Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

- Və biz, sənin babanla, - Mari söhbətinə davam etdi, - çox çətin, amma
mühüm qərar qəbul etdik. Özü də dərhal, bizə zəng edib sənin valideynlərinin
həlak olduğu xəbər veriləndən sonra. – Onun gözləri yaşardı. – Biz hamımız o
maşında getməliydik, altı nəfər. Amma xoşbəxtlikdən, son anda planlarımız
dəyişildi və sənin valideynlərin bizsiz getdilər. Biz Cakla, o dağ yolunda əslində nə
baş verdiyini öyrənə bilmədik… doğrudanmı bu, bədbəxt və təsadüfi hadisə idi?
Aydınlaşdıra bilmədik. – Mari gözlərini Sofidən çəkmirdi. – Biz bir şeyi bilirdik: öz
nəvələrimizi qorumalıyıq və bu qərar belə qəbul edildi. Cak polisə xəbər verdi ki,
maşında mən və sənin kiçik qardaşın da olub. Bizim meyitlərimizi, yəqin ki, çay
aparıb. Sonra biz ikimiz də gizlənməyə məcbur olduq. Priorat hər şeyi təşkil etdi.
Cak məşhur insan olduğu üçün, izsiz-tozsuz yoxa çıxa bilməzdi. Qərara alındı ki,
uşaqlardan böyüyü Sofi onunla Parisdə qalsın. Cakın və Prioratın himayəsi altında
tərbiyə alıb böyüsün. – o, səsini qısıb pıçıltı ilə dedi. – İkiyə bölünmüş ailə, bu
həyatda ən çətin sınağımız idi. Mən Cakla görüşürdüm, amma çox nadir hallarda
və həmişə də gizlicə… Prioratın qaydalarını gözləmək lazım idi.
Bu vaxt Lenqdon anladı ki, Mari yad adamların eşitməməsi lazım olan
xırdalıqlara keçmək istəyir. Ona görə də, artırmaya çıxdı. Budur, Roslinin tutqun
cizgilərinə baxa-baxa bu kilsənin gizlətdiyi sirr barədə düşünməyə başladı. Qraal
burda həqiqətən gizlədilsə, onda necə? Əgər belədirsə, şerdəki «qab» və «qılınc»
sözləri nəyi göstərir?..
- Verin aparım, - Mari deyib Lenqdonun əlini göstərdi.
- Təşəkkür edirəm, - Lenqdon boş fincanı ona uzatdı.
- Yox, mən o biri əlindəkinizi deyirəm, mister Lenqdon.
Lenqdonun sol əlində Sonyerin son şerinin yazıldığı papirus parçası vardı. Onu
kripteksdən çıxarmışdı ki, bəlkə, nəyisə diqqətdən qaçırdığını yoxlasın.
- Hə, əlbəttə, bağışlayın.
Mari papirusu alıb gülümsədi.
- Parisdə bankda işləyən birini tanıyıram. Bu mücrünü geri qaytarmaq üçün
çox şey verərdi. Andre Berne Cakın yaxın dostu idi. Cak da ona tamamilə etibar
edirdi. Andre Cakın ona verdiyi əşyanı qorumaq üçün hər şeyə hazır idi.
Hətta məni güllələməyə də, Lenqdon düşündü, amma bunu demədi. Həmçinin
yazığın burnunu sındırmağını da yada salmadı. Paris haqqında söhbət getdiyindən
o, dünən gecə öldürülmüş üç senechaux- u düşündü.
- Bəs, Priorat? İndi o, necə olacaq?
Artıq bütün vintciklər hərəkətə gəlib, mister Lenqdon. Təşkilat əsrlər boyu çox
əzablara dözüb, buna da dözəcək. Yerə düşmüş bayrağı qaldıran insanlar həmişə
tapılır.
Lenqdon, Sofinin nənəsinin də Prioratla sıx bağlı olduğundan şübhələndi.
Prioratın üzvləri arasında qadınlar əhmişə olub. Hətta onların dördü Böyük Ustad
rütbəsinə layiq görülüb. Ənənəvi olaraq senechaux-lar kimi olsalar da, qadınlar da
Prioratda yüksək pillələr tutub.


Lenqdon Tibinq və Vestminster abbatlığını xatırladı. Ona elə gəldi ki, bütün bu
hadisələr uzaq keçmişdə baş verib.
- Bəs Kilsə sizin ərinizə hansısa təzyiqlər etmişdimi? Ona Sanqril sənədlərini
açıqlamaması haqqında xəbərdarlıqlar olmuşdumu?
- İlahi, əlbəttə ki, yox. Günlərin sonu – hansısa paranoikin uydurmasıdır.
Prioratın doktrinasında bu sənədlərin açıqlanma tarixi barədə bir işarə də yoxdur.
Ümumiyyətlə, Priorat Qraal sənədlərini əbədi olaraq gizli saxlamaq niyyətində
olub.
- Əbədi? – Lenqdon sarsılmışdı.
- Bu sirr bizim öz ruhlarımızın xilası üçündür, Qraalın yox. Qraalın gözəlliyi
onun səmavi təbiətə malik olmasındadır. – İndi Mari Şovel də Roslin kilsəsinə tərəf
baxırdı. – Bəziləri üçün Qraale lə bir qabdır ki, onun içindəki mayedən bir udum
içsən əbədi həyata qovuşa bilərsən. Başqaları üçün – itirilmiş sənədlərin və onların
sirrinin axtarışıdır. Amma əksəriyyət üçün bu sadəcə böyük ideya idi… bu günkü
dünyanın ümumi xaosunda yolgöstərən ulduz rolunu oynayan ideya, həm də
parlaq və əlçatmaz xəzinə kimi. Bizi xilas edir və ruhlandırır.
- Amma Sanqril sənədləri aşkarlanmasa, Mariya Maqdalinanın sirri əbədi
olaraq itirələcək, - Lenqdon dedi.
- Nə üçün? Siz bir ətrafa baxın! Onun tarixçəsi təsviri incəsənətdə, musiqidə,
ədəbiyyatda əks olunub. Və günbəgün daha çox onun haqqında danışılır. Bu kəfkiri
saxlaamaq mümkün deyil. Biz keçmişimizdə hansı təhlükələrin gizləndiyini
anlamağa başlamışıq… indi əksər yolların bizi məhvə doğru apardığını başa
düşmüşük. Biz «Müqəddəs qadın başlanğıcı» ideyasını yenidən dirçəltməyin lazım
olduğunu hiss etmişik. – o, bir qədər susub əlavə etdi: - Siz dediniz ki, «müqəddəs
qadın başlanğıcı»nın simvolları barədə kitab yazırsınız. Düzdürmü?
- Bəli.
O gülümsündü:
- Onu tezliklə sonna çatdırın, mister Lenqdon. Bu mahnını ucadan oxuyun.
Dünyaya yeni trubadurlar lazımdır.
Lenqdon bu istəyin qiymətini anlamaq üçün susdu. Üfüqdə, meşənin üstündə
sütül ay görünürdü. O, yenə kilsəyə tərəf baxdı və onun sirrini öyrənmək üçün
alışıb-yandığını hiss etdi. Soruşma, o, özünə əmr etdi, hələ vaxtı deyil. O, Mari
Şovelin əlindəki papirusa baxdı.
- Soruşun, mister Lenqdon, - Mari gülə-gülə dedi, - Sizin buna haqqınız var.
Lenqdon qızardığını hiss etdi.
- Siz axı, Qraalın Roslin kilsəsində olub-olmadığını bilmək istəyirsiniz, elə
deyilmi?
- Bəs, siz bunu deyə bilərsiniz?
Mari köks ötürdü:
- Ah, siz kişilər! Qraalı sakit qoymaq istəmirsiniz! – deyə o, özündən razı halda
güldü. – Nə üçün hesab edirsiniz ki, Qraal ordadır?


Lenqdon onun əlindəki papirusu göstərdi.
- Ərinizin yazdığı şerdə Roslindən söhbət gedir, bu şübhəsizdir. Düzdür, burda
qab və qılınc haqqında da yazılıb, amma bu simvolları mən kilsədə görmədim.
- Qab və qılınc? – mari bir də soruşdu. – Sizcə bunlar necə təsvir olunur?
Lenqdon hiss etdi ki, Mari onunla oyun oynayır. Amma oyunun qaydalarını
qəbul edib bu simvolları qısaca təsvir etdi.
- Hə, əlbəttə, - Mari dedi. – Qılınc, yaxud tiyə kişinin rəmzidir. Düşünürəm ki,
onu belə də təsvir etmək olar, - deyə o, Lenqdonun ovcunda barmağı ilə
işarəsini çəkdi.
- Bəli, - Lenqdon başını tərpətdti.
- Bunun tərsi isə, qadın başlanğıcının simvoludur, yəni qabdır, - Lenqdon onun
ovcunda
işarəsini çəkdi.
- Düzdür, - Lenqdon dedi.
- Və siz deyirsiniz ki, Roslin kilsəsinin simvolları arasında bu işarələri
görməmisiniz?
- Görməmişəm.
- Əgər mən sizə göstərsəm, yatmağa gedəcəkmisiniz?
Lenqdon cavab verməyə macal tapmadı, Mari Şovel artırmadan düşüb kilsəyə
doğru addımladı. O, qadının arxasınca getdi. Mari kilsəyə girib işığı yandırdı və
döşəmənin ortasını göstərdi.
- Buyurun, baxın, Mister Lenqdon. Bu da sizə qılınc və qab.
Lenqdon daş plitələrə baxdı və heç nə görmədi.
- Amma burda…
Mari köks ötürüb daş plitələrin üstündə minlərlə insan ayağının xətt saldığı
yerlə addımladı. Lenqdon ona baxdı və yenə də ona heç nə deməyən nəhəng
- Axı bu, Davudun ulduzudur… - o, sözünü bitirmədən susdu. Hər şeyi
anlamışdı.
Qab və qılınc. İkisi birlikdə.
Davud ulduzu… qadın və kişinin müqəddəs birləşməsi… Süleymanın möhürü…
Lenqdonun söz tapıb deməsi bir dəqiqə çəkdi:
- Deməli, şerdə həqiqətən də Roslin kilsəsi barədə söhbət gedirmiş. Bəli, hər
şey uyğundur. Sadəcə idealdır.
Mari gülümsədi:
- Ola bilər.
Bu söz onu narahat etdi.
- Deməli, Qraal zirzəmidədir, bizim ayaqlarımızın altındadır?
Mari güldü:
- Yalnız rəmzi mənada. Prioratın lap qədim qərarına görə Qraal Fransaya
qaytarılmalı və əbədi olaraq orda qalmalıydı. Əsrlər boyu Qraalı ehtiyat tədbiri
olaraq bir ölkədən o biri ölkəyə aparıb, onun gizlədildiyi yerləri dəyişirmişlər.


Amma Cak, Prioratın Böyük Ustadı olduqdan sonra, Qraalı Fransaya qaytarmağı
qarşısına məqsəd qoymuşdu. Və orda Qraala layiq sərdabə tikdirməyi
qərarlaşdırmışdı.
- O, buna müvəffəq olub?
Marinin üzü ciddiləşdi:
- Mister Lenqdon, sizin mənim və ailəmiz üçün etdiklərinizi qiymətləndirib,
sualınıza tam aydın cavab vermək istəyirəm. Qraal burda deyil.
Lenqdon razılaşmaq istəmirdi:
- Amma guşəli daş Qraalın olduğu yeri göstərməlidir. Bəs, onda nə üçün şerdə
Roslin barədə söhbət gedir?
- Ola bilər ki, siz şerri düzgün yozmamısınız. Qraal həmişə sirlər əhatəsində
olub. Bunu unutmayın. O, insanları daim cəzb edib. Mənim ərim idə eləcə.
- Amma bu aydındır, - Lenqdon geri çəkilmək istəmirdi. – Biz zirzəminin
üstündə durmuşuq, həm də qab və qılınc işarələrinin olduğu yerdə, başımızın
üstündə usta-masonların əl işləri ilə, ulduzlarla bəzədilmiş tavan var. Burda hər şey
Qraalı göstərir!
- Çox gözəl. Amma verin, şerə bir də baxım. – O, papirusu açıb şerri bərkdən
oxudu:
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Orda girişi qab və qılınc qoruyur.
Usta əli ilə bəzədilmiş Qraal,
Ulduzların altında uyuyur.
Marinin dodaqlarında təbəssüm vardı.
- Ah, Cak!
Lenqdon ondan gözünü çəkmirdi.
- Siz bildinizmi hardadır?
- Mister Lenqdon, siz bu döşəməyə baxıb özünüz də əmin oldunuz ki, ən sadə
və aydın şeyi başqa şəkildə görməyin çoxlu üsulu var.
Lenqdon hər şeyi anlamağa çalışırdı, amma bacarmırdı. Cak Sonyerin hər bir
yazısının ikili mənası vardı, amma son ismarıcının mənasını tapmaq daha daha
çətin idi. Mari əsnədi.
- Mister Lenqdon, sizə etiraf etməliyəm ki, Qraalın yerini mənə heç zaman
deməyiblər. Amma mən çox nüfuzlu insanın arvadı idim… və qadın intuisiyam heç
vaxt məni aldatmayıb! –Lenqdon nəsə demək istədi, amma o, qoymadı. – Mən çox
təəssüf edirəm ki, bu qədər əzab-əziyyətdən sonra siz Roslindən bu suala konkret
cavab almadan gedəcəksiniz. Amma içimdə bir hiss var: siz gec-tez axtardığınızı
tapacaqsınız. Bir gün yuxudan oyanıb hər şeyi anlayacaqsınız. – O, gülümsədi. –
Anladıqda isə… sizə inanıram, bunu gizli saxlayacaqsınız.
Qapının ağzında addım səsləri eşidildi.
- Siz burdaymışsınız! – Sofi ucadan deyib içəri girdi.


- Mən artıq gedirəm, - Mari deyib nəvəsinə yaxınlaşdı, - gecəniz xeyrə qalsın,
Prinsessa! – O, Sofinin alnından öpdü. – Mister Lenqdonun vaxıtını çox alma, o da
yorğundur.
Lenqdonla Sofi evə tərəf uzaqlaşan Marinin ardınca baxdılar. Birdən Sofi
Lenqdona yaşıl gözləri ilə baxdı.
- Bunu mən heç gözləmirdim.
- Mən də həmçinin, - Lenqdon gülümsəd. Sofi öz ailəsinin tarixçəsindən şaşırıb
qalmışdı. Bu gün onun öyrəndikləri həyatını tamam alt-üst etmişdi.
- Siz necəsiniz? Anlayıram, bütün bunları dərhal qəbul etmək çox çətindir…
- İndi mənim ailəm var. Əsas budur. Amma hardan gəlib hara getdiyimizi
anlamaq üçün vaxt lazımdır.
Lenqdon susdu.
- Siz bizimlə qalacaqsınız? – Sofi soruşdu. – Heç olmasa bir neçə günlüyə.
Lenqdon köks ötürdü. O, bunu hər şeydən çox istəyirdi.
- Siz doğmalarınızın yanında olmalısınız, onlara alışmalısınız. Sabah mən Parisə
qayıdıram, Sofi.
Onun gözlərində məyusluq vardı, amma deyəsən, hər kəs üçün belə yaxşı
olduğunu anlamışdı. Onlar uzun müddət susdular. Nəhayət, Sofi onun əlindən
tutub birlikdən kilsədən çıxdılar. Onlar Roslinin yaxınlığındakı təpəciyə tərəf
addımlayırdılar. Buludlar dağılmışdı, səmada yenə aypara göründü. Sofi və Robert
əl-ələ tutub, şotland mənzərəsinə dinmədən baxırdılar.
Səmada parıldayan ulduzların içində, qərb tərəfdə, üfüqə yaxın yerdə daha
parlaq olan biri vardı. Lenqdon dərhal onu tanıdı və gülümsədi. Zöhrə. Qədim və
gözəl ilahə gümüşü işıqla parıldayırdı.
Gecənin düşməsi ilə hava sərinləmişdi. Lenqdon oğrun-oğrun Sofiyə baxdı. O,
gözlərini yummuşdu, üzündə təbəssüm vardı. Lenqdon öz gözlərinin də
yumulduğunu hiss edirdi. O, Sofinin əlini sıxdı.
- Sofi…
O yavaş-yavaş gözlərini açdı. Onun üzü ay işığında daha gözəl görünürdü.
Sonra Lenqdona baxıb gülümsündü:
- Salam.
Və birdən Lenqdon sabah Parisə onsuz gedəcəyini düşünüb məyus oldu.
- Mən sübh tezdən gedəcəm, siz yəqin ki, bu vaxt yatacaqsınız, - o deyib
susdu. Boğazını qəhər tutmuşdu. – Bağışlayın. Mən bir az…
Sofi onun yanağına isti və yumşaq ovcu ilə sığalladı. Sonra qabağa əyilib onu
öpdü.
- Biz indi nə vaxt görüşəcəyik?
Lenqdon onun gözəl, yaşıl gözlərində əridiyini hiss etdi.
- Nə vaxt? – O, bir anlığa düşündü. – Hə… e-e… gələn ay mən mühazirə
oxumağa gedirəm. Florensiyadakı konfransa. Bir həftə orda olacam.
- Bu dəvətdir?


- Biz rahat yaşayacağıq. Mənim üçün «Brunelleski» otelində nömrə tutulub.
Sofi gülümsədi:
- Özünüzə yaxşı qulluq edirsiniz, mister Lenqdon.
O, yüngülcə ağız-burnunu büzdü. Doğrudan da, heç hənanın yeri deyildi.
- Mən demək istəyirdim ki…
- Mən səninlə ən çox Florensiyada görüşmək istəyirdim, Robert. Amma bir
şərtlə. – O ciddiləşdi. – Heç bir muzey, kilsə, sərdabə, rəsm əsəri-filan olmasın!
Razılaşdıq?
- Florensiyadamı? Amma onrda bunlardan başqa bir şey yoxdur.
Sofi yenə də onu öpdü, amma bu dəfə dodaqlarından. Onlar qucaqlaşdılar,
əvvəl zərifcə, sonra ehtirasla. Onlar aralananda Lenqdon onun gözlərindəki vədi
oxudu.
- Yaxşı, - o, başını tərpətdi və xırıltılı səslə əlavə etdi. – Razılaşdıq.
EPİLOQ
Robert Lenqdon sanki təkandan ayıldı. O, yuxu görürdü. Gözlərini ovuşdurub
stolun arxalığında üstünə «RİTS OTELİ, PARİS» yazılmış xalatı gördü.
Lenqdon özünü əla hiss edirdi. O, yaxşıca yatmışdı, son iki günü demək olar ki,
yataqdan durmamışdı. O, yavaş-yavaş oturdu və birdən yuxudan niyə qəfil
oyandığını anladı… qəribə, tamamilə gözlənilməz bir fikir. O, bir neçə gün boyu
beyninə sel kimi axan məlumatları götür-qoy etmişdi. Və budur, indi əvvəllər
nəzərdən qaçırdığı şeyi xatırladı.
Bu mümkündürmü?
Sonra yataqdan qalxıb mərmər vanna otağına keçdi. Duş qəbul etdi. Yox, bu
fikrin axırına çıxacaqdı.
Ola bilməz.
İyirmi beş dəqiqə sonra Lenqdon «Rits» otelindən çıxıb Vandom meydanına
gəldi. Gecə yaxınlaşırdı. Yatıb qaldığından vaxtın neçə olduğunu bilməsə də, beyni
saat kimi dəqiq işləyirdi. O, özünə söz vermişdi ki, otelin birinci mərtəbəsindəki
kafeyə qaçıb bir fincan südlü qəhvə içəcək, amma ayaqları sözünə baxmayıb onu
Parisin küçələrinə çıxartdı.
Ryu de Pti Şamp küçəsi ilə şərqə doğru addımlayan Lenqdonun həyəcanı
getdikcə artırdı. Sonra cənuba tərəf ryu Rişelye küçəsinə döndü. Yaxınlıqdakı Pale-
Royal bağından ətrafa yasəmən ətri yayılmışdı.
O, axtardığını görənə qədər getməyə davam etdi. Qarşıda, cilalanmış qara
mərmərdən olan məşhur kral arkadası görünürdü. Lenqdon onun altına gəlib
dayandı. Ayağının altındakı plitələrə baxdı. Bir neçə saniyədən sonra ona lazım
olan şeyi gördü: düz xətt şəklində plitələrə bəridilmiş bir neçə bürünc medalyon.
Hər bir medalyonun diametri beş düym idi və «N», «S» hərfləri ilə işarələnmişdi.
Nord. Sud. (Şimal. Cənub – frans.)


O, üzünü cənuba tərəf çevirib medalyonların yaratdığı xətt üzrə addımladı.
Gözlərini səkidən çəkmirdi. «Komedi-Frans» tininə çatanda ayağının altında bir
medalyon da gördü. Hə, belə də olmalıdır!
Lenqdon hələ çoxdan bilirdi ki, Parisin küçə və səkilərində, həyətlərində yerə
bərkidilmiş 135 bürünc medalyon var. Medalyonun yerləşdiyi xətt şəhəri şimaldan
cənuba doğru kəsirdi. O, hətta bir dəfə bu xətt boyunca gedərək, Sakre-Kerdən,
sonra da Senadan keçərək Qədim Paris Observatoriyasına çıxmışdı. Məhz orda bu
xəttin mənasını anlamışdı.
İlk yer meridianı.
Yerin ilk sıfırıncı uzunluğu.
Parisin qədim Qızılgül xətti.
Ryu de Rivoli küçəsi ilə tələsərək addımlayan Lenqdon hədəfə çox yaxın
olduğunu hiss edirdi. Bir məhəllə də və…
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Hər şey uyğundur!.. Sonyerin şerindəki «Roslin» sözünün kökü… qab və
qılınc… qədim ustaların bəzədiyi sərdabə…
Deməli, Sonyer mənimlə bu haqda danışmaq istəyirmiş! Bəli, yəqin ki, bu
belədir. Özüm də bilmədən, həqiqətə yaxın olmuşam.
Lenqdon ayağının altında onu məqsədilə doğru aparan Qızılgül xəttini hiss
edib qaçmağa başladı. Rişelye Passacının uzun tunelinə girəndə həyəcandan
tüklərinin biz-biz durduğunu hiss etdi. O, tunelin sonunda Paris heykəllərinin ən
müəmmalısı, Sfinks ləqəbli Fransua Mitteranın tapşırığı ilə tikilmiş abidə idi.
Şayilərə inansaq, Mitteran da gizli cəmiyyətlərdən birinin üzvü olmuşdu.
Lenqdon tövşüyə-tövşüyə tuneldən çıxıb, özünü ona tanış olan həyətdə gördü.
Və dərhal yerində quruyub qaldı. Sonra yavaş-yavaş, sanki möcüzəyə inanırmış
kimi, gözlərini qaldırıb onu gördü.
Luvrun piramidası.
O, qaranlıqda parıldayırdı.
Amma Lenqdon bu səhnəyə bircə saniyə baxdı. Onu daha çox sağ tərəfdə
nəyin olduğunu maraqlandırırdı. O çevrilib görünməz Qızılgül xətti ilə addımladı və
Karuzel de Luvr meydanına çıxdı. Burda şüşədən nəhəng dairə vardı. Onu
həmişəyaşıl kolları dövrələmişdi. Məhz burda qədim vaxtlarda ilahəyə sitayişlə
bağlı bütpərəstlik ayinləri keçirilərmiş.
London kolluğunun üstündən keçib, sanki başqa dünyaya düşdü. Dairənin
ortasında Fransadakı abidələrin ən qeyri-adisi qoyulmuşdu. Sanki yerdən şüşə
prizma çıxırdı. Onun bir neçə gün bundan əvvəl, Luvrun yeraltı binasına girən
zaman gördüyü nəhəng çevrilmiş piramida.
La Pyramide İnversee.
Həyəcandan ürəyi döyünən Lenqdon dairənin kənarına gəlib aşağı, muzeyin
yeraltı kompleksinə baxdı. O, nəhəng çevrilmiş piramidadan başqa, onun altında
olan tikilini də gördü.


O, baxır və belə bir şeyin mümkün olduğuna inana bilmirdi. Çevrilib Luvra
baxdı, ona elə gəldi ki, binanın hündür divarları onu hər tərəfdən ağuşuna alıb…
dünyanın ən qiymətli sənət əsərlərinin toplandığı sonsuz zallar və qalereyalar.
Da Vinçi… Bottiçelli…
Usta əlləri ilə bəzədilmiş…
O, yenə də aşağı baxdı.
Mən ora düşməliyəm!
Lenqdon dairədən çıxıb tələsə-tələsə həyətə keçdi və nəhəng piramidaya tərəf
qaçdı. Muzeyin girişi də burdan idi. Lenqdon fırlanan qapını itələyib holla girdi və
piramidanın daxilində yerləşən spiralvari pilləkənlə aşağı düşdü. Hava getdikcə
soyuyur. Və budur o, lap aşağı düşüb, çevrilmiş piramidaya uzanan tunnelə girdi.
Tunelin sonunda geniş zal vardı. Düz onun qarşısında, tavandan çevrilmiş
piramida asılmışdı. Par-par parıldayan, şüşədən düzəldilmiş, konturları «V» hərfi
şəklində olan piramida.
Qab!
Lenqdon ona diqqətlə baxdı. Döşəmədən altı fut hündürlüyündə asılmış şüşə
piramida. Və düz onun altında daha bir fiqur vardı. Lap balaca.
Miniatür piramida. Cəmisi üç fut hündürlüyündə. Bu nəhəng kompleksdə
yegakə balaca əşya idi.
Lenqdon öz əlyazmasında, Luvrun ilahə kultuna aid əşyalar kolleksiyasına həsr
etdiyi fəsildə bu kiçik piramidaya ötəri toxunmuşdu. Bu miniatür piramida
döşəmədən sanki aysberqin təpəsi kimi çıxmışdı… yerin altında, nəhəng piramida
şəkilli gizli kameranın zirvəsi…
İşıqlanmış iki piramida sanki bir-birini göstərirdi. Onların mərkəzi oxu bir xətt
üzərində yerləşirdi, ucları demək olar ki, bir-birinə toxunurdu.
Qab yuxarıda. Qılınc aşağıda.
Qab və qılınc orda girişi qoruyur. Lenqdona elə gəldi ki, sanki Mari Şovelin
səsini eşidir. Gec-tez siz axtardığınızı tapacaqsınız.
O, qədim Qızılgül xəttinin altında, köhnə ustaların əl işlərinin əhatəsində
durmuşdu. Yalnız indi, ona elə gəldi ki, Böyük Ustadın şerinin əsil mənasını anlayıb.
Yuxarı baxıb şüşə qübbədən ulduzlu səmanı gördü.
Ulduzların altında o, yuxuya dalıb.
Sanki qaranlıqdakı ruhların pıçıltısını eşitdi, unudulmuş sözlər qübbənin
altında əks-səda verdi. Qraalın axtarışı – Mariya Maqdalinanın qəbri önündə baş
əyməkdir. Bu, qovulmuş qadının müqəddəs şəxsiyyəti qarşısında dua etməkdir.
Və içindən gələn səsə qulaq asaraq, Robert Lenqdon dizləri üstə düşdü.
Bir anlığa ona elə gəldi ki, qadın səsi eşidir. Uçurumdan, yerin dərinliklərindən
eşidilən pıçıltını…Əsrlərdən gələn müdrik səsi…

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə