Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

399 

 

     Qobustan  Şərqi  Azərbaycanda  yerləşmiş  böyük  coğrafi 



rayondur.   Böyük Qafqaz dağlarının cənub-şərq  ətəkləriylə  Xəzər 

dənizi  arasındakı  uzunluğu  100,  eni  80  km  olan  qobu  və 

yarğanlara malik bu geniş ərazi Qobustan (Qobular diyarı) adlanır. 

Qobustan, çoxlu qobular olan yerin adıdır. 

    Qobustan ərazisi şimalda Böyük Qafqaz silsiləsinin cənub 

yamacı, qərbdə Şamaxı rayonu Pirsaat çayı, cənubda Hacıqabul və 

Ələt  adası  ilə  həmsərhəddir.  Qobustanın  mərkəzi  hissəsini 

Ceyrankeçməz çökəkliyi tutur. Geoloji cəhətdən Qobustanın şimal 

hissəsisndə  tabaşir,  qalan  sahələrində  əsasən  palogen  və  neogen 

çöküntüləri  yığılmışdır.    Qafqazda  ən  böyük  palçıq  vulkanları 

Qobustandadır.  Qobustan  dağətəyi  zona  olduğu  üçün  daş 

məmulatı  və  burada  qayalıq  çoxdur.  Bu  çıxıntılar  arasında 

yarımsəhra sahələr inkişaf etmişdir.  

    Qobustan  hazırda  quru  subtropik  iqlimə  malikdir. 

Havanın  orta  illik  temperaturu  12-14,  50-dir.  Yayı    400,  qışı 

mülayim  keçir.  Yağıntı  əssaən  payızın  sonundan  yazın  ortalarına 

qədər düşür və illik balansı orta hesabla 218 mm-ə bərabərdir.  

    Qobustanın əsas çayı onu iki yerə bölən Ceyrankeçməzdir. 

Suyu  şordur.  Əsasən  yağış  suları  ilə  qidalanır.  Isti  aylarda 

tamamilə  quruyur.  Qobustanın  içərilərində  tək-tək  şorançay 

kaşalara  rast    gəlmək  olar.  Böyük  daş  dağında  mənbəyini 



400 

 

əhəngdaşından  süzülən  atmosfer  suları  təşkil  edən  su  quyuları, 



bulaq vardır.  

    Qobustanda  əsasən  boz-qonur  şoran  və  bəzi  yerlərdə 

şabalıdı  və açıq şabalıdı, sürətli  yuyulmaya  məruz qalan torpaqlar 

yayılmışdır.  

    Ərazi  bitki  örtüyü  cəhətdən  kasıbdır.  Ot  örtüyü  əsasən 

payız  və  yaz aylarında  yağışdan sonra bitir  və  istilərin düşməsiylə 

quruyur.  Yarımsəhra  və quru  çöl bitkiləri  geniş  yer  tutur.  Buraya 

azömürlü bitkilər (otlar), çoxillik şoran otlar və  yovşan daxildir. 

   Qobustanda  ağac  və  kollar  əsasən  qayalıqlar  arasında, 

köklər əhəngdaşı   qayalarından  nəm  götürə biləcək  yerlərdə bitir. 

Qayalar  arasında  vəhşi  qızılgül  (itburnu),  böyürtkən,  doqquzdon, 

ardınc, dağdağan, cır albalı, dovşan alması, iynəyarpaq armud və s. 

kollarına,    eləcə  də  cırlaşmış  əncir,  nar,  meynəyə  də  rast  gəlinir.  

Cırlaşmış  meyvə  ağacı  qalıqlarının  qayalar  arasında  saxlanması 

qədimdən  rütubətli  iqlimə  malik  bu  yerlərdə  insanın  yaşaması 

üçün  əlverişli  şəraitin  olmasını  göstərən  ağacların  da  ərazi 

sakinləri tərəfindən əkildiyini göstərir. Bu yerlərin heyvanat aləmi 

də kasıbdır.  Hazırda burada canavar, tülkü, boz dovşan, çölsiçanı, 

tısbağa,  kirpi,  kərtənkələ  (açama),  koramal,  zəhərli  ilanlar  (əsas 

gürzə),  boy,  əqrəb,  quşlardan  kəklik,  göyərçin,  çöl  bülbülü  və  s. 

xırda  quşlar  yaşayır.  Dəniz  kənarı  ərazidə  və  yağmurlu  aylarda 

maldarların  heyvanları  suvarmaq  üçün  düzənlikləri  göl  və  su 




401 

 

nohurlarında  çöl  ördəyi,  qaşqaldaq  yaşayır  və  xırda  quşlar  yuva 



qurur.  

    Qobustanın 

indiki  görkəmi  çox  cavandır.  Onun 

formalaşma  və  dəyişmə  prosesi  indi  də  davam  edir.  Arxeoloji 

tədqiqatlar  zamanı  qədim  insanlar  yaşamaq  üçün  istifadə etdikləri 

sığınacaqları  əmələ  gətirmiş,  eləcə  də  təsvirli  qayaları 

yerdəyişməsi, çevrilməsi  və s. kimi dəyişikliklər qeydə alınmışdır 

ki, bunlar Qobustan ərazisində  geoloji  inkişaf prosesinin  fəallığını 

göstərir.  

       Qobustanda  həyatın  başlanması,  Daş  dövrü  insanın 

yaşaması  üçün təbii ki,  lazımi əlverişli şərait olmalı  idi.  Bu şərait 

də  başlıca  olaraq  iqlim  şəraitinin  yaxşı  olması  və  qida 

mənbələrinin  bolluğu  ilə  bağlı  idi.  Əgər  Qobustanda  həyat  15-20 

min  il  bundan  əvvəl  başlanıbsa,  bunun    üçün  lazımi  təbii  coğrafi 

şərait olmuşdur.  

     Qobustan qayaları  üzərində çəkilmiş  heyvan  təsvirlərinin 

çoxnövlülüyü  Mezolit-Neolit  dövründə  bu  ərazidə  gur,  ceyran, 

ibtidai öküz, vəhşi at, dağ keçisi,  maral  və s. sürülərinin olduğunu 

göstərir.  Bu  göstərilən  heyvan  növlərinin  yaşamsı  üçün  ərazi 

rəngarəng  bitki  örtüyünə  malik  olmalı  idi.  Belə  olmasaydı, 

qayalarda şəkli çəkilmiş  və arxeoloji qazıntılar  zamanı  çox sayda 

sümük qalıqları tapılmış ceyran,  gur,  vəhşi öküz,  vəhşi at, tək-tək 




402 

 

dağ  keçisi  kimi  heyvanlar  burada  yaşayıb,  Qobustan  sakinlərini 



bol qida - ət məhsulları ilə təmin edə bilməzdi. 

     O dövrdə Qobustanda  nəinki bol  yem, bitki örtüyü, hətta 

savanna  tipli  seyrək  ağaclıq,  meşə,  bəlkə  daha  sıx  meşələr 

olmuşdur.  Bu  fikirlərimizi  paleocoğrafi  tədqiqatları  nəticələri  də 

təsdiqləyir.  

    “Ana  zağa”da  aparılmış  arxeoloji  qazıntılar  zamanı  Daş 

dövrü təbəqəsində açılmış ocaq  terlərindən  götürülmüş kül-kömür 

qalığının  analizi  ocaqda  şam  və  palıq  ağaclarının  yandırıldığını 

müəyyənləşdirmişdir.  Bu  ağac  növləri  təbii  ki,  Qobustan 

ərazisinin özündə bitmişdir.  Lakin  son  minilliklər ərzində  iqlimin 

dəyişməsi,  münbitliyin  azalması  bəlkə  elə  Xəzər  dənizində  “yeni 

Kaspi”  dövrü  dəniz  qalxmasının  təsiriylə  şimal  və  qərbə  tərəf 

çəkilmişdir.  Qobustanda  qayalar  arasında  indi  də  şam  ağacı 

fəsiləsinə mənsub olan ağac kollarına rast gəlmək olur.  

      Qobustan  qayalarında  bir  qism  Daş  dövrü  kimi 

təsvirlərinin beldən aşağı hissəsini örtmüş kəmərində çəkilməsi də 

iqlimin  isti  olması  və  qədim  qobustanlıların  geyimi  haqqında 

təsəvvür yaradır.  

      Qobustan qayalarındakı qaban və itlə qabanın ovlanması 

səhnəsi real  həyati  təsvirlərdən biridir.  Qaban bu ərazidə  yaşamış 

və  Qobustan  sakinləri  tərəfindən  ovlanmışdır.    Dəniz  sahilində 

yerləşmiş  Qobustanda  dənizə  yaxın  sahələrdə  və  çay  yataqları 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə