Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   4   5   6   7   8   9   10   11   ...   115

etdirdikdən sonra bu ideyanın dünyaya yayılması başlandı. İndi isə, «Yol»u qırx iki
dildə, dörd milyon nüsxə ilə çap etdirən «Opus Dei» sektası hesablaşılacaq bir
qüvvəyə çevrilmişdi. Yer kürəsinin iri şəhərlərinin demək olar ki, hər birində bu
təşkilatın şöbələri, elmi mərkəzləri, hətta universitetləri fəaliyyət göstərirdi. «Opus
Dei» dünyada ən sürətlə inkişaf edən və maliyyə cəhətdən təmin olunmuş katolik
təşkilatı idi. Təəssüf ki, Arinqarosanın özünün etiraf etdiyi kimi, ümumi dini
sinizmin, televiziya ekranlarından yayılan şübhəli kultların və təriqətlərin tüğyan
etdiyi əsrdə «Opus Dei»nin çiçəklənən qüdrəti və sərvəti əsassız şübhə obyektinə
çevrilirdi.
- «Opus Dei»ni çoxları beyinlərin yuyulması kultu adlandırırlar, - müxbirlər
ondan soruşurdular. – Bəziləri isə sizə gizli ultrakonservativ xristian cəmiyyəti
deyirlər. Siz kimsiniz, axı?
- Bunların heç birinin «Opus Dei»yə dəxli yoxdur, - yepiskop səbirlə cavab
verirdi. – Biz katolik kilsəsinin bir hissəsiyik. Biz – gündəlik həyatımızda katolik
doktrinalarına riayət etmək yolunu tutan katolik qardaşlar cəmiyyətiyik.
- Burda əxlaq andı içmək, kilsəyə torpaq vergisi ödəmək və özünə əzab vermək
yolu ilə günahlardan təmizlənmək nəzərdə tutulurmu?
- Bunlar «Opus Dei»nin üzvlərinin yalnız az bir hissəsinə aiddir, - Arinqarosa
cavab verdi. – Bizim həyata daxil olmaq bir neçə səviyyədə mümkündür. «Opus
Dei»nin minlərlə üzvü ailə həyatı qurur, öz icmalarında Allah naminə xidmətlər
göstərirlər. Bəziləri asketik həyat tərzinə üstünlük verirlər, monastırlarda tənha
yaşamağı seçirlər. Hər kəs seçimində azaddır, amma «Opus Dei»nin üzvlərinin bir
məqsədi var: dünyanı yaxşılaşdırmaq. Və onlar Tanrının əmrlərini yerinə yetirərək
bunu edirlər. Hər kəsin bizim sıralarımıza qatılmağına sevinirik.
Təbii ki, ağıllı yanaşmadır, burda hamını inandırmağa çalışmağın xeyri yoxdur.
Kütləvi informasiya vasitələri həmişə qalmaqallara can atır, iri təşkilatların
əksəriyyətində olduğu kimi, «Opus Dei»də də daim yaramaz qoyunlar tapılırdı.
Bütün təşkilata kölgə salan bir neçə yolunu azmış adam.
İki ay əvvəl «Opus Dei»nin Mərkəzi Qərbdə yerləşən şöbəsinin çirkin işlərinin
üstü açılmışdı. Bu şöbə gənclərə meskalin paylamaq yolu ilə onları öz tərəfinə
çəkirdi. Bu narkotik maddə insanları eyforik vəziyyətə salırdı, bunu isə gənc
tərəfdarlar səhvən dini ekstaz kimi başa düşürdülər. Bir universitet tələbəsi
günahlardan təmizlənmək üçün özünü iki uclu zəncirlə döymüşdü. Yaraya infeksiya
düşdüyündən oğlan uzun müddət yataqdan qalxmadı. Bir az əvvəl, Bostonda
həyatda uğursuzluğa düçar olmuş gənc bankir özünü öldürmüşdü. Amma bundan
əvvəl bütün əmlakının «Opus Dei»yə verilməsi barədə kağız yazmışdı.
Yolunu azmış qoyunlar, - Arinqarosa onları belə adlandırırdı və ürək ağrısı ilə
bu insanlara acıyırdı. Lakin təşkilata ən çox xələl gətirən FTB kəşfiyyatçısı Robert
Xanssen olmuşdu. Onun məhkəmə prosesi geniş əks-səda doğurdu. Xanssenin
«Opus Dei»nin ən nüfuzlu üzvlərindən biri olması azmış kimi, onun həm də pozğun
və əxlaqsız biri olması da aşkarlandı. Onun düşkünlüyünü sübut edən


təkzibedilməz faktlar məhkəməyə təqdim edildi: bu tip, öz yataq otağına
videokamera quraşdırmış, sonra arvadı ilə sekslə məşğul olarkən çəkdiyi lentləri
dostlarına göstərmişdi.
- Belə, insanı həqiqi katolik adlandırmaq, çətindir, - hakim istehza ilə demişdi.
Bütün bu xoşagəlməz faktlar «Opus Dei» üzərində xüsusi müşahidə qrupunun
OPMQ-nin yaradılmasına səbəb olmuşdu. Bu qrupun İnternetdə öz saytı da vardı –
www.odan.orq - burda cəmiyyətə daxil olmağın təhlükələri barədə «Opus Dei»nin
sabiq üzvlərinin dəhşətli əhvalatlarla dolu etiraflarını oxumaq olardı. Kütləvi
informasiya vasitələri isə tez-tez «Opus Dei»ni gah «Allahın mafiyası», gah da
«Məsih kultu» adlandırırdılar.
Biz anlamadığımız şeydən qorxuruq, Arinqarosa düşündü. Bu tənqidçilərin az
da olsa təsəvvürləri varmı ki, cəmiyyət neçə-neçə insanın həyatını zənginləşdirib?
Bu cəmiyyət Vatikanın xeyir-duasını və dəstəyini qazanıb? «Opus Dei» papanın
şəxsən öz himayəsi altındadır?
Lakin az əvvəl cəmiyyətdə kütləvi informasiya vasitələrindən daha güclü və
düşmən qüvvələrin olduğunu öyrəndilər… Arinqarosa bu gözlənilməz düşməndən
gizlənməyin yolunu da bilmirdi. Beş ay əvvəl bu düşmən dağıdıcı zərbə vurdu.
Arinqarosa bu zərbədən indiyə kimi özünə gələ bilmirdi.
- Onlar kimlə müharibə etdiklərini bilmirlər, - yepiskop illüminatordan aşağıda
görünən okeanın qara sularına baxa-baxa qəzəblə və sakitcə pıçıldadı. Onun
baxışları ani olaraq öz əksinə dikildi – ən xarakterik hissəsi əyri burnu olan uzun və
qara sifət. Onun burnunu gənc missioner kimi İspaniyada fəaliyyət göstərdiyi
zamanlar yumruq zərbəsi ilə sındırmışdılar. Amma bu fiziki qüsurun bu gün
əhəmiyyəti yox idi. Arinqarosa cismən yox, ruhən gözəl idi.
Təyyarə Portuqaliya sahillərinin üstündən uçarkən mobil telefon vibrasiya
etdi. Arinqarosa uçuş zamanı mobil rabitədən istifadə etməyi qadağan edən
qaydaları bilirdi, amma bu zəngi o, gözləyirdi. Yalnız bir nəfər bu nömrəni bilirdi,
elə həmin adam telefonun özünü də poçtla Arinqarosa göndərmişdi.
- Bəli? – yepiskop sakitcə dedi.
- Saylas guşəli daşı tapıb. O, Parisdədir. Sen-Sülpis kilsəsində gizlədilib.
Yepiskop özündən razı halda gülümsədi.
- Onda biz lap yaxınlaşmışıq.
- Biz onu az bir zamanda əldə edə bilərik. Lakin sizin köməyiniz vacibdir.
- Hə, əlbəttə. Deyin, mən nə etməliyəm?
Arinqarosa mobil telefonu söndürdü, onun ürəyi həyəcanla döyünürdü.
Sakitləşmək üçün yenə gecənin qaranlığına baxdı, özünü öz başladığı hadisələrin
içində oyuncaq kimi hiss edirdi.
Beş yüz mil ondan uzaqlarda Saylas adlı albinos başını ləyənə tərəf əyərək
kürəyinin yaralarını yuyurdu. Qırmızımtıl-qəhvəyi qasnaqlar qoparaq suyu
bulandırırdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə