Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə87/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

351 

 

hissəsindəki  qayaların  yerdəyişməsi,  təbəqələrin  qarışması 



nəticəsində  hazırda  qayaların  altında  qalmış,  qazılması  mümkün 

olmayan  yerlərdən  axan  yağış  sularının  buranın  materialını 

vaxtaşırı yuyub gətirməsidir. 

     “Ana zağa”da hər iki Daş dövrü təbəqəsindən eyni tipli – 

karandaşvari,  konusvari,  prizma,  silindr  və  yiv  şəkilli,  onların 

müxtəlif  görkəminə  məxsus  formada  hazırlanmış  nüvələr  əldə 

edilmişdir.  Prizma,  konus  və  yiv  şəkilli  nüvələr  alt  təbəqədə, 

karandaşvari  və  silindrik  nüvələr  isə  orta  təbəqədə  çoxluq  təşkil 

edir. 

    Çaxmaqdaşı 



qəlpəsindən 

hazırlanmış, 

formaca 

fərqlənməyən  qaşovlar,  alt  təbəqədə  bıçaqvari  lövhələrdən 

düzəldilmiş qaşovlardan çoxdur,  makroölçülü,  xüsusən  itiuclar  və 

gəzli lövhələr orta təbəqədə üstünlük təşkil edir. Həndəsi formnalı 

(trapes,  seqment  şəkilli)  alətlərə  və  ox  uclarına  “Ana  zağa”da 

olduqca az olanlarda əsas orta təbəqədə təsadüf edilmişdir. 

  “Ana  zağa”nın  Daş  dövrü  məmulatının  2/3  hissəsini 

çaxmaqdaşından  olan  alətlər  təşkil  edir.  Onlar  əsasən  orta  və 

mikroölçülü  lövhələrdən  düzəldilmiş  iynəvari  itiuclar,  bir  ucu 

dişəklənməklə  çəpləşdirilmiş,  gəzvari  və  ya  qövsvari  edilmiş, 

yanlarında bir,  iki  və  ya bir  neçə  gəz açılmış alətlərdən  ibarətdir. 

“Ana  zağa”nın  çaxmaqdaşından  hazırlanmış  materialları  bizlər, 

burğular,  kəsər  və  kəsərciklər,  bir  yanı  dişəkləmə  vasitəsilə 



352 

 

kütləşdirilmiş  lövhələr,  ucunda  xüsusi  çıxıntı  düzəldilmiş  və  s. 



alət  tipləri  daxildir.  Qədim  düşərgələrin  sakinləri  çaxmaqdaşıyla 

yanaşı,  çaydaşından  da  geniş  istifadə  etmişlər.  Ölçücə  iri  ölçü 

tələb  olunan  sürtgəc,  zərb  və  döymə  aləti,  ağırlıq  daşı  –  pərsəng, 

dişəkləyici,  eləcə  də  balta  və  kərki  tipli    və  s.  kimi  alətlər 

çaydaşından hazırlanmışdır. 

    Çaydaşından  qopardılmış  ilk  qəlpələr  birbaşa  bıçaq  və 

yüngülcə  dişəklənməklə  qaşov  kimi  istifadə  edilmişdir.  “Ana 

zağa”nın  alt  və  orta  təbəqəsinin  çaydaşı  materialları  da 

çaxmaqdaşında olduğu kimi, alət  tiplərinin  işlənmə  xüsusiyyətinə 

görə az fərqlidir. Alt təbəqə materialının oxşar nümunələrinin orta 

təbəqədə  rast  gəlinməsi    (həyatda  iş  tələbinə  uyğun  meydana 

gəlməsi)  dövrü  xüsusiyyətiylə  fərqlənir.  Məsələn,  sütrgəc  və 

ağırlıq  daşları  orta  təbəqədə  alt  təbəqədəkindən  çoxdur.  Bütün 

bunlar  “Ana  zağa”da  alt  və  orta  mədəni  təbəqələrin  genetik 

baxımdan bir-birinin davamı olduğunu  göstərməklə, onların tarixi 

dövrü haqqında yuxarıda qeyd olunanları digərləri də təsdiq edir. 

    Qobustanda  iri  ölçülü,  lakin  möhkəmliyi  vacib  olmayan 

alət  və  əşyaların  hazırlanması  üçün  yerli  əhəngdaşından  da 

istifadə olunmuşdur. 

   “Ana zağa”da başqa materiallardan – sümük, buynuz, ağac, 

balıqqulağından,  dəvəgözü  daşından  və  başqa  minerallardan 

oxradan  bəzək  və  müxtəlif  əşyalar  hazırlamaq  üçün  istifadə 




353 

 

olunmuşdur.  Bunların  arasında  oxun  çubuğunu  hazırlamaq  üçün 



işlədilmiş  “düzləndiricilər”  diqqəti  cəlb  edir.  Onlar  yastı  təbii 

mineral  dəvəgözü  daşından  bir  üzündə  daşın  eninə  açılmaqla 

hazırlanmış alətlərdir. 

    Qaşovun  içi  işlənib  hamarlanmışdır.  Düşərgənin  alt 

təbəqəsində tək-tək  rast  gəlinən bu  tip  alətlər orta təbəqədə sayca 

artır  və  onların  naxışlanmış  nümunələrinə  təsadüf  olunur.  Bu  cür 

alətlərdən birinin alt, düz  üzündə ceyran şəkli çəkilmişdir.  Bu  tip 

alətlərə,  şübhəsiz  ki,  “Ana  zağa”  Mezolit  dövrü  təbəqəsindən 

tapılmış  sümükdən  hazırlanmış  ox  uclarının  tapılması  da  buna 

sübutdur.  “Ana  zağa”dan  sürtülmüş  balıqqulağından  hazırlanmış 

muncuqlar,  tropik  sularda  yaşayan  balıqqulağından  boyunbağı 

tapılmışdır. 

    “Ana zağa”dan üstündə  yay-oxlu, döymə kişi  və ceyran, 

öküz  təsvirləri  olan  kiçikölçülü  daşlar,  düşərgənin  şimal  divarını 

təşkil  edən  30  №- li  daşda  mədəni  təbəqənin  altında  şərq-qərb 

istiqamətdə uzanan şux qamətli, yay-oxlu, kəmərli ovçu kişilərdən 

ibarət  səhnə  aşkar  edilmişdir.  Düşərgənin  içindəki  kiçik, 

tərpənməyən daşlarda da kişi təsvirləri həkk olunmuşdur. 



   “Kənizə” düşərgəsi.  Böyükdaş dağı yuxarı səki sahəsində 

“Ana  zağa”dan 40-50 m cənub-şərqdə,  yuxarı səki  üzrə 115, 116, 

117a №-li, üzərində qədim  təsvirlər saxlanmış qayaların arasında, 

onların  bir-birinə  söykənməsi  nəticəsində  alınmış  sığınacaqlarda 




354 

 

aşkar  edilmişdir.  Sığınacağın  divarlarını  təşkil  etmiş  qayaların 



hələ  qədimdə  uçması,  yerdəyişməsi  nəticəsində  burada  bir  neçə 

gözdən ibarət insan yaşaması üçün yararlı sahələr əmələ gəlmişdir. 

Düşərgədə  1974,  1975  və  1976-cı  illərdə  300  kv.m  sahədə 

arxeoloji  qazıntı  aparılmışdır  (Rüstəmov,  Muradova,    qobustan 

arxeoloji ekspedisiyasının 1975, 1976-cı  il  hesabatları). Aparılmış 

arxeoloji  qazıntılar  nəticəsində  burada  əsas  Mezolit  və  qismən 

Neolit  dövrünün  əvvəllərində  yaşayış  olduğunu  göstərən  xeyli 

maddi  mədəniyyət  qalıqları,  Neolit  dövrünün  sonuna  aid  qəbirlər 

aşkar  edilmişdir.  Çox  güman  ki,  Neolitin  əvvəllərində  “Ana 

zağa”da olduğu kimi,  “Kənizə”də də təbii  fəlakət  nəticəsində baş 

vermiş  təhlükəli  vəziyyət  sakinləri  sığınacaqları  bir  müddət  tərk 

etməyə  məcbur  etmişdir.  “Kənizə”də  həyat  Eneolitin  sonu,  ilk 

Tunc dövrünün əvvəllərində qısa müddətə canlanmışdır.  

    Mezolit  dövrü  materialları  “Kənizə”nin  əsas  orta 

kamerasında (116 və 116a,117, 117a №-li üzərində qədim rəsmlər 

olan  daşların  arasında)  aşkar  olunmuşdur.  Bura  117a  №-li  daşın 

115№-li  qayadan  qoparaq  117  №-li  daşla  baş-başa  dayanması 

nəticəsində  alınmış  20  kv.m-ə  yaxın  kiçik,  yaşamaq  üçün  çox 

əlverişli sahədir.                   

    Yuxarıda  göstərilən  səbəb  üzündən  düşərgədə  əmələ 

gəlmiş ilk orta və qərb kamera arasında alınmış keçiddə (şimaldan 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə