Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə68/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   64   65   66   67   68   69   70   71   ...   106

275 

 

aparmışdır.  Onun  fikrincə  tapıntı  yeri  Acı  dərənin  yuxarı  sahəsi, 



Göyvəlli  çökəkliyində,  Kəkil  dağının  cənub-şərqində  aşınma 

yığımlı  58  m-lik  terras  üzərindədir.  Terrasın  yaşı  alt  Xəzərə 

(Gürgən),  Avropa  geoloji  xronologiyası  ilə  Ris  dövrünə  müvafiq 

gəlir. 


Qayalı 

yaşayış 


yerində 

geoloji-coğrafi 

şəraiti 

aydınlaşdırmaq  üçün  1x1,5  m  ölçüdə  qərb-şərq  istiqamətində 

yoxlama  xəndəyi  qazılmışdır.  Kəsikdə  aşağıdakı  horizontlar 

görünmüşdür: 

1) qara torpaq və itikünc çınqıl daş qırıntılı qat – 0,1-0,12 m

2)  sarımtıl-boz  rəngli  qumluca  və  çınqıl  daş  qarışıq  qat  – 

0,13-0,25 m

3)  çınqıl  daşlı  göyümsov  rəngli  aşınma  qabıqlı  qat  –  0,26-

0,75 m

4) tərkibində rəngarəng linzavari zehləri olan dəmir marqans 

qatı – 0,76-1,03 m

3-cü və 4-cü  geoloji laylar arasında nazik gips (qarğa düzü) 

horizontu  yatmışdır.  4-cü  horizontdan  alta  qalın  bentonit  gilləri 

gedir. 


Qayalı abidəsində daş məmulatına 2-ci horizontda və 2-ci ilə 

3-cü  horizontlar  qovşağında  təsadüf  edilir.  Materialın  əksəriyyəti 

yuyulma-yığılma  şəraitindən  asılı  olaraq  müxtəlif  vəziyyətdə  yer 

üstünə çıxmışdır.  




276 

 

 Abidədə  alət,  nüvə  və  qəlpə  hazırlamaq  üçün  göyümsov, 



yaşımtıl  və  bozumtul  rəngli  felzit  cinsli  çaxmaqlaşmış  kövrək, 

cingiltili daşlardan istifadə edilmişdir. 

 Yoxlama  qazıntısından  əldə  olunan  artefaktlar  itikünclü, 

təbii  rəngli  və  bəzən  əhəng  qabığı  ilə  örtülüdür.  Ümumiyyətlə, 

əksəriyyətinin  til  və  yanları  itidir,  üzəri  yüngül  patınalıdır. 

Patinləşmənin  (cəng  bağlama)  müxtəlif  tərzdə  olması  daş 

süxurunun  rəng  çalarlığı  və  çaxmaqlaşma  dərəcələrindən  asılı 

olmuşdur. 

      Qayalı paleolit tapıntı  yeri bilavasitə  xammalın  qaya  və 

yumrular  şəklində  üzə  çıxdığı  dairədədir.  Daş  məmulatlarının 

böyük  ölçülərdə  olması  istifadə  olunan  süxurların  istənilən 

ölçülərdə rast gəlinməsi ilə izah edilir. 

     Daş  kötükçələrin  (nüvələr)  ilkin  formada  biçimləri  çox 

vaxt  22x11x9  sm-ə  çatır.  Burada  başlanğıc,  ilkin  qəlpələmə  və 

orta həddə qalmış nukleuslar qabarıq yer tutur. Qəlpə alma imkanı 

tam qurtarmış  nüvələr də  yox deyildir.  Daş  məmulatının  üçdə  iki 

hissəsini, arıtlama, tullantı xarakterli qopuqlar təşkil edir. 

    Abidədə  materialın- xammalın  ilkin  formaları,  onların 

seçilməsi,  vurma  səthlərinin  açılması,  üz  qabığının  təmizlənməsi, 

nüvəni  qəlpələməyə  hazırlama  gedişinin  sonunda  üst  və  yan 

“qabırğa”  tillərinin  sıyırıb  götürülməsi  istər  nüvələrin,  istərsə  də 

tullantıların üzərində aydın nəzərə çarpır. 




277 

 

        Daş kötükçələırin  uzunsov, oval, düzbucaqlı,  iki  üzd ən 



də  qabarıq,  dairəvi  bir  vurma  səthli  eninə  qəlpələnmiş  aşel  tipli, 

piramida və prizma formalarında təmsil olunmuşdur.  

    Daş məmulatının üçdə birini alət və nüvələr təşkil edir. 

    İri ağır (nukleusvari, kobud  vurma,  monofas,  unifas  tipli) 

alətlər,  qəlpə  və  lövhə  üzərində  hazırlanmış  qaşovlar  –  qabarıq 

ağız  tutacaqlı,  asimmetrik,  bucaqvari,  eninə  ağızlı,  alt  üzdən 

işlənmiş,  uc qaşovları – enli oval ağızlı ,  hazırlıqların künclərində 

formalaşmış adi düz ağızlı,  vurma səthi  üstdə, ensiz qabarıq ağız, 

buruncuqlu,  çıxıntılı,  iskənə  formalı  alətlər,  bəsit  kəsərlər, 

deşicilər,  təbii  tutacaqlı  bıçaqlar,  gəzli  və  dişli  (bir  neçə  müxtəlif 

dimdikşəkilli alətlər,  iki başlı,  iki  üzlü)  işlənmiş  nümunələr təmsil 

olunmuşdur. 

       Qeyd  etmək    lazımdır  ki,  bütün  keyfiyyətlərlə  ehtiva 

olunmuş,  tipik  levallua  qəlpələri  azdır,  onların  böyük  hissəsi 

atipikdir.  Qayalı  abidəsindən  tapılmış  daş  məmulatının  texniki 

göstəriciləri aşağıdakı kimidir: 

    Levallua indeksi – 9,7%; 

   Lövhə indeksi – 6,81%; 

   Vurma səthlərinin işlənməsi (ümumi) – 25,0%; 

    İncə işlənmə indeksi – 2,71%. 

    Bunlar bütövlükdə bu  məmulatın qeyri  levallua  və  xüsusi 

işləməli vurma səthinin olmadığı kompleks kimi xarakterizə edir. 




278 

 

    Nüvələrin  hazırlanma  üsulları  və  onların  formalarından, 



eləcə  də  xeyli  qəlpələnmiş  nümunələrin  üzərindəki  neqativlərdən 

tam aydın etdik ki, abidədə bir  neçə tipi  nəzərə almasaq, seriyalar 

təşkil edən çoxnövlü  nüvələrin  hamısı  levallua  xarakterlidir.  Belə 

olduqda  bizim  haqqımız  var  ehtimal  edək  ki,  Qayalı  sakinlərinin 

bir  neçə  istiqamətli  hərəkətləri  levallua  göstəricilərinin  yekununu 

təhrifə  gətirib  çıxarmışdır.  Əhəmiyyətli  sayda  yaxşı  hazırlıqlar  

(levallua qəlpə  və  lövhələri) bütün aydınlığı  ilə  görünür ki, qədim 

insanlar tərəfindən Qayalıdan daimi yaşayış yerlərinə aparılmışdır. 

Ola  bilsin  ki,  müəyyən  növ  alətlər  mövsümi  ov  bərələrinə  də 

götürülə bilərdi. Qəlpələr  üzərində  ikinci  işləmə  (dişəkləmə)də  iri 

və orta ölçülü  fasetlərdən, dişli, pullu,  iri  hamar retuşdan,  yonma 

üsulu,  kəsəcik,  sıyırma,  yastı-qabarıq  qoparmalı  fəndlərdən 

istifadə edilmişdir. 

   Materialın  təhlili  göstərir ki, düşərgə emalatxana  yönümlü 

abidə olub, daş kötükçələr  hazırlamaq  və onların arıtlanmasından 

alınan  xammal  üzərində  alət  düzəltmək  olmuşdur.  İnkişaf  etmiş 

texniki  üsulla  hazırlanmış  nüvələrin  seriyalarla  çıxış  etməsinə 

baxmayaraq  düzgün  biçimli  növbənöv  qəlpə  və  lövhələr  yaşayış 

yerində  qalmamışdır.  Bu  da  forması  əvvəlcədən  nəzərdə  tutulub 

qoparılaraq  alınmış  hazırlıqların  başqa  yerə  aparılıb  istifadə 

edildiyini  göstərir.  Qayalıqdan  tapılmış  daş  məmulatının 

nümunələri şəkil 143-149-da göstərilmişdir. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə