Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   2   3   4   5   6   7   8   9   10   ...   106

27 

 

mərkəzində 



Azərbayanın 

paleolit 

düşərgələrinin 

maddi 


mədəniyyət  qalıqları  haqqında  elmi  məruzələrlə  çıxış  etmişdir. 

Məruzələrə Azıx, Tağlar  və digər paleolit düşərgələrinin  arxeoloji 

və  paleoantoloji  tapıntıları  şərh  edilmiş,  azıxantropun  çənə 

sümüyünün  qalığının  isə  Qafqaz  və  Yaxın  Şərqdə  ən  qədim 

paleoantropoloji tapıntı olduğunu bildirmişdir. 

2002-ci  ildə  sentyabrın  7-dən  oktyabrın  1-dək  Beynəlxalq 

İNTAS-2000  proqramına  uyğun  olaraq  Avropa  ölkələrindən  22 

görkəmli  alim  başda  professor  Henri  dö  Lümley  olmaqla  Bakıya 

gəlib  çoxtəbəqəli  Azıx,  Tağlar,  Qazma  və    digər  düşərgələrdən 

tapılmış  maddi  mədəniyyət  qalıqları  ilə  tanış  olmuş  və  bu 

tapıntıların 

dünya 


arxeologiya, 

paleontologiya 

və 

paleoantropologiya  elmləri  üçün  müstəsna  elmi  əhəmiyyəti 



olduğunu yekdilliklə qeyd etmişlər. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  “Daş  dövrü”nün 

giriş,  I,  III,  IV,  VI,  VI-X  fəsillərini,  nəticə  və  rus  dilində  olan 

xülasəni  Ə.Q.Cəfərov,  II,  V  fəsillərini  M.M.Hüseynov  və 

Ə.Q.Cəfərov,  XI  fəslini  M.M.Mənsurov,  XII-XIV  fəsillərini  isə 

C.N.Rüstəmov və F.M.Muradova yazmışlar. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  I  cildinin 

yazılmasında 

köməklik 

göstərdiklərinə 

görə, 

akademik 



N.Vəlixanlıya,  institutun  direktoru  t.e.d.  M.Rəhimovaya    və  Daş 


28 

 

dövrü  şöbəsinin  bütün  əməkdaşlarına  dərin  minnətdarlığımızı 



bildiririk. 

 

  



 

 

 



I FƏSĠL 

 

AZƏRBAYCANDA DAġ DÖVRÜNÜN 

ÖYRƏNĠLMƏ TARĠXĠ 

Azərbaycan 

Respublikası 

ərazisində 

Daş 

dövrü 


abidələrinin  tədqiq  olunmasının  xalqımızın  uzaq  keçmişinin 

öyrənilməsində mühüm elmi əhəmiyyəti vardır. 

1918-1953-cü  illərdə  Azərbaycan  Respublikası  ərazisində 

aparılan  arxeoloji  kəşfiyyat 

və  qazıntı 

işləri 


zamanı 

respublikamızın  ərazisinin  qədim  keçmişinə  aid  yüzlərlə  maddi 

mədəniyyət  abidələri  qeydə  alınmışdır.  Lakin  həmin  abidələr 

içərisində  Daş  dövrünə  aid  heç  bir  arxeoloji  abidə  qeydə 

alınmamışdır.  Hətta  1881-ci  ildə  Tiflis  şəhərində  keçirilən  V 

arxeoloji  qurultayda  Zaqafqaziya  və  o  cümlədən  Azərbaycan 

ərazisində  ibtidai  insan  düşərgələri  olmadığı  haqqında  qərar 



29 

 

çıxarılmışdır  (Hüseynov,  1975).  Təəssüf  ki,  bu  yanlış  qərar  uzun 



müddət öz qüvvəsində qalmışdır. 

1950-ci  ildə  S.N.Zamyatnin  öz  məqalələrinin  birində 

yazırdı  ki,  son  zamanlara  qədər  Qafqazın  şərq  hissəsində  və  o 

cümlədən  Azərbaycan  ərazisində  Daş  dövrü  abidələrinin  qeydə 

alınmaması  təəssüf  doğurur.  O  qeyd  edirdi  ki,  Bakı  şəhəri 

yaxınlığında  Binəqədi  ərazisində  paleontoloji  materialların 

tapılması  Azərbaycan  ərazisində  ibtidai  insanların  yaşaması  üçün 

əlverişli təbii coğrafi şəraitin olmasını göstərir (Zamyatnin, 1950). 

Eyni  zamanda  respublikamızın  ərazisində  aparılan  paleontoloji 

tədqiqat  işləri  də  burada  Daş  dövrü  insanlarının  məskunlaşması 

üçün  əlverişli  şəraitin  olmasını  göstərdi.  Azərbaycanda  ilk  dəfə 

Daş  dövrünə  aid  yerüstü  materiallar  1953-cü  ilin  yazında  Qazax 

rayonu  Qıraq  Kəsəmən  kəndi  yaxınlığında  Şorsu  dərəsində 

tapılmışdır (Hüseynov, 1955). 

1950-ci  illərin  əvvəllərindən  başlayaraq  Azərbaycan  SSR 

Elmlər  Akademiyası  respublikamızın  ərazisində  Daş  dövrü 

abidələrinin öyrənilməsi  üçün  xüsusi plan hazırlamışdır. Məhz bu 

plana  uyğun  olaraq,  1953-cü  ildə  Daş  dövrü  üzrə  görkəmli  alim 

S.N.Zamyatnin  SSRİ  Elmlər  Akademiyası  Arxeologiya  İnstitutu 

tərəfindən    Bakıya  dəvət  olunmuşdur.  1953-cü  ilin  payızında 

Azərbaycan  Elmlər  Akademiyasında  Paleolit  dövrü  üzrə  ilk  dəfə 

olaraq  arxeoloji  kəşfiyyat  işlərinə  başlanmışdır.  S.Zamyatninlə 




30 

 

birlikdə  M.Hüseynov  1953-cü  il  noyabrın  1-dən  30-dək 



Azərbaycanın  Şamaxı,  Mərəzə  və  Qazax  rayonları  ərazisində 

arxeoloji  kəşfiyyat  işləri  aparmışlar.  Aparılan  arxeoloji  kəşfiyyat 

işləri  zamanı  ən  yaxşı  elmi  əhəmiyyətə  malik  maddi  mədəniyyət 

qalıqları    Qazax  rayonunda  Avey  dağı  ərazisində  olan  Damcılı 

mağarasından  aşkar  edilmişdir.    Damcılı  mağara  düşərgəsində 

aparılan 

arxeoloji 

kəşfiyyat 

işləri 

zamanı 


düşərgənin 

çöküntülərindəın əvvəlcə gil qab qırıqları tapılmışdır. Bu tapıntılar 

əsasən  Orta  əsrlər  və  tunc  dövrlərinə  aid  arxeoloji  tapıntılardan 

ibarət olmuşdur. Damcılı düşərgəsində aparılan kəşfiyyat qazıntısı 

zamanı  mağaranın  çöküntülərində  aşağıya  doğru  getdikcə  maddi 

mədəniyyət  qalıqlarının  sayı  artmağa  başlamışdır.  1953-cü  ilin 

payızında  Damcılı düşərgəsində aparılan  arxeoloji kəşfiyyat  işləri 

zamanı  tapılmış  arxeoloji  və  paleontoloji  tapıntılar  burada  Daş 

dövrü  insanlarının  məskunlaşmasını  söyləməyə  imkan  vermişdir 

(Zamyatnin, 1958). 

Azərbaycan 

Respublikası 

ərazisində 

Daş 


dövrü 

düşərgələrini  müəyyən  etmək  məqsədilə  1956-cı  ildə  Elmlər 

Akademiyasının  Tarix  muzeyində  M.M.Hüseynovun  rəhbərliyi 

altında  Paleolit  arxeoloji  ekspedisiyası  təşkil  olunmuşdur 

(Hüseynov, 1960). 

1956-1958-ci  illərdə  M.M.Hüseynovun  rəhbərliyi  altında 

Paleolit  arxeoloji  ekspedisiyası  Qazax  rayonu  ərazisində  olan 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə