11
İkinci cilddə Azərbaycan ərazisində Eneolit dövrünə aid
aşkar
olunmuş
yaşayış
məskənlərinin
topoqrafiyası,
planlaşdırılması, yayılma ərazisindəki qanunauyğunluqları, tikinti
texnikası və tikinti materiallları, bəsit memarlıq xüsusiyyətləri
faktiki materiallar və analoji nümunələr əsasında geniş
araşdırılmışdır. Yaşayış məskənləri ilə bərabər Eneolit dövrünün
qəbir
abidələri,
dəfn
mərasimlərində
müşahidə olunan
xüsusiyyətlər və ümumi qanunauyğunluqlar da geniş tədqiq
edilmişdir. Eyni zamanda Gəncə-Qazax, Mil-Qarabağ, Muğan,
Naxçıvan, həmçinin Urmiya gölü hövzəsinin həmdövr abidələri
haqqında ətraflı məlumat verilmiş, onların ümumi, fərqləndirici
xüsusiyyətləri və aparıcı əlamətləri araşdırılmışdır.
Eneolit cildində dövrün təsərrüfat həyatı iqtisadiyyatın
əsasını təşkil edən sahələr, əkinçilik, maldarlıq, ev sənətkarlığı,
ilkin
əlaqələr,
maddi- mədəniyyət
nümunələrinin
tipoloji
əlamətləri haqqında ətraflı məlumat verilmişdir. Azərbaycanın
Eneolit dövrü abidələrinin xronologiyası bütövlükdə Yaxın Şərq
və Cənubi Qafqaz miqyasında abidələrin dövrləşməsi, ətraf
ərazilər və Ön Asiya məkanında tutduğu yer və mövqeləri də şərh
olunmuşdur. Eneolit dövrü abidələrindən tapılmış arxeoloji
faktlara əsasən dövrün sosial səciyyəsi, ictimai quruluşu və
əhalinin dünyagörüşü problemlərinə də toxunulmuşdur.
12
Azərbaycan arxeologiyasının III cildi respublikamızın
ərazisində aparılmış tədqiqatlar zamanı aşkar olunmuş Tunc və ilk
dəmir dövrünə aid maddi- mədəniyyət qalıqlarının tədqiqindən
bəhs edir. Respublikamızın ərazisində Tunc və ilk dəmir
dövrlərində çox mühüm iqtisadi, ictimai və siyasi inkişaf prosesi
getmiş, əhalinin mədəniyyəti Qədim Şərq sivilizasiyası
səviyyəsinədək yüksələ bilmişdir.
Aparılan arxeoloji tədqiqatlar zamanı Tunc dövrünün üç
əsas inkişaf mərhələsi keçdiyi müəyyən olunmuşdur. Ölkədə
Eneolit mədəniyyəti əsasında yaranan oturaq əkinçi- maldar
tayfalarının ilk Tunc dövrü Kür-Araz mədəniyyəti inkişaf
tapmışdır. Bu dövrdə Cənubi Qafqazda Kür-Araz çayları
vadisində və Urmiya hövzəsində türk mənşəli qədim gərgər
(qarqar) tayfaları yaşamışlar.
Azərbaycan ərazisində ilk Tunc dövründə xış əkinçiliyi və
maldarlığın intensiv inkişafı ayrı-ayrı təsərrüfat sahələrinin
formalaşması nəticəsində birinci böyük ictimai əmək bölgüsü
yaranmışdır. Ölkənin cənub və şimal ərazilərində dağ-mədən
işlərinin müxtəlif növləri yüksək inkişaf etmişdir. Metallurgiya və
metalişləmə, dulusçuluq və digər mühüm sənətkarlıq növləri
formalaşmış, ikinci böyük ictimai əmək bölgüsü yaranmışdır. Bu
dövrdən başlayaraq əkinçilik mədəniyyəti bazasına əsaslanan
13
sənətkarlıq və ticarət mərkəzləri inkişaf tapır və ilkin şəhər-
dövlətlər yaranmağa başlayır.
Son tunc və ilk dəmir dövründə qədim Azərbaycan şəhər
dövlətlərinin iqtisadi, ictimai və siyasi birlikləri xeyli güclənmiş,
Mesopotamiya, Ön Asiya, Aralıq dənizi hövzəsi və Şimali Qafqaz
xalqları ilə iqtisadi, mədəni əlaqələr genişlənmişdir. Azərbaycanın
tunc və ilk dəmir dövrü abidələrindən həmin əlaqələri sübuta
yetirən silahlar, bəzək nümunələri və digər arxeoloji tapıntılar əldə
olunmuşdur.
Üçüncü cilddə bunlarla yanaşı Azərbaycanın Tunc və ilk
dəmir dövrü tayfalarının incəsənət abidələri, qayaüstü rəsmləri və
mənəvi mədəniyyətinin bir sıra məsələləri geniş şərh olunmuşdur.
Dördüncü cild Azərbaycanın qədim dövlətləri olan Qafqaz
Albaniyası və Atropatenanın e.ə. IV və eramızın III əsrlərinə aid
arxeoloji abidələrinin elmi tədqiqinə həsr olunmuşdur.
Qafqaz Albaniyasının və Atropatenanın arxeoloji
abidələrinin Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün
mühüm elmi əhəmiyyətə malikdir. Eyni zamanda Qafqaz
Albaniyasının tarixini saxtalaşdırmağa cəhd edən bəzi erməni
alimlərinin əsassız fikirlərinin puça çıxarılmasına şərait yaradır.
Arxeoloqlarımızın apardıqları qazıntılar nəticəsində aşkar
edilmiş çoxsaylı maddi-mədəniyyət nümunələri Azərbaycanın
Qafqaz Albaniyasının və Atropatena kimi qədim dövlətləri
14
haqqında olan yazılı məlumatları dəqiqləşdirməyə və bu
dövlətlərin tarixinin bütün problemlərini ətraflı öyrənməyə imkan
verir.
Dördüncü cilddə respublikamızın ərazisindən tapılmış
bütün arxeoloji materiallar ümumiləşdirilir və həmçinin yazılı
mənbələrin məlumatları cəlb edilməklə Qafqaz Albaniyası və
Atropatena dövlətlərinin tarixi daha müfəssəl şərh olunur. Əsərdə
Qafqaz Albaniyası və Atropatenanın arxeoloji abidələrinin
öyrənilməsi tarixi, ölkənin şəhərləri, yaşayış yerləri, müdafiə
istehkamları, qəbir abidələri və dəfn mərasimləri də işıqlandırılır.
Cildin böyük bir hissəsi arxeoloji materialların təsnifatına həsr
olunmuşdur. Burada arxeoloji qazıntılar zamanı tapılmış məişət
avadanlığı, əmək alətləri, silahlar, gil məmulatı, şüşə qablar,
möhürlər, pullar, bəzəklər, daş heykəllər və bədii metalişləmə
materialları tədqiq olunmuşdur.
Əsərdə Qafqaz Albaniyası və Atropatena əhalisinin
təsərrüfat həyatı, sənətkarlığı, ölkənin ictimai quruluşu, əhalinin
ideologiyası, daxili və xarici ticarət məsələləri də şərh edilmişdir.
Azərbaycan arxeologiyasının beşinci cildi ilk orta əsr
arxeoloji abidələrinin elmi şərhinə həsr olunmuşdur. Azərbaycan
tarixində ən mürəkkəb və ziddiyyətli hadisələrlə zəngin olan III-
IX əsrləri əhatə edən bu dövrün ictimai, iqtisadi, siyasi və mənəvi
mədəniyyətinin xarakterik xüsusiyyətlərinin qabarıq şəkildə
Dostları ilə paylaş: |