Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə64/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   60   61   62   63   64   65   66   67   ...   106

258 

 

Xətlərin  hamısı dişli daş alətlə çəkilmişdir.  Güman etmək olur ki, 



ayı  kəlləsi  üzərində  çəkilmiş  xətlər  azıxantropların  ideoloji  və 

mənəvi  aləmi  ilə  bağlı  olaraq  meydana  çıxmışdır.  Maraqlıdır  ki, 

ayı  kəlləsi  üzərində  olan  xətlərin  7-si  bir-birinə  paralel,  8-ci  isə 

çarpaz  çəkilmişdir.  Arxeoloji  ədəbiyyatlarda  belə  tapıntıya  nadir 

hallarda  rast  gəlmək  olur.  Bu  xətlərin    ibtidai  insanlarda  say 

göstərdiyini və yaxud daş məmulatı üzərində 7 rəqəmin müqəddəs 

rəqəmlər olduğunu söyləmək olar. Lakin bəzi  tədqiqatçılar  isə bu 

xətlərin  ibtidai  insanlarda  ilk  incəsənət,  ilk  təsvirlərin  meydana 

çıxması əlaməti olduğunu  göstərirlər. Professor Stolyarın  fikrincə, 

ayı  kəlləsi  üzərində  olan  xətlər  ibtidai  insanların  ilk  incəsənət 

təsəvvürlərinin  meydana  çıxmasını  göstərir  və  təsvirlər  qaya 

təsvirlərindən  olduqca  qədimlərdə  meydana  çıxmışdır  (Stolyar, 

1978). 

  Azıx  mağara  düşərgəsinin  V  təbəqəsindən  tapılmış  ayı 



kəlləsi  üzərində  xətlərə  bənzər  tapıntı  Almaniyanın  Turinqi 

ərazisində  olan  Bilsinsibendən  aşkar  olunmuşdur  (Borisovski, 

1979).  

Azıx  mağara  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  müəyyən  olunmuşdur  ki,  ulu  sakinlərimiz  orta  Aşel 

mədəniyyəti  dövründə  düşərgənin  içərisində  torpaqda  qazma 

üsulu  ilə  ocaqlar  qurmuşlar.  Aparılan  elmi  axtarışlar  zamanı 

düşərgənin  orta  aşel  təbəqəsindən  üç  ocaq  yeri  qeydə  alınmışdır. 




259 

 

Ocaqlardan  biri  4  kv.  m  sahəni  əhatə  edir.  Maraqlıdır  ki,  ocağın 



hər  tərəfinə  yandırılmış  ağac  külündən  dərin  sədd  çəkilmişdir. 

Əsas  diqqəti  cəlb  edən  cəhət  ocağın  yanında  əhəng  daşlarından 

qurulmuş  divar  qalığının  müəyyən  olunmasıdır.  Divar  qalığının 

hündürlüyü 30 sm-dən bir qədər artıq idi. Bu divarın yanında daha 

bir kiçik ocaq yeri aşkar olunmuşdur. Maraqlıdır ki, ocağın hər iki 

tərəfi  yastı  əhəng  daşları  ilə  əhatə  olunmuşdur.  Azıxda  orta  Aşel 

mədəniyyətinə  aid  təbəqəsindən    üç  ocaq  yerinin  qeydə  alınıb 

tədqiq  olunması  düşərgənin  qədim  sakinlərinin  ictimai- iqtisadi 

həyatında  ocağın  mühüm  yer  tutduğunu  göstərir.  Azıx 

düşərgəsində  zəngin  ocaq  qalıqlarının  müəyyən  olunması  ibtidai 

insanların  mənəvi  aləmində  onun  əsaslı  mövqe  tutmasına  dəlalət 

edir (Hüseynov, 1982, 1985). 

Azərbaycanın  qədim 

insan  düşərgələrində  aparılan 

arxeoloji  tədqiqatlar  nəticəsində  Paleolit  dövründə  ibtidai 

tikililərin  meydana  çıxması  elmi  əsaslarla  sübuta  yetirilmişdir. 

Bütün  Qafqaz  və  Yaxın  Şərq  ərazisində  Paleolit  dövrünə  aid  ilk 

ibtidai  tikinti  yeri  Azıx  düşərgəsinin  V  təbəqəsində  müəyyən 

olunmuşdur  (Hüseynov,  1985).  Fransa  ərazisində  aparılan 

arxeoloji tədqiqatlar zamanı Terra-Amata düşərgəsindən də qədim 

tikinti  yeri aşkar olunmuşdur. Professor  A.Lümleyin  fikrinə  görə, 

Terra-Amata  düşərgəsində  qeydə  alınmış  qədim  tikinti  yerində 

ibtidai  adamlar  müvəqqəti  yaşamışlar  (Lümley,  1969).  Azıx  və 



260 

 

Terra-Amata  mağara  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 



zamanı  qeydə  alınmış  ibtidai  tikinti  yeri  hazırda  ən  qədim  tikili 

yeri  hesab olunur  və  ilk  memarlığın  tarixi də bu  zamandan,   yəni 

orta Aşel mədəniyyəti dövründə hesab olunur. 

 

 



 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 

olunmuşdur  ki,  istər  Azərbaycanın,  istərsə  də  Qafqaz  və  Yaxın 

Şərq  ölkələri  ərazisində  120  min  il  bundan  əvvəllər  son  Aşel 

mədəniyyəti  Mustye  mədəniyyəti  ilə  əvəz  olunmuş  və  qədim 

sakinlərin  həyatında  mühüm  inkişaf  baş  vermişdir  (Cəfərov, 

2004). 

Ümumiyyətlə,  Azıx  düşərgəsinin  qədim  və  orta  Aşel 



mədəniyyətlərinə  aid  təbəqələrində  aparılmış  arxeoloji  qazıntılar 

nəticəsində  ibtidai  icma  dövrünün  tarixinə  aid  zəngin  maddi 

mədəniyyət nümunələri tapılmışdır.  Tapılmış arxeoloji  materiallar 

əsasında  ulu  Azıx  sakinlərinin  qədim  və  orta  Aşel  dövründə 

əsasən  ovçuluqla  məşğul  olduqları  müəyyən  edilmişdir. 

Düşərgədən  tapılmış  fauna  qalıqları  əsasında  müəyyən 

olunmuşdur  ki,  ovçuluq  təsərrüfatının  əsasını  mağara  ayısı  və 

müxtəlif  maral  növləri  təşkil  edir.  Ümumiyyətlə,  azıxantropların 

ən  çox ovladıqları  heyvanlar  içərisində ayı  faiz  hesabı  ilə birinci, 

maral  isə  ikinci  yeri  tutmuşdur.  Həmin  heyvanların  belə  çox 

ovlanması,  ilk  növbədə,  ibtidai  sakinlərin  iqtisadi  tələbatlarından 

irəli  gəlmişdir.  Eyni  zamanda  güman  etmək  olar  ki,  ayı  və 




261 

 

maralların  ovlanması  qədim  mağara  adamları  üçün  daha  əlverişli 



olmuşdur.    Qədim  azıx  sakinləri  bu  heyvanların  sümüklərindən 

əmək  alətləri  də  hazırlamışlar.  Aparılan  arxeoloji  qazıntılar 

zamanı  Azıx  düşərgəsinin  V-VI  təbəqələrindən  kobud  şəkildə 

yonulmuş  sümükdən  əmək  alətləri  qeydə  alınmışdır  (Hüseynov, 

1975, 1985). 

İstər  Avropa,  istərsə  də  Qafqaz  paleolit  düşərgələrində 

aparılan  arxeoloji  tədqiqatlar  zamanı  ibtidai  insanların  mənəvi 

aləmini  əks  etdirən  zəngin  maddi  mədəniyyət  nümunələri  əldə 

olunmuş  və  həmin arxeoloji  materiallar əsasında  ibtidai  insanların 

həyat tərzi, alət  hazırlama  xüssusiyyətləri  və  mənəvi aləmi  tədqiq 

olunmuşdur (Lümley, 1969, 1998, 2000). 

Aparılan  arxeoloji qazıntılar  nəticəsində dünyanın paleolit 

düşərgələrindən  aşkar  olunmuş  Aşel  mədəniyyətinə  aid 

abidələrindən  maral və ayı sümüklərinin daha çox aşkar olunması 

alimlərin  diqqətini  cəlb  etmişdir.  Eyni  zamanda  bu  heyvanların 

bəzən  kəllə  qapaqlarının  düşərgənin  giriş  hissəsinin  küncündə  və 

yaxud  qaranlıq  guşədə  qoyulması  müəyyən  ayinlərlə  əhatə 

olunmuşdur.  Bu  tapıntılar  təsadüfi  hadisə  olmayıb,  əksinə,  o 

dövrün  ideologiyasının  və  yaxud  da  ilk  ibtidai  dini  təsəvvürlərin 

meydana  çıxması  ilə  əlaqədar  olmuşdur.  Burada  başlıca  olaraq 

maraq doğuran  hadisələrdən ən əsası  mağaralarda ayı kəllələrinin 

gizli  yerdə  saxlanmasıdır.  Mağara  ayısı  kəllələrinin  Azıx 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə