56
Baş Qafqaz dağı silsiləsinin cənub yamacı ətəyi boyuunca
Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş
Ceyrançöl və Acınohur öndağlığı uzanır (Məmmədov, 1998).
Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş
yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən
zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfatlara ciddi ziyan
vurur və insan tələfatına səbəb olur (Məmmədov, 1998).
Azərbaycanın coğrafi yerləşməsi, dağlıq və düzənlik
relyefini atmosfer prosesləri ilə qarşılıqlı əlaqə və təsiri
nəticəsində bir neçə iqlim tipləri yaranmışdır.
Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının
mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında
və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim- isti
yarımsəhra və quruçöl iqliminə malikdir. Eyni iqlim tipi Talış
silsiləsinin şimal yamacı boyu da müşahidə olunur (Məmmədov,
1998).
Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quruçöl
iqlimi Kür-Araz ovalığının Ağdaş-Qarqarçayın aşağı axını
istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə,
Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağının
cənub-qərbdəki ucqar hissəsini əhatə edir.
Yuxarıda adı çəkilən hər iki iqlim daxilində qarlı günlərin
sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı
57
10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək
məhsuldarlığa malik olan qış otlaqlarıdır.
Bu ərazidə iyulun orta aylıq temperaturu 27
0
C-dən yüksək
olduğundan ərazidə pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq
geniş yayılmışdır. Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq
hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay
çökəkliyi daxilində qışı quraq keçən mülayim-isti iqlim
mövcuddur. Kiçik Qafqazın və eləcə də Cənub-Şərqi Qafqazın
şimal yamacının orta dağlıq ərazisində qışı quraq keçən soyuq
iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi
üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta
dağlıq ərazisi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur
(Məmmədov, 1998).
Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq
keçən mülayim-isti iqlim vardır (Antonov, 1973).
Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon,
portağal, feyxua və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran
ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında
inkişaf etmişdir.
Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu
dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış
mülayim-isti iqlim yaranmışdır.
58
Naxçıvan MR- in və Cənubi Azərbaycanın dağarası
çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl
iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi
daxilində illik minimum temperatur mənfi 32
0
C, illik maksimum
temperatur isə 43
0
C olur. Hər iki ərazinin orta və yüksək dağlıq
hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iq lim
şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan
ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox
dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması
ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv
getməsinə, sellərin tez-tez baş verməsinə səbəb olur. Bu iqlim
tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır.
Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 m-dən artıq
olan yüksək dağlıq ərazilər üçün soyuq və tundra tipli iqlim
xasdır. Belə iqlim olan ərazilərdə qismən daimi buzlaqlar və
yayda əriməyən qar talaları müşahidə edilir.
Azərbaycan Respublikasının ən iri çayları – Kür, Araz,
Samur, Tərtər, Naxçıvançay, Viləş, Zuvandçay və başqalarıdır.
Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdəzurd, Qazançay
(Ağsu), Zərrinərud, Nazlıçay və başqa çaylardır (Məmmədov,
1998). Azərbaycanın çayları dağ çaylarıdır. Bunlar əsasən ilin
soyuq yarısı çox sulu, isti yarısı isə az sulu olur. Bu da qismən
quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində,
59
düzənlik və otlaqlarda suvarma əkinçiliyi üçün ciddi maneə
törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay
dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən
düzənliyə qovuşduğu zolaqlarda yaranmışdır.
Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf
etmişdir. Dağlıq tundra iqlimi şəraitində (3000 m-dən
yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların
suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ
çəmənləri geniş sahəni tutur.
Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin
parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq
ərazilərdə tipik və alçaq sarı, əksər hallarda skeletli torpaqlar
əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası
çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində
yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini
örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan
effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar
mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı
yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd
dağlarının yamaclarını buna misal göstərmək olar (Əliyev,
Məmmədov, 1998).
İqlim şəraitinin kontinentallığı və quraq keçməsilə
əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək
Dostları ilə paylaş: |