31
Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır.
M.M.Hüseynovun rəhbərliyi altında Damcılı düşərgəsində
aparılan arxeoloji qazıntılar zamanı mağarada çöküntünün qarışıq
olması müəyyən edilmiş və ona görə də çöküntünün
stratiqrafiyasını təyin etmək mümkün olmamışdır. Damcılı
düşərgəsində ayrı-ayrı dövrlər üzrə olan çöküntü qatları və maddi
mədəniyyət qalıqları bir-birinə qarışmışdır. Damcılı mağara
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər
daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri
tapılmışdır. Damcılı düşərgəsindən tapılmış daş məmulatı
içərisində mustye və levallua itiucluları, qaşov tipli alətlər,
bıçaqlar, kəsici alətlər, bizlər və çoxlu istehsal tullantıları qeydə
alınmışdır. Damcılı mağara düşərgəsindən aşkar olunmuş daş
məmulatının hazırlanma texnikası və tipologiyasına əsasən
Mustye, Mezolit, üst Paleolit
və Neolit dövrlərində
hazırlandıqlarını söyləmək mümkün olmuşdur (Hüseynov 1975).
1958-ci ilin yay fəslində M.M.Hüseynovun rəhbərliyi
altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində
kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri
zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır.
Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında
olduğu üçün ona Daşsalahlı mağarası adı verilmişdir. Daşsalahlı
mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı abidənin
32
çöküntüsündə bir təbəqənin olması müəyyən edilmişdir.
Daşsalahlı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 354
ədəd daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır
(Hüseynov 1975).
Daşsalahlı mağara düşərgəsindən tapılmış daş məmulatı
içərisində əsas yeri əmək alətləri təşkil edir. Əmək alətləri
arasında levallua itiucluları, mustye itiucluları, bir işlək ağızlı
qaşovlar, iki işlək ağızlı qaşovlar və bıçaqlar çoxluq təşkil edir.
Aparılan arxeoloji qazıntılar zamanı Daşsalahlı mağara
düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji
xüsusiyyətlərinə əsasən onların orta Paleolit dövründə
hazırlandıqlarını söyləmək olur (Hüseynov, 1975).
1958-ci ilin iyul ayında SSRİ EA-nın Qafqaz arxeoloji
ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı
Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə
qeydə almış və oradan əmək alətləri tapmışdı (Lübin, 1960).
1959-cu ildə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyası Qazax və Tovuz rayonları ərazisində
arxeoloji kəşfiyyat işləri aparmış və Qazax rayonunun
Qazaxbəyli və Tovuzun Ağbaşlar kəndi ərazisində Mustye
mədəniyyətinə aid çaydaşılarından hazırlanmış itiuclular və
qəlpələr toplamışdır (Hüseynov, 1975).
33
1960-cı
ilin iyun-iyul aylarında M.M.Hüseynovun
rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ
ərazisində kəşfiyyat işləri aparmışdır. Kəşfiyyat işləri Qarabağın
Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə
aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın
sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır
(Hüseynov, İsmayılov, 1967).
Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı
guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz
səviyyəsindən 900 m, çayın müasir yatağından 100-120 m
yüksəklikdə, Füzuli şəhərindən 16 km aralıda yerləşir (Hüseynov,
1965).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsində aparılan arxeoloji
tədqiqat işlərini iki mərhələyə ayırmaq olar. Birinci mərhələdə
aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edir. Bu
mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit
düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınmışdır.
Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar
zamanı Orta əsrlər, tunc və Eneolit dövrlərinə aid maddi
mədəniyyət qalıqları tapılmışdır (Hüseynov, İsmayılov, 1967).
Azıx paleolit düşərgəsinin III təbəqəsində aparılan
arxeoloji qazıntılar zamanı orta Paleolit dövrünə aid daş məmulatı
və fauna qalıqları tapılmışdır. Azıx mağarasının IV təbəqəsində
34
aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət nümunələri
qeydə alınmamışdır. O na görə də bu təbəqə lal təbəqə adlanır.
Azıx paleolit düşərgəsinin V-VI təbəqələrində aparılan arxeoloji
qazıntılar zamanı qədim, orta və son Aşel mədəniyyətinə aid
zəngin maddi mədəniyyət qalıqları tapılmışdır (Hüseynov, 1985).
1968-ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi
altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V
təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə
bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir.
Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt
çənənin elmi tədqiqi ilə D.V.Hacıyev məşğul olmuşdur.
D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai
insana məxsus olması müəyyən edilmiş və tapıntıya şərti olaraq
azıxantrop tipli ibtidai insan adı verilmişdir (Hacıyev, Hüseynov,
1970).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974-1985-ci
illərdə M.M.Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II
mərhələdə arxeoloji qazıntı işləri aparılmışdır (Hüseynov və
başqaları, 1985).
Düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat
işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri
VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni
arxeoloji təbəqə qeydə alınmışdır (Hüseynov, 1976,1985).
Dostları ilə paylaş: |