Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
  1   2   3   4   5   6   7   8   9   ...   115


Az Book Library


DEN BRAUN
DA VİNÇİ ŞİFRƏSİ
DA VİNÇİ ŞİFRƏSİ
Leonardo da Vinçinin işlərində gizli şifrələr var…
Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını
tapmağa kömək edər…
Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı…
«Da Vinçi şifrəsi» romanını yazarkən, müəllif apardığı tədqiqatlardan əldə
etdiyi bütün təcrübəsini sərf etmiş və bunu baş qəhrəmanı, din tarixi və
ikonoqrafiya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə
oxuculara çatdırmışdır. Romanın girişi Luvr muzeyinin qoca mühafizəçisinin qətlini
Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı
Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılmışdır…
DAN BROWN
The Da Vinci Code
ISBN 9789952262834
Və yenə də Blayza həsr olunur…
Həmişəkindən daha artıq dərəcədə.


FAKTLAR
Sion Prioratı – 1099-cu ildə yaradılmış Avropa gizli cəmiyyətidir, real təşkilatdır.
(Priorat və ya sinyoriya – orta əsrlərdə bəzi şəhər-kommunaların idarəetmə
orqanıdır. Mason ənənələrində Böyük Priorat – masonluğun rəhbərlik sistemində
bölmələrdən biridir (Məbəd, Hospital – red.qeyd). 1975-ci ildə Paris milli
kitabxanasında «Gizli dosyelər» adı ilə məlum olan bükülü əlyazmalar tapılıb. Bu
dosyelərdə Sion Prioratının əksər üzvlərinin adı açıqlanır. Onların arasında ser
İsaak Nyuton, Bottiçelli, Viktor Hüqo və Leonardo da Vinçi də var.
Vatikanın «Opus Dei» adlanan şəxsi prelaturası qatı dindarlığı təbliğ edən
katolik sektasıdır. Beyinlərin təmizlənməsi, «nəfsin öldürülməsi» kimi dəhşətli
rituallarla və zorakılıqla tanınıb. «Opus Dei» sektasının Nyu-Yorkda, Leksinqton-
avenyu 243-də, 47 milyon dollara başa gələn mənzil-qərargahının tikintisi yaxın
vaxtlarda qurtarıb.
Kitabda incəsənət, arxitektura nümunələrinin, bir sıra sənədlərin və sirli
ritualların dəqiq təsviri verilib.
PROLOQ
PARİS, Luvr 21.46.
Tanınmış kurator Cak Sonyer Böyük Qalereyanın tağlı arkasının altından
yırğalana-yırğalana keçib ilk gözünə dəyən rəsmə, Karavaconun tablosuna tərəf
getdi. İki əli ilə qızılı çərçivədən yapışıb özünə tərəf çəkdi. Şedevr divardan qopdu
və yetmiş yaşlı qoca Sonyerin üstünə aşdı.
Sonyerin fikirləşdiyi kimi də oldu, yaxınlıqda bu zala girişi əngəlləyən dəmir
hörmə də gurultuyla aşdı. Parket döşəmə titrədi. Uzaqdan siqnalizasiyanın vıyıltısı
eşidildi.
Kurator zorla havanı uda-uda və hansı dünyada olduğunu götür-qoy edə-edə
bir neçə saniyə hərəkətsiz uzandı. Mən hələ yaşayıram. Sonra tablonun altından
çıxıb gizlənmək üçün yer axtarmağa başladı.


Səs gözlənilmədən yaxınlıqda eşidildi:
- Tərpənmə.
Kurator yerindəcə dondu, sonra yavaş-yavaş dönüb baxdı.
Cəmi on beş fut aralıda, dəmir hörmənin arxasında onu izləyənin qorxulu və
nəhəng silueti göründü. Ucaboy, enlikürək, dərisi meyid dərisi kimi tutqun, seyrək
ağ saçlı. Gözlərinin ağı qızarmışdı, zəhmli bəbəkləri isə qara-qırmızı rəngdə idi.
Albinos cibindən tapança çıxarıb, onun uzun lüləsini dəmir hörmənin arasına soxdu
və kuratoru nişan aldı.
- Sən qaçmamalıydın. – o, zəif hiss olunan aksentlə dedi, - İndi de: o hardadır?
- Axı, mən dedim sizə, - əvvəlki kimi əlacsızcasına iki əli, iki ayağı üstündə
durmuş kurator kəkələyə-kəkələyə mızıldandı. – Nə haqqında danışdığınızı başa
düşmürəm.
- Yalan deyirsən! – Kişi tərpənmədən və qorxunc gözlərini qırpmadan ona
baxırdı. – Səndə və cəmiyyətinizin üzvlərində sizə aid olmayan bir şey var.
Kurator diksindi. O, hardan bilir ki?
- Bu gün isə, bu əşya öz əsil sahiblərini tapacaq. Ona görə də, yerini desən, sağ
qalacaqsan. – Kişi tapançanın lüləsini azca aşağı salıb kuratorun düz başını nişan
aldı. – Yoxsa, bu sirrə görə ölməyə də hazırsan?
Sonyer nəfəsini çəkdi.
Kişi yüngülcə başını əyib nişan aldı.
Sonyer əlacsız-əlacsız əllərini qaldırdı.
- Dayanın, - o mızıldandı. – Nə bilirəm, hamısını danışım sizə. – Və kurator
sözləri diqqətlə götür-qoy edib danışmağa başladı. O, bu yalanı dəfələrlə məşq
etmişdi və həmişə də dua edirdi ki, onu deməyə ehtiyac qalmasın.
O, danışıb qurtardıqdan sonra, onu təqib edən kişi özündən razı halda
gülümsədi:
- Hə. Bunu mənə başqaları da deyib.
Başqaları? – Sonyer ürəyində təəccübləndi.
- Mən onları da axtardım. – albinos dedi. – Üçünü də. Onlar da sənin indicə
dediyini təsdiqlədilər.
Bu ola bilməz! Axı kuratorun və onun üç nəfər senechaux-nun (köhnə
xidmətçilər – (fran.)-tər) kimliyi qədim sirr kimi müqəddəs və toxunulmaz idi. Bunu
onlar qoruyurdular. Amma, birdən Sonyer anladı: onun üç senechaux-u da
verdikləri vədə sadiq qalaraq, öldürülməzdən əvvəl eyni yalanı demişdilər. Bu da
onların niyyətlərinin bir hissəsi idi.
Kişi yenə nişan aldı.
- Ona görə də, sən öləndən sonra, mən dünyada həqiqəti bilən tək insan
olacam.
Həqiqəti! Kurator bu sözün qorxunc mənasını dərhal başa düşdü, situasiyanın
bütün dəhşəti ona aydın oldu. Əgər mən ölsəm, onda həqiqəti heç kim, heç vaxt
bilməyəcək. Və o, özünümühafizə instinkti ilə qaçmağa cəhd etdi.


Atəş açıldı, kurator döşəməyə sərildi. Güllə qarnından dəymişdi. O, dəhşətli
ağrıya dözərək sürünməyə çalışdı. Yavaşca başını qaldırıb dəmir hörmənin
arxasındakı qatilinə baxdı.
İndi kişi onun başını nişan almışdı.
Sonyer gözlərini qıydı, qorxu və təəssüf ona əzab verirdi.
Boş güllənin taqqıltısı dəhlizə yayıldı.
Sonyer gözlərini açdı.
Albinos təəccüblə öz silahına baxırdı. Əvvəl tapançanı təzədən doldurmaq
istədi, sonra nəsə fikirləşərək, Sonyerin qarnına işarə edib dedi:
- Mən öz işimi gördüm.
Kurator gözlərini aşağı dikib güllənin ağ köynəyində açdığı deşiyi gördü.
Sinəsindən bir neçə düym aşağıda yerləşən deşiyin ətrafı qırmızı qanla örtülmüşdü.
Mədə! Dəhşətli yanılma: güllə ürəyə yox, qarına dəymişdi. Kurator Əlcəzair
müharibəsinin veteranıydı və əzablı ölümləri az görməmişdi. On beş dəqiqə də
yaşayacaq, sonra mədə turşusu döş qəfəsinə keçib onu yavaş-yavaş zəhərləyəcək.
- Bilirsiniz müsyö, ağrı sizin xeyrinizədir, - albinos dedi. Və getdi.
Təklikdə qalan Cak Sonyer dəmir hörməyə baxdı. O tələdəydi, qapıları hələ
iyirmi dəqiqədən sonra açacaqdılar. Bundan sonra kim köməyə gəlsə də, xeyri
olmayacaq, o öləcək. Amma indi, onu dəhşətə gətirən öz ölümü deyildi.
Mən sirri kiməsə ötürməliyəm.
Ayağa qalxmağa cəhd edə-edə, qətlə yetirilmiş cəmiyyət üzvlərinin sifətini
xatırladı. Nəsillərdən nəsillərə ötürülən sirri, yerinə yetirdikləri missiyanı və bu
yolda canlarını fəda edən digər insanları yada saldı.
Qırılmaz biliklər zənciri.
İndi isə, bütün ehtiyat tədbirlərinə, bütün fəndlərə baxmayaraq, o, Cak
Sonyer, bu zəncirin yeganə halqasıdır, bu sirri bilən tək insandır.
Titrəyə-titrəyə, nəhayət ayağa qalxa bildi.
Mən nəsə bir yol tapmalıyam… O, Böyük qalereyadan çıxa bilmirdi. Bu bilikləri
ötürmək üçün isə dünyada yalnız bir insan var idi. Sonyer qaranlıq divarlara baxdı.
Onları dünyanın məşhur rəssamlarının əsərləri bəzəyirdi. Ona elə gəldi ki, bu
rəsmlər köhnə dostlar kimi təbəssümlə ona baxırlar.
Ağrıdan qıvrıla-qıvrıla, bütün bacarıq və gücünü işə salıb köməyə səslədi.
Qarşısında duran məsələ bütün qüvvəsini bir yerə cəm etməyi tələb edir. Bu, onun
ömründən qalan axırıncı saniyələri də əlindən alacaq.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə