Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə94/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

379 

 

müəyyənləşdirmək  mümkün  olmamışdır.  Qazıntı  zamanı 



sığınacağın  içərisində  20  sm  peyin  qatından  sonra  50  sm  dərinə 

qədər  içərisində orta əsrlərə aid  gil qab qırıqları  və  iki  yerdə ocaq 

qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş 

dövrü  qalıqlarına  malik  gil  və  qum  qarışıqlı  torpaq  qatı  aşkar 

edilmişdir.    Düşərgədə  49a  №-li  qayanın  üzərindəki  qədim 

şəkillər  1  m  dərinlikdən  aşağı  getmir.  49  №-li    daşda  isə  şəkillər 

daha  dərinə  davam  edir  və  onların  aşağı  hissəsi  dəniz  qumu  qatı 

ilə  örtülmüşdür.  Burada  49  №-li    qayanın  alt  hissəsindəki  balıq 

təsviri,  üzərində  qədim  şəkillər  çəkilmiş  və  səthi  yuyularaq 

hamarlanmış,  üç  ədəd  əhəngdaşı  parçası  da  qum  təbəqəsinin 

içərisində  qalmışdır.  Bu,  müəyyən  dövrdə  Xəzər  dənizi 

səviyyəsinin buraya –  “Ceyranlar” düşərgəsinə qədər qalxmasının 

nəticəsidir. 

    Paleocoğrafi  məlumatlara  görə  dəniz  öz  səviyyəsini 

dəfələrlə dəyişmişdir. 13-11 min il bundan əvvəl dənizin səviyyəsi 

indikindən 10 sm-dən artıq, 10  min  il  bundan əvvəl  isə 25 m-dən 

artıq qalxmışdır. Bu xvalın dövrünün sonuna, son Paleolit-Mezolit  

dövrünə  təsadüf  edir.  Ola  bilsin  ki,  “Ceyranlar”  düşərgəsini 

Mezolit  dövründən  sonrakı  geoloji  dövrün  suları  yumuşdur.  

“Ceyranlar”  düşərgəsinin  materiallarının  qum  və  lil  təbəqəsinin 

içindən    tapılması,  yəqin  ki,  düşərgənin  daha  çox  suya  yaxın 

olması  səbəbindən  onu  dəniz  suyunun  daha  çox  yuması,  burada 




380 

 

dəniz qumun  və  lilin  çoxluğu kimi dənizin dəfələrlə  səviyyəsinin 



dəyişməsi  barədə  paleocoğrafi  məlumatların  əyani  surətdə  təsdiq 

etməsi baxımından yeni və qiymətli elmi dəlillərdir. 

   “Ceyranlar”  düşərgəsində  arxeoloji  qazıntı  zamanı 

tapılmış  maddi  mədəniyyət  qalıqları  aşağıdakı  tapıntılardan 

ibarətdir:  

      Çaxmaqdaşından  nüvə  (5)  3-ü  konusvari,  2- i  az 

işlənmişdir.  Qaşov (4), trapes (1), bıçaqvari lövhədən düzəldilmiş 

(1)  seqmentşəkilli  alət,  yanları  dişəkli  mikro  lövhə  (1),  işlənmə 

dişəyinə  malik qəlpə (5)  və adi qəlpə (11) çaydaşından qəlpə (7), 

çopperşəkilli  alət  (1),  qaşov  (2)  və  bir  ucundan  burma  üsulu  ilə 

deşik  açlmağa  başlanmış,  lakin  başa  çatdırılmamış  uzunsov  əşya 

(1)  ölçüsü  uzunu  16  sm,  qalınlığı  2,5  sm-dir.  Yəqin  ki,  asmadır. 

Dəvəgözündən qəlpə (4),  hündür qaşov (1), dişəkli qəlpə (2) və s. 

bu  az  material  üst  Paleolitdən  Mezolitə  keçid  və  Neolitin  əvvəli 

üçün  səciyyəvidir.  Göstərilən  materialların  təbəqəsiz,  dağınıq 

halda  tapılması,  görünür  təbəqənin  dəniz  suyu  vasitəsilə 

yuyulması ilə bağlıdır. 

     Sığınacaq  materiallarının  səciyyəsi, onun 49  və 49a, 49b 

və  yaxınlıqdakı  50  №- li  qaya  daşlarındakı  arxaik  formalı, 

arxeoloji ədədbiyyatda  yuxarı Paleolitə aid edilən,  yan  görünüşdə 

döymə qadın öküz, ceyran  və tək-tək  gur kimi qədim təsvirlərdən 

ibarət olması  və bu təsvirlərin çoxluğu qayalardakı ön  görünüşdə 




381 

 

silahlı  qadın  və  kişi,  öküz  təsvirlərinin  bir  qismi  qayıq  təsvirləri 



sığınacaqdan  üst  Paleolitin  sonundan  Mezolit  və  Neolitin 

əvvəllərində  də  minilliklər  boyu  istifadə  olunduğunu  söyləməyə 

əsas verir. 

   “Firuz”  düşərgəsi.Kiçikdaş  dağı  qayalıqlarının  şərq 

ətəyinin  orta  hissəsində,  dəmir  yolu  xəttindən  aralıda  qədim 

qayaüstü  təsvirlər  kolleksiyasının  80  №-li    daşın  üstünü  örtmüş, 

uzunluğu  20,  parçasının  şərq  və  şimal  tərəfləri  altında  əmələ 

gəlmiş,  2-3  m  dərinliyində  örtülü  sahədə  aşkar  edilmişdir. 

Düşərgədə  1970  və  1971-ci  illərdə  arxeoloji  qazıntı  aparılmışdır. 

Düşərgədə  iki tarixi  mərhələnin – Mezolitdən Neolitə keçid  və  ilk 

Tunc  dövrünə  aid  maddi  mədəniyyət  qalıqları  aşkar  edilmişdir.  

“Firuz-1”  düşərgəsində  örtülü  sahənin  şərq  hisəsində  20-30  sm 

qalınlığında  Mezolit  dövrü  təbəqəsi  arada  lal  təbəqə  olmadan 

bilavasitə  Tunc  dövrü  təbəqəsinin  altından  başlanır.    Tunc  dövrü 

qalıqlarının  örtüyü  sahədən  kənarda,  şərqə  tərəf  isə  alt  təbəqənin 

qalıqlarına,  əsasən  daş  materialına  çox  nazik  təbəqə  şəklində, 

bilavasitə  yer  səviyyəsindən  başlayaraq  təsadüf  olunmuşdur. 

Görünür düşərgənin örtülü sahəsində son Mezolit –  ilk Neolitdən 

sonra  Tunc  dövrünə  aid  sakinlər  tərəfindən  burada  özlərinə 

qədərki  nə  varsa,  mədəni  təbəqə  qalıqlarını  da  kənara  atmışlar.  

Çöl sahədə saxlanmış qalıqların  üstü  isə sahənin şərqə tərəf  maili 

olması,  yağış  suları  ilə  yuyulması  və  güclü  küləyə  məruz 



382 

 

qaldığından  örtülməmişdir.    “Firuz-1”  düşərgəsində  aparılmış 



arxeoloji qazıntılar  nəticəsində Mezolit Neolitə keçid  mərhələsinə 

aid  alt  təbəqədən  4  yerdə  ocaq  qalığı,  9  minə  yaxın  arxeoloji 

material  və  kollektiv  qəbir  aşkar  edilmişdir.  Ocaqlardan  üçünün 

altına  əhəngdaşı  layı  düzülmüş,  birində  isə  od  bir  qədər 

çökəldilmiş sahədə yandırılmışdır. 

      Düşərgənin  arxeoloji  materiallarının  7  mindən  çoxu 

Mezolit  dövrünə  aid  təbəqədən  əldə  olunmuş,  çaxmaq  və 

çaydaşından  əmək  alətləri  və  onların  istehsal  tullantılarından 

ibarətdir.  Daş alətlərin 70  faizdən çoxu çaxmaqdaşından, 20  faizə 

qədəri çaydaşındandır. Qalanı sümük, dəvəgözü daşı, balıqqulağı, 

əhəngdaşı  və s.  materiallardan  hazırlanmış alət, bəzək əşyası kimi 

tapıntılardan  ibarətdir.    Düşərgənin  çaxmaqdaşından  hazırlanmış 

alətləri  mikrolitik  səciyyəlidir.  Onların  arasında  həndəsi  formalı 

trapeslər  çoxluq  təşkil  edir.    Çaxmaqdaşından  alətlər  uzunsov  və 

ensiz  söyüd  yarpağı  formalı  itiucluları,  qəlpədən  itiləyici  dişəklə 

işlənib  düzəldilmiş  uclu  qaşovlar,  işlək  uclu  itiləşdirilmiş  iskənə 

tipli  alətlər,  ikiüzlü  işlənmiş  mizraq  ucluğu,  bir  ədəd  şatelperron 

tipli  bıçaq,  eləcə  də  konus  formalı,  silindr,  prizmaşəkilli, 

karandaşvari nüvələr və s. ibarətdir.  

     Çaydaşından  hazırlanmış  alətlər  arasında  işlək  ağzı  oval 

formalı  və bir  üzü qabarıq  çopperlər, döymə alətlərinin çoxluğu, 

zərb alətləri, qaşovlar səciyyəvidir. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə