Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə96/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

387 

 

Heyerdal  da  razıdır.  O  yalnız  Qobustanın  qayalığındakı  qayıq 



təsvirlərini görəndən sonra bu qənaətə gəlmişdir.  

   “Firuz-2”  düşərgəsi.    “Firuz-1”  düşərgəsindən  385  m 

cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №- li 

daşı  ilə cənub-qərbdən ona söykənmiş 98 №- li daşdan 3 m şimal-

şərqdəki 97 №-li daşların arasındakı bir  növ qapalı,  yaşayış  üçün 

əlverişli  sahədə,  19  №-li  daşın  qədim  təsvirlərlə  örtülmüş  qərb 

tərəfində aşkar edilmişdir. Düşərgədə 1972  və 1973-cü  illərdə 70 



kv.m  sahədə  arxeoloji  qazıntı  işləri  aparılmışdır.  Qazıntı 

nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №- li 

daşın əsas qərb  və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm 

qalınlığında Mezolit dövrünə aid  mədəni təbəqə qeydə alınmışdır. 

Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən 

5, 10  və bəzən 15 sm qalınlığında  lal  təbəqə  ilə ayrılırdı.  Mədəni 

təbəqənin  rəngi  şabalıdı,  torpağı  b ərk  və  qum  qarışıqlıdır.  Alt 

təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir. Qobustanda bütün 

Daş dövrü düşərgələrində olduğu kimi,  “Firuz-2” düşərgəsində də 

aşkar  edilmiş 

materiallar  çaxmaqdaşı 

və  çaydaşından 

hazırlanmışdır.  Çaxmaqdaşından  33  ədəd,  prizma  və  konus 

formalı  nukleus, 12 ədəd  mikro  iti  uc, 19 ədəd  trapes şəkilli alət, 

13  ədəd  biz  və  burğu,  7  ədəd  kəsərcik,  7  ədəd  iskənə  tipli  alət, 

çoxlu  bir  yanı  kütləşdirilmiş  və  gəzli  mikro  lövhələr,  qaya 

daşından  rəsm  döymək  üçün  alətlər,  sürtgəclər,  bıçaq  və  qaşov 



388 

 

kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr 



və  s.  tapılmışdır.  19  №-li  daşın  düşərgəyə  baxan  4  m-lik  dik 

səthinin  aşağı  hissəsində  alt  səviyyəsi  80  sm  dərinliyə  qədər 

enməklə, qismən mədəni təbəqəyə düşən 50-yə qədər qədim təsvir 

də  aşkar edilmişdir.  Bunlar döymə kişi və qadın, qayıq, öküz və s. 

təsvirlərindən  ibarətdir.  Qədim  təsvirlərdən  üst  mədəni  təbəqənin 

örtdüyü  bir  cərgədə  çəkilmiş    üç  ədəd  qaban  təsviri  və  xüsusən 

onların  qılınc  dişlərinin  aydın  verilməsi  diqqəti  cəlb  edir. 

Düşərgədə  alt  təbəqəyə  aid  dövrün  kiçik,  oturaq  insan  sakinləri 

qonşu  “Firuz-1”  və  “Ana  zağa”nın  orta  təbəqəsinin  daş 

məmulatının  oxşarlığına  əsasən  Mezolitin  sonu-Neolitin  əvvəlinə 

aid edilir.  

      “Şonqar”  düşərgəsi.  “Şonqar”  Bakıdan  cənub-qərbdə, 

Kəpəz  dağından  Kəpəz  və  Q ızıldaş  qəsəbələrindən  qərbdə  bu 

ərazidə  ən  yüksək  zirvəyə  malik  əhəngdaşı    örtüklü  dağın  adıdır. 

Bu  dağların  qartal  cinsli  quşların  adı  ilə  şonqar  kəpəz 

adlandırılması,  çox  güman  ki,  atəşpərəstliklə  bağlıdır.  Eyni  adlı 

quşlara  Qobustanın  içərilərində  də  hazırda  rast  gəlmək  olur. 

Təqdim  olunan  düşərgə  yə  də  yaxınlıqdakı  Şonqar  dağın  adı 

verilmişdir.  

     Şonqar  dağın  ətrafında  4  qrup  qayaüstü  təsvir  və  bir 

sığınacaq tipli düşərgə  “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur.  

“Şonqar”  düşərgəsi  Qızıldaş  qəsəbəsindən  1  km  qərbdə,  Qaradağ 




389 

 

daş  karxanasına  gedən  yolun  sağında,  dağın  cənub  baxarında, 



kiçik  yolu  şimala  baxan,  lakin  insanın  yaşaması  üçün  əlverişli, 

örtülü  kamera  –  sığınacaqda  aşkar  olunmuşdur.    Içəridən 

sığınacağın şərq tərəfi çox  iri, dikinə divar  təşkil edən qaya, qərb 

tərəfini  “Şonqar-1” qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 

4  və  5  №- li  şəkilli  daşları  tutur.  Üstünü  isə  uzunsov,  eni  6  m

qalınlığı  2,5  m-ə  qədər  yastı  qaya  parçası  örtür.  Düşərgədə  1978 

və  1983-cü  illərdə  arxeoloji  qazıntı  aparılmışdır.  Qazılmış  20  kv. 

m  sahənin  orta  hissəsində  95-100  sm  dərinlik  səviyyəsində  kiçik 

bir  sahə  (4-5  kv.m)  2-5  sm  qalınlığında  torpağı  bir  qədər 

qəhvəyiyə  çalan  əhəngdaşı  əziyi  qarışıqlı  mədəni  təbəqə  aşkar 

olunmuşdur.  

   “Şonqar” düşərgəsindən çaxmaq  və çaydaşından 182 ədəd 

qəlpə tullantıları və 26 ədəd əmək aləti tapılmışdır. Sonunculardan 

çoxu  (6 ədədi)  uclu,  yanlı,  gəzli qaşov, 3 ədəd  yığma alət dişli, 5 

ədəd  iskənə  tipli  alət,  4  ədəd  dişəkli  qəlpə  və  lövhədən  ibarətdir. 

Nukleus  yoxdur,  seqmentlər  bir  ədəddir,  trapes  yoxdur  və  s. 

qazıntılardan  az  miqdarda  pis  saxlanılmış  sümük  qalığı  da  əldə 

edilmişdir.  Onlar  iri  öküz,  ceyran,  bir  ədədi  keçi  və  bir  ədədi  isə 

tülkü  və  ya  çaqqala  aiddir.  Sığınacağın  divarlarını  təşkil  etmiş 

daşlar üzərində də öküz və keçi (ceyran) şəkilləri və sonuncuda ov 

səhnəsi  təsvirləri  vardır.  Öküz  şəkillərindən  biri  üst  Paleolit 

əlamətli  öküzün  yalnız  sağ  hissəsindən  ibarətdir.  Qobustanda 



390 

 

öküzün  yalnız  baş  hissəsinin  təsvirinə  “Ovçular  zağası”, 



“Öküzlər-2”  düşərgəsində  43  №-li  daşın  torpaq  basmış  aşağı 

hissəsində,  “Kənizə” düşərgəsində,  “Qayaarası” düşərgəsində, 2,5 

m dərinlikdə aşkar edilmiş daş üzərində  və onun  yanında Qayaaltı 

kolleksiyasının 8 №-li daşında da təsadüf olunur.  

     “Şonqar”  düşərgəsinin  daş  məmulatı  arasında  nüvələr, 

eləcə də  tam  hazırlanmış  və  müəyyən dövrün  göstəricisi olan daş 

alət  nümunəsinin  tapılmaması,  təbəqənin  nazikliyi  və  cəmi  4-5 

kv.m  sahədə  aşkar  olunması  sığınacaqdan  yalnız  ov  zamanı  qısa 

müddətdə  istifadə  olunduğunu  göstərir.  Düşərgədən  tapılmış 

sümük qalığının əsasən  iri  ibtidai öküz  və ceyrana aid olması, daş 

materialı  arasında  yığma  alət  dişlərinin  olması  düşərgənin  Daş 

dövrünə - Paleolitin sonuna aid olduğunu söyləməyə əsas verir.  

     Mezolitin  sonlarından  başlayaraq  ilkin  əkinçilik  və 

maldarlığın 

meydana 


çıxması, 

qəbilə 


birləşmələrinin 

güclənməsinə səbəb olur. Insan həyatında inqilabi səciyyə daşıyan 

və cəmiyyətdə dərin  nəticələrə  gətirib çıxaran köklü dəyişikliklər 

baş  verir.  Bu  dövrdə  insanların  imkanları  xeyli  dərəcədə  artır, 

fəaliyyət  dairəsi  genişlənir,  yerli  ehtiyat  mənbələrinin  istismarı 

güclənir  və  təbii  sərvətlərin  istifadə  üsulları  formalaşır.    Bununla 

yanaşı,  canlı  aləmin  və  insanın  özünün  də  dəyişməsi  prosesi 

sürətlənir.    Qəbilələrarası  əlaqələr  güclənir,  mübadilə  artır. 

Müxtəlif  mədəni  və  başqa  nailiyyətlərin  uzaq  ərazilərə  yayılması 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə