164
neçə dəfə iş prosesində istifadə olunduqdan sonra yenidən
dişəklənmişdir. Təsvir olunan hər iki qaşov subparalel dişəklə
işlənmişlər.
İki işlək ağızlı qabarıq qaşovlar (2 ədəd). Alətlərin ikisi də
çaxmaqdaşından hazırlanmışlar. Alətlərin işlək ağızları olduqca
incə işlənmişdir.
İki işlək ağızlı batıq qaşovlar (3 ədəd). Alətlərin ikisi
çaxmaqdaşından, üçüncüsü isə dəvəgözü daşından hazırlanmışdır
(bax şəkil 47, 3).
Künclü qaşovlar (6 ədəd). Alətlər çaxmaqdaşı üzərində
hazırlanmışdır. Təsvir olunan alətlərin hamısı üçbucaqlı qəlpələr
üzərində hazırlanmışdır. Təsvir olunan alətləri ölçülərinə görə 3
qrupa ayırmaq olar: kiçik, orta və böyük ölçülü qaşovlar.
Azıx düşərgəsinin daş məmulatı içərisində tez-tez künclü
qaşovlara rast gəlmək olur.
Enli qaşovlar (3 ədəd). O nların 2 ədədi çaxmaq, 1 ədədi isə
slanes daşından hazırlanmışdır. Alətlərin hamısında zərbə səthi və
zərbə düyünü yaxşı saxlanılmışdır. Təsvir olunan enli qaşovların
işlək ağızları pilləli dişəklə işlənmişdir (bax şəkil 49, 1).
Əks ağızlı qaşovlar (3 ədəd). Alətlərin ikisi çaxmaq, digəri isə
slanes daşından hazırlanmışdır. Təsvir olunan qaşovların zərbə
səthi və zərbə düyünü olduqca yaxşı saxlanılmışdır. Təsvir olunan
qaşovların işlək ağızları subparalel və itiləyici dişəklə işlənmişdir.
165
Tipik qaşovlar (4 ədəd). Alətlərin ikisi çaxmaq, üçüncüsü
slanes, dördüncüsü isə dəvəgözü daşından hazırlanmışdır.
Alətlərin işlək ağızları olduqca incə və itiləyici dişəklə
hazırlanmışdır. Təsvir olunan tipik qaşovların nümunələri şəkil
49, 2, 5-də göstərilmişdir.
Atipik qaşovlar (2 ədəd). Bu alətlər çaxmaq və slanes
daşlarından
hazırlanmışdır.
Alətlərin
hazırlıq
məmulatı
qəlpələrdən ibarətdir. İşlək ağızları incə itiləyici dişəklə
işlənmişdir.
Bıçaqlar (3 ədəd). Onların 2 ədədi slanes, üçüncüsü isə
çaxmaqdaşından hazırlanmışdır. Maraqlıdır ki, bıçaq tipli alətlər
təbii belə malikdir. Bu da onların əldə yaxşı tutub, işləməyə
əlverişli şərait yaradır. Alətlərin işlək ağızları olduqca iti formaya
salınmışdır. Təsvir olunan alətlərin nümunələri şəkil 49, 2-də
göstərilmişdir.
Dişli alətlər (2 ədəd). Alətlər slanes daşı üzərində
hazırlanmışdır. Alətlərin bir hissəsində təbii qabıq saxlanmışdır.
Alətlərin işlək ağızları dişli olduqları üçün onlara dişli alətlər
deyilir.
Kiçikölçülü alətlər (14 ədəd). Bunların 9-u slanes daşından, 5- i
isə çaxmaqdaşından hazırlanmışdır. Kiçikölçülü alətləri iki
hissəyə ayırmaq olar: 1) bilərəkdən fraqment halına salınmış
alətlər; 2) təbii surətdə fraqment halına düşmüş alətlər.
166
Tipoloji cəhətcə fraqment şəkilli alətlər içərisində itiuclu və
qaşov tipli alətlər müəyyən olunmuşdur. Fraqment şəkilli alətlər
əsasən dik, yarımdik və incə dişəklə işlənmişdir. Təsvir olunan
alətlərin nümunələri şəkil 49, 7-də göstərilmişdir.
Kobud çapma alətləri (12 ədəd). Maraqlıdır ki, V təbəqədən
aşkar olunmuş kobud çapma alətləri VI təbəqənin həmin alətlərinə
nisbətən klassik formada hazırlanmışdır. V təbəqənin kobud
çapma alətləri vasitəsilə qeyd olunan alətlərin inkişaf
xüsusiyyətlərini müəyyən etmək olur. Daş məmulatı tədqiq
olunduqca Azıx düşərgəsinin ayrı-ayrı təbəqələri üzrə alətlərin
inkişaf dinamikasını müəyyən etmək olur. Təsvir olunan kobud
çapma alətlərinin nümunələri şəkil 47, 1, 2-də göstərilmişdir.
Əl çapacaqları (7 ədəd). O nlar hamısı çaxmaqdaşından
hazırlanmışdır. Tipoloji cəhətcə əl çapacaqları ürəkşəkilli,
badamşəkilli və lanset formalara bölünür. V təbəqədən aşkar
olunmuş əl çapacaqları VI təbəqədən müəyyən olunmuş əl
çapacaqları kimi hazırlansalar da, onların müəyyən fərqli
xüsusiyyətləri nəzərə çarpır. Alətlərin işlək ağızları olduqca yaxşı
hazırlanmışdır. Təsvir olunan əl çapacaqlarının nümunələri şəkil
50, 1, 2; 53, 1; 55, 2-də göstərilmişdir.
Azıx düşərgəsinin V təbəqəsindən tapılan daş məmulatı
içərisində üzərində ikinci dəfə işlənmə izləri olmayan qəlpələr də
167
qeydə alınmışdır. Bunların 23 ədədi çaxmaq, 32 ədədi isə slanes
daşlardan hazırlanmışdır.
Azıx düşərgəsinin V təbəqəsinin daş məmulatının elmi tədqiqi
zamanı müəyyən etmək olur ki, daş məmulatı içərisində əmək
alətləri çoxluq təşkil edir və aşağıdakı nəticəyə gəlməyə əsas
verir:
1.
Azıx düşərgəsində orta Aşel dövründə sakin olan qədim
insanlar düşərgəyə ancaq hazır alətləri gətirmişlər;
2.
Düşərgəyə hazır gətirilən əmək alətləri Quruçay dərəsində
hazırlanmışdır;
3.
Düşərgənin qədim sakinləri təsadüfi hallarda bəzi əmək
alətlərinin işlək ağızlarını əlverişli formaya salmaq üçün
dişəkləmişlər;
4.
Orta Aşel dövründə insanlar düşərgədə daimi yaşamış və
oddan istifadə etmişlər.
Yuxarıdakı cədvəldən göründüyü kimi, V təbəqənin əmək
alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və
qaşov tipli alətlər tutur.
Azıx qədim insan düşərgəsindən aşkar olunmuş elmi
materialların təhlili ibtidai insanların dini təsəvvürləri haqqında
yeni- yeni elmi fikirlər söyləməyə şərait yaratmışdır. 1972-ci ilin
arxeoloji tədqiqatları zamanı Azıx düşərgəsinin V təbəqəsinin
yerləşdiyi sağ divarında qaranlıq bir yerdə 3 ədəd mağara ayısının
Dostları ilə paylaş: |