Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə65/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   61   62   63   64   65   66   67   68   ...   106

262 

 

düşərgəsinin  gizli  guşəsində,  ocaqların  qabaq  hissəsində 



qoyulması,  eyni  zamanda  bu  sümük  məmulatının  digər 

heyvanların  sümükləri  ilə  birlikdə  qoyulması  və  başqa 

xüsusiyyətlər  qədim  azıxantropların  dini  təsəvvürləri  ilə,  onların 

bir növ sitayiş etmələri ilə əlaqədar olmuşdur. 

Azıx düşərgəsinin Aşel  mədəniyyətinə aid  tapılmış  ibtidai 

insanların mənəvi dünya görüşlərinə aid arxeoloji tapıntılara oxşar 

maddi  mədəniyyət  nümunələri    Cənubi  Osetiyanın  K udaro, 

Fransanın  Kondel-Araqo,  Lazaret  və  digər  paleolit  abidələrindən 

qeydə alınmışdır (Lübin, 1977, 1979; Lümley, 1969, 1998).  

Azərbaycan  və  dünyanın  ayrı-ayrı  paleolit  düşərgələrində 

aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki

insan  cəmiyyətinin  ibtidai  inkişaf  dövründə  Aşel  mədəniyyəti 

sona  çatdıqdan  sonra  yeni  bir  inkişaf  mərhələsi  Mustye 

mədəniyyəti  başlanmışdır.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı 

müəyyən  olunmuşdur  ki,  Aşel  mədəniyyətindən  fərqli  olaraq 

Mustye  mədəniyyəti  dövründə  ayrı-ayrı  düşərgələrdə  yerli 

xüsusiyyətlərdən  asılı  olaraq  müxtəlif  arxeoloji  mədəniyyətlər 

mövcud  olmuşdur.  Məhz  bu  dövrdən  başlayaraq  qədim  insanlar 

yeni  tipli  əmək  alətləri  hazırlamağa  başlamışlar.  Artıq  əvvəlki 

dövrlərdə  hazırlanmış  əmək  alətləri  –  kobud  çapma  alətləri,  əl 

çapacaqları  insanların  yeni  tələbatlarını ödəmir  və daha  möhkəm, 

universal  əmək  alətlərinin  hazırlanmasına  başlamış  və  levallua 




263 

 

texnikası  əsasında  itiuclular  meydana  çıxmışdır.  Bu  dövrdən 



etibarən ovçuluq genişlənmiş  və ayrı-ayrı  icma birlikləri  meydana 

çıxmışdır.  Bu  dövrdə  qədim  insanlar  daha  geniş  ərazilərdə 

məskunlaşmağa  başlamışlar.  Onların  əsas  məşğuliyyəti  müxtəlif 

daşlardan əmək alətləri hazırlamaq və ovçuluqdan ibarət olmuşdur 

(Hüseynov, 1985; Lübin, 1977). 

Arxeoloji  qazıntılar  zamanı  Mustye  mədəniyyətinə  aid 

düşərgələrdən  neandertal  tipli  insanların  qəbirləri  aşkar 

olunmuşdur.  Demək,  artıq  mustye  dövründə  neandertal  tipli 

insanların  həyatında  dəfn  adəti  meydana  çıxmış  və  onlarda  bəzi 

dini  görüşlər  formalaşmğa  başlamışdır.  Bu  fikrimizi  Mustye 

abidələrindən  tapılmış  paleoantropoloji  tapıntılar  da  təsdiq  edir. 

1924-cü  ildə  Krımın  Kiik-Koba  mağarasında  yaşlı  adamın  ətraf 

sümükləri  və  onun  yanında  uşaq  skeletinin  sümük  qalıqları 

tapılmışdır. 1938-ci  ildə Özbəkistanın  Teşik-Taş  mağarasından 8-

9  yaşlı  neandertal  oğlan  uşağının  kəlləsinə  digər  sümük  qalıqları 

aşkar  olunmuşdur  (Okladnikov,  1940).  1960-cı  ildə  Gürcüstanın 

Sakajiya  mağarasında  neandertal  insanın  sümük  qalıqları  aşkar 

olunmuşdur 

(Qobunya, 

1961). 


1978-ci 

ildə 


Qafqazın  

Barakayevsk  mağarasında  arxeoloji  qazıntılar  zamanı    V.P.Lübin 

neandertal  insanın  çənəsini  aşkar  etmişdir.  1950-1951-ci  illərdə 

İraqın  Şanidar  düşərgəsinin  Mustye  mədəniyyətinə  aid 

təbəqəsindən  6  nəfər  yaşlı  adamın  və  bir  uşağın  skeleti 



264 

 

tapılmışdır.(Ranov,1979; Korobkov,1978; Lübin, 1998).   



 

Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 

nəticəsində  Mustye  mədəniyyətinə  aid  Tağlar,  Azıx  (III  təbəqə), 

Daşsalahlı, Buzeyir, Qazma, Damcılı və başqa mağara düşərgələri 

aşkar  olunmuşdur.  Aparılan  elmi  tədqiqatlar  zamanı  məlum 

olmuşdur  ki,  Mustye  dövründə  daşdan  əməl  alətləri  hazırlamaq 

üçün  xammal  toplamaqla  xüsusi  qrup  insanlar  məşğul  olmuşlar. 

Digər  insan qrupu  isə düşərgələrə  gətirilmiş çaydaşılarından əmək 

alətləri  hazırlamışdır.  Ona  görə  də  daimi  yaşayış  yeri  olan 

düşərgələrdə  arxeoloji  qazıntılar  zamanı  təbii  çaydaşıları  ilə 

birlikdə  onlardan  hazırlanmış  əmək  alətləri,  istehsal  tullantıları, 

qəlpələr, lövhələr və nukleuslar aşkar olunmuşdur. 

Azərbaycanda  Tağlar  mustye  düşərgəsində  aparılan 

arxeoloji 

tədqiqatlar 

respublikamızın 

ərazisində 

Mustye 


mədəniyyətinin 

özünəməxsus 

 

xüsusiyyətləri 



olduğunu 

göstərmişdir.  Eyni  zamanda  Tağlar düşərgəsinin bütün Qafqaz  və 

Yaxın  Şərq  ərazilərində  əsas  mədəniyyət  mərkəzi  olması  və 

Tağlar  mustye  düşərgəsində  hazırlanmış  əmək  alətlərinin  hələ 

Mustye  mədəniyyəti dövründə İran  və İraq ərazilərində  yayılması 

maddi  mədəniyyət  qalıqları  əsasında  sübuta  yetirilmişdir. 

Maraqlıdır  ki,  Tağlar  mağara  düşərgəsinin  bütün  təbəqələrində 

ocaq  layları  müəyyən  olunmuşdur.  Bu  düşərgə  sakinlərinin 

həyatında  ocağın  mühüm  rol  oynadığını  göstərir.  Düşərgədən 



265 

 

aşkar  olunmuş  sümük  məmulatının  müəyyən  qismi  odda 



yandırılmışdır (Cəfərov, 1983, 1999, 2004). 

Damcılı  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 

nəticəsində  qırmızı  boya  aşkar  olunmuşdur.  Lakin  Damcılı 

düşərgəsinin stratiqrafiyası qarışıq olduğu  üçün onun  hansı dövrə 

aid olmasını  müəyyən etmək qeyri-mümkündür (Hüseynov, 1973, 

1975). 


Aparılan 

arxeoloji 

tədqiqatlar 

zamanı 


müəyyən 

olunmuşdur ki,  uzun  müddət davam etmiş  Mustye  mədəniyyətini 

35-33  min  il  bundan  əvvəl  üst  Paleolit  dövrü  əvəz  etmişdir. 

Azərbaycanda üst Paleolit 35  min  il bundan  əvvəl başlamış  və 12 

min il  bundan qabaq sona çatmışdır (Cəfərov, 1994, 2004). 

Aparılan  elmi  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  üst 

Paleolit  dövründən  başlayaraq,  Azərbaycanın  dənizkənarı  və  çay 

vadilərində  yerin  üst  quruluşu  tamamilə  formalaşmış,  dəniz  geri 

çəkilməyə  başlamış  və  düzən  sahələr  genişlənmişdir.  Xəzər 

dənizinin qədim  və orta Paleolit dövründəki  hücumları dayanmış, 

çay şəbəkələri  həmişəlik öz  yataqlarını  müəyyənləşdirmişdir. Çay 

yataqları  aşağı  düşüb  öz  yataqlarını  möhkəmləndirdikcə, 

Azərbaycanın  qədim  sakinləri  yenicə  quruya  çevrilmiş  sahələrdə 

özlərinin düşərgələrini salmışlar. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə