Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   2   3   4   5   6   7   8   9   ...   106

23 

 

qədim  tarixindən  bəhs  olunur.  Eyni  zamanda  dünyanın  ən  qədim 



və  arxeoloji  tapıntılarla  zəngin  olan  Olduvay,  Türkanə,  Azıx, 

Dmanisi,  Vallone,  Kondel-Araqo,  Lazaret,  Kudaro,  Tağlar, 

Qazma  və  digər  arxeoloji  abidələr  haqqında  müfəssəl  elmi 

məlumatlar verilmişdir. 

Azərbaycanın Daş dövrü düşərgələrində aparılan kompleks 

elmi  tədqiqatlar  nəticəsində  respublikamızın  ərazisində  nəinki 

ibtidai  insanların  yaşaması  isbat  olunmuş,  eyni  zamanda  bu 

diyarda  ən  qədim  insanların  uzun  müddət  məskən  salıb 

formalaşması  və  neandertal  tipli  insanların  inkişaf  edib.  Homo 

sapiens  –  kamil  insanlara  çevrilməsi  elmi  faktlarla  sübuta 

yetirilmişdir. 

Azıx qədim  insan düşərgəsində aparılan arxeoloji  tədqiqat 

işlərində  ilk  vaxtlar  ancaq  Azərbaycan  alimləri  iştirak  edirdilər. 

Lakin  sonralar  çoxtəbəqəli  paleolit  düşərgəsində  aşkar  olunmuş 

maddi  mədəniyyət  qalıqlarının  zənginliyi,  burada  kompleks 

şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını məqsədəuyğun etdi. 

Ona  görə  də  Azıx  paleolit  düşərgəsində  arxeoloqlarla  yanaşı, 

paleontoloqlar, 

paleogeoloqlar, 

paleogeomorfoloqlar, 

paleoantropoloqlar  və  digər  elm  sahələrinin  mütəxəssisləri  

tədqiqat işləri aparmağa başladılar. Azıxda elmi tədqiqatlar aparan 

M.M.Hüseynov,  D.V.Hacıyev,  Ə.V.Məmmədov,  N.Ş.Şirinov, 

Ə.Q.Cəfərov,  A.A.Veliçko,  S.D.Əliyev,  M.B.Süleymanov  və 




24 

 

başqa  alimlərin  fəaliyyəti  nəticəsində  Paleolit  dövrünün  ayrı-ayrı 



inkişaf  mərhələlərinə aid zəngin elmi  materiallar aşkar edilmişdir. 

Hazırda  Azərbaycan  ərazisində  aparılan  paleolit  problemi  üzrə 

tədqiqat  işləri  beynəlxalq  xarakter  almışdır.  Çünki  ölkəmizin 

ərazisində olan paleolit düşərgələri dünyada  elə abidələrdir ki, bu 

düşərgələrin  çöküntülərində  mədəni  təbəqələr  tarixi  ardıcıllıqla 

əmələ  gəlmiş  və arxeoloji  tapıntıların biri digərini  tamamlayır. Bu 

da  ibtidai  insanların  həyat  tərzini,  alət  hazırlama  texnikasını, 

onların  inkişaf  xüsusiyyətlərini,    Daş  dövrünün  heyvanat  aləmini 

və  təbii  coğrafi  şəraitini  öyrənmək  baxımından  müstəsna  elmi 

əhəmiyyət kəsb edir. 

1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Paris şəhərində 

olan  İnsan  muzeyində    “Avropanın  ilk  sakinləri”  adlı  sərgi  təşkil 

edilmişdir.  Sərgidə  dünyanın  ən  qədim  insan  düşərgələrindən 

aşkar  olunmuş  arxeoloji  və  paleoantropoloji  tapıntılar  nümayiş 

etdirilmişdir.  Sərgidə  keçmiş  SSRİ-dən  ancaq  Azıx  və  Tağlar 

paleolit  düşərgələrindən  aşkar  olunmuş  maddi  mədəniyyət 

qalıqları  üçün  ayrıca  guşə  ayrılmışdır.  Arxeoloji  materiallar 

içərisində  Quruçay,  Aşel,  Mustye  mədəniyyətlərinin  və  həmçinin 

azıxantropun alt çənəsi xüsusi maraq doğurmuşdur. 

İ.M.Cəfərzadə,  C.N.Rüstəmov  və  F.M.Muradovanın 

rəhbərliyi  altında  Qobustan  ərazisində  aparılan  arxeoloji  tədqiqat 

işləri  nəticəsində  üst  Paleolit,  Mezolit,  Neolit  və  digər  arxeoloji 




25 

 

dövrlərə  aid  çoxtəbəqəli  düşərgələr  qeydə  alınıb  və  arxeoloji 



qazıntılar aparılmışdır. 

Qobustanda  aparılmış  arxeoloji  tədqiqatlar  nəticəsində 

tapılmış  maddi  mədəniyyət  qalıqları  bu  ərazidə  əkinçilik  və 

maldarlığın  ilkin  meydana  çıxması,  burada  istehsaledici 

təsərrüfatın  ilk  rüşeymlərinin  meydana  gəlməsini  Mezolit 

dövrünün sonlarından başlanmasını söyləməyə əsas verir. 

Qobustanın 

“Qayaarası”, 

“Ana 

zağa”, 


“Kənizə”, 

“Ovçular”,  “Öküzlər”,  “Maral”,  “Ceyranlar”,  “Daşaltı”,  “Firuz”, 

“Dairə”,  “Şonqar”  və  digər  düşərgələrində  aparılan  arxeoloji 

qazıntılar zamanı minlərlə əmək alətləri, ovlanmış heyvan və balıq 

sümükləri tapılmışdır. 

Qobustan  ərazisində  aparılan  elmi  tədqiqatlar  zamanı 

məlum  olmuşdur  ki,  Mezolitə  keçid  dövründə  Qafqaz  və  Ön 

Asiyanın bir çox Mezolit dövrü  abidələrində olduğu kimi, burada 

da  alətlər  mikrolit  səciyyə  daşıyır.  Bu,  başlıca  olaraq,  həmin 

dövrdə  ox  və  yayın  geniş  yayılması  ilə  əlaqədar  olmuşdur. 

Mikrolitlər  əsasən  dişli  yığma  alətlərin,  ox,  mizraq,  nizə  tipli 

silahların  və  biçin  bıçaqlarının  hazırlanmasında  istifadə 

olunmuşdur. 

Qobustanın  “Firuz” düşərgəsində son Mezolit dövrünə  aid 

təbəqədən kütləvi dəfnlə əlaqədar on böyük və bir  uşaq skeletinin 

qalıqlarının tapılması  mühüm elmi  əhəmiyyətə  malikdir.  Buradan 




26 

 

həmçinin  külli  miqdarda  qəbir  avadanlığı,  əsasən  bəzək  əşyaları 



və  müxtəlif  alətlər  tapılmşdır.  Aşkar  edilmiş  alətlər  ölənlərin 

məşğuliyyəti ilə əlaqədardır. 

Mezolit  və  Neolit  dövrlərinin  əsas  daş  məmulatının 

oxşarlığı  müəyyən  edilmiş  və  bu  da  Qobustanda  əhalinin  tarixi-

mədəni  inkişaf  ənənələrindəki  varisliyə  və  min  illərlə  burada 

yaşayan qəbilələrin eyni etnik qrupa daxil olmasını göstərir. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Qobustanın 

Böyükdaş,  Kiçikdaş,  Şıxqaya  və  Şonqar  dağları  sahəsində, 

həmçinin  Cingirdağda,  Yazılıtəpədə,  eləcə  də  qədim  düşərgə, 

yaşayış  yerləri, kurqan  və digər abidələrdə qazıntılar  zamanı qaya 

və  ayrı-ayrı  daşlar  üzərində  6  mindən  artıq  erkən  Mezolit 

dövründən  başlayıb,  orta  əsrlərin  sonunadək  olan  tarixi  dövrlərə 

aid rəsmlər aşkar edilmişdir. 

Azərbaycanın  daş  dövrü  düşərgələrindən  tapılmış  maddi 

mədəniyyət  qalıqları  bəşər  sivilizasiyasının  tarixini  tədqiq  etmək 

üçün əvəzsiz  arxeoloji  mənbələrdir. Məhz bunu əsas tutan Fransa, 

İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-

ci  ildə  Beynəlxalq  İNTAS-2000  adlı  proqram  hazırlamışlar. 

Proqram  2001-ci  ilin  iyul  ayında  Fransanın  Totavel  şəhərində 

keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur. 

Həmin  proqrama  uyğun  olaraq  Ə.Q.Cəfərov  Fransanın 

İnsan  Paleoantologiya  İnstitutu  və  Avropa  arxeoloji  tədqiqatlar 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə