Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə62/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   58   59   60   61   62   63   64   65   ...   106

250 

 

habelə  mənəvi  mədəniyyətin  müəyyən  elementlərinə  malik  idilər 



(Cəfərov, 2004). 

İnsanın  və  onun  mədəniyyətinin  inkişafında  bu  tərəqqi 

cəmiyyətin,  xüsusilə  əməyin  uzunmüddətli    inkişafının  nəticəsi 

idi. Əmək prosesində  insanın  nitqində, aləmi dərk etməsində və s. 

mütərəqqi  dəyişiklik  baş  verirdi.  Bu  dəyişiklik  artıq  insanın  və 

insan  cəmiyyətinin  inkişafının  erkən  mərhələlərində  -  erkən  Aşel 

mərhələsində baş verməkdə idi. 

Orta  Aşel  mərhələsindən  başlayaraq  (mindelin  sonu  və 

mindel-rissin birinci  yarısı – təxminən 400  min  il  əvvəl) son  aşel 

mərhələsinədək (rissin sonu və rissvyurmun başlanğıcı – təxminən 

100  min  il əvvəl) olan  zamanı Azərbaycan  sakinlərinin  həyatında 

müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur. 

Azıx  mağarasının orta  Aşel  mədəniyyətinə aid olan  təbəqəsi 

yalnız  əmək  alətləri  ilə  deyil,  həm  də  Azıx  adamının  mənəvi 

inkişafı  haqqında danışmaq  imkanı  yaradan  mədəniyyətilə kifayət 

qədər  zəngindir.  İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  artıq  orta 

aşel    mərhələsinin  başlanğıcında  Azərbaycanda  arxantroplardan 

paleantroplara  keçid  təşkil  etmiş  insan  yaşamışdır.  Bu  insan 

arxantroplara  nisbətən  daha  sapiental  idi  və  preneandertallara  və 

yaxud, bizim elmi ədəbiyyatda qəbul edildiyi kimi, azıxantroplara 

aid  oluna  bilər.  Azıxantrop  təxminən  450  min  il  bundan  əvvəl 

yaşamışdır (Hüseynov, Hacıyev, 1970). 




251 

 

Respublikamızın  ərazisində  aparılmış  kompleks  elmi 



tədqiqatlar  göstərir  ki,  Azərbaycanın  ilk  sakinləri  lap  qədim 

zamanlardan,  yəni  Q uruçay  mədəniyyəti  dövründə  mağara 

düşərgələrində  məskunlaşmağa  başlamış,  vəhşi  heyvanlardan 

qorunmaq  üçün  birlikdə  yaşamış,  çaydaşılardan  əmək  alətləri 

hazırlamış,  ilk  ibtidai tikililər qurmuş, təbiətin sirlərini öyrənmək 

və  onu  öz  məqsədləri  naminə  istifadə  etmək  üçün  birlikdə 

fəaliyyət  göstərməli  olmuşlar  (Hüseynov,  1985;  Cəfərov,  1990, 

1994, 1999). 

İbtidai adamların birgə  yaşayış tərzi onların qarşısına çıxan 

çətinlikləri  aradan  qaldırmağa,  minilliklər  keçdikcə  əmək 

alətlərini 

təkmilləşdirməyə, 

maddi 

və 


mənəvi 

sərvətlər 

yaratmasına kömək etmişdir (Borisovski, 1979). 

  Aparılmış  arxeoloji  elmi  tədqiqatlar  zamanı  müəyyən 

olunmuşdur  ki,    Paleolit  dövrünün  ilkin  vaxtlarında  (Olduvay  və 

Quruçay  mədəniyyətləri  zamanı)  ibtidai  insanların  əmək 

fəaliyyəti, 

əmək 


alətlərinin 

formalaşma 

xüsusiyyətləri, 

çaydaşılarından  hazırlanmış  kobud  çapma  alətləri  6-2  milyon  il 

bundan əvvəllər tamamilə bir-birinə yaxın və demək olar ki, oxşar 

olmuşdur. Ən qədim  ibtidai  insanlar  ilk  zamanlar çaydaşılarından 

əmək  alətləri  hazırlamış  və  bu  alətlərdən  özlərinin  məşğuliyyəti 

üçün  istifadə  etməyə  başalamışlar.  Qədim  paleolitin  ilk 

vaxtlarında  ibtidai  insanların  hazırladıqları  daş  alətlər  olduqca 



252 

 

kobud  və  bəsit  olmuşdur.  Afrikanın  O lduvay  düşərgəsindən, 



Keniya  və  Efiopiya  ərazilərindən  aşkar  olunmuş  kobud  çapma 

alətləri  dediyimizi  təsdiq  edir  (Qriqoryev,  1977;  Klark,  1978; 

Lümley, 1998).  Zaman keçdikcə  yeni-yeni əmək alətləri  meydana 

çıxmış,  təkmilləşmiş  və  inkişaf  etməyə  başlamışdır.  Azərbaycan 

və  dünyanın  başqa  paleolit  düşərgələrində  aparılan  tədqiqatlar 

göstərmişdir ki, əmək alətləri öz-özlüyündə inkişaf edə bilməz. Bu 

inkişaf  insan  beyninin,  onun  təfəkkürünün  məhsuludur.  Əmək 

alətlərinin  inkişafı,  təkmilləşməsi,  yenilərinin  yaranması  ibtidai 

adamların  beyninin,  təfəkkürünün  və  insan  cəmiyyətinin 

formalaşmağa başlaması ilə əlaqədardır. 

  Bəşəriyyətin  ilk dövrlərində  ibtidai  insanlar ancaq  təbiətin 

hazır  nemətlərindən  istifadə  edir,  ovçuluq  və  yığıcılıqla  məşğul 

olurdular. 

  Coğrafi  şəraitin  də  ibtidai  insanların  yaranması  və 

formalaşması  prosesində  mühüm  rolu  olmuşdur.  Şərqi  Afrikanın 

Olduvay  və  Azərbaycanın  Quruçay  mədəniyyətlərinə  aid  aşkar 

olunmuş arxeoloji tapıntılar göstərir ki, ibtidai adamların yaşaması 

üçün  əlverişli  coğrafi  şərait  harada  olmuşdursa,  məhz,  həmin 

ərazilərdə ulu sakinlərimiz ilkin əmək fəaliyyətinə başlamış, bütün 

inkişaf və formalaşma mərhələlərini keçmişlər.  

  Aparılan arxeoloji  tədqiqatlar  zamanı  məlum olmuşdur ki, 

planetimizin  ilk  sakinləri  yaşayış  üçün  əlverişli  olan  yerlərdə  - 




253 

 

təbii  mağaralarda,  qaya  sığınacaqlarında,  yerüstü  yaşayış 



düşərgələrində 

və 


çay 

kənarlarında 

olan 

dərələrdə 



məskunlaşmışlar. 

  İbtidai  insanlar  iqtisadi  tələbatlarını ödəmək, təbiətin  vəhşi 

heyvanlarından  qorunmaq  və  özlərini  yaşatmaq  üçün  müəyyən 

çıxış  yolları  axtarırdılar.  Minilliklər  ötür,  planetimizin    ilk 

sakinləri  isə  axtarış  yollarında  addımlayırdılar.  Uzun  və  gərgin 

axtarışlarından sonra ibtidai adamlar təbii yaşayış məskənləri tapır 

və  bu  düşərgələrdə  məskunlaşmağa  başlayırdılar.  Eyni  zamanda 

bu  vaxtdan  etibarən  təbiətdə  ilk  dəfə  olaraq  daşdan  əmək  alətləri 

hazırlayıb  ondan  tələbatları  üçün  istifadə  etməyə  başlamışlar. 

Aparılan arxeoloji tədqiqatlar  zamanı  məlum olmuşdur ki,  ibtidai 

adamların  ilk  dəfə  çaydaşılarından  əmək  alətləri  hazırlaması  6 

milyon  il  bundan  əvvəl  baş  vermişdir.  Məhz  bu  vaxtdan  etibarən 

ibtidai  insanlar əmək  fəaliyyətinə, öz  iqtisadi tələbatlarını ödəmək 

üçün  ovçuluğa  başlamaq  məqsədilə  təbii  çaydaşılarını  seçir,  əldə 

rahat  tutub  istifadə  etməkdən  ötrü  qəlpələr  qoparmağa 

başlamışlar. Bu dövrdən etibarən bəşəriyyətin  ilk sakinləri  ictimai 

əməyin  təsiri  altında  inkişaf  edib  formalaşmağa  başlamışdır. 

İbtidai  adamların  əmək  fəaliyyətinin  başlanmasından  etibarən 

insanlığın  tarixi, artıq təbiət  tarixi  ilə deyil,  ilk dəfə olaraq  şüurlu 

surətdə hazırlanmış daş alətlərin inkişaf  tarixi ilə başlanmışdır. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə