2
Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir.
Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı
Mündəricat
Ön söz
I Faciədən əvvəl kəndin
vəziyyəti
II Qaradağlının işğalı
III Faciənin canlı şahidləri
3
Ön söz
Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX
əsrin sonlarında yenidən qızışdırılan Dağlıq Qarabağ münanaqişəsi zəminində
azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən soyqırım hadısələridir.
Bu hadisələr zamanı çoxlu sayda yerli azərbaycan əhalisi erməni işğalçıları
tərəfindən məhv edilməklə yanaşı, xeyli maddi – mədəniyyyət abidələri də məhv
edilmişdir. Münaqişə başlayandan 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə
və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808
klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10
mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılmış,
beynəlxalq əhəmiyyətə malik 40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey
əşyaları, erməni təcavüzkarları tərəfindən qarət edilmişdir.(1) Dağlıq Qarabağ
probleminin 1988 – 2010 – cu illər tarixşünaslığının tədqiqi göstərir ki, bu mövzuda
çoxlu sayda kitab və məqalələr yazılıb. (2) Lakin bunların mütləq əksəriyyəti yalnız
yerli oxucu üçün nəzərdə tutulduğundan bu nəşrlərdən beynəlxalq ictimaiyyət demək
olar ki, xəbərsizdir.
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə qəbul etdiyi Xocalı
soyqırımı günü haqqında qərarından sonra Xocalı faciəsi haqqında həqiqətlərin
dünyaya çatdırılmasında bir sıra məqsədyönlü işlər görülüb.
Xocalı faciəsi haqqında bir sıra kitab və məqalələr yazılıb (3), faciənin baş verdiyi
dövrdə hətta müxtəlif xarici KİV - lərdə hadisə barədə məlumatlar yayılıb.(4)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)
da Xocalı soyqırımının haqqında obyektiv məlumatların dünyaya çatdırılmasında bir
sıra mühüm işlər həyata keçirib və 3 kitab nəşr edib.(5) Kitabların elektron variantı
www.avciya.az
saytına yerləşdirilib. Assosiasiya 2006 - cı ildə Xocalı soyqırımının
beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlayaraq
bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış və “Xocalı soyqırımı (sənədlər,
faktlarda və xarici mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib
müxtəlif beynəlxalq qurumlara göndərib.
Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində müəyyən işlər
görülsə də, digər faciələr haqqında bunu etmək çox təəssüf hələ ki, mümkün olmayıb.
Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə faciələrdən biri
Xocavənd rayonu
Qaradağlı kəndində baş vermiş faciədir.
Hətta Azərbaycan Respublikası Milli Məclisin
rəsmi saytında (www.meclis.gov.az) - Münaqişələrin tarixi “Ermənistanın Azərbaycana
təcavüzü” başlıqlı yazının 1992 – ci ilə aid xronologiyasında da Qaradağlı faciəsi
haqqında məlumat yoxdur. Fikrimizcə bunu əsas səbəbi Dağlıq Qarabağda erməni
cinayətlərinin həddən artıq çox olması və bu cinayətlərin əksəriyyəti haqqında
informasiya qıtlığının mövcudluğudur.
Çağdaş tarixdə dünyanın digər bölgələrində də Qaradağlı faciəsinə oxşar hadisələr
baş verib və beynəlxalq ictimaiyyət bunlar barədə kifayət qədər məlumatlıdırlar.
Məsələn, 1995-ci ilin iyulunda serb etnik millətçiləri tərəfindən Bosniyanın Srebrenitsa
şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman əhalini kütləvi şəkildə qətlə
yetirmış, insanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılmışdır. Bu dövrdə Bosniyanın
4
13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirilib. Bu
hadisələrdə 200 mindən artıq günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb, 2
milyondan artıq adam qaçqına çevrilib. Bosniyanın 13 yaşayış məntəqəsində baş verən
soyqırımdan, BMT, Avropa Parlamenti və digər beynəlxalq qurumlar heç olmasa
birini, Srebrenitsa soyqırımını tanımasına baxmayaraq, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri çoxsaylı soyqırımlarla bağlı hələ ki, susmağa üstünlük verirlər.(6)
Qaradağlı faciəsinin canlı şahidləri bu faciəni Xocalı soyqırımı
ilə müqayisə edilə
biləcək faciə kimi qiymətləndirirlər. Bəziləri Qaradağlı faciəsini ikinci Xaocalı faciəsi
adlandırılar.
Dağlıq Qarabağda Xocavənd rayonunun Qaradağlı kəndi və azərbaycanlıların
yaşadığı digər yaşayış məntəqələrində baş vermiş cinayətlər haqqında uzun müddət
mövcud olmuş informasiya qıtlığının əsas səbəbləri fikrimizcə aşağıdakılardır:
Hadisələrin baş verdiyi dövrdə Mockvadan idarə olunan yerli hakimiyyətin
faciələri haqqında məlumatları ört- basdır etməyə, ictimaiyyətdən
gizlətməyə çalışması;
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi sabitliyin pozulmasında
maraqlı olan daxili və xarici qüvvələrin faciələrdən öz məqsədləri üçün
istifadə etmək cəhdləri;
SSRİ – nin dağılmasında maraqlı olan beynəlxalq qüvvələrin bu facələrə
biganə qalması;
Faciələrin baş verdiyi ərazilərin
dünyadan təcrid edilməsi,
həmin ərazilərdən
informasiya əldə etməyin olduqca çətin və təhlükəli olması;
Cinayətkarların öz vəhşiliklərinin izini itirmək üçün müxtəlif qabaqlayıcı
tədbirlər görməsi;
Faciələrin baş verdiyi dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq
qurumlar tərəfindən eşidilməməsi və ya onların Azərbaycanın haqq səsini
eşitmək istəməmələri və s.
Qaradağlı faciəsi haqqında informasiya qıtlığının olmasına baxmayaraq canlı
şahidlərin verdiyi məlumatlar çağdaş tarixin bir sıra qaranlıq səhifələrinə işıq
salınmasına kömək edir.
Qaradağlı faciəsi ilə bağlı tədqiqat işləri apararkən məlum olmuşdur ki, “Qaradağlı”
adında Azərbaycanın 16 rayonlarında eyni adlı kənd mövcuddur. Konkret olaraq
Azərbaycan Respublikasının Şəki, Xaçmaz, Gədəbəy, Salyan, Şuşa, Ağdam, Füzuli,
Cəbrayıl, Kəlbəcər, Beyləqan, Tərtər, Goranboy, Kəngərli, Bərdə, Ağaş, Ucar
rayonlarında, bundan başqa tarixi Azərbaycan ərəzisi olan, hazırda Rusiya
Federasiyasının Dağıstan MR tərkibindəki Dərbənd rayonda da əhalisi
azərbaycanlılardan ibarət Qaradağlı kəndi var. Hətta Ermənistan SSR-in
azərbaycanlılar yaşayan Qəmərli (Artaşat) rayonunda da Qaradağlı kəndi olub. Lakin
sonradan kəndin adı dəyişdirilib. Cənubi Azərbaycanda Qaradağ vilayətinin olması,
Xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasının bu vilayətdə yerləşməsi, Azərbaycan
xalqının qəhraman oğlu, 1905 - 1911 – ci illər hərəkatının lideri, “Sərdari milli” adını
almış Səttar xanın burada anadan olması və s. faktlar qaradağlıların tarixən qəhrəman
və mərd insanlar olduğunu sübut edir. (7) Bundan başqa Xocavənd atlılarının I və II
Rus – İran müharibəsində rus işğalcılarına qarşı göstərdiyi qəhrəmanlıqlar haqqında
hətta xarici tarixçilərin kitablarında (8) geniş məlumatlar verməsi bu torpaqda yaşayan
əhalinin vətən uğrunda canından keçməyə hazır olan mərd insanlar olduğunu göstərir.