Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

359 

 

150-200  m  məsafədə  “Ana  zağa”dan  50-55  m  şimalda,  45  və  46 



№-li    şəkilli  daşların  arasında  yaşayış  üçün  yararlı  sığınacaqdır. 

Onun  girişi  şərqdədir  üstünü  çox  iri  və  yastı  8x8  m  ölçülü  2,5  m 

qalınlığında qaya parçası örtür. Onin şimal şərq ucu 46 №-li  daşın 

üstünə  yatır. Sığınacağın şimal-qərb tərəfdə açıq  yerini  iri daşlar, 

qabaqda cənub şərq tərəfini isə bir növ 45 №- li  daş bağlayır. 

   İ.M.Cəfərzadə Böyükdaş dağı  yuxarı  səki  sahəsində 3 №-

li    daşın  altında  qeydə  aldığı  bu  sığınacağı  onun  qarşısındakı 

qayalarda  əsas  ovlanmış  səhnələrinin  olduğunu  nəzərə  alaraq 

“Ovçular zağası” adlandırılmışdır.  

   “O vçular  zağası”nda arxeoloji qazıntı  işləri İ.M.Cəfərzadə 

tərəfindən  1960  və  1961-ci  illərdə  50  kv.m  sahədə    (Cəfərzadə, 

1965)  aparılmışdır.  Mədəni  təbəqənin  qalınlığı  140  sm-dir. 

Qazıntıdan  1500-dən  çox  daş  məmulatı,  ocaq  yerləri,  daşdan  və 

balıqqulağından  asmalar,  oxra  qalıqları  xalsedon  parçası,  dağ 

billuru  və  az  miqdarda  fauna  qalığı  tapılmışdır.  Qazıntıdan  əldə 

edilmiş  materialların  160  ədədi  çaxmaq  və  çaydaşlarındann 

hazırlanmış  alət,  20-yə  qədəri  nüvələrdən  ibarətdir.  Onlar 

konusvari,  prizma  formalı,  karandaşvari,  bir  üzdən  istifadə 

olunmuş  nüvələrdən  ibarətdir.  Əmək  alətləri  bu  nüvələrdən 

qopardılmış və mikro lövhələrdən hazırlanmışdır. 

    Çaxmaqdaşından  hazırlanmış  qaşovlar  (50- yə  qədər), 

iskənə tipli alətlər (24 ədəd), trapeslər (19 ədəd), çəpuclu  lövhələr 




360 

 

(9 ədəd), dairəvi (1 ədəd)  və  uclu qaşovlar ( 3 ədəd), şatelperron 



tipli bıçaq  (4 ədəd), kəsər  və kəsərciklər, biz, seqment  və tək-tək 

üçbucaq,  bir  yanı  kütləşdirilmiş  bıçaqvari  lövhələr,  bir  ucunda 

dimdikvari  çıxıntısı  olan  alət  tiplərinə  də  təsadüf  olunmuşdur. 

Həndəsi formalı disklərdən trapeslər çoxdur. 

    Düşərgə  sakinləri  qayalarda  şəkil  döymək  və  zərb  aləti 

kimi əsas çaydaşı və çaxmaqdaşından istifadə etmişlər. Qazıntıdan 

tapılmış bazalt cinsli çaydaşından döymə alətləri çoxluq təşkil edir 

(19 ədəd). 

    Daş  məmulatı  arasında  dəvəgözü  daşından  oxun    ucunu 

hamarlamaq üçün istifadə edilmiş üstü novlu alət qırıqları, çaydaşı 

və  əhəngdaşından  pərsəng  və  s.  əmək  alətləri  qeydə  alınmışdır. 

Daşdan  iki  ədəd  toxa  tipli  alət  və  üzərində  qara  rəngdə  bərkidici 

maddə qalığı saxlanmış yığma alət dişi də daxildir. 

    Qazıntı  gedişində düşərgədə diametri 1 m,  içindəki külün 

qalınlığı  5-10  sm-ə  çatan  ocaq  qalığı  açılmış,  onun  içindən  və 

ətrafından  yanmış  heyvan sümükləri, çaxmaqdaşı, çaydaşı,  lövhə, 

qəlpələr və oxra qırıqları tapılmışdır. 

    Qazıntıdan  iki  ədəd  kiçikölçülü  rəsmli  daş  qeydə 

alınmışdır.  Birinci  daşın  bir  üzündə  öküz,  o  biri  üzündə  insan  və 

öküz  təsviri,  ikinci  daşın  üstündə  ortadakı  yalağın  (daş  qabın) 

ətrafında  yalaqdan  su  içməyə  gəlmiş  6  öküz  şəkli  çəkilmişdir. 

“Ovçular  zağa”sının qazıntı  materialları  bir  növ  “Ana  zağa”nın 




361 

 

materiallarının oxşarıdır. Qazıntıda gil qaba təsadüf olunmamışdır. 



Yalnız  təbəqənin  üst  qatındakı  və  son  Tunc  dövrünə  aid  az 

miqdarda  qab  qırıqları  tapılmışdır  ki,  bu    da  sığınacaqlardan 

sonrakı dövrlərdə qısa müddətdə istifadə olunduğunu göstərir. 

    İ.M.Cəfərzadə  “O vçular  zağası”nda  təbəqənin  üstündə 

tapılmış  gil  qab  qırıqlarının  Neolit  dövrünə  aid  olduğunu  güman 

edərək, burada yaşayışı Neolit dövrünün  başlanğıcına aid etmişdir 

(Cəfərzadə, 1965, 1973). 

     Qazıntı  materiallarının  təhlili  “Ovçular  zağası”nın  üst 

Paleolitin  sonundan  Mezolit  dövrünə  keçid  mərhələsindən 

etibarən  sakinlər  tərəfindən  mənimsənildiyini  göstərir.  Bunu  daş 

məmulatı  arasında  şatelperron  və  s.  yuxarı  Paleolit  səciyyəli 

bıçaqların saxlanması, sığınacağı əhatə edən qayalarda kölgə kimi 

döyülmüş qadın, öküz başları və yarımçıq öküz təsvirləri də təsdiq 

edir. 


     “O vçular  zağası”  qarşısındakı    qayalarda  öküz  ovu, 

atların  ovlanması,  gurların  tələyə  -  tora  salınmasıyla  ovlanması, 

qabanın  itlə  ovlanması  kimi  olduqca  real  təsvir  olunmuş  ov 

səhnələri  çəkmiş  rəssam  sığınacaq  sakinlərinin  mahir  ovçu 

olduqlarını  təsvir etməyə çalışmış  və buna tam  nail  olmuşdur. 45 

№-li    daşın  şimal  üzündəki  gurların  torla  ovlanması  səhnəsi, 

qədim  qobustanlıların  tordan  həmçinin  heyvan  ovunda  və 

həmçinin də balıqçılıqda istifadə etdiklərini əyani surətdə göstərir, 




362 

 

tordan  balıqçılıqda  istifadə  edildiyini  sığınacağın  daş  materialı 



arasında  olması  da  təsdiq  edir.  Tələ  -tor  vasitəsilə  heyvan  ovu 

səhnəsi  Qərbi  Avropanın  üst  Paleolit  qayaüstü  təsvirlərində 

(Kastilyo,  Altamira,  Pasyera  və  b.)  təsadüf  olunur  (Formozov, 

1969). 


    “O vçular  zağası”  qarşısındakı  qayalardakı  təsvirləri 

mədəni  təbəqə örtdüyündən bunlar  yaxşı saxlanılmışdır.  Bunların 

heç  biri  digərini  kəsmir.  Yəqin  ki,  təsvirlərin  hamısı  eyni  vaxtda 

çəkilmiş və eyni dövrə aiddir. 

    46  №-li    daşda  qədim  qadın  təsvirlərinin  altında 

kiçikölçülü  kişi  təsvirlərindən  ibarət  alt-alta  iki  cərgə  yan-yana 

yallıya  bənzər  üsulla  düzülmüş  səhnədə  çox  güman  ki,  qədim 

rəssam Qobustanda  mövcud olmuş ovlanmış  üsullarından birini   - 

qovma üsulunu təsvir etmişdir. 

     45  №-li    qayanın  cənub-qərb  küncündəki  öküz 

təsvirlərindən  birinin  boynunda  ip  vardır.  Bu  sığınacaq 

sakinlərinin  artıq  iribuynuzlu  heyvanı  əhliləşdirdiyini  göstərir. 

Güman  etmək  olar  ki,  Qobustanda  heyvanların  əhliləşdirilməsi 

öküzün  əhliləşdirilməsindən  başlanmışdır  (Cəfərzadə,  1973,  daş 

№  45,  bax    şəkil  3).  C.N.Rüstəmov  Qobustanda  heyvan  və  dənli 

bitkilərin  mədəniləşdirilməsinin  Mezolitin  sonunda  baş  verdiyini 

göstərmişdir (Rüstəmov, 1998). 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə