Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə91/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

367 

 

Düşərgənin içi qərbdən şərqə enli olduğundan və orta hissəsi yağış 



suları  ilə  yuyulduğundan  mədəni  təbəqə  41  №-li    daşın  şimal  və 

42  №-li    daşın  şərq  tərəfi  dibində  0,5  m  eninə  sahədə  0,5-10  sm 

qalınlığında  saxlanmışdır.  Burada  arxeoloji  qazıntıdan  1000-ə 

qədər  material  əldə  edilmişdir.  Çaxmaqdaşından  alətlər  arasında 

qəlpələrdən hazırlanmış arxaik görüntülü,  hündür dişəklə  işlənmiş 

uclu  və  gəzli  qaşovlar  (26  ədəd)  iskənə  tipli  (12  ədəd)  alətlər 

bıçaqvari lövhədən hazırlanmış alətlərə nisbətən çoxluq təşkil edir. 

Öküzlər  düşərgəsində  çaxmaqdaşından  digər  materiallar  8  ədəd 

nüvə,  26  ədəd  qaşov,  12  ədəd  iskənə,  4  ədəd  seqment,  3  ədəd 

trapes,  biz,  burğu,  kəsər,  dişəkli,  bıçaqvari  lövhələr  tapılmışdır. 

Çaydaşından alətlərdən biri ovalvari,  hər  iki  üzü  itilənmiş sürtgəc, 

zərb  aləti,  qayalarda  rəsm  döymək  üçün  alət  və  s.  ibarətdir. 

Nüvələr  konusvari,  prizmaşəkilli  və  karandaşvaridir.  Onlar  kiçik 

ölçülüdür.  H=2,0-2,5,  diametri  0,2-2,0  sm  arasındadır.  

Düşərgədən 1 ədəd oxun çubuğunu  hazırlayan dəvəgözü daşından 

alət,  1  ədəd  daş  iynə,  2  ədəd  balıqqulağından  asma,  68  ədəd 

balıqqulağından sürtülmüş asma  üçün  hazırlıq, bir parça b ərkidici 

qara  maddə  -  qır  və  oxra  qırığı  tapılmışdır.  Düşərgədə  qazıntı 

nəticəsində  41a  №-li    daşın  şimal  üzündə  qədim  şəkillərin 

yerləşdiyi 

səviyyədən 

bir 


qədər 

aşağı 


getməsi 

də 


aydınlaşdırılmışdır. Daşın şərq  ucuna  yaxın başı  və bədəni 42 №-

li    qayanın  cənub  üzündəki  döymə  üsulu  ilə  çəkilmiş  iki  insan 




368 

 

xətlərlə  bəzədilmişdir.  Ayaq  hissəsi  daralır.  O nun  yanında  qədim 



insan  təsvirləri  var.  Qazıntının  gedişində  açılmış  daşın  alt 

səviyyəsində 

də 

qədim 


qadın 

təsvirlərinin 

olduğu 

müəyyənləşdirilmişdir  (Rüstəmov, Muradova, Qobustan  arxeoloji 



ekspedisiyasının  1974-cü  il  hesabatı.  Çöl-tədqiqatlar  bürosunun 

arxivi, iş № 118; I tab.,foto 2). 

     Düşərgənin  qazıntısından  əldə  edilmiş  sümük  qırıqları 

çox az və təyinat üçün yararsızdır. 

     Düşərgənin  daş  məmulatı  əsasən  Daş  dövrü  üçün 

səciyyəvidir. Lakin onlardan bir qisminin  iskənə tipli  üst Paleolit 

üçün  səciyyəvi  alətlərin  çoxluğu,  həndəsi  formalı  alətlərin  azlığı 

(3  trapes,  4  seqment),  qayalardakı  təsvirlər  arasında  qədim  insan 

kişi  və  qadın,  öküz  təsvirlərinin  olması,  buradan  əsasən  üst 

Paleolitin  sonundan  Mezolitə  keçən  tarixi  dövrdə  istifadə 

olunduğunu  göstərir.  

     Qazıntılar düşərgədən çox qısa müddətdə ilk və son Tunc 

dövründə də  istifadə olunduğunu söyləməyə əsas  verir. Bunu  hər 

iki dövrə aid tapılmış qab qırıqları təsdiq edir. 

     “Öküzlər-2”  düşərgəsi.  Böyükdaş  dağı  yuxarı  səki 

sahəsində    “Öküzlər”  düşərgəsilə  “O vçular  zağası”  arasında, 

üzərində  qədim  qadın,  sxematik  insan,  öküz,  keçi  və  s.  şəkillər 

saxlanmış 43  və 44 №-li  qayaların arasında  yerləşmişdir.  Burada 

1981-ci  ildə 30 kv.m sahədə arxeoloji qazıntı  aparılmış, 70-80 sm 



369 

 

dərində cəmi 4 kv.m-dən bir qədər çox sahədə  Daş dövrü təbəqəsi 



aşkar  edilmişdir.    Rəngi  qızartdaq-boz,  tərkibində  əhəngdaşı 

qırıqları olan mədəni təbəqə mərkəzdə 10 sm, ətrafda nazilən linza 

şəklində  saxlanmışdır  (Rüstəmov,  1983,  1984,  Rüstəmov, 

Muradova,  1986).  Düşərgənin  qazıntısından  350  ədəd  arxeoloji 

material  əldə  edilmişdir.  Tapıntılar  çaydaşı  və  çaxmaqdaşından 

hazırlanmış əmək alətləridir.  Onlar  trapes (1), seqment (3), bıçaq 

(1),  kəsici  (1),  biz  (1),  burğu  (1),  kəsərcik  (1),  iskənə  (2),  qaşov 

(13),  döymə  (3)  və  zərb  aləti,  çopper  (2),  dişəkləyici  (2)  və  s. 

ibarətdir.    Daş  məmulatı  arasında  badamvari  şəkildə  iriölçülü, 

ətrafı  itilənmiş,  ərsin  tipli  və  yarımdairəvi  işlək  ağzı  hündür 

dişəklə  işlənmiş  uclu  qaşov  diqqəti  cəlb  edir.    “Öküzlər-2”-də 

mədəni  təbəqənin  kiçik  bir  sahədə,  linza  şəklində  olması,  ocaq 

qalığının  olmaması  göstərir  ki,  bura  yaşamaq  üçün  yox, 

yaxınlıqdakı düşərgələrin  (“Ana  zağa”, Ovçular,  “Öküzlər”  və s.) 

sakinləri  boş  vaxtlarında  oturub  dincəlmək  və  qayalarda  şəkil 

çəkmək üçün istifadə etmişlər. 

      Düşərgənin  cənub  tərəfindəki  qayada  qadın  təsviri  və 

öküzün başının çəkilməsi, 44 №-li  qayadakı öküz və kiçikölçülü, 

qədim  tipli  kişi  təsvirləri  tapılmış  daş  məmulatı  nümunələri 

qonşuluqdakı  son  Paleolit-Mezolit  düşərgələri  materialları  ilə 

yaxındır.  43  №-li    qayadakı  iri  sağrılı  qadın  şəkli  və  öküz  yalnız 



370 

 

başının  çəkilməsi  düşərgəni  qədim  dövrə  -  üst  Paleolitdən 



Mezolitə keçid dövrünə aid etməyə əsas verir. 

      Daşaltı  düşərgəsi.  Böyükdaş  dağının  aşağı  səki 

sahəsinin  şərq ətəyində, şəkilli daşlar kolleksiyasının 277 və 277a 

№-li  daşları arasında  üstü çox  iri  və  yastı qaya  layı  ilə örtülmüş, 

ağzı  şərqə  baxan,  yaşamaq  üçün  əlverişli  olan    mağara  tipli 

abidədir.    Düşərgədə  1966-cı  ildə  arxeoloji  qazıntı  aparılmışdır. 

Düşərgədən  iki  tarixi  mərhələdə  -  Daş  dövrü  və  orta  əsrlərdə 

istifadə olunmuşdur.  Düşərgənin içərisində divarlarda kiçikölçülü 

kişi təsvirlərinin olmasına baxmayaraq qum  təbəqəsinə qədər əsas 

orta  əsrlərə  aid  gil  qab  qırıqları,  sürtgəc  və  kirkirə  qırıqları 

tapılmış,  düşərgənin  çölündən  isə  xeyli  Daş  dövrü  materialı 

yığılmışdır.  Bu  vəziyyət  düşərgədə  orta  əsrlərdə  maldarlar 

tərəfindən  istifadə  olunarkən  onun  içərisindəki  çox  nazik  Daş 

dövrü təbəqəsi çölə atılmışdır.  

    Qazıntı  zamanı  düşərgədən  300-dən  çox,  qəlpə  və 

bıçaqvari  lövhədən  və  az  miqdarda  əmək  alətindən  ibarət  Daş 

dövrünə aid  material  yığılmışdır. Onlardan 29 ədədi çaydaşı, 200-

dən  çoxu  çaxmaqdaşı  qəlpəsi,  58  ədədi  çaxmaqdaşından  orta 

ölçülü,  bıçaqvari  lövhədir.    Materialların  az  hissəsi  (10  %-ə 

qədəri) alət kimi istifadə olunmuşdur. Buraya mikro ölçülü hündür 

və  simmetrik  trapes  (1),  kənarları  qalın  dişəklə  işlənib 

çəpləşdirilmiş (4)  və  itiləyici dişəklə  işlənib orta ölçülü bıçaqvari 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə