Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   21   22   23   24   25   26   27   28   ...   115

- Hə, əlbəttə. «İlahi tənasüb» adlanır. – Onun sifətində təbəssüm göründü. –
O, hətta zarafatla deyirdi ki, guya mən… yarımallah varlığam, çünki mənim adımda
bu hərflər var.
Lenqdon dərhal anlamadı, amma sonra söhbətin nədən getdiyini bildi. O,
hətta sakitcə ah çəkdi.
Hə, əlbəttə ki! So-fi («F» səsi - «Sofi» adı latıncada PHİ hərfləri ilə yazılır –
SOPHİE).
O, aşağı düşə-düşə, bu PHİ barədə düşündü. Və anlamağa başladı ki, Sonyerin
tapmacaları əvvəl göründüyündən daha ardıcıl xarakter daşıyır.
Da Vinçi… Fibonaççi ardıcıllığı… pentakl…
Bütün bunları incəsənət tarixində ən fundamental konsepsiyalardan biri
əlaqələndirir. Lenqdon hətta bu konsepsiyalar barədə öz kurslarında bir neçə
mühazirə də oxuyub.
PHİ.
O, xəyalən özünü Harvardda, auditoriya qarşısında gördü. Budur o, üzərində
təbaşirlə «İncəsənətdə simvolizm» yazılmış lövhəyə tərəf çevrilir. Və bu sözlərin
altında özünün sevimli rəqəmini yazır:
1,618
Sonra dönərək tələbələrin hər şeylə maraqlanan baxışlarını tutur.
- Kim deyə bilər, bu rəqəm nəyi göstərir?
Axırıncı sırada oturmuş uzundraz riyaziyyatçı Stetner əlini qaldırır.
- Bu PHİ ədədidir, - o, bunu «fi-i» kimi tələffüz edir.
- Afərin, Stetner. – Lenqdon deyir. – Beləliklə, buyurun, tanış olun, PHİ ədədi.
- Bunu «pi» ilə qarışdırmaq lazım deyil, - Stetner əlavə edir. – Biz
riyaziyyatçıların dediyi kimi, «H» hərfi onu daha böyük edir.
Lenqdon gülür, amma, deyəsən heç kim zarafatı başa düşməyib. Stetner
skamyaya oturur.
- PHİ ədədi, - Lenqdon davam edir, - bir tam mində altı yüz on səkkizə
bərabərdir və təsviri incəsənətdə ən mühüm və vacib ədəddir! Kim deyə bilər:
nəyə görə?
Stetner burda da zarafat etmək imkanını əldən buraxmır:
- Gözəl olduğuna görə, hə?
Auditoriya qəh-qəhə çəkir.
- Qəibə də olsa, - Lenqdon deyir, - Stetner yenə də haqlıdır. PHİ ədədi, ümumi
rəyə görə, kainatda ən gözəl rəqəm hesab olunur.
Qəhqəhə kəsilir, Stetner qalib kimi görünür.
Lenqdon slaydları göstərmək üçün proyektoru hazırlayır və izah edir ki, PHİ
ədədi Fibonaççi ardıcıllığından alınıb. Bu riyazi silsilə – təkcə iki qonşu həddin cəmi
sonrakı həddə bərabərdir, müddəası ilə məşhur deyil, həm də bu ardıcıllıqda iki
qonşu həddin qisməti – 1,618-ə, yəni PHİ ədədinə yaxın olması ilə unikal xassəyə
malikdir.


Sonra Lenqdon izah edir ki, PHİ rəqəminin mistik mənşəyi ilə yanaşı həm də
unikal rolu var. PHİ - Yer üzündəki bütün canlıların yaranma özülündə kərpic
rolunu oynayır. Bütün bitkilər, heyvanlar və hətta insanlar da PHİ ədədinin 1-ə olan
nisbətinin kökünə təxminən bərabər olan fiziki proporsiyalara bölünmüşdür.
- Təbiətin hər yerində PHİ-nin mövcudluğu, - Lenqdon davam edir və
auditoriyanın işığını söndürür, - bütün canlı varlıqların əlaqəsini göstərir. Əvvəllər
hesab edirdilər ki, PHİ ədədi Kainatın yaradıcısı tərəfindən qabaqcadan müəyyən
olunub. Qədim alimlər bir tam mində altı yüz on səkkizi «İlahi proporsiya»
adlandırırdılar.
- Bağışlayın, - birinci sırada oturan gənc qız deyir, - mən biologiya fakultəsinin
axırıncı kursunda oxuyuram. Şəxsən mən heç zaman canlı təbiətdə «ilahi
proporsiya»nı müşahidə etməmişəm.
- Doğrudanmı? – Lenqdon gülümsədi, - Hətta arı pətəyində erkək və dişi
fərdlərin qarşılıqlı münasibətini öyrənəndə belə?
- Əlbəttə ki, arı pətəyində dişi fərdlərin sayı erkəklərdən həmişə çox olur.
- Düzdür. Bəs sizə məlumdur ki, əgər dünyanın istənilən yerində olan arı
pətəyindəki dişi fərdlərin sayını erkək fərdlərin sayına böldükdə, həmişə eyni bir
ədədi alacaqsınız?
- Doğrudanmı?
Bəli. Özü də PHi ədədini.
Qızın ağzı açıla qalır:
- BU OLA BİLMƏZ!
- Ola bilməz yox, məhz belədir! – Lenqdon onun sözünü kəsir. Gülümsünür və
spiralabənzər dəniz balıqqulağının təsviri olan slaydı apparata qoyur. –
Tanıdınızmı?
- Bu nautiliusdur, - tələbə qız cavab verir. – Üzmək üçün balıqqulağına qaz
buraxmağı ilə məlum olan başıayaqlı molyuskdur.
Lenqdon başını tərpədir:
- Doğrudur. İndi isə tapın görək, spiralın hər bir burumunun diametrinin
sonrakı burumun diametrinə olan nisbəti necədir?
Qız molyuskun spiralabənzər çanağının təsvirinə tərəddüdlə baxır. Lenqdon
başını tərpədir:
- Bəli, bəli. Məhz PHİ. İlahi proporsiya. Bir tam mində altı yüz on səkkiz.
Qızın təəccübdən gözləri böyüyür.
Lenqdon növbəti, yetişmiş toxumları olan günəbaxan təsvir edilmiş slayda
keçir.
- Günəbaxanın toxumları saat əqrəbinin əksinə olan spiral üzrə yerləşir. Tapın,
hər bir spiralın diametrinin sonrakı spiralın diametrinə olan nisbəti neçədir?
- PHİ? – tələbələr xorla soruşurlar?
- Düzdür! – Və Lenqdon slaydları bir-birinin ardınca göstərməyə başlayır: -
qarğıdalının spiral şəklində burulmuş yarpaqları, bitkilərin gövdələrindəki


yarpaqların yerləşməsini, həşərat cisimlərinin seqment hissələri. Və onların hamısı
öz quruluşlarında «İlahi proporsiya» qanununa tabe olur.
- Mat qalmalı işdir! – tələbələrdən biri ucadan deyir.
- Bəli, - başqa birisinin səsi eşidilir, - ancaq bunun incəsənətə nə dəxli var?
- Aha! – Lenqdon deyir. – Bu sualı verdiyinizə görə şadam.
Və o daha bir slaydı, dairənin içərisində çılpaq kişinin təsvir olunduğu rəsmin,
Leonardo da Vinçinin məşhur əsərinin slaydını göstərir. Bu əsər, öz yazılarında
«İlahi proporsiya»nı təqdir etmiş, «Memarlıq haqqında on kitab»ın müəllifi, dahi
roma memarı Markus Vitruviyin şərəfinə «Vitruvian insanı» adlanırdı.
- İnsan bədəninin ilahi qurluşunu heç kim da Vinçi qədər yaxşı anlamırdı. Da
Vinçi hətta meyidləri ekshumasiya edir, skelet sümüklərinin proporsiyalarını, ölçü
və anatomiyanı öyrənirdi. O, ilk dəfə sübut etdi ki, insan bədəni «tikinti
blokları»ndan ibarətdir və bu «bloklar» arasındakı proporsiyalar nisbəti həmişə
bizim PHİ rəqəminə bərabər olur.
Tələbələrin baxışlarından inamsızlıq oxunur.
- Siz mənə inanmırsınız? – Lenqdon soruşur. – Eybi yox, duşun altına girəndə,
özünüzlə dərzi metrəsi götürməyi unutmayın.
Futbol həvəskarı olan bir neçə oğlan gülür.
- Hamının qurluşu belədir, - Lenqdon deyir. – Oğlanların da, qızların da.
Özünüz yoxlayın. Təpənizdən döşəməyə qədər olan məsafəni ölçün. Sonra onu öz
boyunuza bölün. Görəcəksiniz ki, hansı rəqəm alınır.
- Yenə də PHİ? – futbolçulardan biri soruşur.
- Bəli, PHİ, - Lenqdon başını tərpədir. – Bir tam mində altı yüz on səkkiz. Bir
misal da istəyirsiz? Çiyninizdən barmaqlarınızın ucuna qədər olan məsafəni ölçün.
Sonra onu dirsəyinizdən barmaqlarınıza qədər olan məsafəyə bölün. Yenə həmin
ədədi alacaqsınız. Bir misal da? Ombanızın yuxarısından döşəməyə qədər olan
məsafəni dizinizdən döşməyə qədər olan məsafəyə bölün. Yenə PHİ. Əl
barmaqlarınızın uzunluğu. Ayaq barmaqlarınızın uzunluğu. Və yenə PHİ, PHİ.
Beləliklə mənim dostlarım, sizin hər biriniz «İlahi proporsiya»ya canlı nümunəsiniz.
Lenqdon, hətta qaranlıq auditoriyada görür ki, onlar necə heyrətləniblər. Və
bütün bədəninə xoş bir istinin yayıldığını hiss edir. O, məhz belə anların naminə
dərs deyir. – Mənim dostlarım, görürsüz ki, dünyanın bizə görünən xaosu
arxasında qayda, nizam-intizam gizlənir. Və qədimdə, PHİ ədədini kəşf edənlər
əmin idi ki, Allah-Təalanın dünyanı yaratmaq üçün istifadə etdiyi qurucu daşı
tapıblar. Və onlar bundan sonra Təbiəti ilahiləşdiriblər. Səbəbini başa düşmək olar.
İlahi qüvvə özünü Təbiətdə büruzə verir, bu günə qədər bütpərəstlik dinləri
mövcuddur, insanlar Ana Torpağa pərəstiş edirlər. Bir çoxumuz bütpərəstlər kimi
təbiəti mədh edirik, amma səbəbini başa düşmürük. May Günü bayramı buna
gözəl misaldır, (May Günü – ABŞ-da da qeyd edilən ingilislərin ənənəvi bahar
bayramıdır. Bu bayram zamanı kiçik yaşlı məktəblilər məktəbin həyətindəki «may
ağacı» adlanan ağacın ətrafında rəqs edirlər. Bayram ərəfəsində isə öz dostlarının


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə