Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

383 

 

    “Firuz-1” düşərgəsində kollektiv qəbir 80 №-li daşın şərq 



tərəfi  dibində,  örtülü  sahədə  yerdən  50  sm  dərinlik  səviyyəsində 

aşkar edilmiş, alt səviyyəsi mədəni təbəqədən 15 sm dərinə davam 

edərək  qum təbəqəsinə düşmüşdür. 2 kv.m sahəsi olan qəbirdə 11 

nəfər  –  10  böyük  və  bir  uşaq  dəfn  olunmuşdur.    Skeletlərin 

sümükləri  qarışaraq,  qəbir  avadanlığı  ilə  birlikdə  yer 

səviyyəsindən 50-85 sm dərinlik arasında təbəqə əmələ gətirmişdir.  

Ölülərin sümükləri çox qarışmış olduğundan onların sayını  yalnız 

qazıntıda  iştirak edən antropoloq  R.M.Qasımovanın köməkliyi  ilə 

kəllə  sümükləri  əsasında  və  ölülərin  boyunbağı  düzümünə  görə 

müəyyənləşdirmək  mümkün olmuşdur. 3 və 5 №-li  nisbətən  yaxşı 

saxlanılmış kəllə sümükləri  və digər kəllə sümüklərinin  yerindəcə 

tədqiqi  ilə  lazımi  ölçülərin  götürülməsi  əsasında  düşərgə 

sakinlərinin  tipi  haqqında  fikir  söyləmək  mümkün  olmuşdur.  

Antropoloq R.Qasımova qəbirdə dəfn olunanlardan yeddisinin kişi, 

üçünün  qadın  və  birinin  uşaq  olduğunu  və  kəllə  quruluşuna  görə 

onların  iki  –  dolixokran  və  braxokran    (uzun  və  dəyirmi  kəlləli 

adam) 

tiplərinə 



mənsub 

olduğunu 

müəyyənləşdirmişdir. 

R.Qasımovanın  tədqiqinə  görə  “Firuz-1”  düşərgəsindəki 

antropoloji  tiplərin  müxtəlifliyi  müasir  azərbaycanlıların  baş 

göstəricilərinin  etnogenezi  probleminin  həllində  əsas  ola  bilər. 

R.Qasımova  dolixokran  tip  kəllələrin  braxokran  tip  kəllələrdən 

çox  olmasını  əsas  tutaraq,  Mezolit  dövründə  Azərbaycanda 




384 

 

Avropa  antropoloji  tipinə  uyğun  dolixokran  insanların  yaşamış 



olduğu qənaətinə gəlmişdir. 

    Tədqiqatlar  “Firuz”  düşərgəsində  dəfn  olunanların  çox 

güman  ki,  təbii  fəlakət  (zəhərlənmə,  yoluxucu  xəstəlik  və  başqa 

bu  kimi)  nəticəsində  eyni  vaxtda  ölmüş  və  eyni  vaxtda  dəfn 

olunmuş  qəbilə  üzvləri  olduğu  barədə  fikir  yürütməyə  əsas  verir. 

Ölülər düşərgədə qazılmış bir qədər çökək yerə qoyularaq, üstü də 

həmin yerdən qazılıb çıxarılmış torpaqla örtülmüşdür. Bununla da, 

düşərgə,  qalan  sakinlər  tərəfindən  birdəfəlik  tərk  edilmişdir.  

Qəbrin  içi  və  üstünün torpağı  nə tərkibi,  nə rəngi,  nə də qəbir  və 

onun  üstünü  örtülmüş  torpaqda  təsadüf  edilmiş  çaxmaqdaşından 

qəlpə və alətlər ətrafdakı alt təbəqənin materiallarından seçilmir.  

   Bu  kollektiv  qəbirdə  ölülər  sıx  bükülü  vəziyyətdə,  yanı 

üstdə dəfn olunmuşdur. Bunu  yalnız  iki  nisbətən  yaxşı  saxlanmış 

skeletin  vəziyyətinə  görə  demək  mümkündür.  Dəfn  olunanlar, 

dövrün  dəfn  adətlərinə  uyğun  olaraq,  xeyli  maddi  mədəniyyət 

nümunələri  ilə  müşayiət  olunmuşlar.  Burada  hər  bir  kəllənin 

yanında  aşağıdakı  materiallar  aşkar  edilmişdir:  2,  4  və  5  №-li 

kəllənin  yanından  mərmərləşmiş  daşdan  bir  ədəd  bir  ucundan 

deşik açılmış  iri  və ağır, oval  formalı balıq toru üçün ağırlıq daşı; 

1, 5 və 8 №- li kəllənin yanından 3, 5 və 2 ədəd (cəmi 10 ədəd), tor 

toxumaq üçün hər iki ucu iti və bir uca yaxın boğmalı sümük alət, 

bunlardan  əlavə  1  №-li  kəllənin  yanından  daha  bir  ədəd  sümük 




385 

 

asma,  2  №-li  kəllənin  yanından  boyundan  asmaq  üçün  qabanın 



qılınc  dişləri    (hər  ikisinin  ucu  dişəklidir),  buynuzdan  60  sm 

uzunluğunda  nizə  və  ya  yer  qazmaq  üçün  alət;  qaban  dişindən 

deşikli (20 ədəd) boyunbağı tapılmışdır. 3, 5  və 7 №-li kəllələrin 

yanında  alət  tapılmamışdır.  Bunlar  və  uşaq  kəlləsi  mərmərləşmiş 

daşdan  bütün  ölülərin  boynunu  bəzəmiş  silindr  formalı  uzununa 

deşilmiş muncuqlardan ibarət boyunbağı ilə müşayiət olunmuşdur.  

8  №-li  kəllənin  boyunbağında  daha  9  ədəd  öküz  dişindən  və  16 

ədəd  kiçik  dəniz  heyvan  qabığından,  9  №-li  kəllənin 

boyunbağında  daha  4  ədəd  heyvan  dişindən  və  9  ədəd  dəniz 

heyvan  qabığından  muncuq  dənəsi  və  balıqqulağından  3  ədəd 

asma  var  idi.   9  №-li kəllənin  yanından  tapıntının qəbir daşından 

bir əşya, iki yanından xırda daraqvari gəzlər asılmışdır. 

  10  №- li  kəllənin  yanına  sümükdən  5  ədəd  çox  nazik, 

kəsikdə  dairəvi,  bir  ucu  iynə  kimi  iti,  əks  ucu  ağac  dəstəyə 

keçirməklə    dayaz  sularda  balıq  vurmaq  üçün  işlədilmiş  karpun 

alət;  bir  ədəd  yuxarı  ucundan  beldən  asmaq  üçün  deşik  xəncər 

tipli  sümük  alət  tapılmışdır.  Bu  kəllənin  boyun  hissəsində  kiçik 

çaydaşılarından insan ayağı formalı, trapes və paraleloqram şəkilli 

3 ədəd asma  var  idi. 11 №- li qəbirdəki  uşağın boynunda 54 ədəd 

silindr muncuqdan ibarət boyunbağı var idi. Bu cür muncuqlardan 

ibarət boyunbağıya bütün ölülərin boynunda rast gəlinmişdir.  



386 

 

  “Firuz-1”  düşərgəsində  açılmış  kollektiv  qəbirdə  dəfn 



olunanlardan  6-nın  (1,  2,  3,  4,  5  və  10  №-li  kəllələr)  yanında 

balıqçılıqla bağlı alətlərin çoxluğu, göstərilən 10 ədəd tor toxumaq 

üçün alət, 5 ədəd karpun tipli alət  və 3 ədəd ağırlıq daşı (pərsəng) 

xüsusi  diqqət  cəlb  edir  və  düşərgənin  balıqçı  qəbiləsinə  aid 

olduğunu  göstərir.  Balıqçılıq  alətləriylə  yanaşı,  düşərgənin  dəniz 

səviyyəsinin  sahilində  olması,  (hazırda  düşərgə  ilə  dənizin 

arasındakı məsafə 1 km-dən azdır) qaya örtüyü divarlarında qədim 

qayıq  təsvirlərinin  olması  və  eləcə  də  qazıntı  nəticəsində  mədəni 

təbəqədən  aşkar  edilmiş  kiçik  daşlarda  da  qayıq  şəkillərinin 

çəkilməsi  də  “Firuz-1”  düşərgəsi  qəbiləsinin  əsas  balıqçılıqla 

məşğul  olduğunu  bir  daha  təsdiq  edir.  Görünür,  Qobustanın 

Mezolit  dövrü  sakinləri  özlərindən  qabaqkı  dövrlərdə  yaşamış 

insanlara  nisbətən  dənizin  təbii  sərvətlərindən  daha  çox  və 

səmərəli  istifadə etmişlər.  Bu qəbilələrin əsas qida  mənbəyi balıq 

ovundan  ibarət  olmuşdur.  Ona  görə  də  Mezolit  dövründən 

təknəvari qayıqlar, avarlar, balıqçılıq qarmaqları meydana gəlir və 

sürətlə yayılır (Bader, 1970).   

    Qobustanda  müxtəlif  tipli  qayıq  təsvirlərinin  çoxluğu  və 

müxtəlif  dövrlüyü,  “Firuz-1”  düşərgəsində  üstündə  qayıq  təsvir 

olan  daşların  Mezolit  dövrü  təbəqəsindən  tapılmış  Qobustanın 

dünyü  gəmiçiliyinin  ən  qədim  ocağı  olduğunu  göstərir. 

Tədqiqatçıların  bu  fikri  ilə  məşhur  dəniz  səyyahı  norveçli  Tur 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə