Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə88/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

355 

 

116,  cənubdan  117  №- li  şəkilli  daşlar  arasındakı  sahədə)  qazıntı 



aparmaq mümkün olmamışdır. 

    Orta  kamerada  Mezolit  dövründə  yaşayış  olduğunu 

Mezolitə  aid  təbəqədə  aşkar  edilmiş  cənuba  tərəf  çıxacaqda  və 

arxa  hissədə  117  №- li  daşın  şimal,  116a    №- li  daşın  cənub 

qurtaracağı arasındakı açıq  yeri bağlanmış  yonulmamış daşlardan 

bir  ədəd  və  0,5  m  hündürlükdə  saxlanmış  hörgü  qalığı  da  sübut 

edir. 

     Krımda  Şankoba  mağazasının  giriş  yolu  da  Mezolit 



dövrünə aid daş hörgüylə kəsilmişdi (Bader, 1970). 

    Orta  və  qərb  kameraları  arasındakı  keçidin  yalnız  üst 

hissəsi  təmizlənmiş  və  117  №- li  daşın  şimal  üzündə  bir  ədəd  üst 

Paleolit  əlamətli  öküz  başı  təsviri  qeydə  alınmışdır.  Saxlanmış 

hörgü  qalığının  daşlarının  içəriyə  baxan  üzlərində  qədim  insan 

təsvirləri çəkilmişdir. 

  “Kənizə”  düşərgəsindən  arxeoloji  qazıntılar  nəticəsində 

əldə  edilmiş  materialların  ümumi  sayı  20  mindən  çoxdur.  Bu 

materialların  17  mini  (11,5  min  çaxmaq  və  5,5  min  çaydaşından 

olmaqla)  üzərində  əmək  aləti  kimi  istifadə  olunmaq  əlaməti 

olmayan  qəlpə,  lövhə  və  tullantılardan  ibarətdir  (şəkil  181-184). 

Qalanları  çaxmaqdaşı,  çaydaşı,  əhəngdaşı,  sümük  və  s. 

materiallardan  hazırlanmış əmək alətləri, silah  nümunələri, bəzək 

əşyaları,  oxra  qırıqları  və  s.  ibarətdir.  Onlardan  1400-ə  qədəri 




356 

 

“Kənizə”nin alt Mezolit dövrü təbəqəsindən aşkar olunmuş əsasən 



çaxmaqdaşı  (900-ə  qədəri  və  çaydaşından  400-dən  çoxu) 

hazırlanmışdır.  “Kənizə” düşərgəsinin  Mezolit dövrü tapıntılarına 

əsas  yığma  alət  dişləri  kimi  hazırlanmış  üçbucaq  şəkilli, 

kiçikölçülü  iti  uclar,  seqment,  trapes  və  üçbucaqlardan  ibarət 

həndəsi  formalı  alətlər,  mikro  qaşovlar,  bıçaqvari  lövhələrdən 

sıyırğaclar,  qəlpələrdən  hazırlanmış  yanlı  və  gəzli  qaşovlar,  işlək 

ağzı  hər  iki  üzə  tərəf  yonulmş  iskənə  tipli  alətlər,  bıçaqvari 

lövhədən  düzəldilmiş  kiçikölçülü  bizlər,  burğular,  kəsər  və 

kəsərciklər,  ox  ucluqları,  ucunda  xüsusi  dimdikvari  çıxıntısı  olan 

alətlər  daxildir.  Sonunculardan  zərif  işlərin  görülməsində  -  ağac 

və ya sümük əsasda yarıq açmaq, müəyyən əşyaları bəzəmək və s. 

məqsədlərlə istifadə edilmişdir. 

    “Kənizə”düşərgəsindən 

tapılmış 

iriölçülü 

alətlər 


çaydaşılarından  hazırlanmışdır.  Onlar  sürtgəclər,  zərb  alətləri, 

döymə  alətləri,  qopardıcılar,  dişəkləyicilər,  pərzənglər,  ilk 

qəlpədən  qaşov  və  bıçaqlar  və  s.  ibarətdir.  Onun  çubuğunu 

hazırlamaq  üçün  “düzləndirici”  alətlər  dəvəgözü  daşından,  bəzək 

üçün asmalar xırda çaydaşı və ya balıqqulağından hazırlanmışdır. 

  “Kənizə” 

düşərgəsində 

tiplərə 


görə  çaxmaqdaşı 

materialları  arsında  nüvələr  (264  ədəd),  mikro  itiuclular  (220 

ədəd) və qaşovlar (137 ədəd), çaydaşından alətlər arasında döymə-



357 

 

vurma  alətləri  (200-ə  qədər),  qaşov  tipli  alətlər  (100-ə  qədər)  və 



dişəkləyicilər (46 ədəd) çoxluq təşkil edir. 

    “Kənizə”  düşərgəsinin  Mezolit  dövrü  materiallarına 

sümükdən  hazırlanmış  ox  ucluğu,  nizə  ucu  üçün  ikitərəfli  qarım 

açılmış  yığma  silah  əsasının  hissəsi  də  daxildir.  Onların  hər  iki 

tərəfindən  üzünü  boyu  açılmış  yarıq  o  q ədər  dar  və  incədir  ki, 

oraya yalnız Qobustanın Mezolit dövrü üçün səciyyəvi olan mikro 

ölçülü  lövhələr  və  onlardan  düzəldilmiş  mikro  itiuclular 

yerləşdirilə  bilərdi.  Qobustanın  yığma  silah  ucluqlarının  s ümük 

əsası öz kiçikölçülü olması  və  gözəl  hazırlanmasıyla Gürcüstanda 

Mezolit  düşərgəsindən  tapılmış  (Sereteli,  1973)  yığma  ox  ucu 

üçün  sümük  əsasdan  fərqlənir.  Bir  yanında  yarıq  açılmış  sümük 

aləti  Şimali  Qafqazda  Sosruko  mağarasından  da  tapılmışdır.  Bu 

sümük  əsaslı  bıçağın  çaxmaqdaşı  lövhəsindən  olan  dişlərindən, 

ikisi  yarığın  içində  saxlanmışdır  (Zamyatnin,  1957).  Bir  tərəfli 

yığma  bıçaqların  sümük  əsasları  Uralda  Syuren-2  düşərgəsindən 

də  tapılmışdır  (Matyuxin,  1976).  Üst-Belaya  düşərgəsindən 

(Bader,  1970)  və  Zabaykalyedən  məlum  olan,  dərin  açılmış 

yarıqda çaxmaqdaşı lövhələrindən tiyələr düzəltməklə hazırlanmış 

sümük  əsaslı  mizraq,  nizə  ucu,  bıçaqlar  və  “azil”  tipli  yastı 

qarmaqlar  Sibirin  son  Paleolit  dövrünün  əsas  tapıntıları  sayılır 

(Okladnikov, 1968). 



358 

 

    “Kənizə”  düşərgəsindən  tapılmış    Mezolit  dövrünə  aid 



əhəngdaşından  hazırlanmış  qadın  fiqurları  (Rüstəmov,  1986) 

xüsusi  elmi  əhəmiyyətə  malikdir.  Onlardan  ikisi  formasına  görə 

Qobustan  qayalarında  təsviri  olan  iri  döşlü,  baldırları  xüsusi 

qabarıq  və yoğun  verilmiş qadın təsvirlərinin (Cəfərzadə, 1965 və 

1973-cü  ildə Böyükdaş dağı  yuxarı səki  üzrə 29 № -li daşın şimal 

üzündəki  şək.  №  66-67  və  s.)  oxşarıdır.  Bu  qadın  fiqurları  Buret 

(Okladnikov,  1966),  Malta  (Formozov,1976),  Krasniyar  kimi  üst 

Paleolit  düşərgələrindən  tapılmış  şümük  qadın  fiqurları  ilə 

(Abramova, 1959; yenə onun, 1962, tab. VI-13, IX-3) oxşardır. 

   “Kənizə”  düşərgəsindən  tapılmış  rəsmli  daşlarda  yalnız 

kişi  təsvirləri  həkk  olunmuşdur.  Qadın  təsvirlərinə  nə  qayalarda, 

nə  də  kiçik  daşlarda  təsadüf  olunmamışdır.    Kiçik  daşlarda  və 

qayalarda  bir  ədəd  öküz  başından  başqa  demək  olar  ki,  heyvan 

təsviri  də  yoxdur.  K içikölçülü  əhəngdaşında  bir  cərgə  bir-birinin 

ardınca cinsi əlaməti  məlum olmayan  yan görünüşündə, çox bəsit, 

Qərbi Avropanın paleolit  incəsənətində  “qlaviforma” adlandırılan 

insan  təsvirləri    həkk  olunmuşdur.  Başqa  kiçik  daşın  yan,  düz 

tərəfində  daşın  uzunu  boyu  kiçikölçülü  təsvirlər  çəkilmişdir. 

Təsvirlərin  düzülüşü  onların  qovma  üsulu  ilə  ovda  iştirakını  əks 

etdirdiyini güman etməyə əsas verir.  



   “Ovçular  zağası”.  Böyükdaş  dağı  yuxarı  səki  sahəsində, 

Qobustan  qoruğunun  muzey  binasından  3250  altında  təxminən 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə