Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə66/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   62   63   64   65   66   67   68   69   ...   106

266 

 

Üst Paleolit dövründə ovçuluq daha da  genişlənmişdir.  Bu 



dövrdə  qədim  insanlar  əsasən  Qafqaz  maralı,  dağ  keçisi,  cüyür, 

ceyran və başqa heyvanları ovlamışlar. 

Üst    Paleolit  mədəniyyətinə  keçid  qədim  insanların 

həyatında, təsərrüfatında, həyat tərzində,  ideologiyasında  və əmək 

alətlərinin  hazırlanmasında  mühüm  dəyişiklərə  səbəb  olmuşdur. 

Bu  dövrdə  daşdan  və  sümükdən  daha  incə  və  universal  əmək 

alətləri  hazırlanmışdır.  Artıq  üst  Paleolit  dövründən  başlayaraq 

daş və  heyvan sümükləri  üzərində  incəsənət  nümunələri  meydana 

gəlmiş  və  üst  Paleolit  dövründə  prizmaşəkilli  nukleuslardan  yeni 

texniki  üsullarla  hazırlanmış  uzunvari,  bıçaqşəkilli  çaxmaqdaşı 

lövhələrdən qaşov, qaşovcuq, tiyə, biz, ucluq və s. kimi daş alətlər 

hazırlanmışdır.  Bu  alətlərin  çoxu  sümük  və  ya  ağac  dəstəkli 

(saplaqlı)  olmuşdur.  Daş  alətlərlə  yanaşı,  sümükdən  hazırlanmış 

biz,  bıçaq,  qarmaq,  süngü,  iynə  və  s.  alətlərdən  də  istifadə 

olunmuşdur. Son Paleolit dövrünün  insanları  əsasən  mağaralarda, 

qazmalarda 

və 

əsasən  yerüstü  daxmalarda  yaşayırdılar. 



Azərbaycanda  üst  Paleolit  dövrünə  aid  maddi  mədəniyyət 

nümunələri  Tağlar  düşərgəsinin  II  təbəqəsindən,  Damcılı 

mağarasından  Yataq  yeri,  Zar  açıq  yaşayış  məskənlərindən  

Qobustanın  “Qayaarası”  düşərgəsindən,  Masallı  rayonunun 

Hişkədərə  kəndindən  və  Viləş  çay  vadilərindən  qeydə  alınmışdır 

(Cəfərov, 2005). 




267 

 

Aparılan elmi  tədqiqatlar  zamanı  müəyyən olunmuşdur ki, 



üst  Paleolit  dövründə  zəngin  qəbir  avadanlığına  malik  müxtəlif 

dəfn  adətləri  mövcud  olmuşdur.  Bu  dövrün  insanları  fiziki 

cəhətdən  (neantrop,  kromanyon  və  s.)    müasir  insan  formasında 

olmuşlar.  Azərbaycan  ərazisində  üst  Paleolit  XII  minillikdə 

Mezolit  mədəniyyəti  ilə  əvəz  olunmuşdur.  Bu  vaxtdan  insanların 

mənəvi həyatında daha mühüm dəyişikliklər baş vermişdir. 

2001-2005-ci  illərdə  Ə.Q.Cəfərovun  Avropa  alimləri  ilə 

apardığı  Beynəlxalq  İNTAS-2000  proqramının  elmi  tədqiqi 

zamanı  müəyyən olunmuşdur ki,   Daş dövrü sakinlərinin  mənəvi 

aləmində 

planetimizin 

ilk 


sakinlərinin 

həyatında 

oxşar 

xüsusiyyətlər çox olmuşdur (Cəfərov, 2004). 



Ə.Q.Cəfərovun  Fransada  apardığı  elmi  tədqiqat  işləri 

zamanı  Fransanın  dünya  şöhrətli  Vallone,  Terra-Amata,  Kondel-

Araqo,  Lazaret  paleolit  düşərgələrindən  aşkar  olunmuş  maddi 

mədəniyyət  qalıqları  ilə  çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin 

qədim  aşel  və  mustye  arxeoloji  mədəniyyətlərinə  aid  tapılmış 

əmək  alətlərinin  tipologiyasında  oxşar  əlamətlər    qeydə 

alınmışdır.  Eyni  zamanda  qeyd  olunan  qədim  insan  düşərgəsində 

məskunlaşmış  insanların  ovçuluq  təsərrüfatında  da  oxşar 

xüsusiyyətlər izlənmişdir (Cəfərov, 2006).   

 

 



 

İlk  ibtidai  insan  yarandığı  gündən  yaşamaq  üçün  təbiətlə 

mübarizə  aparmışdır.  O,  çaydaşından    alət  hazırlamaqla  gələcək 



268 

 

həyat  fəaliyyətinin  uğurlarının  təminatını  yaratmışdır.  Zaman 



keçdikcə  həmin daş alət  təkmilləşmiş  və  ulu  sakinlərin  həyatının, 

təsərrüfatının  və  mənəvi  aləminin  zənginləşməsinə  xidmət 

etmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



                                              XI FƏSĠL 

AZƏRBAYCANIN YERÜSTÜ  (AÇIQ) DAġ DÖVRÜ 

ABĠDƏLƏRĠ 

 

1.AĢel dövrü 

Azərbaycanın  yerüstü  paleolit  düşərgələri  əsasən    Aşağı 

Xəzər (Gürgən) dövründə, Poylu- Yağlıca arası ərazidə, indiki Kür 



269 

 

çayının  hər  iki sahilini əhatə etmiş böyük  göl  hövzəsinin  ətrafında 



qeydə alınıb tədqiq edilmişdir (Mənsurov, 2005). 

Açıq  paleolit  düşərgələrini  geoloji,  arxeoloji  ardıcıllıqla 

vermək  daha  məqsədə  uyğundur.  Respublikamızın  ərazisində  ən 

qədim    (hələlik)  açıq  (yerüstü)  paleolit  düşərgəsi  (abidəsi)  Qara 

düzdür.  Arxeoloji  meyarla orta  aşelin əvvəlinə,  geoloji təsəvvürlə 

Bakı  (mindel)  əsrinin  əvvəlinə  (başlanğıcına),  arxantropların 

paleoantroplara  keçid  mərhələsinə  zəmin  yaradan  dövrünə  aid 

etmək olar (Mənsurov, 2005). 

Qara  düz  abidəsi  1988-ci  ildə  qeydə  alınmışdır.  Yaşayış 

yeri  Kür  çayının  sol  sahilində,  Ceyrançölün  Ağ  göl  sahəsinin 

şimal-şərqində,  Keşik  dağının  cənub  ətəyi  maili  düzənlikdə, 

Abşeron-Bakı  yaşlı  terras  üzərində  yerləşir.  İbtidai  insanın  əmək 

fəaliyyətindən qalmış əşya çay çöküntüsündən  götürülmüş  vulkan 

mənşəli  qara  rəngli  andezit  daşından  düzəldilmişdir.  Daş 

məmulatı  içərisində bir  neçə  yüz ədəd nüvə, qəlpə,  lövhə  və onlar 

üzərində  hazırlanmış  alət  vardır.  Əldə  olunmuş  daş  materialının 

üçdə  bir  hissəsini  alətlər  təşkil  edir.  Təhlil-təsnifat  içləməsi 

göstərir ki, abidə  xammalın  ilkin seçilmə,  nüvə  hazırlama, qəlpə-

lövhə alma  istehsalı, qismən də alət düzəltmə  yönümlü olmuşdur. 

Abidədə 205 ədəd daş məmulatı tapılmışdır. 




270 

 

Nüvələr  (23  ədəd)  bir  neçə  başlanğıc-sınaq  mərhələsində  



(ölçüsü  18  sm),  digər  qismi  orta  işlənmə  həddində,  əksəri  son 

qəlpələmə vəziyyətindədir. 

Birinci  iki  növ  nüvələr  bir  vurma  səthli,  bir  üzü 

işlənmişdir.  Son  həddə  qalmış  nüvələr  də  bir  üzdən  işlənmişdir. 

Lakin  başlıca  olaraq  bir  vurma  səthli,  radikal  qəlpələmə  sistemli 

nüvənin  eninə  və  uzununa  vurma  səthli  olub,  xaç  şəklində 

qoparılmış  və  birgə  iki  qütbündə  vurulub  lövhə  alınmış  üçbucaq 

şəkilli  nüvə,  onlara  müvafiq  gələn  qəlpə  daş  məmulatı  arasında 

olduqca azdır. 

Qara  düz  abidəsində  maraqlı  texniki  üsul  nüvələri,  kliver 

(balta)  iskənə, qaşov,  yonucu tipli alət kimi  işləmək  nəzərə çarpır. 

Bu  emalatxana  düşərgədə  iti  uclu  və  bütöv  biryanlı,  ikiyanlı 

alətlər  (qaşov)  azlıq  təşkil  edir.  Bu  da  həm  abidənin  qədimliyi, 

ilkin istehsal- yarım fabrikat hazırlama məntəqəsi rolunu oynaması 

ilə  izah  edilə  bilər.  Burada  mükəmməl  işləkli  alətlər,  iriölçülü 

lövhələr  bariz şəkildə nəzərə çarpır. 



Ağır  iri  alətlər  –  kliver  (balta,haşero),  iskənə  tiplilər. 

Birincilərdə, sanki qabarıq qalın düzbucaqlı nüvənin yanlarını düz 

vurub  və  əks  ucunu  yuxaldıcı  qoparmaqla  işlənmişdir.  İskənə 

şəkilli  alətlərdə  nüvə  qalığı  üzərindədir,  onların  iki  üzü  də 

işlənmişdir.  Əks ucları qalın və hamardır. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə