Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə93/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

375 

 

“Qayaarası”  düşərgəsinin  digər  daş  alətləri  sırasına  uzun, 



ucu  iki  tərəfdən  kütləşdirilmiş  iti  uc,  bir  ağzı  kütləşdirilmiş 

lövhələr,  uclu,  yanlı  və  gəzli qaşovlar, çəp  uclu  lövhələr, kəsər  və 

kəsərciklər  qravett  itiuclu,  biz,  burğular,  ox  ucları,  isk ənə  tipli 

alətlər,  zərb alətləri  və s. daxildir.  Tapılmış ox  ucları kiçikölçülü, 

itiuclu  formalı,  uzunsov-yastı  lövhəvari  qəlpələrdən  oturacağının 

bir  yanı  itilənməklə  iti  ucu  dişəksiz  və  ya  azca  dişəklənməklə 

hazırlanmışdır. 

“Qayaarası”  düşərgəsində  çaxmaqdaşından 

konusvari,  prizmaşəkilli  və  karandaşvari  nüvələr  onlardan 

qoparılmış  simmmetrik  mikro  lövhələrdən  hazırlanmış  mikro 

ölçülü  alətlər  yox  dərəcəsindədir.  Nüvələr  əsasən  bir  üzlü  və 

konusa yaxın formadadır. 

    Düşərgənin  daş  məmulatı  arasında  Qobustanın  digər 

düşərgələrinə  nisbətən  çaydaşından  az  istifadə  olunmuşdur.  O, 

əsas  qayalarda  şəkil  döymək,  dişəkləyici,  zərb  aləti,  qopardılmış 

ilk qəlpələrdən bıçaq, qaşovlar  hazırlamaq çopperlər  və  yer qazan 

alətlər  və  s.  kimi  iriölçülü  alətlər  hazırlamaq  üçün  istifadə 

olunmuşdur.  Düşərgədən  tapılmış  sümük  ox  ucu  (1)  idi,  üstü 

sürtülüb  hazırlanmış  və  hər  iki  ucu  şişdir.  Qazıntıdan  sümük 

pardaqlayıcı (1), biz (2), yığma, alət əsasının qırığı və iri heyvanın 

qabırğa sümüyündən düzəldilmiş, üstü  naxışlı əşya da tapılmışdır. 

Onun cilalanmış üstünün bir üzündə həndəsi bıçaqlar kimi cızıqlar 

kəsilmiş, kənarları mişarvari diş-diş edilmişdir. 



376 

 

“Qayaarası”  düşərgəsinin  divarlarını  təşkil  edən  7,  8  və  9 



№-li  qayaların  mədəni  təbəqə  örtülmüş  alt  hissəsində  və  mədəni 

təbəqədən aşkar  edilmiş 5  ədəd əhəngdaşı parçası  üzərində çoxlu 

qədim  təsvirlər  –  paleolit  əlamətli  qadın  təsvirləri,  ibtidai  öküz, 

qaban,  ceyran  şəkilləri  qazılmışdır.  Bu  şəkillər  arasında  yalnız 

öküzün başından ibarət iki təsvir vardır. Fauna qalığının 98 %-dən 

çoxu  iri  ölçülü  ceyrana  aiddir.    Gur,  öküz,  suiti,  keçi,  balıq 

sümüyü  yox  dərəcəsindədir.  Görünür,  bu  düşərgə  ceyran 

sürülərinin otlaması  üçün çox əlverişli olmuş, gurlar  isə  yeni-yeni 

məskunlaşmağa başlamışdır. 

    “Qayaarası” 

düşərgəsindən 

tapılmış 

materialların 

xüsusiyyəti,  arxaik  alət  tiplərinin  (şatelperron  tipli  alətlərin) 

kolleksiya  təşkil  edəcək  qədər  çox  olması,  osteoloji  materialın 

tərkibi,  qayaüstü  təsvirlərin  mövzusu  (üst  Paleolit  tipli  qadın 

təsvirləri,  ibtidai  öküz,  ceyran,  qaban  və  s.)  bu  düşərgənin 

Qobustan  düşərgələrinin  ən  qədimi,  üst  Paleolitin  sonuna  aid 

olduğunu  göstərir.    Bu  abidə  yay-oxun,  yığma  dişli  alətlərin 

əsasına  aid  qırığın,  həndəsi  formalı  alətlərin  tapılması  artıq 

sonrakı  Mezolit  dövrünün  ilk  rüşeymlərinin  özündən  əvvəlki  üst 

Paleolitin  son  mərhələsində  necə  meydana  gəlməsinin  izlənməsi 

baxımından  böyük  elmi  əhəmiyyət  kəsb  edir.  “Qayaarası” 

düşərgəsində  qayalar  və  qazıntı  zamanı  mədəni  təbəqədən  aşkar 




377 

 

edilmiş  daşlardakı  təsvirlərin  çoxunun  qədim  qadın  təsvirləri 



olması da abidənin qədimliyinin göstəricisidir. 

     “Qayaarası-2”  düşərgəsi.  Kiçikdaş  dağı  zirvəsinin 

cənub-şərq  baxarında,  dağın  örtük  əhəngdaşı  təbəqəsindən  qopub 

yığılmış qaya parçaları arasında, “Qayaarası” düşərgəsindən 40-50 



m  cənub-qərbdə  “Qayaaltı”  qədim  şəkillər  kompleksinin  2  və  6 

№-li    daşları  arasında  aşkar  edilmişdir.    Onun  üstünü  iri  qaya 

parçası örtür.  Burada, düşərgənin 20 kv. m-ə qədər olan sahəsində 

1986 və 1988-ci illərdə arxeoloji qazıntı aparılmışdır.  Burada 1,6-

1,8  m  dərinlik  arasında  gil  layın  içərisinə  yatmış  mədəni 

təbəqədən  1700-dən  çox  arxeoloji  material  əldə  edilmişdir. 

Bunlardan cəmisi 130 ədədi – 8  faizi çaxmaqdaşı  və çaydaşından 

olan  alətlərdir.    Onların  15  ədədi  çaxmaqdaşından  nüvə,  trapes 

(23),  seqment  (4),  gəzli  (15),  yanlı  (10),  uclu  qaşovlar  (8), 

şatelperron  (5)  tipli  köndələn  bıçaq,  ox  ucu  (6),  eləcə  də 

çaydaşından (14) rəsm döymə aləti,  zərb aləti (5), çopper (2) və s. 

alətlərdən ibarətdir.  

   “Qayaarası-2” 

düşərgəsinin 

materiallarının 

ümumi 


səciyyəsi  onun  qonşu  “Qayaarası”  düşərgəsinin  alt  mədəni 

təbəqəsinin  üst  səviyyəsi  materialları  ilə  həmdövrdür.  Burada  da 

“Qayaarası” düşərgəsində olduğu kimi çaydaşılarından az  istifadə 

edilmişdir.    “Qayaarası-2”  düşərgəsində  mədəni  təbəqədə  qadın 

təsvirləri  yoxdur.  Lakin  tapılmış  daş  məmulatı  arasında  qadın 



378 

 

fiqurunun  beldən  aşağı  hissəsi  və  başqa  fiqurun  ayaq  hissəsinə 



təsadüf olunmuşdur. 

    Qazıntıdan 6 №-li  qayanın qərb (düşərgənin içi) və cənub 

üzünün  qərb  ucunda  torpaq  altından  aşkar  olunmuş  öküz  sürüsü 

təsviri  maraq  doğurur.    Eyni  zamanda  burada  üzərində  qədim 

təsvirlər  olan  4  daş  (№  2c,  6v,  6a,  6b)  aşkar  edilmişdir.  Burada 

öküz  şəkli  “Qayaarası”  düşərgədəkindən  çoxdur.  Lakin  hər  iki 

düşərgədən tapılmış sümük qalığı əsasən ceyrana aiddir. Öküz  və 

başqa heyvanlara aid sümüklər cəmi 1-2 faiz təşkil edir.  

     “Qayaarası-2” düşərgəsində həyat qısamüddətli olmuşdur. 

Yəqin  ki,  buradan  “Qayaarası”  düşərgəsinin  sakinləri  istifadə 

etmişlər. 

     “Ceyranlar”  düşərgəsi.  Kiçikdaş  dağı  ərazisinin  düzən 

sahəsinin şimal-şərq  hissəsində  üzərində qədim qayaüstü təsvirlər 

saxlanmış  49,  49a  və  49b  №-li    daşların  arasında  əmələ  gəlmiş, 

sahəsi  12  kv.m-ə  bərabər  kiçik,  yarımörtülü  sığınacaqda  aşkar 

edilmişdir.  1973-cü  ildə  “Ceyranlar”da  (sığınacağın  içində 

çölündə  olmaqla)  52  kv.  m  sahədə  arxeoloji  qazıntı  aparılmışdır.  

Daş  dövrü  qalıqlarına  sığınacağın  içində,  orta  əsrlərdə  sığınacaq 

və  onun  ətrafından  maldarların  qışlaq  yeri  kimi  istifadə  etməsi 

nəticəsində  əmələ  gəlmiş  təbəqənin  altında  rast  gəlinmişdir. 

Burada  mədəni  təbəqə  səviyyəsində  materialın  dəniz  qumu  ilə 

qarışdığından 

onun 


səviyyəsini 

və 


qalınlığını 

dəqiq 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə