Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə61/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   57   58   59   60   61   62   63   64   ...   106

246 

 

fəal  surətdə  istifadə  etmələri  ilə  heyvanlardan  xeyli  dərəcədə 



fərqlənməsi  şübhə  doğurmur.  O nlar  məhv  olmamaq,  açıq  tipli 

məskənlərdə  və  mağaralarda  həyatı  davam  etdirmək  üçün  ətraf 

mühitə  yaxşıca  uyğunlaşmalı  idilər. Şübhə  yoxdur ki, onlar  güclü 

idilər, yaxşı silahlanmışdılar və əqli cəhətdən kifayət qədər inkişaf 

etmişdilər. 

Güman etmək olar ki, artıq erkən  Aşel dövründə  (bu  vaxtın 

tarixi  güns  mindellə  və  mindelin  birinci  yarısı  ilə  üst-üstə  düşür, 

təxminən  900-700  min  il  bundan  əvvələ  təsadüf  edir)  insan  ilk 

universal  əmək  alətini  -  əl  çapacağını  yaratmışdır.  Bu,  eyni 

tipologiya 

əsasında  və  eyni  üsullarla  hazırlanmış  ilk 

“standartlaşdırılmış əmək aləti” idi. 

“Standartlaşdırılmış əmək aləti öz-özlüyündə qazıntı halında 

tapılmış  konsepsiyadır”  (Q.Çayld),  yəni  mücərrədləşdirmənin 

heyvan  üçün  mümkün  olmayan  yüksək  səviyyəsini  tələb  edir,  bu 

əmək  alətini  yalnız  “tanınma”,”təkrarlama”  və  digər  hərəkətlər 

əsasında əldə etmək mümkün deyildir. 

Belə  nəticə  hasil  olur  ki,  “standartlaşdırılmış  əmək  aləti”ni 

hazırlamış  fərddə  həmin  alət  haqqında  mücərrəd  təsəvvür  vardır. 

Bu  aləti  hazırlayan  insanın  beynində  alətin  hazırlanmasından 

əvvəl onun forması, nümunəsi mövcud idi. “Nümunənin təsəvvürə 

gətirilməsi, onun  haqqında biliyin  olması o deməkdir ki, bu bilik 

cəmiyyət  tərəfindən  mühafizə  olunur  və  ötürülür”  (Q.Çayld). 



247 

 

Əvvəllər bu  hal  yox  idi  və ola da bilməzdi.  Bundan başqa, qədim 



Aşel  dövrünə  aid  olan  əl  çapacağının  ritm  hissəsinin  mövcud 

olduğunu  təsdiqləyən  səliqəli  simmetriyaya  malik  olması  bizə 

deməyə  imkan verir ki,  həmin  zamanın  insanlarında bəsit də olsa, 

ilk  estetik  vərdişlər  təşəkkül  tapmış,  sadəcə  olaraq  zəruri,  faydalı 

əşyaların  deyil,  eyni  zamanda  gözəl  əşyaların  hazırlanmasına 

tələbat yaranmışdır.  

Beləliklə,  işlək  əllər  ritmi  dəqiqliyin,  həmahəngliyin  və 

gözəlliyin  ilk  nümunələrini  yaradırdı.  Deməli,  əmək  prosesinin 

özündə  artıq  emosional  məqam  vardı  və  sonralar  incəsənətin 

rüşeymləri  həmin  məqamdan  başlanğıc  aldı.  Tədqiqatçılar  belə 

hesab  edirlər  ki,  əmək  ritminin  ardınca    rəqsin,  (bəlkə  də 

mahnının),  ritmik  rəqslərin  ardınca  ornamentlərdə  və  sadə 

rəsmlərdə  xətlərin  ritmik  sıralanmasının  meydana  çıxması 

şübhəsizdir. 

Aşağı  Paleolit  dövründə  yaşamış  ilk  insan  artıq 

mağaralardan  daimi  yaşayış  yeri  kimi  istifadə  etməyə  başladı. 

Yarandıqdan  sonra  başlanğıc  dövründə  həmin  mağarada  zaman-

zaman  yaxın  bölgələrin  sakinləri  məskunlaşırdılar.  Bu  bölgələrdə 

onların  dayanacaqları,  ya  da  köç  yerləri  mövcud  idi.  Həmin 

insanlar burada qərarlaşmış,  müəyyən  müddət ərazində  mağarada 

yaşamış, sonra  isə  günsmindel dövründən başlayaraq  yeni  yaşayış 



248 

 

yerində intensiv surətdə məskunlaşmağa başlamışlar (Boriskovski, 



1979;,  Lümley,1998). 

Azıx  sakinləri  ən  böyük  təbii  qüvvə  olan  oda  çox  erkən 

yiyələnmiş,  onu  uzun  müddət  ərzində  mühafizə  etməyi 

bacarmışdır.  Mağarada  aşkar  olunmuş  ocaq  qalıqları    bunu  sübut 

edir.  Bu  mağarada  ocaq  bir  neçə  yüz  min  il  bundan  əvvəl 

alovlanmağa başlamışdı (Hüseynov, 1985; Cəfərov, 2004). 

F.Engels  göstərirdi  ki,  odun  mühafizə  olunması  məharəti 

“nəhəng,  öz  əhəmiyyətinə  görə  demək  olar  ki,  ölçüyəgəlməz 

kəşfdir”; od  insanın  nəinki  həyatını,  habelə şüurunu da dəyişdirdi. 

Od  nəhəng  texniki  və  ictimai  qüvvə  olduğu  üçün  bu  təəccüblü 

deyildi.  Od  insanın  iqlimdən  asılılığını  aradan  qaldırdı,  insanın 

soyuqdan  və  vəhşi  heyvanlardan  daimi  olaraq,  etibarlı  şəkildə 

qorunması,  vasitəsinə  çevrildi,  onun  qidalanma  mənbələrini 

genişləndirdi,  əmək  alətlərinin  hazırlanmasında  ovlanmış 

üsullarının  inkişafında  və  s.  mühüm  rol  oynadı.  F.Engelsin 

təbirincə  desək,  “odun  dərk  olunması  insanın  təbiət  üzərində  ilk 

böyük qələbəsi idi” (Əliyev, 1998). 

Bütün  digər  cəhətlərdən  başqa  odun  kəşfi,  mühafizəsi  və 

istifadəsi  insanların  həyatında  tamamilə  yeni  hadisə  olan 

kəmiyyət-məkan  münasibətlərinin  dərk  edilməsində  də  bilavasitə 

özünü  göstərdi.  İnsan  odu  daim  mühafizə  etmək  üçün  onu 

fasiləsiz surətdə müəyyən “paylarla”, yanacaqla “qidalandırmalı” , 




249 

 

mövcud  olan  “qidanı”  günün  tələbinə  uzlaşdırmalı,  beləliklə, 



hesablamalar  aparmalı  idi.  Heç  də  təsadüfi  deyildir  ki,  qədim 

əfsanələrdə  göstərildiyi  kimi,  Prometey  insanlara  odu  bəxş 

etmişdir.  Erkən  onlara  hesablamalar  aparmağı  öyrətmişdi. 

Tədqiqatçılar belə hesab edirlər ki, artıq indi bu süjetin keniantrop 

-  Pitikantrop  dövrünə  gedib  çıxa  bilməsi  haqqında  iddia 

həddindən  artıq  cəsarətli  fikir  kimi  nəzərə  çarpmır  (Ə liyev, 

Cəfərov, 1998). 

Qeyd  etmək  olar  ki,  artıq  uzaq  Aşel  dövründə  “ibtidai 

insanların  şüurunda  forma  (qədim  Aşel  dövrünə  aid  olan  əl 

çapacaqlarını  xatırlayaq,  çapacağın  hazılanması  üçün  insan  onun 

haqqında,  ilk  növbədə onun  forması  haqqında  mücərrəd təsəvvürə 

malik  olmalı  idi),  ölçü  (odun  yanma  müddətinə  və  yanacağın 

miqdarına  da  dair  situasiyanı  xatırlayaq)  haqqında  ən  sadə 

təsəvvür  meydana  gəldi  və  şüur  say  haqqında  təsəvvürün 

ərəfəsində dayanmışdır” (Florov, 1983). 

Pitikantroplar  erkən  Aşel  mədəniyyətinin  yaradıcıları  idi. 

Onlar  təşəkkül  tapmaqda olan  insanlar sırasında  ən qədimlərindən 

olmuş  və  elmi  ədəbiyyatda  “arxantroplar”  kimi  qeyd  edilirdilər. 

Bu  mərhələ  insanın  idrak  fəaliyyətinin  inkişafında  yeni,  əvvəlki 

dövrlə  müqayisədə  nəzərəçarpacaq  dərəcədə  yüksək  səviyyə  idi. 

Şübhə  ola  bilməz  ki,  Azıxın  erkən  Aşel  mədəniyyətinin 

yaradıcıları  da  artıq  təfəkkürə  və  təşəkkül  tapmaqda  olan  nitqə, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə