Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə90/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

363 

 

    “O vçular  zağası”ndan  tapılmış  sürtgəc  qırıqları  (3  ədəd), 



daşdan  toxa tipli alətin  (2 ədəd)  və  üzərində qara bərkidici  maddə 

saxlanmış  hazır  məhsulun  yığılmasında  istifadə  edilən  yığma 

bıçaq  dişlərinin  tapılmasını  artıq  əkinçiliyin  mövcud  olmasıyla 

əlaqələndirmək  olar.  Qazıntıdan  tapılmış  xalsedon,  dağ  billuru, 

daş  asmalar,  balıqqulağından  asmalar,  qayalarda  yüksək  zövqlə  

çəkilmiş  qayaüstü  təsvirlər  “Ovçular  zağası”  sakinlərinin, 

təsvirləri  çəkən  rəssamın  incəsənət  baxımından  yüksək  zövqə 

malik  olduğunu  göstərir.  Qədim  rəssamın  həyatda  gördüklərini 

olduğu kimi qayada təbii, real əks etdirmək bacarığı adamı heyran 

edir. 


      Qazıntıdan daha çox oxranın tapılması, bəlkə də, ondan 

təsvirlərin  boyanmasında  istifadə  olunduğunu  düşünməyə  əsas 

verir. Lakin buradakı təsvirlərdə rəng izi qeydə alınmamışdır. 

      Daşaltı  sığınacaq.  O,  Böyükdaş  dağı  yuxarı  səki 

sahəsində 

“Ana 

zağa”dan 



30-40 

m 

cənub 


qərbdə 

yerləşir.Sığınacaq  124  №- li      qayanın  üstündə  kiçikölçülü  xətti 

kişi  təsvirlərindən  ibarət  yallını  xatırladan  bir  cərgə  qovma  üsulu 

ilə  ov  edən  insan  şəkli  vardır.  O nun  üstünün  az  hissəsini  çox  iri 

qaya  parçası  örtür,  talvar  -  kölgəlik  əmələ  gətirir  və  yönü 

şimaladır. 

Sığınacaqda 

göstərilən 

təsvirlərin 

dövrünü 


müəyyənləşdirmək  məqsədilə  1965-ci  ildə  25  kv.m  sahədə 

arxeoloji  qazıntı  işləri  aparılmışdır  (Rüstəmov,  Qobustan 




364 

 

ekspedisiyasının 1965-ci il hesabatı). Qazıntı zamanı üstdən 20-24 



sm dərinliyə qədər çürüntülü torpaq qatı, ondan altda diametri 30 

sm, içindəki külün qalınlığı 2-3 sm-ə çatan ocaq qalığı açılmışdır. 

Bu  səviyyədən  tək-tək  orta  əsrlərə  aid  gil  qab  qırıqları,  bir  ədəd 

çaxmaqdaşından  badamvari  ox  ucu  qırıqları,  bir  ədəd 

çaxmaqdaşından  badamvari  ox  ucu  tapılmışdır.  Nisbətən  altda, 

sahənin  qərb-örtülü  hissəində  20  kv.m  şabalıdı  rəngli  xırlı  torpaq 

qatından  ibarət  linza  şəklində  mədəni  təbəqə  aşkar  edilmişdir. 

Ortada qalınlığı 0,8-1,0 m-ə çatan  mədəni  təbəqə kənara  getdikcə 

nazilib  itir. Təbəqədən ocaq qalığı aşkar edilməmişdir. Qazıntıdan 

əldə  olunmuş  arxeoloji  material  çaxmaqdaşı  və  çaydaşından  alət, 

istehsal  tullantısı  və  az  miqdarda  sümük  qalığından  ibarətdir. 

Çaxmaqdaşından 1000-ə qədər qəlpə - qırıq, 600-dən çox orta  və 

əsasən  mikro ölçülü bıçaqvari  lövhə, 500-dən çox çaydaşı qəlpəsi 

və s. tapılmışdır. 

   Nüvələr  konusvari,  silindr  formalı,  çivşəkilli,  diskvari, 

birtərəfli 

işlənmiş  kiçikölçülü  (h=1,5-4,1  sm  arasında) 

nümunələrdən  ibarətdir.  Onların  ümumi  sayı  57  ədəddir. 

Çaxmaqdaşından  əsas  bıçaqvari  lövhələrdən  hazırlanmış  alətlərin 

sayı  200-ə  yaxındır.  Onlar  kiçikölçülü  qəlpələrdən  düzəldilmiş 

qaşov,  bir  yanı  dişəklənib  kütləşdirilmiş  və  gəzli  mikro  lövhələr 

və  bir  ucu  çəpinə,  düzünə  və  ya  qövsvari  dişəklənmiş  mikro 

alətlər,  kəsər  və  kəsərciklər,  mikro  itiuclular,  bizlər,  trapesşəkilli 




365 

 

həndəsi formalı alətlər və s.-dən ibarətdir. Sığınacağın materialları 



arasında  bir  ədəd  də  çaxmaqdaşından  şatelperron    tipli,  üst 

Paleolit  əlamətli  bıçaq  vardır.  Lakin  daş  alətlərin  mikrolit 

səciyyəli  olması  burada  yığma  alət  hazırlamaq  texnikasının 

üstünlüyünü  göstərir.  Bunu,  bəzi  mikro  ölçülü  alət  və  lövhələrin 

üzərində bərkidici qara maddə (qır) qalığının saxlanması da təsdiq 

edir. 


    Çaydaşı  materialından  bəzi  nüsxələr  xüsusi  formaya 

salınmış əmək alətidir. Onlardan sürtgəc, döymə aləti, iri qaşov və 

pərzəng  kimi  istifadə  olunmuş  alət  nümunələrini  göstərmək  olar. 

Çaydaşı  qəlpələrinin  çoxu  xüsusi  formaya  salınmadan  müxtəlif 

işlərdə,  müxtəlif  məqsədlərlə  istifadə  olunduğundan  iti  kənarları 

əzilib  sürtülmüş,  ilk  qəlpələrdən  isə  bıçaq  kimi  istifadə 

olunmuşdur. 

     Ovalvari, 

qalın 

çaydaşılarından 



ikiüzlü 

sürtgəc 


bəzəklidir.  Onun  ucları  3  şaquli,  paralel  döymə  xətt,  yanlardakı 

boş  hissələr  bir  cərgə  döymə  nöqtələrlə  naxışlanmışdır 

(Muradova, Rüstəmov, 1986). Deməli, Qayalarda döymə üsulu ilə 

təsvirlər  həkk edən Qobustan sakinləri eyni  üsulla əmək  alətlərini 

bəzəməyi də bacarmışlar. Bu onların  yüüksək estetik  zövqə  malik 

olduğunu göstərir. 

     IV  sığınacaq  daimi  yaşayış  yeri  olmamışdır.  Bunu 

mədəni  təbəqədə  ocaq  yerinin  olmaması  da  göstərir.  Sığınacağın 




366 

 

külək,  yağış  vuran  şimal  tərəfi  açıqdır.  Görünür,  IV  daşaltı 



sığınacaqdakı  mədəni  təbəqə  yaxınlığındakı  düşərgələrin 

sakinlərinin  buradakı  kölgəlikdən  istifadə  edib,  burada  vaxtaşırı 

oturub  dincəlmək  və  işləmək,  124  №-li    daşla  ondan  qərbdəki 

qaya  arasından  yığın  sularının  yuyub  gətirdiyi  qalıqlardan 

yaranmışdır.  Sığınacağın  materialları  arasında  üstü  döymə  üsulu 

ilə  naxışlanmış  və  rəng  (oxra)  əzmək  üçün  istifadə  olunmuş 

çaydaşı  da  vardır.  Oxra  əzmək  üçün  bu  cür  çaydaşı  Qobustanda 

“Kənizə”  düşərgəsindən  də  tapılmışdır  (Rüstəmov,  Muradova, 

Qobustan arxeoloji ekspedisiyasının 1974-cü  il  hesabatı).  Uralda 

İlmurdin düşərgəsinin  ilk Mezolit dövrü təbəqəsindən ( Matyuşin, 

1976) üzəri kəsmə  xətlərlə naxışlanmış çaydaşı  isə  Krımda Suren 

1 düşərgəsindən də (Vəkilova, 1957) məlumdur. 

   Sığınacaqdan  bir  ədəd  də  balıqqulağından  asma 

tapılmışdır.  Abidəni  Mezolitdən  Neolitə  keçid  mərhələsi  də  aid 

etmək olar. 

 “Öküzlər”  düşərgəsi.”Ana  zağa”dan  50-55  m  şimalda, 

“Ovçular  zağası”ndan  25  m  cənubda,  Böyükdaş  dağı  yuxarı  səki 

sahəsində  üzərində  qədim  təsvirlər  olan  41  və  42  №- li    daşların 

arasında aşkar edilmişdir. 41 və 42 №-li  qayalarda öküz təsvirləri 

olduğu  üçün  düşərgə  ekspedisiya  üzvləri  tərəfindən  “Öküzlər” 

düşərgəsi  adlandırılmışdır.  Burada  1974-cü  ildə  arxeoloji  qazıntı 

aparılmışdır  (Rüstəmov,  Muradova,  1975,  Rüstəmov,  1976). 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə