Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə69/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   65   66   67   68   69   70   71   72   ...   106

279 

 

       Daş  məmulatı  içərisində  çoxlu  miqdarda  nukleus  üçün 



hazırlıq və saysız qopuqlar (arıtlama məhsulu) vardır. 

      Qeyd  etdiyimiz  kimi  nüvələri  formaya  salma  texnikası 

və onların tipləri  yalnız bu abidəyə  məxsusdur. Onların bəzilərinə 

ətraf  ölkə  abidələrində  də  rast  gəlinmir.  Ona  görə  də  bu  nüvələri 

“qayalı  tipli  nüvələrə  hazırlıq  formaları”  adlandırmaq  daha 

məqsədə uyğundur.       

Amma tipologiya və dişəkləmə üsullarına Qərbi Azərbaycan 

və  ona  bitişik  ərazi  abidələrində  oxşarlıq  vardır.  Qayalı  daş 

məmulatının  təhlili  imkan  verir  deyək  ki,  yaşayış  yerində  eyni 

qədim  insan  dəstəsinin  bir  neçə  nəsli  əmək  fəaliyyətini  davam 

etdirmişdir. 

   Daş 


məmulatı 

üzərində 

müşahidələr 

texnikada 

təkmilləşməni,  tipologiyada  inkişafı  aydın  göstərir.  Yaşayışın  ən 

qədim layı aşelin ikinci yarısına müvafiq gəlir. 

    Qərbi  Azərbaycanın  aşağı  dağlıq  qurşağın  maili 

düzənliklə  qovuşduğu  sahədə  İncəsunun  sol  sahili  hündür 

terrasdan  və  Acı  dərənin  aşağı  və  orta  hissələrindən,  həmçinin 

Kəmərli  kəndi  ətrafından  və  bir  də  Yuxarı  Salahlı  kəndindən 

şərqə,  Aşel  dövrünə  aid  bifas,  qəlpə  və  nüvələr  tapılmışdır 

(Mənsurov,  1971;  Lübin,  1984).  Bunlardan  xarakterik  alət 

nümunələrini xüsusi qeyd etmək məqsədə müvafiqdir. 



280 

 

   Uzunsov  yarpaqşəkilli  nizə  ucu  yumşaq  slanes  cinsli 

yaşımtıl  boz  rəngli  daşdan  hazırlanmışdır.  Səthi  bir  qədər  cəng 

bağlayıb,  yüngül  məsaməlidir,  sarımtıl  boz  rəngə  çalır.  Kənar  və 

qabırğaları sığallı  haldadır. Uzunluğu 21 sm, qalınlığı  3,2 sm, eni 

sm-dir. 

    Alət  üçün  hazırlıq kimi,  görünür  çox uzun qalın  üz qəlpəsi 

götürülmüşdür.  Alətin  üzü  də  qısa  enli  fasetlərlə  işlənmişdir.  Bu 

işləmələr    alətin  alt,  üst  səthlərində  onun  orta  oxu  boyunda 

edilmişdir.  Buna  oxşar  alət  Gürcüstanda,  İnquri  çayı  hövzəsində 

(Minqreli)  tapılmışdır.  Bu  tip  alət  Azov  dənizi  ətrafı  Beqlisadan 

(Praslov,  1968) 

məlumdur.  Belə  alətlərin  daha  təkmili 

Orconikidze  şəhəri  yaxınlığında    mustye  yaşayış  yerindən  əldə 

olunmuşdur  (Lübin,  1967).  Bizim  təsvir  etdiyimiz  alət  Qərbi 

Azərbaycanda  dağətəyi  qurşağın  maili  düzənliklə  qovuşduğu 

sahədədir.  Tapıntı  yeri  II  Şıxlı  (Qazax  rayonu)  kəndindən  2  km 

cənub şərqdə Acı dərənin orta bərabərində, onun şimal sahəsindən 

tapılmışdır.  Buradan  nizə  ucu  ilə  birgə  üçbucaq  biçimli  hamar 

vurma səthli nüvə, massiv oval qəlpə də tapılmışdır. 

      Acı  dərədəki  nizə  ucu  hazırlanma  texnikasına,  forma, 

tapılma  şəraiti-relyefinə  gətirilən  müqayisələrə  görə  son  Aşel 

dövrünə uyğun gəlir. 

    Badamşəkilli  çapacaq  Kür  çayının  sağ  qolu  İncəsu 

hövzəsindən,  Aslanbəyli  kəndi  yaxınlığında  dağətəyi  qurşaqdan 



281 

 

çaydaşı,  çınqıl,  gil,  qum  qarışıq  təpədən  tapılmışdır  (Mənsurov, 



1972). 

Alət 


vulkan 

mənşəli 


andezit-bazalt 

çaydaşından 

hazırlanmışdır.  Uzunu  11,9  sm,  eni  7,6  sm,  qalınlığı  4,4  sm-dir. 

Profildə  asimmetrikdir.  Bir  yanı  qabarıq,  digəri  batıqdır.  Yuxarı 

ucu  sivri  olub  nazildilmişdir.  Küp  hissə  hamar  və  qalındır.  Batıq 

yanı  tərəf  təbii  qabıqdadır.  Tutacaq  hissədə  təbii  qabıq 

saxlanılmışdır. Qabarıq yanı daha mükəmməl işlənmişdir. İki səthi 

də əvvəl  iri  fasetlərlə,  ikinci  növbədə  retuşla  işlənmişdir.  Bi kiçik 

dişəklər çapacağın  yan  xətlərində eyniliyi bir qədər  götürmüşdür. 

Bu çapacaq Çiaturi rayonundan tapılmış bir neçə difasla müqayisə 

oluna  bilər.  Belə  çapacaqlar  orta  aşel,  qismən  də  yuxarı  aşel 

abidələrindən əldə olunuşdur. 

     Yarpaqşəkilli  difaslara  son  Aşel  və  qədim  Mustye 

abidələrində  də  rast  gəlinir.  Aşel  dövrünə  aid  çapacaq,  massiv 

nüvə  və oval  formalı  iri qəlpə Yuxarı Salahlı kəndi  yaxınlığından 

əldə olunmuşdur (Lübin, 1998). 

 Kiçik Qafqazın şimal-şərq ətəyində qeydə alınmış daha bir 

paleolit yaşayış yeri Şişquzeydir. O, 1965-ci ildə axtarış-kəşfiyyat 

işləri  zamanı  qeydə  alınmışdır.  Abidə  Qərbi  Azərbaycanın 

Köçəsgər  kəndi  ətrafında  yerləşir.  Burada  aşağı  dağlıq  qurşaqda 

Enli  döş  deyilən  sahənin  müxtəlif  səmtlərində  cürbəcür  texniki 

yönümlü  abidələr  aşkar  edilmişdir.  Bunların  hər  biri  xammalın 

rəngarəngliyi,  məmulatının  saxlanma  dərəcəsi,  hazırlanma 




282 

 

texnikası  və alət  tərkibinə  görə bir-birindən tamam  fərqlidir (şəkil 



150-153). 

      Şişquzeydə  daş  məmulatı  yəhərvari  aşırımda  60x20  m 

sahədə  cəmləşir.  Materialın  yayılan  yeri  kvadratlara  bölünüb 

öyrənilmişdir.  Cəmi  1075  əşya  toplanmışdır.  Xammal  kimi 

göyümsov  mergel  cinsli  çaxmaqlaşmış  əhəng  daşından  istifadə 

olunmuşdur. Qayalı düşərgə emalatxanasında olduğu kimi, burada 

da  qaya  çıxıntısı  və  təbii  daş  yumruları  mövcud  olan  sahədə 

düşərgə  salınmışdır.  Yaşayış  yerində  qoyulan  yoxlama  xəndəyi 

Qayalıda açılan geoloji horizontları bir növ yada salır.  

     Şişquzeydə  paleolit  məmulatı  80  m- lik  terras  üzərində 

qeydə  alınmışdır.  Geomorfoloqun  (N.Şirinov)  fikrincə,  terrasın 

yaşı  alt  Xəzər  (Gürgən)  dövrünü  tutur.  Abidədə  üç  mövsümdə 

tədqiqat getmişdir.  

     Daş məmulatı arasında 46 nüvə, 146 alət, qalanı isə qəlpə 

və  tullantıdır.  Material  qalın  örtüklüdür.  Məmulatın  üzərində 

hamarlama,  aşınma  daşların  az-çox  dərəcədə  çaxmaqlaşmasından 

asılı olmuşdur. 

Şişquzeydə  qəlpələmə  texnikası,  nüvələrin  çoxnövlüyü  və 

hazırlıqların çox seriyada olmasından yaxşı izlənir. 

   Nüvələr sırasında orta  mərhələdə qalmış  nümunələr  azlıq, 

axıradək  işlənənlər  əksəriyyət  təşkil  edir.  Nukleusları  aşağıdakı 

qruplara bölmək olar: 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə