Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   ...   115

III FƏSİL
Təravətli aprel küləyi «Sitroen-ZX»-in açıq pəncərəsindən içəri vururdu. Maşın
Opera binasının yanından keçib, cənuba döndü və Vandam meydanına çıxdı.
Sərnişin oturacağında əyləşmiş Robert Lenqdon yanından şütüyüb keçən küçələri
kədərlə seyr edir və fikrini cəmləməyə çalışırdı. Oteldən çıxmazdan əvvəl o, üzünü
qırxıb duş qəbul etmişdi və kifayət qədər təmkinli görünürdü. Amma ürəyindəki
narahatçılıq sakitləşmirdi. Dəhşətli şəkil, döşəmədəki meyid gözünün qabağından
çəkilmirdi.
Cak Sonyer ölüb.
Lenqdon onun ölümünü şəxsi itkisi kimi qəbul etdi. Qaradinməz insan, az qala
zahid kimi tanınmasına baxmayaraq, Cak Sonyerin incəsənətin bilicisi kimi böyük
nüfuzu vardı. Və onunla bu mövzuda istənilən qədər danışmaq olardı. Lenqdon öz
mühazirələrində Pussenin və Tenirsin rəsmlərindəki gizli kodlar barədə onun
yazdığı kitabdan yorulmadan sitatlar gətirərdi. Lenqdon Sonyerlə görüşünü çox
gözləmişdi və kurator gəlmədikdə kədərlənmişdi.
Yenə də təsəvvüründə eybəcər hala salınmış meyid dayandı. Cak Sonyer
özünü niyə öldürsün?… İnanılası deyil. Lenqdon dəhşətli təsviri başından çıxarmaq
üçün pəncərəyə tərəf döndü. Küçələr daralırdı, döngələr artırdı, satıcılar şəkərli
badam dolu arabaları sürürdülər, ofisiantlar zibil torbalarını qapılardan çıxarıb
yolun kənarına qoyurdular. Evlərinə gecikmiş sevgililər səkidəcə qucaqlaşmışdılar,
sanki gənclər yasəmən ətirli yaz gecəsinin soyuğunda qızınmağa çalışırdılar.
«Sitroen» bu xaosda qətiyyətlə irəliyə can atırdı, sirena səsi hərəkəti bıçaq kimi
kəsirdi.
- Kapitan biləndə ki, siz hələ Parisdən getməmisiniz, çox sevindi. – agent dedi.
O, oteldən çıxdıqdan sonra Lenqdonla ilk dəfə kəlmə kəsdi. – Xoşbəxt təsadüfdür.
Amma, Lenqdon özünü heç də xoşbəxt hesab etmirdi, təsadüflərə gəlincə, o,
ümumiyyətlə bunlara inanmırdı. Ömrünü müxtəlif dünyagörüşləri ilə simvollar
arasında gizli əlaqənin öyrənilməsinə sərf edən Lenqdon, dünyanı tarix və
hadisələrdən hörülmüş tor kimi qiymətləndirirdi. Bu əlaqələr görünməz ola bilər, -
o, Harvarddakı məşğələlərində deyirdi, - lakin onlar mütləq mövcuddur, ancaq çox
dərində gizlənib.
- Mən belə başa düşürəm, - Lenqdon dedi, - Parisin Amerika universitetində
sizə deyiblər ki, mən hələlik qalıram.


Sürücü başını buladı:
- Yox. İnterpolda.
- Ah, əlbəttə ki, İnterpol, - Lenqdon düşündü. O, tamam yaddan çıxarmışdı ki,
Avropa otellərində qeydiyyat zamanı pasportların tələb olunması formal xarakter
daşımır. Bu qanunun hökmü idi. Və İnterpolun əməkdaşları bu gecə bütün
Avropada kimin harda yatmasını bilirdilər. Lenqdonu «Rits»də tapmaq çətin
deyildi, bunun üçün çox yox, beşcə saniyə vaxt lazımdı.
«Sitroen» sürətini artıraraq şəhərin cənub istiqamətində hərəkət edirdi,
uzaqda, azca sağ tərəfdə Eyfel qülləsinin işıqlanmış silueti görünürdü. Onu görcək,
Lenqdon Vittoriyanı xatırladı. Bir il əvvəl onlar bir-birinə zarafatyana söz
vermişdilər ki, hər altı aydan bir yer kürəsinin ən romantik yerində görüşsünlər.
Lenqdonun fikrincə Eyfel qülləsi də bu siyahıda idi. Kədərli də olsa, o, Vittoriya ilə
Romanın səs-küylü aeroportlarından birində ayrılmış və o vaxtdan bəri hələ də
görüşməmişdilər.
- Siz ora qalxmısınız? – agent soruşdu.
Lenqdon təəccüblə qaşlarını qaldırdı, sualı düz başa düşdüyünə əmin deyildi.
- Bağışlayın?
- O gözəldir, elə deyilmi? – agent başı ilə Eyfel qülləsini göstərdi. – Siz nə
vaxtsa ora qalxmısınızmı?
- Yox, mən qülləyə qalxmamışam.
- O, Fransanın simvoludur. Şəxsən mən onu çox mükəmməl hesab edirəm.
Lenqdon fikirli-fikirli başını tərpətdi. Simvolika sahəsinin mütəxəssisləri tez-tez
qeyd edirlər ki, hərbi feminizmlə, Napoleon və Gödək Pipin kimi miniatür
diktatorları ilə məşhur Fransaya milli simvol – hündürlüyü min futlarla ölçülən bu
dəmir fallos heç yaraşmırdı.
Budur, onlar ryu de Rivoli yolayrıcına çatdılar, qırmızı işıq yanırdı, amma
«sitroen» dayanmaq ya da sürəti azaltmaq fikrində deyildi. Agent sürəti artırdı,
avtomobil yolayrıcını keçib məşhur Tüilri bağının şimal girişinə tərəf şütüdü. Əksər
turistlər bu parkın adını doğru tərcümə etmirlər, Yardins des Tuilries, nə üçünsə
elə hesab edirlər ki, bu, parkda bitən minlərlə tülpana görə belə adlandırılıb.
Əslində isə «Tuilries» sözü qətiyyən belə romantik məna daşımır. Parkın yerində
nə vaxtsa böyük bir çala olub, parislilər burdan kirəmit – tuiles düzəltmək üçün
palçıq çıxarırdılar.
Onlar adamsız parka girdilər və agent dərhal sürəti azaldıb sirenanı söndürdü.
Lenqdon bahar təravəti hopmuş havanı acgözlüklə içinə çəkib sakitlikdən həzz aldı.
Halogen lampaların soyuq işığında cığırlara tökülmüş çınqıl daşlar işıldadı. Təkərlər
yuxugətirici hipnotik ritmlə xışıldadı. Lenqdon həmişə Tüilri bağını müqəddəs yer
hesab etmişdi. Burda Klod Mone rənglər və formalarla təcrübə apararaq
impressionistlər hərəkatının əsasını qoymuşdu. Nə isə, bu gün burda başqa, qəribə
bir aura vardı – pis hisslərlə dolu.


«Sitroen» sola döndü və parkın mərkəzi xiyabanı ilə şərqə tərəf hərəkət etdi.
Dairəvi gölü geridə qoyub, daha bir xiyabandan keçdi və Lenqdon irəlidə bağın
nəhəng daş tağlı çıxışını gördü.
Arc du Carrousel – Karuzel tağı. Qədimdə bu tağın altında vəhşi rituallar,
orgiyalar təşkil olunurdu, lakin incəsənət aşiqləri buranı tamam başqa səbəbə görə
xoşlayırdılar. Burdan, Tüilrinin çıxışındakı açıqlıqdan, müxtəlif səmtlərdə yerləşən
dörd incəsənət muzeyi görünürdü.
Sağ tərəfdə, Sena çayının o biri sahilindəki Volter küçəsində, Lenqdon köhnə
dəmiryol vağzalının işıqlanmış fasadını görürdü, indi burda çox maraqlı dOrse
muzeyi yerləşirdi. Sol tərəfə baxsan, nəhəng ultramüasir Pompida Mərkəzinin
yuxarı hissəsini görərdin, burda müasir incəsənət muzeyi qərar tutmuşdu. Lendon
bilirdi ki, ağaclardan da hündür olan Ramsesin qədimdən qalma daş abidəsi durur.
Burda isə Ce-de-Pom muzeyi vardı.
Və nəhayət irəlidə, şərqə tərəf, Renessans dövründə tikilmiş sarayın monolit
cizgisi görünürdü, burda isə dünyanın ən məşhur muzeyi – Luvr yerləşirdi.
Artıq neçənci dəfə idi ki, Lenqdon heyrət hissi keçirirdi. Bu nəhəng binaya
baxmağa iki göz kifayət etmirdi. Böyük meydan, onun arxasında isə Paris
səmasının fonunda istehkam kimi ucalan Luvr fasadı. Nəhəng at dırnağı
formasında inşa edilən Luvr binası uzunluğuna görə Avropada birinci idi, onun
içərisində üç Eyfel qülləsini yerləşdirmək olardı. Fasadın böyüklüyünü azaltmaq
üçün, bu unikal tikilinin önündəki milyonlarla kvadrat futla ölçülən meydan da
kifayət etmirdi. Bir dəfə Lenqdon Luvrun perimetri boyu gəzmişdi və öyrənmişdi ki,
düz üç mil məsafə qət edib.
Təqribi hesablamalara görə muzeyə gələn şəxsin 65300 eksponata diqqətlə
baxması üçün beş həftə vaxt lazımdır. Lakin turistlərin əksəriyyəti eksponatlara
ötəri baxırlar. Lenqdon zarafatla bunu «Luvrda qaçış» adlandırırdı. Turistlər iti
addımlarla muzeyin zallarından keçərək üç ən məşhur eksponata baxmağa can
atırdılar: Mona Lizaya, Venera Milosskayaya və qələbənin qanadlı ilahəsi Nikaya.
Art Buxvald (Art Buxvald – məşhur amerikan curnalist-felyetonçusu, onun işləri
hətta SSRİ-də də çap olunmuşdu) bir dəfə özünü öyərək demişidi ki, bu şedevrlərə
baxmaq üçün cəmisi beş dəqiqə əlli altı saniyə sərf edib.
Sürücü radioəlaqə qurğusunu götürdü və fransızca dedi:
- Monsieur Langdon est arrive. Deux minutes. (Müsyö Lenqdon gəldi. İki
dəqiqədən sonra sizin yanınızda olacaq – fr.)
Cavabında aydın eşidilməyən səslər gəldi.
Agent qurğunu qapayıb Lenqdona tərəf döndü:
- Siz kapitanla əsas girişdə görüşəcəksiniz.
Sürücü meydana girişi qadağan edən işarələrə əhəmiyyət verməyərək qazı
artırdı. Artıq Luvrun əsas girişi görünürdü, işıqlı fontanları olan yeddi üçkünc
hovuzun əhatəsində nəhəng bina ucalırdı.
La Pyramide.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə