Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə71/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   67   68   69   70   71   72   73   74   ...   106

287 

 

müşahidələrə  əsasən  düşərgənin  Çaybasar  burunda  yeləşdiyi 



güman  edilir.  Qədim  düşərgə  yeri  hündür  terrasın  üzərində 

olmuşdur.  Sonrakı  yuyulmalardan  əksər  məmulat  aşağı  döş  və 

dərəyə  səpələnmişdir.  Bu  abidədə  səviyyələrlə  iri  kvadratlarda 

axtarış apararkən müəyyən edilmişdir. 

       Düşərgədə  başlıca  olaraq  yaşımtıl  rəngli  müxtəlif 

dərəcədə çaxmaqlaşmış roqavik cinsli daşdan istifadə olunmuşdur. 

Burada qonur və çəhrayı rəngli, qismən çaxmaqlaşmış xammaldan 

da  alət  hazırlanmışdır.  Süxurların  bir  qismi  Kəkildağ  ətəyində 

yerləşən  Qayalı  aşel  emalatxanasında  istifadə  edilmiş  daş 

cinslərinə  uyğun  gəlir.  Ümumiyyətlə  istifadə olunan daşların cins 

müxtəlifliyi,  rəngləri  Qədirdərədə  yaşayışın  uzunmüddətli 

olduğuna bir  işarə ola bilər. Keyfiyyət  fərqləri burada  həm də ov, 

əlaqə axtarış, səfərlərin geniş dairəni əhatə etdiyini göstərə bilər. 

        Daş  məmulatı  içərisində  qəlpələr  iki  ölçüdə  təmsil 

olunmuşdur.  İri  qəlpələr  10-14  sm,  orta  ölçülü  hazırlıqlar  7-9  sm 

arasında olanları aid etmişik. İri qəlpə və lövhələrin vurma səthləri 

başlıca  olaraq  hamar  və  ikitillidir.  Orta  ölçülü  qoparmalarda 

üçbucaqlıya  da  rast  gəlinir.  Bunların  da  vurma  səthləri  hamar  və 

iki aşırımlıdır. 

        Qərirdərədə qədim yaşayış yerinin ilk kompleksində 85 

əşya  vardır.  Bundan  10  ədədi  nukleusdur.  Bunlar  bir  üzlü 



288 

 

işlənmişdir. Qoparılma səmtlərinə görə radial  və bir qütblü  tiplərə 



ayrılır. 

  Hazırlıqların demək olar ki, yarısı dişəklidir. Əmək alətləri 

bir  neçə qrupda birləşir. İri alətlər, qaşovlar,  gəzli, çoxvəzifəli  və 

alt  üzdən  dişəkli  alətlər  lövhələr  üzərində  bütöv  perimetrli  boyu 

işlənmiş, bir yanı təbii qabıqlı və s. alətlər  təmsil olunmuşdur. 

    İri  alətlərə  əl  çapacaqları,  ox  ucu  formalı,  diskşəkilli, 

kobud çapma tipli  məmulatlar aid edilir. Massiv qəlpələr üzərində 

formalaşmış  alətlər  də  ikiağızlıdır.  Çox  güman  ki,  belə  alətlər 

çoxsahəli  böyük  həcmli  işlərdə  istifadə  olunmuşdur.  Orta  ölçülü 

qəlpələr 

üzərində  düzəldilmiş  alətlərdə  dişəkləmə  kiçik 

işləmələrlə aparılmışdır.  Belə qəlpələr  üzərində  ikiyanlı qaşovlara 

gəzli dişli, yonucu tipli alətlərə təsadüf edilir. 

    Çoxfunksiyalı  alətlərdə  -  uclu  qaşov,  enli  qaşov  və  yivli 

alət kimi dişəklənmiş iş elementləri vardır. 

   Buruncuqlu alətlərdə işləmə uclarda və künclərdədir. 

   İkinci  işləmə bəzən qəlpənin bütöv  üst  üzünü, bəzənsə alt 

üzünü örtür. 

   Lövhələr 

üzərində 

gəzli, 

sıyırğa 


tipli 

alətlər 


düzəldilmişdir.  Üçağızlı  alətdə  iş  elementlərini  uc  qaşovu,  yan 

qaşovu sıyırğa vəzifələrini yerinə yetirə bilərdi. 

  Qədim  kompleksə  daxil  olan  materialların  bir  çoxu  ikiqat 

patinadan  əlavə  əhəng  qabığı  ilə  də  örtülüdür.  Materialların 




289 

 

təhlilindən  aydın  olur  ki,  Qədirdərədə  bir  neçə  dövrdə 



uzunmüddətli yaşayış olmuşdur. Həmçinin də alətlərin tərkibindən 

çoxsahəli təsərrüfat qruplarının olduğu nəzərə çarpır. 

     Yerüstü  paleolit  düşərgələri  materiallarının  təsnifi    və 

çoxcəhətli  təhlili  göstərir  ki,  əvvəlcə  iki  böyük  mədəni  zona,  iki 

texniki inkişaf xətli, ənənəli abidələr üzə çıxır. Bunlardan birincisi 

Kiçik  Qafqazın  şimal-şərq  ətəyi  və  Kür  çayının  sağ  sahilinin 

dağlıq qurşağı arasında yayılmışdır. Qədim paleolit yaşayış yerləri 

və emalatxanalar orta dağlıq qurşaqda mö vcud olmuşdur. 

     İkinci  böyük  abidələr  zolağı  Kür  çayının  sahilində 

Ceyrançöl  düzənliyinin  keçmiş  dağ  silsiləsi  ilə  qovuşduğu 

ətəklərdə  salınmış  ibtidai  insan  məskənləri  və  ilkin  istehsal 

məntəqələridir (Mənsurov, 2003). 

     Maraqlıdır  ki,  birinci  mədəni  zonada  xammal  kimi  

müxtəlif  cinsli  rəngbərəng  (çaxmaq,  roqavik,  yaşma,  bazalt, 

slanes)  süxurlarından  istifadə olunmuşdur.  Buradan  aydın olur ki, 

emalatxanalar  xammalın  üzə  çıxdığı  sahədə  sıx  yayılmış 

ərazilərdə aşkar edilmişdir.  Uzun  müddətli,  çox  dövrlü  və  ya  gur 

kolletivli  insan  dəstələrindən  qalmış  böyük,  zəngin  yaşayış 

yerlərində  işlənmiş  daş  cinsləri  növbənöv,  rəngarəng  daş 

süxurlarından  istifadə  olunmuşdur.  Bu  da  ilk  ibtidai  insanların 

axtarış, ov, əlaqə radiusunda rast gəldiyi gözəgəlimli, möhkəm daş 

cinslərini seçib baza yaşayış yerinə gətirməsindən irəli gəlmişdir.  




290 

 

    İkinci  qrup  texnika  inkişaf  xəttində  yalnız  bu  mədəni 



zolağa  məxsus  yerli  xammaldan  nüvə  hazırlayıb,  qəlpə  almış, 

lövhə biçmiş və çapacaq, kalun tipli iri ağır alətlər hazırlanmışdır. 

    İstifadəyə  gedən  material  bozumtul  və  qara  vulkan 

mənşəli  andezit  daşı  olmuşdur.  Andezit  daşının  müxtəlif  ölçü  və 

formalı  yumruları  yaşayış  yerinin  özündə,  ətraf  sahədə  qədim 

Kürün  deltasını  təşkil  etmiş  tirələrdə  külli  miqdarda  səpələnmiş 

halda yayılmışdır. 

   Hər  iki  mədəni qurşaqda qismən oxşar qəlpələmə sistemi, 

nüvə  formaları  olsa  da,  qəlpə  üçbucaq,  lövhə  qoparmaları  başqa-

başqadır. Alət tipləri də müxtəlif işləkli,  müxtəlif formalıdır. 

    Çoxsahəli işləmələr göstərir ki, Kiçik Qafqazın şimal-şərq 

ətəyi  zolağındakı  paleolit  abidələri  bir  neçə  texniki  variantda 

olmuşdur.  Bunlar  Qayalı  emalatxana  düşərgəsi  və    Şişquzey 

yaşayış yerləridir. 

    Şişquzey  aşel  düşərgəsinin  alət  tiplərinə  Damcılıda, 

Azıxda,  Qərbi  Gürcüstan,  Mərkəzi  Ukrayna  və  Özbəkistan 

ərazilərindəki  paleolit  abidələrində  təsadüf  edilir.  Şişquzey 

yaşayış  kompleksi  bütövlükdə  yuxarı  paleolit  prototiplərini  bariz 

şəkildə  əks  etdirir.  Söhbət  müxtəlif  texniki  daş  işləmə 

ocaqlarından gəlir. 

     Deməli, sağ sahildə  iki  inkişaf  xətti paleolit  mədəniyyəti 

izlənir.  Bu  abidələrdə  ikiüzlü  işlənmiş  alətlər    (çopper,  kobud 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə