Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   10   11   12   13   14   15   16   17   ...   115

Hələlik onlar heç bir səhvə yol verməmişdilər.
Şübhəli adamın günahkar olmasına Faşın hansı sübutlara əsaslanaraq əmin
olduğunu, Kolle hələ bilmirdi. Amma bilirdi ki, Öküzün intuisiyası heç vaxt yalan
demir. Ümumiyyətlə, Faşın intuisiyası zaman-zaman qeyri-adi təsir bağışlayırdı.
Allah özü onun qulaqlarına pıçıldayır – Faş növbəti dəfə özünün altıncı hissini
nümayiş etdirərkən agentlərdən biri demişdi. Və Kolle etiraf etməyə məcbur idi ki,
əgər Allah varsa, onda Öküz ləqəbli Faş onun sevimlisidir. Kapitan başqa
məmurlara nisbətən tez-tez kilsməyə dua oxumağa gedirdi. Bu isə onun imicini
qoruyurdu. Bir neçə il əvvəl Roma papası Parisə təşrif buyuranda Faş əlindən
gələni etmişdi ki, onun audensiyasına düşsün. İndi Papa ilə birlikdə çəkdirdiyi şəkil
onun kabinetindən asılmışdı. Papa Öküzü – o vaxtdan agentlər onu belə
çağırırdılar.
Katolik kilsələrində uşaqbazlıq qalmaqalı baş verəndə adətən çıxış və
bəyanatlardan qaçan Faşın bu hadisəyə kəskin surətdə reaksiya verməsini Kolle
qəribə və hətta gülünc hesab etmişdi. O vaxt Faş bəyanat vermişdi ki, bu rahibləri
iki dəfə asmaq lazımdır. Bir dəfə uşaqlara qarşı cinayət işlətdiklərinə görə, ikinci
dəfə isə – katolik kilsənin təmiz adını ləkələdiklərinə görə. Kolledə o vaxt belə
təəssürat yaranmışdı ki, ikinci səbəb Faşı daha çox özündən çıxarmışdı.
Kompüterin arxasına keçən Kolle bu günkü işi ilə – izləmə sisteminə baxmaqla
məşğul oldu. Ekranda binanın cinayət baş verən hissəsinin mərtəbə-mərtəbə
detallı planı göründü. O, bu sxemi Luvrun təhlükəsizlik şöbəsindən almışdı.
Mausun düyməsini basaraq Kolle qalereya və dəhlizlərin qarmaqarışıq labirintinə
diqqətlə baxırdı. Və nəhayət axtardığı tapdı.
Böyük Qalereyanın axırında kiçik qırmızı nöqtə yanıb-sönürdü.
La marque (nişangah – frans.)
Bəli, bu gün Faş öz qurbanını yaman sıxma-boğmaya salıb. Belə yaxşıdır. Təkcə
Robert Lenqdonun soyuqqanlılığına təəccüb etmək qalır.
IX FƏSİL
Onun Lenqdonla söhbətinə heç kəsin qulaq asmadığına əmin olmaq üçün Bezu Faş
hətta Mobil telefonunu da söndürmüşdü. Bədbəxtlikdən, bu, ikitərəfli radio kanalı
olan çox bahalı model idi və onun əmrlərinin əksinə olaraq agentlərdən biri rəislə
operativ əlaqə saxlamaq üçün bundan istifadə edirdi.


- Capitaine? – Dəstəkdə xışıltılı səs eşidildi.
Faş qəzəblə dişlərini sıxdı. Şübhəli şəxslə söhbətin ən əsas yerində, bu kritik
məqamda görəsən, mühüm olan nə baş vermişdi ki, Kolle birdən-birə cəsarətlənib
zəng etsin?
- Oui? (Bəli? – frans.)
- Capitaine, un agent du Departement de Cryptographic est arrive. (Kapitan,
Kriptoqrafiya şöbəsindən agent gəlib – frans.)
Faşın qəzəbi dərhal soyudu. Kriptoqraf? Əlbəttə, indi vaxtı deyilsə də, qoy
olsun, pis xəbər deyil. Sonyerin döşəmədəki sirli yazısını görən kimi Faş cinayət
yerinin şəkillərini kriptoqrafiya şöbəsinə vermişdi. O ümidlə ki, bəlkə
mütəxəssislərdən hansısa Sonyerin nə demək istədiyini aydınlaşdıra bildi. Əgər
indii xüsusi şifr gəlibsə, o deməkdir ki, onlar Sonyerin yazdıqlarının mənasını
anlayıblar.
- Mən məşğulam, - Faş elə tonda dedi ki, bu zəngdən məmnun olmadığını
biruzə verə bilsin. – Kriptoqrafdan xahiş et ki, komandir postunda gözləsin. İşimi
qurtaran kimi o cənabla söhbət edəcəm.
- O xanımla, - xəttin o biri ucunda onun səhvini düzəltdilər, - bu, agent
Nevedir.
Faşın əhvalı dərhal korlandı. O, Sofi Neveni Məhkəmə Polisi İdarəsinin ən
böyük səhvlərindən biri hesab edirdi. Kriptoqrafiyanı Londonda öyrənən bu gənc
parisli qızı polisə daha çox sayda qadınların cəlb olunması ilə əlaqədar Nazirliyin
başladığı kampaniya zamanı, iki il əvvəl rəhbərlik Faşın şöbəsinə zorla təyin
etmişdi. Bu siyasətin güc strukturlarını zəiflədəcəyinə əmin olan Faşın fikirlərini
Nazirlikdə qətiyyən eşitmək istəməmişdilər. Qadınlar təkcə fizioloci
xüsusiyyətlərinə görə polisdə işləməyə yararlı deyil, onların elə qadın olması
kişilərə neqativ təsir göstərir, onları işdən ayırır və süstləşdirir. Faşın əndişəsi
özünü doğrultdu: Sofi Neve onun əməkdaşlarını işdən yayındırmaqda böyük
məharət sahibi idi və bu, pis nəticələrə də gətirib çıxarmışdı.
Otuz iki yaşlı xanım qətiyyətli, həm də inadkar idi. O, Britaniyada istifadə
olunan yeni metodologiyanın üstünlüyünü sübut etməklə, fransız kriptoqrafiya
ustalarını öz üzərinə qaldırmışdı. Lakin, Faşı ən çox narahat edən o idi ki, şöbənin
bütün kişilərinin gözü daim bu gənc, cəlbedici qadına zillənirdi.
- Agent Neve sizinlə dərhal, elə indicə görüşmək istəyir, kapitan, - dəstəkdən
eşidildi, - Mə nonu dayandırmaq istədim, amma o, artıq Qalereyaya tərəf gəlir.
Faş əsəbləşdi.
- Yox, bu daha heç nəyə sığmır! Axı, mən demişdim ki…
Robert Lenqdona elə gəldi ki, indicə Faş özündən gedəcək. O, sözlərini
tamamlamadı, çənəsi sallandı, gözləri qanla doldu. Və bu gözlər Lenqdonun
arxasına tərəf dikildi. Lenqdon çevrilməyə macal tapmamış gənc qadının melodik
səsini eşitdi:
-Excusez-moi, messieures (Bağışlayın, cənablar – frans.)


Lenqdon çevrilib gənc qadını gördü. O, dəhlizlə yüngül və qəti addımlarla düz
onlara tərəf gəlirdi. Onun hər bir hərəkətində incəlik vardı. Dizlərinə qədər uzun,
açıq sarı rəngli sviter və qara lengins geyinmişdi. Kifayət qədər cazibədardır,
Lenqdon düşündü, otuz yaşı olar. Kürən-şabalıdı rəngli qalın saçları çiyinlərinə
tökülmüşdü. O, Harvarddakı pəhriz saxlayan ərköyün sarışın qızlardan tamam
fərqlənirdi. Bu qadın nəinki gözəl və təbii idi, həm də inamlı, güclü və məlahətli
görünürdü.
Lenqdonun təəccübünə rəğmən, qadın düz ona yaxınlaşıb əlini uzatdı:
- Müsyö Lenqdon? Mən, Məhkəmə Polisi İdarəsinin Kriptoqrafiya şöbəsinin
agenti Neveyəm. – O, ingiliscə fransız aksenti ilə danışırdı, bu isə onun nitqinə
xüsusi gözəllik verirdi. – Sizinlə tanış olmağıma şadam.
Lenqdon onun incə əlini öz əlinə aldı və hiss etdi ki, bu gözəl gözlərin baxışı
altında özünü bir təhər hiss edir. Onun gözləri aydın, yaşıl rəngdə idi.
Faş hirslə dişlərini sıxaraq nəfəsini çəkdi.
- Kapitan, - qadın, sanki bunu hiss edərək ona tərəf çevrildi, - mane olduğum
üçün bağışlayın, amma…
- Ce n’est pasle moment! (İndi uyğun vaxt deyil! – frans.) – Faş hirslə dedi.
- Mən zəng etməyə çalışdım, - Sofii Lenqdona hörmət əlaməti olaraq ingiliscə
danışmağa davam etdi, - amma sizin mobil telefonunuz söndürülüb.
- Mən onu qəsdən söndürmüşəm, - Faş acıqlandı. – Mister Lenqdonla
söhbətimə heç kəsin mane olmaması üçün.
- Mən rəqəmli kodun şifrəsini açmışam, - qadın dedi.
Lenqdonun ürəyi sevinclə döyündü. O, kodun şifrəsini açıb?
Faş, bu xəbərə necə reaksiya verəcəyini bilmədiyindən susdu.
- Bir az sonra izah edərəm, - Sofi dedi. – Məndə mister Lenqdon üçün təcili
informasiya var.
Faşın üzü təəccübdən əyildi:
- Mister Lenqdon üçün?
O, başını tərpədib Lenqdona tərəf çevrildi:
- Sizdən ABŞ səfirliyi ilə təcili əlaqə yaratmağınızı xahiş edirlər. Ştatlardan sizə
məktub var.
Lenqdon təəccübləndi və eyni zamanda da həyəcanlandı. Ştatlardan məktub?
Axı kimdən? Bu, kim ola bilər? - o, düşünməyə çalışdı. Onun Parisdə olduğunu iş
yoldaşlarından yalnız bir neçəsi bilirdi.
Bu xəbər, deyəsən, Faşın xoşuna gəlmədi.
- ABŞ səfirliyi? – o, şübhəylə dilləndi. – Axı onlar hardan bilirlər ki, mister
Lenqdon burdadır?
Sofi çiyinlərini çəkdi:
- Yəqin ki, onlar mister Lenqdondan ötrü mehmanxanaya zəng ediblər. Qapıçı
isə deyib ki, onu Məhkəmə Polisinin agenti aparıb.
Faş narahat oldu:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə