Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

395 

 

rəhbərliyi  ilə  Qobustanda  Böyükdaş,  K içikdaş  dağları  və  



Cingirdağ – Yazılıtəpə sahəsində 750 daş  və qaya  üzərində 3500-

dən çox insan və heyvan rəsmi, müxtəlif mövzulu həyat səhnələri, 

qayıq təsvirləri,  işarə, damğa,  yazı,  yalaq, dəlmə  və  s. kimi  insan 

əlinin izi olan abidə qeydə alınmışdır (Cəfərzadə, 1973). 

   1965-ci  ildən  başlayaraq  Qobustanda  qədim  qayaüstü 

təsvirlərin  öyrənilməsi  və  qeydə  alınması  işini  və  arxeoloji 

qazıntıları  C.N.Rüstəmov  və  F.M.Muradova  davam  etdirmişlər 

(Rüstəmov, Muradova, 2003). 

    Qobustanda  ilk  əsaslı  arxeoloji  qazıntı  1960  və  1961-ci 

illərdə 


İ.M.Cəfərzadənin 

rəhbərliyi, 

C.N.Rüstəmov 

və 


F.M.Muradovanın  iştirakı  ilə  “Ovçular  zağası”nda  aparılmışdır 

(Cəfərzadə, 1965). 

   1965-ci  ildən  başlayaraq  C.N.Rüstəmovun  rəhbərliyi, 

F.M.Muradovanın  iştirakı  ilə Qobustan arxeoloji ekspedisiyası 16 

qayaüstü  sığınacaq  tipli  düşərgə,  üç  Tunc  dövrü  yaşayış  yeri, 

Yazılıtəpədə  pir  sahəsi,  40-dan  artıq  kurqan  tipli  qəbir  abidməsi 

tədqiq  etmiş,  6  yerdə  yoxlama  qazıntısı  aparmışdır  (Rüstəmov, 

Muradova, 2003).  

     Aparılmış  arxeoloji  qazıntılar  və  axtarışlar  nəticəsində 

Qobustanda  daha  400-ə  yaxın  üzərində  insan  əli  ilə  yaradılmış 

abidə  -  təsvir,  yalaq  və  s.  olan  daş  qaya  aşkar  edilib  qeydə 

alınmışdır.  Onlardan  140  ədədi  qayaaltı  sığınacaqlar,  “Dairə”, 




396 

 

“Böyükdaş”,  “Çapmalı”  kimi  Tunc  dövrü  yaşayış  yerlərində 



müxtəlif  dövrlü  təbəqələrdən,  Tunc  dövrü  kurqanlarda  qəbrin 

örtük  və  kromlex  daşları  arasında  qalanları  Böyükdaş,  Kiçikdaş, 

Cingirdağ  –  Yazılıtəpə  sahələrində,  əvvəllər  qeydə  alınmış 

daşlarla  yanaşı  yeni  sahələrdən,  Kiçidaş  ərazisində  Qayaaltı  və 

Daşqışlaq  sahələrindən,  eləcə  də  Qobustan  qoruğu  ərazisindən 

kənarda,  Böyük  Qobustanda  Şıxqaya  və  Şıpardağ,  Şıx  çimərliyi 

sahələrində  aşkar  edilmişdir.  Hazırda  Qobustanda  qeydə  alınmış 

qayaüstü təsvirlərinin sayı 6 mindən çoxdur.  

   Qobustanda  qədim  qayaüstü  təsvirlər  ən  çox  qədim 

düşərgələrin divarlarını təşkil etmiş qayalarda və düşərgəətrafı daş 

və  qayalarda  çəkilmişdir.  O nlar  döymə,  qazma,  sürtmə,  cızma 

üsulu ilə (Böyükdaş, yuxarı şəkildə 24a, 181, Kiçikdaşda Qayaaltı 

kolleksiyasında 11 №-li daşlarda ) və rənglə şəkilmişdir. 

   Qobustanda  arxeoloji  qzıntı  aparılmış  “Ana  zağa”, 

“Ovçular zağası”, “Kənizə”, “Öküzlər-1”, “Öküzlər-2”, “Firuz-1”, 

“Firuz-2”, “Qayaarası-1”, “Qayaarası-2”, “Ceyranlar”, “Maral” və 

s.  qayaaltı  düşərgələrdə  sığınacağın  divarlarını  təşkil  edən 

qayaların  mədəni    təbəqə  ötrmüş  aşağı  səthlərində  də  yüzlərlə 

qədim təsvir aşkar edilmişdir. Qayaüstü təsvirlərin öyrənilməsi  və 

xüsusilə  də  onların  dövrləşdirilməsi  işində  yuxarıda  qeyd 

etdiyimiz  dövrü  müəyyənləşdirilmiş  abidələrdən  tapılmış  140 



397 

 

ədəd  kiçikölçülü  daş  və  mədəni  təbəqə  altından  aşkar  edilmiş  bu 



kimi daşlar üzərindəki qədim rəsmlərin dəyəri çox böyükdür.  

Qobustanda  hələ  üst  Paleolitin  sonlarından  başlanan  həyat 

qısa müdətdə baş vermiş hansısa təbiət hadisəsi (zəlzələ, qayaların 

yerdəyişməsi  və  s.)  nəticəsində  dayansa  da,  bir  qədər  sonra 

canlanıb,  orta  əsrlərə  kimi  davam  etmişdir.  Qobustan  çox  geniş 

mövzulu, dərin  məzmunlu 15-20  minillik dövr ərzində  xalqımızın 

keçdiyi  mədəniyyəti  tarixi  yollarını  işıqlandıran  şəkillər 

qalereyasıdır.  

   Qobustan  açıq  səma  altında  muzeydir.  Bu  muzeyə  gələn 

hər  bir  şəxs  qayaüstü  təsvirlər,  müxtəlif  dövrlü  arxeoloji 

abidələrin  cəmləşdiyi      tarixi  abidələrin  əsli  ilə  yerindəcə  tanış 

olur,  bir  növ  muzeyə  Daş  dövründən  “daxil  olub”,  orta  əsrlərdə 

“tərk edir”.  Dünyada elə bir  ikinci belə bir  muzey  yoxdur ki, 20 

mindən artıq yaşı olan Qobustanda olduğu kimi, onu  ilkin  yerində 

əks etdirsin.  

Qobustanı  dünyaya  tanıdan  onun  qədim  sakinlərinin 

yaratdıqları 15-20 minillik tarixi dövrü əhatə edən qədim qayaüstü 

təsvirlər  və  müxtəlif  tarixi  arxeoloji  abidələrdir  (bax  şəkil  186-

211). 

      Qobustandan  “Firuz”  və  “Kənizə”  Mezolit  və  Neolit 



qəbir abidələrinin qazıntılarından əldə edilmiş antropoloji qalıqlar 

Azərbaycan  xalqının  etnogenezinin  öyrənilməsi  üçün  əvəz 




398 

 

olunmaz  mənbədir.  Antropoloq  R.M.Qasımovanın təyinatına  görə 



Mezolitin  sonu  Neolitin  əvvəlinə  aid  “Firuz”  düşərəgəsində  11 

adamın  dəfn  olunduğu  qəbirdə  aşkar  edilmiş  kəllələrin  müasir 

azərbaycanlıların tipində, cənubi avropoid qrupuna aid uzun qafalı 

və  yumru  kəlləli  insanlar,  Neolit  dövrünə  aid  “Kənizə”  qəbrində 

isə  Avropa  irqinə,  cənub  qoluna  aid  qadın  dəfn  olunmuşdur.  Bu, 

Qafqazda ən qədim  insan tipi olan  “Kaspi”  tipidir.  Bu  məlumatlar 

və  Qobustan  qayalarında  qədim  qobustanlılardan  qalma  bir  sıra 

qayaüstü təsvir səhnələri, qız qaçırmaq səhnəsi, mərə-mərə, dama-

dama  oyunu  və  s.  oyunlarının  bu  gün  də  xalqımız  arasında 

yaşaması  və  s.  b.k.  adətlər  qədim  qobustanlıların  müasir 

azərbaycanlıların  -  əcdadları  olduğunu  və  azərilərin  Qafqaz 

regionunda  ən  qədim,  ən  mədəniyyıtli  xalq  olduğunu  göstərir. 

Qobustan Azərbaycan xalqının qədim mədəniyyət ocağıdır.  

    Qobustan  abidəsi  1966-cı  il  9  sentyabr  tarixindən 

Mədəniyyət  Nazirliyi  nəzdində  Qobustan  Dövlət  Tarixi  –  Bədii 

Qoruğu elan edilmişdir.  

    2007-ci  ildə  Qobustan  abidəsi  mədəni  irsimizim 

qorunmasıyla  bağlı  Azərbaycanda  Heydər  Əliyev  fondunun 

rəhbəri  YUNESKO-nun  və  İSESKO-nun  xoş  məramlı  səfiri 

Mehriban  xanın  Əliyevanın  köməkliyi  ilə  YUNESKO-nun 

abidələri siyahısına salınmışdır.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə