Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   10   ...   115

O, yaraqaranlıq dəhlizə nəzər yetirdi və tədricən anladı ki, bu cür işıqlandırma
heç də qeyri-adi deyil. Demək olar ki, dünyanın əsas muzeylərinin hamısında
gecələr qırmızı işıqdan istifadə olunur. Belə işıqlandırma mənbələri aşağı səviyyədə
quraşdırılır ki, rəsm əsərləri qaranlıqda olarkən muzeyin şəxsi heyəti və mühafizə
xidməti ayaqlarının altını görə bilsinlər. Bu, boyaların köhnəlməsinə səbəb olan,
gündüz düşən işıq yükünü kompensasiya etməyə imkan verir. Lakin bu gecə
muzeydə xüsusi bir qaranlıq hökm sürürdü. Hər yerə uzun kölgələr düşmüş,
hündür tavanlar altına qatı qaranlıq çökmüşdü.
- Bura, - Faş sağa dönüb bir qalereyadan digərinə keçərək dedi.
Lenqdon onun ardınca getdi, gözləri yavaş-yavaş qaranlığa alışmışdı. Ətrafda
yağlı boya ilə işlənmiş iri ölçülü şəkillər görünməyə başladı: bütün bunlar qaranlıq
otaqda fotoşəkillərin aşkarlanmasını xatırladırdı. Lenqdona elə gəldi ki, rəsmlərdə
təsvir olunmuş insanlar onları şübhəli nəzərlərlə süzürlər. Nəhayət o, bütün
muzeylərə xas olan tanış qoxunu hiss etdi – quru, ionlaşdırılmış havada karbonun
zəif iyi yaxşı duyulurdu. Bu, rütubətlə mübarizədə istifadə olunan karbon filtrli
xüsusi qurğuların buraxdığı maddənin qoxusu idi. Bu qurğular bütün günü işləyirdi
ki, eksponatlara baxmağa gələnlərin nəfəs verdikləri zaman yaranan və
eksponatların xarab olmasına təsir edən karbon 2-oksid kompensasiya olunsun.
Divarlara quraşdırılmış izləmə kameraları isə gələnlərə sanki deyirdi: biz sizi
görürük. Heç nəyə toxunmayın.
- Bunların hamısı işləyir? – Lenqdon kameraları göstərib soruşdu.
- Əlbəttə, yox, - Faş cavab verdi.
Lenqdon təəccüblənmədi. Belə böyük muzeylərdə videomüşahidə çox baha
başa gəlir və effektiv olmur. Muzeydə baş verənləri izləmək üçün yüzlərlə texniki
əməkdaş lazım olardı. Buna görə də əksər böyük muzeylərin mühafizəsi zamanı
saxlama sistemi adlanan xidmətdən istifadə olunur. Oğruları bayırda tutmayın.
Onları içəridə saxlayın. İstənilən eksponata toxunulan zaman sistem işə düşürdü,
anındaca siqnal pulta ötürülürdü, dərhal bütün giriş və çıxışlar bağlanırdı. Oğru
hələ polis gəlməmişdən əvvəl qəfəsin içində qalırdı.
İrəlidə, mərmərlə işlənilmiş dəhlizdə, səslər əks-səda verirdi. Deyəsən, səs-küy
sağ tərəfdə yerləşən böyük taxçaşəkilli tikilidən gəlirdi. Ordan dəhlizə parlaq işıq
düşmüşdü.
- Kuratorun kabinetidir, - kapitan dedi.
Və nəhayət Lenqdon Sonyerin rahat kabinetinə girdi.
Torpaq rəngli ağacdan qayrılmış divarlar, qədim ustaların işləri, qədim və
nəhəng yazı stolu, onun üstündə silahlı və zirehli cəngavərin ikifutluq heykəli.
İçəridə bir neçə agent mobil telefonlarla danışaraq nəsə qeyd edirdilər. Onlardan
biri Sonyerin yazı stolunun arxasında oturmuşdu və portativ kompüterdə işləyirdi.
Bu gecə kuratorun kabineti Məhkəmə Polisi Baş İdarəsinin əsil mənzil qərargahına
çevrilmişdi.


- Messieurs!- Faş bərkdən dedi və hamı dönüb baxdı. – Ne nous derangez pas
sous aucun pretexte. Entendu? – (Müsyö! Heç bir halda, heç bir səbəbdən bizi
narahat etməyin. Aydındırmı? – frans.)
Hamı başını tərpətdi.
Lendonun özü «NE PAS DERANGER» yazılmış lövhəciyi oteldəki nömrəsinin
qapısından dəfələrlə asmışdı. Kapitanın əmrinin mənası ona tam aydın idi. Faş və
Lenqdonu heç bir halda narahat etmək olmaz.
Faş kollegalarını kabinetdə qoyub Lenqdonla birlikdə yarıqaranlıq dəhlizə
çıxdı. Otuz yard irəlidə, divarlarından muzeyin ən qiymətli əsərləri olan italyan
şedevrləri asılmış uzun dəhlizə oxşayan, Luvrun La Grande Galerie adlı populyar
hissəsinin girişi görünürdü. Lenqdon artıq anlamışdı: məhz orda Sonyerin cəsədini
tapmışdılar; «Polyaroid»lə çəkilmiş şəkildə Böyük Qalereyanın məşhur parket
döşəməsi aydınca görünürdü. Onlar yaxınlaşdılar və Lenqdon gördü ki, giriş orta
əsr qəsrlərinin müdafiəsində istifadə olunan hündür və qalın polad hörmə ilə
bağlanıb.
- Saxlama sistemidir, - Faş hörməyə yaxınlaşaraq dedi.
Maneə hətta qaranlıqda nəhəng və keçilməz görünürdü, adama elə gəlirdi ki,
o tankı belə saxlaya bilər. Lenqdon qalın hörmələrin arasından Böyük Qalereyanın
yarıqaranlıq labirintlərinə baxdı.
- Sizdən sonra, mister Lenqdon, - Faş dedi.
Lenqdon təəccüblə çevrilib baxdı. Məndən sonra, amma necə və hara?…
Faş polad hörmənin aşağı hissəsini göstərdi. Lenqdon baxdı. O, qaranlıqda
sadəcə bunu görməmişdi. Hörmə iki fut yuxarı qaldırılmışdı və bu onun altından
sürünüb keçmək üçün kifayət edərdi.
- Bu seksiya Luvrun təhlükəsizlik xidməti üçün hələlik bağlıdır. – Faş anlatdı. –
Polisin elmi-texniki şöbəsindən olan komanda indicə baxışı qurtarıb. – O, işarə ilə
Lenqdonu çağırdı. – Buyurun, əyilib keçin.
Lenqdon polad hörmənin altındakı ensiz yarığa baxdı. Burdan ancaq sürünüb
keçmək olardı. O, zarafat edir, yoxsa?.. Azca yuxarı qaldırılmış hörmə istənilən an
adamı əzməyə hazır olan gilyotinə oxşayırdı.
Faş fransızca nəsə dedi və saatına baxdı. Sonra dizi üstə çöküb kifayət qədər
dolu bədənini yarığa soxdu. Hörmənin o biri tərəfinə keçib ayağa durdu və
gözlərini Lenqdona dikdi.
Lenqdon nəfəsini çəkdi. Dizi üstə çökdü, ovuclarını parket döşəməyə dayayıb
qarnı üstə uzandı və sürünməyə başladı. Bədəninin yarısı o biri tərəfə keçmişdi ki,
tvid pencəyinin yaxalığı dəmir barmaqlığa ilişdi və peysəri ilə dəmirə bərk toxundu.
Sadəcə gözəldir, Robert, o, öz-özünə dedi və çətinliklə ayağa qalxdı. Və indi
ona aydın oldu ki, onu çox uzun bir gecə gözləyir.


V FƏSİL
Mürrey-Hill-pleys – «Opus Dei»nin yeni mənzil-qərargahı və işgüzar mərkəzi Nyu-
Yorkda, Leksinqton-avenyü, 243-də yerləşirdi. Binanın tikintisi 47 milyon dollara
başa gəlmişdi. Onun 133000 kvadrat fut sahəsi olan qülləsi qırmızı kərpicdən və
İndiana ştatında çıxarılan əhəng daşından inşa edilmişdi. Layihənin müəllifləri
«Mey və Pinska» bürosundan olan memarlar idi. Binada yüzdən çox yataq otağı,
altı yeməkxana, kitabxanalar, qonaqlar üçün istirahət otaqları, konfrans-zallar,
ofislər yerləşirdi. On yeddinci mərtəbə bütünlüklə xüsusi rezidensiya üçün
ayrılmışdı. İkinci, səkkizinci və on altıncı mərtəbələrdə mərmərlə və oyma daşlarla
bəzədilmiş sovməələr (sovməə- kiçik kilsə- S.B.) yerləşirdi. Kişilər Leksinqton-
avenyüyə çıxan əsas girişdən binaya girə bilərdilər. Qadınlar isə yan küçədəki
girişdən istifadə edirdilər və kişilərdən «akustik və vizual» olaraq həmişə ayrı
dururdular.
Həmin axşam, bir az tez, yeddinci mərtəbədəki apartamentlərin sahibi,
yepiskop Manuel Arinqarosa kiçik yol çantasını qaydaya salıb ənənəvi qara
sutanasını (sutana – katolik kilsələrində keşişlərin geyindiyi cübbə – S.B.) geyindi.
Adətən o, sutanasının üstündən parıltılı kəmər bağlayırdı. Amma bu gün, adi
adamların yanına getdiyindən öz yüksək vəzifəsinə diqqəti cəlb etmək istəmədi.
Yalnız diqqətli baxışlar onun iri brilyant qaşlı, parıltılı ametistlə bəzədilmiş on dörd
karatlıq qızıl üzüyünü və əl ilə işlənmiş mitrasını (mitra – keşişlərin geydiyi papaq –
S.B.) qiymətləndirə bilərdi. Çantasını çiyninə keçirib özü üçün qısa bir dua oxudu,
apartamentdən çıxıb vestibulə düşdü: burda onu aeroporta aparacaq sürücü
gözləyirdi.
İndi yepiskop Arinqarosa kommersiya reysi ilə Romaya uçan avialaynerin
illüminatorundan Atlantik okeanının qara sularına baxırdı. Günəş batmaqdaydı,
lakin yepiskop bilirdi ki, onun ulduzu tezliklə doğacaq. Bu gün biz, bu döyüşü
udacağıq, - o düşündü və bir neçə ay bundan əvvəl onun qurduğu imperiyanı
dağıtmaq istəyən düşməninin qarşısında köməksiz olduğunu xatırladı. «Opus Dei»
- «İlahi ata»nın sədri olaraq yepiskop Arinqarosa ömrünün axırıncı on ilini onun
ideyalarının yayılmasına həsr etmişdi. 1928-ci ildə ispan keşişi Xose Mari Eskriva
tərəfindən əsası qoyulmuş bu dini cəmiyyət qədim katolik dəyərlərinə qayıtmağı
təbliğ edirdi. Öz üzvlərinə «İlahi gün»ün şərəfinə hər şeyi, hətta öz həyatlarını belə
qurban verməyi öyrədirdi.
«Opus Dei» - ənənəvi fəlsəfəsi İspaniyada, hələ Franko recimindən əvvəl
yaranmışdı. Lakin, Xose Mari Eskriva yalnız 1934-cü ildə «Yol» adlı kitabını (bu
kitabda həyatını «İlahi iş»ə həsr etmək üçün 999 məsləhət verilmişdi) çap


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə