşı 

yatağı məlum deyil. C.N.Rüstəmovun qənaətinə görə ola bilsin ki, 

Qobustanın qədim sakinləri çaxmaqdaşını konqlomerat çıxıntıları, 

çay  və  dəniz  daşları  arasından  və  ya  palçıq  vulkanları  tullantıları 




240 

 

içərisindən  seçmiş,  bəlkə  də  qonşu  vilayətlərdən  gətirmişlər 



(Rüstəmov, 1998). 

Qobustanın  “Qayaarası”  düşərgəsinin  daş  məmulatının 

tədqiqi  zamanı  hələlik  üst  Paleolit  mədəniyyətinə  92  ədəd 

çaxmaqdaşından    və  digər  daşlardan  hazırlanmış  alətlər  qeydə 

alınmışdır.  Düşərgənin  daş  məmulatı  içərisində  qeydə  alınmış  7 

ədəd  qaşovcuqların  hamısı  olduqca  incə  və  itiləyici  dişəklə 

işlənmişdir.  Düşərgənin  daş  məmulatı  içərisində  qeydə  alınmış 

Şatelperron  tipli  alətlərin    (6  ədəd)  hamısı  çaxmaqdaşından 

hazırlanmışdır.  Alətlərin  işlək ağızları  itiləyici dişəklə  işlənmişlər. 

“Qayaarası”  düşərgəsinin  daş  məmulatı  içərisindən  54  ədəd 

mikrolit 

alətlər 


qeydə 

alınmışdır. 

Onların 

əksəriyyəti 

çaxmaqdaşından hazırlanmışdır. 

Düşərgənin  daş 

məmulatı 

içərisindən  prizma 

və 

karandaşvari nüvələr də qeydə alınmışdır. 



Qobustanın  “Qayaarası”  düşərgəsinin  daş  məmulatının 

texniki  və  tipoloji  xüsusiyyətlərinə  görə  onları  üst  Paleolit 

mədəniyyətinin  son  inkişaf   mərhələsinə aid etmək olar (bax şəkil 

158). 


Qobustanın  aparılmış  arxeoloji  qazıntılar  zamanı  aşkar 

olunmuş  maddi  mədəniyyət  qalıqları  əsasında  həm  üst  Paleolitin 

son  inkişaf  mərhələsinin  xüsusiyyətlərini  və  həmçinin  Mezolit 

dövrünün  ayrı-ayrı  mərhələlərini  tədqiq  etmək  mümkündür. 




241 

 

Qobustanın  “Qayaarası”  düşərgəsindən  tapılmış  əmək  alətlərinə 



oxşar  tiplərə  Dağıstanın  Çox  düşərgəsinin  üst  Paleolit 

mədəniyyətinə  aid  təbəqəsində  rast  gəlmək  olur  (Ə mirxanov, 

1977). 

Qobustanın “Qayaarası” düşərgəsinin daş məmulatı əsasında 



üst  Paleolitin  sonu  və  Mezolitə  keçid  dövründə  burada 

məskunlaşmış 

qədim  insanların  təsərrüfat  həyatını,  alət 

hazırlanma  texnika  və  tipologiyasını  tədqiq  etməklə  bərabər, 

həmin dövrün  mənəvi aləmini tədqiq etmək  üçün  materiallar əldə 

olunmuşdur. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir 

ki,  Mezolitə  keçid  dövründə  Qafqaz  və  Ön  Asiyanın  bir  çox 

Mezolit  dövrü  abidələrində  olduğu  kimi,  Qobustanın  Daş  dövrü 

düşərgələrinin  əmək  alətləri  də  mikrolitik  səciyyə  daşıyır  və  ilk 

mikrolit  alətlər  üst  Paleolitin  son  inkişaf  mərhələsində  meydana 

gəlməyə başlayır (Cəfərov, 2004). 

Eyni  zamanda  bu  başlıca  olaraq  həmin  dövrdə  ox  və  yayın 

geniş  yayılması  ilə  əlaqədardır.  Üst  Paleolitin  sonu,  Mezolit 

dövrünün  əvvəllərindən  olduqca  iti  ucluqlar,  kəsici  alətlər,  deşici 

alətlər,  müxtəlif  tipli  qaşovcuqlar,  bıçaqlar  və  digər  alətlər  bu 

dövrdə hazırlanmış səciyyəvi alətlərdir. 

Qobustanın  Mezolit  dövrü  üçün  iynəvari  xırda  iti  ucluqlar 

xarakterik  alətlərdir.  Belə  alətlərin  ilkin  tiplərinə  ”Qayaarası” 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə