Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

319 

 

(Nioradze,  1975).  O nlar  Yataq  yeri  abidəsinin  daş  məmulatı  ilə 



oxşarlıq təşkil edir. 

     Göyçə  gölünün  qərb  üzündə  Zəngi  çayı  hövzəsində  qeydə 

alınıb öyrənilmiş  üst paleolit abidələrindən    Gatkranda prizmatik 

nüvələr,  nukleus,  biçimli  yonucu  qaşovlar,  iskənə  formalı  alətlər, 

biz  burun  alətlər,  uclu  qaşovlar  və  kəsərlər  başlıca  yer  tutur. 

Buradakı  Nurnus  son  Paleolit  məskənlərində  isə  sivri  uc  alətlər, 

yuxarı  ucu  xüsusi  ayrılmış  buruncuq  şəkilli  alətlər,  nukeus 

qırıqları  üzərində  hazırlanmış  iskənə  və  uc  qaşovları  qabarıq 

nəzərə çarpır (Paniçkina,1950). 

     Azərbaycanın  son  Paleolit  abid ələri  materiallarının  qonşu 

ölkələrin  sinxron  kopleksləri  ilə  müqayisədən  aydın  görünür  ki, 

texniki  –  tipoloji  cəhətdən  əsaslı  fərqlənən  düşərgələr  vardır.  Bu 

ənənəvi  texniki  əsasdan  gəlməklə  tipologiyada  da  daş  məmulatı 

özünü göstərir. Belə ki, arxaik mustye texnikalı inkişaf xəttində də 

ona  müvafiq  son  Paleolit  törəməsi  alınır.  Belə  fərq  bəzi  

abidələrdə  xammalın  keyfiyyətsizliyindən,  bir  çox  halda  isə 

məşğuliyyət,  təsərrüfat  profili  ilə  bağlı  yarana  bilərdi.  Xammalın 

boşluğu,  kövrəkliyi  də  tipologiyada  amorfluq  yaratmışdır. 

Mütərəqqi  texniki  əsaslı  qəlpə  və  lövhələrdən  arxaik  tipoloji 

tərkibli komplekslər də formalaşırdı.  

     Demək olar ki, üst Paleolit dövründə Cənubi Qafqaz və ona 

həmsərhəd  ərazilərin  abidələri  daxilində  oxşar  –  tipoloji  inkişaf 




320 

 

xətti  olmuşdur.  Görünür  Yaxın  Şərqlə  Qafqazın  təbii  coğrafi 



şəraitinin,  flora,  fauna  aləminin  yaxınlığı  təsərrüfat  həyatına  və 

texniki  dəyişməyə  bir  axarlıq  gətirmişdir.  Bir  mədəni  dairə 

yartamışdır. 

    Azərbaycanın  üst  Paleolit  abid ələrindəki  alət  tipləri  Yaxın 

Şərqin sinxron abidələrində də müşahidə olunur (Ranov, 1978). 

    Paleolit  abidələrinin  çoxillik  tədqiqi  göstərir  ki,  mustyedən 

yuxarı  Paleolitə  keçid  ərəfəsi  qısa  müddətdə  getmişdir.  Ona  görə 

də  dünyanın  əksər  yerində  bu  mərhələnin  qalıqları  tapılmır 

(Qriqoryev,  1968).  Keçid  ərəfəsi  yadigarlarının  tək-tək  coğrafi 

qurşaqda,  həm  də  az  sayda  tapılması  tarixə  qədərki  dövrün  ilk 

tədqiqatçılarını  bir-birinə  zidd  fərziyyələr  yürütməyə  sövq 

etmişdir.  Bu  müddətdə  ətraf  mühitdə,  insanın  fiziki  tipində, 

biosferada  köklü  dəyişikliklər  baş  vermişdir.  Belə  təkamül 

səviyyəsində  yeni  insan dövrə  müvafiq ov silahları, əmək alətləri 

hazırlamağı  mənimsəmişdir.  Mustyedə  xarakterik  alət  qaşov, 

itiuclu, çapacaq sayılırsa, bu dövrdə  uc qaşovu, kəsər, biz,  itiuclu, 

yanı  kütləşmiş  lövhə,  iskənə  şəkilli  alət,  bıçaq  formalı  dişəkli 

lövhə və sümükdən müəyyən alətlər hazırlanmışdır. 

   Yeni  tip  insanlar  növbənöv  ucluqlar,  nizə  ucluqları,  xüsusi 

bıçaq-qaşovlar  hazırlamağa  başlamışlar.  Mağara  düşərgələrindən 

əldə  olunan  alətlər  deməyə  imkan  verir  ki,  bu  müasir  insan 

dəstələri  3-4  heyvan  cinsini  ovlamağa  uyğun  alət  düzəltmiş, 




321 

 

qovub  bərəyə  salmaq,  güdmək  sahəsində  peşəkar  ovçular 



olmuşdur.  Məsələn, ayı,  maral, keçi, at ovlamağa  müqabil alətlər, 

onları  işlətməyə  qadir  dəstələr  mövcud  imiş.  Uzunsov  itiuclular, 

qalın  massiv  itiuclular,  yarpaqşəkilli  uzunsov  itiuclular,  əsası 

kəsilib nazildilmiş ox ucluqları belə fikir yürütməyə əsas verir. 

     Yeni insanların yaşayış dairəsinin genişlənməsi, onun fiziki 

quruluşu, şüur səviyyəsi, alət düzəltmə bacarığının yeni mərhələyə 

qalxdığını  göstərir.  Müasir  insan  ovladığı  heyvanların  dərisindən 

geyim, koma örtüyü  və döşəməsinə  isti  material kimi  istifadə edə 

bilməsi, ona yüksək relyeflərə yayılmağa şərait yaratmışdır. 

   Yuxarı  Paleolit  dövründə  neantrop  tipli  insanlar  icma 

halında  kiçik  kəndlərdə  yaşamışlar.  Aşkar  edilən  yaşayış  yerləri 

və  düşərgə  sahəsi  onların  ailə  evlərindən  ibarət  qəbilə  yaşayış 

tikililərində həyat sürdüklərini  göstərir. Hər ailənin komasında bir 

ocaq,  birləşərək  arası  açıq  böyük  evlərin  içində  bir  neçə  (ailə 

sayına görə) ocaq yanırmış. 

     Bu  dövrdə  kollektiv  qəbiristanlıq,  geyim,  silah  və 

bəzəklə dəfnetmə, ölünü oxrayla boyama adəti  mövcud olmuşdur. 

Yuxarı  Paleolit  dövrünə  aid  (Sungir)  qəbirlərin  açılması  bunu 

sübut  edir.  Son  Paleolitdə  ictimai  şüur  formasının  yüksək  növü 

incəsənət – heykəlciklər,  yonma, kəsmə, oyma,  naxışaçma, kəmər 

düzəltmə, asmalarda oyuq açma meydana gəlmişdir. 

                                                 Stolyar, 1978 




322 

 

 



 

 

 

 

 

 

 

XII FƏSĠL 

 

AZƏRBAYCANIN MEZOLĠT DÜġƏRGƏLƏRĠ 

 

        Azərbaycanda Mezolit dövrü abidələri  ilk dəfə XX əsrin 

50-ci  illərində  M.M.Hüseynov  tərəfindən  Qazax  rayonunun 

Daşsalahlı kəndi ərazisində  Avey dağındakı Damcılı  mağarasında 

aşkar edilib öyrənilmişdir (Hüseynov, 1975). 

Həmin 


əsrin  60-cı  illərindən  başlayaraq  Qobustanda 

C.N.Rüstəmov,  P.M.Muradova  tərəfindən  Böyükdaş  və  Kiçikdaş 

dağları  ərazisində  “Ana  zağa”,    “Kənizə”,  “Ovçular”,  “Daşaltı 

sığınacaq”,  “Öküzlər”, 

”Öküzlər-2”, 

“Maral”, 

“Daşaltı”, 

“Ceyranlar”,  “Qayaarası”,  “Qayaarası-2”,  “Firuz”  düşərgələrində 

aparılmış  arxeoloji  qazıntılar  zamanı  Mezolit  dövrünə  aid  maddi 

mədəniyyət qalıqları tapılmışdır.  Göstərilən düşərgələr iri qayalar 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə