Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   27   28   29   30   31   32   33   34   ...   115

olduğunu yoxlamaq üçün bir daha ətrafına baxdı. Sonra sütunun önündə diz
çökdü, dini hisslərinə görə yox, sadəcə fiziki tələbat ucbatından.
Guşəli daş Qızılgül xəttinin altında gizlədilmişdi.
Sen-Sülpis kilsəsindəki sütunun bünövrəsində.
Saylas dizləri üstə durub əli ilə döşəmənin daş plitələrini yoxlayırdı. Plitəni
yerindən tərpətmək üçün nə bir çat, nə də bunu göstərən hər hansı işarə vardı.
Belə olduqda o, döşəməni barmaqları ilə sakitcə döyəcləməyə başladı. Hər bir
plitəni, xüsusən də bürünc zolağa birləşən plitələri ayrıca döyəclədi. Və nəhayət
onlardan biri qəribə səs çıxardı.
Burda, plitənin altında boşluq var!
Saylas gülümsədi. Onun qurbanları yalan deməmişdilər.
O, ayağa qalxıb plitəni yerindən tərpətmək üçün bir şey axtarmağa başladı.
Xorun arxasında gizlənmiş Sandrin bacı sakitcə ah çəkdi və dərhal ağzını ovcu ilə
qapadı. Onun əndişəsi özünü doğruldurdu. Kilsəyə gələn bu adam özünü
həqiqətdə olduğu kimi qələmə verməmişdi. «Opus Dei»dən olan bu qəribə rahib
Sen-Sülpisə tamam başqa məqsədlə gəlmişdi.
Gizli tapşırıqla.
Təkcə sənin yox, bizim də sirlərimiz var, o düşündü.
Sandrin bacı təkcə kilsə mükəlləfiyyətini idarə etmirdi. O, həm də Sen-Sülpisin
mühafizəçisi idi. Qədim vintciklər yenidən hərəkətə gəldi. Naməlum şəxsin
sütunun yanındakı hərəkətləri – cəmiyyətin siqnalı idi.
Həyəcan siqnalı.
XXV FƏSİL
Parisdəki ABŞ səfirliyi Yelisey çöllərindən şimaldakı Qabriel küçəsində tikilmiş
kompakt binalarda yerləşirdi. Bu üç akr torpaq Amerikaya məxsus idi. Deməli, bu
torpağa ayağını basan hər bir adama ABŞ qanunları şamil edilirdi və onlar Birləşmiş
Ştatlarda yaşayan vətəndaşlar kimi müdafiə olunurdu.
Gecə növbətçi-operatoru «Taym» curnalını oxuyurdu. Birdən telefon zəng
çaldı.
- ABŞ səfirliyi, - o, dəstəyi götürüb dedi.
- Axşamınız xeyir, - adam fransız aksenti ilə ingiliscə danışırdı. – Mənə sizin
köməyiniz lazımdır, - danışan şəxs nəzakətli olmağa çalışırdı, lakin onun səsində
amiranə və həyəcanlı notlar sezilirdi. – Mənə məlumat veriblər ki, sizin avtomatik
sisteminizə mənim üçün zəng daxil olub. Lenqdonun adına. Təəssüf ki, giriş üçün


rəqəmli kodu unutmuşam. Bu, üçcə rəqəmdir. Əgər kömək etsəniz, sizə sonsuz
minnətdar olaram.
Operator qız özünü itirdi: - Bağışlayın, ser. Bu ismarıc, ola bilsin, lap çoxdan
göndərilib. İş ondadır ki, bu sistemi iki il öncə təhlükəsizlik baxımından ləğv ediblər.
Bundan başqa, giriş kodu beş rəqəmdən ibarət idi. Məlumatın gəlməsini sizə kim
dedi?
- Deməli, zənglərin qəbulu üçün sizdə avtomatik sistem yoxdur?
- Xeyr, ser. İndi istənilən məlumat növbətçi tərəfindən buraya yazılır. Siz,
adınızı necə dediniz?
Amma kişi artıq dəstəyi asmışdı.
Tamamilə sarsılmış Bezu Faş Sena çayının sahili boyunca ağır-ağır yeriyirdi. O,
əmin idi ki, Lenqdon yerli, şəhər nömrəsini yığdıqdan sonra üç rəqəmdən ibarət
kodu demiş və yazılan səsə qulaq asmışdı. Lenqdon səfirliyə zəng etməmişdisə,
bəs, lənət şeytana, hara zəng etmişdi?
Birdən Faş mobil telefonuna baxdı və anladı ki, cavab onun əlinin içindədir. Axı
Lenqdon mənim telefonumdan zəng etmişdi!
Faş bir neçə klavişi basıb yığılan telefon nömrələri yazılmış siyahını göstərən
menyuya girdi və Lenqdonun zəng etdiyi nömrəni tapdı. Paris nömrəsi üstəgəl üç
rəqəmdən ibarət giriş kodu. 454. Faş dərhal nömrəni yığdı. Bir neçə siqnaldan
sonra o, qadın səsi eşitdi.
- Boncour, vous etes bien chez Sophie Neveu, - avtocavablayıcı dedi. – Ce suis
absente pour le moment, mais…
Faş 4..5..4 – giriş kodunu yığınca hirsindən qıpqırmızı qızardı.
XXVI FƏSİL
«Mona Liza»nın incəsənət əsəri kimi dünyada böyük şöhrət qazanmasına
baxmayaraq, ölçüləri 31 düymx21 düym olan kiçik şəkil idi. Yəni Luvrun suvenirlər
köşkündə satılan reproduksiyasından da kiçik idi. O, şimal-qərbi divardan iki düym
qalınlığı olan gülləkeçirməz şüşə altında asılmışdı. «Mona Liza» o vaxtlar rəssamlar
arasında populyar olan çinar ağacından düzəlmiş lövhə üzərinə yağlı boya ilə
çəkilmişdi. Əsərin dumanlı çəkilməsi da Vinçinin bir formadan digərinə səlis keçid
effektini təmin edən sfumato texnikasını yaxşı bildiyinə sübut idi.
Luvrda qoyulmuş «Mona Liza» yaxud Fransada adlandırıldığı kimi «Cokonda»
iki dəfə oğurlanmışdı. Axırıncı dəfə, 1911-ci ildə müəmmalı şəkildə Luvrun Le salon
karte adlanan «Salle impenetrable» («Keçilməz zal», «Seyf-zal» - frans.) zalından


qeyb olmuşdu. Parislilər küçənin ortasında hönkürtü ilə ağlayır və qəzetlərə
məktub yazaraq əsəri geri qaytarmaları üçün oğrulara yalvarırdılar. İki il sonra
«Mona Liza»nı Florensiyadakı mehmanxana nömrəsində, ikiqat sandığın içində
tapmışdılar.
Lenqdon heç yerə getməyəcəyini Sofiyə başa salaraq, onunla birlikdə rəsmə
tərəf addımladı. «Mona Liza» iyirmi yard uzaqlıqda idi. Sofi fənəri yandırmışdı.
Nazik mavi şüa irəlidə döşəməni işıqlandırırdı. Sofi, əlində minatapan cihaz tutmuş
minaaxtaranlar kimi fənərin şüasını döşəmədə gəzdirərək lüminessent mürəkkəbin
izini tapmağa çalışırdı.
Onunla birlikdə addımlayan Lenqdonu birdən həyəcan bürüdü – hər dəfə
möhtəşəm incəsənət əsərinə baxmağa gedərkən belə olurdu. O, diqqətini
cəmləyib qırmızı rənglə işıqlandırılmış otağa baxırdı. Budur, sol tərəfdə səkkizguşəli
divan var, uzaqdan o, parlaq döşəmədə tənha adacığa oxşayır.
Budur, artıq Lenqdon divardakı qara dördkünc şüşəni görür. O bilir ki, bu
şüşənin altında dünyanın ən məşhur rəsm əsəri tək və fəxrlə dayanır.
«Mona Liza»nın dünyanın ən gözəl rəsm əsəri kimi statusa malik olmasının
orda təsvir olunmuş qadının müəmmalı təbəssümünə heç bir dəxli olmadığı
Lenqdona məlum idi.
Bu, müxtəlif dövrlərin incəsənətşünaslarının onun haqqında müəmmalı
interpretasiyaları ilə də bağlı deyildi. Hər şey çox sadədir: «Mona Liza» ona görə
məşhur idi ki, bir rəssam kimi Leonardo da Vinçinin ən böyük nailiyyəti idi. O,
səyahətə çıxanda, həmişə bu rəsmi özü ilə götürərdi. Bunun səbəbini soruşduqda
cavab verərdi ki, onun fırçasının yaratdığı qadın gözəlliyinin belə qüdrətli
təsvirindən ayrılmaq ona çətin gəlir.
Buna baxmayaraq, incəsənətşünasların əksəriyyəti bu fikirdə idilər ki,
Leonardo da Vinçinin «Mona Liza»ya bağlılığı əsərin bədii kamilliyi ilə yox, başqa
səbəblə izah olunmalıdır. Doğrudan da, əsər sfumato texnikası ilə işlənilmiş kifayət
qədər standart portretdir. Və Leonardonun öz yaratdığı əsərə belə bağlılığının,
çoxlarının dediyi kimi, daha dərin kökləri vardı: boya qatlarında sirli ismarıc
gizlədilmişdi. Bir çox sənətşünasın fikrincə, «Mona Liza» rəssamın gizli zarafatı idi.
Bu əsərin yaratdığı şən allüziyalar incəsənətə aid kitabların çoxunda təsvir
olunmuşdu, bununla belə insanların əksəriyyəti Cokondanın təbəssümünü əsas
müəmma hesab edirdilər.
Burda heç bir sirr yoxdur, Lenqdon rəsmə yaxınlaşaraq düşünürdü. Tamamilə
heç bir sirr.
Lenqdon bu yaxınlarda «Mona Liza»nın sirrini kifayət qədər qeyri-adi
dinləyicilərə – federal Esseks həbsxanasının dustaqlarına izah etmişdi. Lenqdonun
apardığı seminar ən gerizəkalı insan təbəqələrinə, o cümlədən həbsxana
sakinlərinə mədəniyyəti təbliğ etmək məqsədi ilə Harvardda hazırlanmış
proqramın bir hissəsi idi. «Məhbuslar üçün mədəniyyət» - Lenqdonun kollegaları
bu proqramı belə adlandırırdılar.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə