35
1974-1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən
olunmuş VII-VIII-IX və X təbəqələrində aparılan arxeoloji
qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi
mədəniyyət nümunələri tapılmışdır (Hüseynov, 1975,1976,1985).
Maddi
mədəniyyət
qalıqları arasında
əsas
yeri
çaydaşılarından hazırlanmış kobud çapma alətləri tutur. Daş
məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə
alınmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx
paleolit düşərgəsinin
VII-X
təbəqəsindən
tapılmış daş
məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların
tamamilə yeni bir arxeoloji mədəniyyətə məxsus olması müəyyən
edilmiş və bu mədəniyyətə Quruçay arxeoloji mədəniyyəti adı
verilmişdir (Hüseynov, Cəfərov, 1986).
Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan
arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılmışdır.Daş
məmulatının texniki və tipoloji xüsusiyyətlərinin elmi tədqiqi
zamanı Quruçay arxeoloji mədəniyyətinin bir neçə inkişaf
mərhələsi olması müəyyən edilmişdir (Hüseynov, 1985).
Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq
1963-cü ilin iyun- iyul aylarında M.M.Hüseynovun rəhbərliyi
altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri
aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı
36
düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır
(Hüseynov,1973).
1964-1967-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında
Paleolit arxeoloji ekspedisiyası Tağlar düşərgəsində arxeoloji
qazıntı işləri aparmış, minlərlə daş məmulatı və ovlanmış heyvan
sümükləri aşkar edilmişdir (Hüseynov, 1973).
1965-ci ildə Bakıda keçirilən SSRİ arxeoloq və
etnoqraflarının ümumittifaq elmi konfransının iştirakçıları -
P.İ.Boriskovski, V.P.Lübin, İ.İ.Korobkov, N.D.Praslav və
başqaları Tağlar düşərgəsinə gedərək onun stratiqrafiyası ilə tanış
olmuşlar.
1971-ci ildə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyası Tağlar mağarasında arxeoloji qazıntı işləri
aparmışdır. Arxeoloji tədqiqat işlərində SSRİ EA Arxeologiya
İnstitutu Leninqrad bölməsinin baş elmi işçisi Q.P.Qriqoryev də
iştirak etmişdir (Hüseynov, 1972).
1973-cü ildə Tağlar paleolit düşərgəsində M.M.Hüseynov,
Ə.Q.Cəfərov və M.M.Mənsurov arxeoloji qazıntı işləri aparmışlar.
1976-cı ilin iyun- iyul aylarında Azərbaycan EA Tarix
İnstitutunun Paleolit arxeoloji ekspedisiyası ilə birlikdə SSRİ EA
Arxeologiya İnstitutu Leninqrad bölməsinin Qafqaz ekspedisiyası
Tağlar düşərgəsinin stratiqrafiyasını dəqiqləşdirmək məqsədilə
Tağlar mağara düşərgəsində elmi tədqiqat işləri aparmış və
37
düşərgənin çöküntülərində 6 mədəni təbəqə qeydə almışlar
(Lübin, Cəfərov, 1977).
1977-ci ildən başlayaraq Tağlar mağara düşərgəsində
arxeoloji qazıntı işlərini Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyasının Tağlar dəstəsi aparmağa başlamışdır.
Ə.Q.Cəfərovun rəhbərliyi altında Tağlar mağarasında 1977-1982
və 1984-1986-cı illərdə arxeoloji qazıntılar aparmışdır (Cəfərov,
1983,1986,1999).
M.M.Mənsurovun rəhbərlik etdiyi dəstə 1962-1966-cı
illərdə Qazax və Tovuz rayonları ərazisində apardığı arxeoloji
kəşfiyyat işləri zamanı Paleolit dövrünə aid Qayalı, Acıdərə,
Tatlı, Əlibayramlı, Şişquzey, Qədirdərə, Çınqıltəpə, Uzundərə,
Caxmaqlı, Marallı, Köçəsgər və Yataq yeri abidələrini qeydə
almışdır (Mənsurov, 1978).
1971-ci ilin iyul ayında M.M.Hüseynovun rəhbərliyi
altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq
ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə
kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri
zamanı Daş dövrünə aid Şuşa mağara düşərgəsi qeydə alınmışdır.
Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı
Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır
(Cəfərov,1973; Həsənov, Cəfərov, 1976).
38
1972-1973-cü illərdə M.M.Hüseynovun rəhbərliyi altında
Azıx paleolit düşərgəsinin V təbəqəsində apardığı arxeoloji
qazıntılar zamanı Aşel mədəniyyətinə aid iki ocaq yeri qeydə
almışdır (Hüseynov,1974).
M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji
ekspedisiyası 1973-cü ildə Azıx paleolit düşərgəsinin V
təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı
düşərgənin qaya divarları arsında 4 ayı kəlləsi və 2 ayı çənəsi
tapılmışdır (Hüseynov, 1985).
1976-cı ilin iyul ayında SSRİ Elmlər akdemiyası
Arxeologiya İnstitutu Lelinqrad bölməsinin Qafqaz paleolit
ekspedisiyası
V.P.Lübinin
rəhbərliyi
altında apardığı
(Ə.Q.Cəfərovun iştirakı ilə) kəşfiyyat işləri zamanı Qazax
rayonunun Yuxarı Salahlı kəndi yaxınlığında paleolitin aşel və
mustye dövrlərinə aid əl çapacağı, nüvə, qəlpələr və başqa maddi
mədəniyyət qalıqları tapılmışdır (Lübin, 1984).
Paleolit arxeoloji ekspedisiyası 1981 və 1987-ci illərdə
Kəlbəcər rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı Orta
Şurtan və Zar açıq paleolit abidələrini qeydə almışdır (Hüseynov,
Cəfərov, Mənsurov, 1990).
1983-cü
ilin
iyul
ayında
M.M.Hüseynov
və
Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası
Dostları ilə paylaş: |